Ərəbin iman gətirməsi və Peyğəmbərin ona mükafatı

 
Ərəbin iman gətirməsi və Peyğəmbərin ona mükafatı

Ərəbin iman gətirməsi və Peyğəmbərin ona mükafatı

Peyğəmbər (s) səhabələrinə əmr etdi ki, Qurandan neçə surə ona öyrətsinlər. Çölçü ərəb bir neçə surə öyrəndikdən sonra Peyğəmbər (s) ondan soruşdu :
-Nə qədər varın var?
Ərəb cavab verərərək dedi:
-Səni haqlı olaraq elçiliyə göndərən ALLAHa and olsun 4000 nəfərlik Bənisəlim tayfasında mənim qədər yoxsulu tapılmaz.
Peyğəmbər səhabələrinə dönərək dedi:
-Hər kim bu ərəbi bir dəvəyə mindirsə cənnətdə ona bir dəvə veriləcəyə təminat verirəm. Səd İbn Əbbadə yerindən durub dedi:
-Atam-anam sənə qurban! On yaşında qızılı bir dəvəm vardır. Onu buna verirəm. Peyğəmbər dedi:
-Ey Səd! Sən öz dəvənlə bizə fəxr edirsənmi? Istəsən Cənnətdə sənə veriləcək dəvənin tərifini deyərəm.
Səd, “atam-anam sənə qurban, istəyirəm” dedi. Peyğəmbər (s) dəvəni belə izah etdi :
-Ey Səd! O, qırmızı altından düzəlmiş dişi bir dəvədir, qıçları ənbərdən, yunu yaşıl zəbərcəddən, hürgücü bozuntur kanurdan, əngi incidən, övsarı sulu incidən, üzərində ağ cəvahir qübbə vardır ki, eşikdən içərisi, içərisindən isə eşiyi görsənir. Sən cənnətdə bu dəvə ilə uçacaqsan.
Yenə Peyğəmbər (s) öz səhabələrinə döndü :
-Hər kim bu ərəbin başına əmmamə qoysa, mən təqva çıqqasının sözünü verirəm. Əmirəlmöminin Əli(ə) yerindən qalxıb dedi:
-Atam –Anam sənə qurban! Təqva çıqqası nə deməkdir?
Peyğəmbər (s) onun nə olduğunu izah etdikdən sonra Əli (ə) əmmaməsini öz başından götürüb ərəbin başına qoydu.
Peyğəmbər bir daha səhabələrinə döndü:

-Hər kim bu kişinin yol sursatını versə, mən ALLAH tərəfindən ona təqva sursatının veriləcəyinə təminata alıram.
Səlman Farsi ayağa durub təqva sursatının nə olduğunu soruşdu. Peyğəmbər (s) onun cavabında dedi :
-Ey Salman! Ömrünün son günü yetişəndə, ALLAH “la ilahə illəllah və Muhəmmədən rəsulullah” ibarəsinin deməyini sənə aşılayar. O ibarələri deyə bilsən cənnətdə məni görə biləcəksən, mən də səni görəcəyəm. Yox deyə bilməsən mənimlə görüşə bilməyəcəksən.
Salman gedib Peyğəmbərin doqquz evini gəzdi, lakin o həzrətin zövcələrinin heç nəyi yox idi. Qayıdarkən gözü Fatimənin evinə düşdü. “bir şey olsa, Peyğəmbərin qızının evində olar” – deyə öz-özünə düşündü. Qapını çaldı, fatimə (s.ə) qapının arxasından “kimsən?”-deyə soruşdu. Salman özünü təqdim etdi. Fatimə (s.ə) onun nə istədiyini soruşdu. Salman çölçü ərəbin macərasını bəyan etdi.
Fatimə dedi :
-Ey Salman! Məhəmməd(s)i haqlı olaraq elçiliyə göndərən ALLAHa and olsun ki, üç gündür, yeməyə heç nəyimiz yoxdur. Həsənlə Hüseyn acından çolpa cücəyə dönüb. Lakin in buna baxmayarq qapıya gələni əli boş qaytarmaram. Al bu köynəyi, cəhudi Şəm’unun yanına apar və ona de ki, Məhəmməd(s)in qızı Fatimə bu köynəyin qarşılığında bir sa’xurma və bir sa’arpa borc istəyir və tezliklə ödəyəcək.
Salman köynəyi Şəm’unun yanına aparıb dedi : Ey Şəm’un! Məhəmmədin qızı Fatimə bir sa’ arpa borc istəyir və deyir ki, inşaALLAH tezliklə ödəyəcəyəm.
Şəm’un köynəyi alıb oyan –buyan elədi və ağlaya-ağlaya dedi: -Ey Salman! Dünyada Zahid olmaq bax budur. Bu, Musa ibn İmranın Tövratda bizə tapşırdığı işdir. Mən təsdiq edirəm ki, ALLAHdan başqa bir Tanrı yoxdur, Məhəmməd Onun bəndəsi və elçisidir.
Beləliklə Şəm’un da müsəlman oldu.

Ərəbin iman gətirməsi və Peyğəmbərin ona mükafatı


Geri dön

NELLY19

  • 26 iyul 2011 16:12
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
serhlerinize gore minnetdaram

CandyGirl

  • 1 iyul 2011 11:43
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

MuslimGirl

  • 28 iyun 2011 12:43
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Oxudum, maraqlı idi. ALLAH razı olsun!

Inciciceyi

  • 28 iyun 2011 08:44
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

AliNikA

  • 27 iyun 2011 18:29
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

babasinin kuzusu

  • 27 iyun 2011 18:27
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Allah razi olsun.Imkan varsa bizleri bele maraqli melumatlarla deyerlendirin ...

Sevinc ADU

  • 27 iyun 2011 16:05
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH sizden razi olsun.Deyerli xebere gore tesekkur edirem.

lema

  • 27 iyun 2011 15:57
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Çox maraqlı idi.Allah razı olsun.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 42

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}