Təqva nədir və Mömin kimdir?

 
Təqva nədir və Mömin kimdir?

Təqva - vəqayə maddəsindən olaraq, ziyan qarşısında nəyinsə hifz edilməsi deməkdir. Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Sonralar qorxuya da təqva deməyə başladılar və şəri dildə günah və haramdan çəkinməkdir və onun kamalı bəzi şübhələri, mubahatları da tərk etməkdir. İmam Əli (ə) təqva haqqında buyurur: “Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar”.

Başqa yerdə o Həzrət (ə) yenə buyurur: “Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar”.

Başqa yerdə yenə o Həzrət buyurur: “Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır”.

Ustad Mütəhhəri bu hədisin təfsirində buyurur: “Təqva - qorunmaqdır, məhdudiyyət deyildir, maneələrin zindanıdır. Ancaq pənahgah xətərlərə mane olur və zindan isə nemətlərdən bəhrələnməyə mane olur”. Ustad bəzi kəlmələri izah edərək, buyurur ki, “təqva - azadlığın əsas mayəsidir, bütün azadlıqların mənbəyi və mənşəyidir. Təqva insana mənəvi azadlıq verir, yəni onu nəfsinin qulu olmaqdan azad edir, tamahın, həsədin, qəzəbin köklərini qoparıb, atır və bu yolla ictimai quldarlığı aradan qaldırır. O insanlar ki, pulun, vəzifənin, rahat yaşamağın qulu deyillər, heç zaman ictimai əsarətə düşməzlər”.

İmam Əli (ə) insan və təqva arasında qarşlıqlı öhdəçiliyi nəzərə alaraq, buyurur: “Yuxunuzu təqva vasitəsilə oyaqlığa çevirin, təqva ilə qorunun və özünüzü təqva vasitəsilə müdafiə edin”. Ustad Mütəhhəri buyurur: “Təqva - insanın gözətçisidir və insan təqvanın gözətçisidir. Bu, qeyri-mümkün deyildir, əksinə - mümkündür. Bu qarşlıqlı gözətçilik insan və cəmiyyət gözətçiliyinin növüdür, insan cəmiyyətin oğurluğunun gözətçisidir və cəmiyyət də insanın soyuqdan və istidən gözətçisidir”.

Quran ayələrində və hədislərində də təqva amilinə işarə olunmuşdur və qısaldılmış halda bəzilərinə diqqət edək:

1 - Vacibatlara əməl etmək. Qurani-Məcid buyurur: “Onun ardınca gedin və
başqa yollardan asılı olmayın ki, sizi yolunuzdan ayırmasın.
Bu o şeydir ki, Allah sizə sifariş edir ki, təqvaya çatasınız”.

Başqa ayədə isə Allah orucun fəlsəfəsi haqda buyurur: “Ey möminlər!
Oruc sizə vacib olub, necə ki, sizdən əvvəlkilərə də vacib edilmişdi, ümid var ki, təqvaya çatasınız”.

2 - Haram və şübhələrin tərk edilməsi. Rəsule Əkrəm (s) buyurur: “Onlar ki,
halaldan pərhiz edib, haram tələsinə düşmürlər, təqva rütbəsinə çatarlar”.

3 - Nəfsin muhasibəti. İslam Peyğəmbəri (s) Əbazərə vəsiyyətində buyurur: “Özünü
mühasibə etməyən insan heç vaxt mömin sayılmaz. Ən kəskin mühasibə - insanın
bir şərikinin o biri şərikindən mühasibəsidir ki, bilsin yemək, su, paltar hardan əldə olunur, halaldır, yoxsa, haram”.

4 - Dili saxlamaq. İmam Əli (ə) buyurur: “Allaha and olsun!
Dilini saxlaya bilməyən insanın təqvaya çatmağını görmürəm”.

5 - Tamahkarlığı tərk etmək. İmam Əli (ə) buyurur:
“Tamahkarın qəlbində təqvaya yer verməsi - haramdır”.

6 - İnsanlardan həya etmək. İmam Həsən Əsgəri (ə) buyurur: “O kəs ki,
insanlardan həya etmir, ehtiyat etmir - Allahdan qorxmayacaqdır”.

7 - Çox danışmağı tərk etmək: “O kəs ki, çox danışar - xətası çox olar və o kəsin ki,
xətası çox olar - xəcaləti az olar, o kəsin ki, xəcaləti az olar - möminliyi
az olar, qəlbi ölər və o kəsin ki, qəlbi ölər - atəşə düşər”.

8 - İlahi tofiq: İmam Əli (ə) buyurur: “Ey Allah! Heç bir nailiyyət əldə edə bilmərəm,
əgər Sən mənə dəyər verməsən və pisliklərdən çəkinə bilmərəm, əgər Sən məni onlardan qorumasan”.


Geri dön

THIS IS LEGEND

  • 3 iyul 2011 12:44
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
maragli xeberdi twk

CandyGirl

  • 1 iyul 2011 11:56
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

Inciciceyi

  • 28 iyun 2011 09:34
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 27 iyun 2011 18:34
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}