Anamız

 
Anamız

1- yaşındaykən sizi şəfqətlə qucaqlayıb, əlləri ilə doyurdu .. Bütün gecə ağlayıb, onu yatırtmayaraq təşəkkür etdiniz =)

2- yaşındaykən əlinizdən tutdu, sizə gəzməyi öyrətdi sizə səsləndiyində otaqdan qaçaraq təşəkkür etdiniz ..

3- yaşındaykən sizə diqqətlə yeməklər hazırladı,qabınızda nə var nə yox masanın üstünə dağıdaraq təşəkkür etdiniz..

4- yaşındaykən əlinizə rəngarəng qələmlər verdi..Evin bütün divarlarına şəkillər çəkərək təşəkkür etdiniz..

5- yaşındaykən sizi ən gözəl paltarlarla geyindirdi. Gördüyünüz ilk palçıq yığınına atlayaraq təşəkkür etdiniz..

Anamız

6- yaşındaykən məktəbdən o qədər qorxurduz ki, ilk gün sizi o apardı..Küçələrdə "Getmiyəcəəəəəm" deyə ağlayaraq təşəkkür etdiniz =)

7- yaşındaykən sizə bir top hədiyyə etdi..Qonşunun şüşəsini sındıraraq təşəkkür etdiniz..

10- yaşında yoldaşlarınızın doğum günlərindən məktəbinizə qədər sizi hər yerə o apardı əlindən atılıb gedərkən arxanıza belə baxmayaraq təşəkkür etdiniz..

11- yaşındaykən sizi yoldaşlarınızla kinoya apardı "Sən bizimlə oturma" deyərək təşəkkür etdiniz..

15- yaşındaykən sizi şəhər xaricinə yaz düşərgəsinə göndərdi bir dəfə belə zəng etməyərək təşəkkür etdiniz..

Anamız

17- yaşındaykən dostlarınızla yeməyə getmənizə icazə verdi bir telefon belə etmədən gecə yarısı evə dönərək təşəkkür etdiniz..

19- yaşında universitetə daxil oldunuz..Məktəb xərclərinizi qarşıladı, sizi avtomobillə gedəcəyiniz yerə qədər apardı. Sonra da diqqətlə hazırladığı əşyalarınızı daşıdı yoldaşlarınız lağ etməsin deyə qapıda vidalaşıb göndərərək təşəkkür etdiniz ..

21- yaşında heç səhv etməyin deyə sizə həyatla əlaqədar fikir vermək istədi "narahat olma mən sənin kimi olmayacam" deyərək təşəkkür etdiniz ..

22- yaşında məzuniyyət mərasimində işıldayan gözləriylə sizin yanınızda oldu siz, sizi siz edən o əlləri öpmədən yoldaşlarınızla əylənməyə gedərək təşəkkür etdiniz ..

Anamız

24- yaşınızdaykən evlənməyi düşündüyünüz insanla tanış olmaq istədi "vaxtını mən bilərəm" deyə tərsləyərək təşəkkür etdiniz ..

25- yaşınızda evləndiyinizdə sizi itirmənin hüznü bir tərəfə toyunuz üçün gecəsini gündüzünə qatdı. Siz dünyanın bir ucuna daşınaraq təşəkkür etdiniz ..

30- yaşınızdaykən bir körpəniz oldu.Körpə haqqında sizə agıl vermək istədi "artıq bu primitiv üsulları burax" deyərək təşəkkür etdiniz..

40- yaşınızdaykən sizi axtarıb qardaşınızın ad gününü xatırlatdı "Ana işim başımdan aşır" deyərək təşəkkür etdiniz ..

50- yaşınızdaykən o çox xəstələndi, bir həftə sonu görməyə getdiniz uşaqlar kimi sevindi. Ona yaşlıların uşaq kimi nazlı olduğunu söyləyərək təşəkkür etdiniz..

Anamız
Deyərkən bir gün ki, yaşınızın ağılınızdan silindiyi bir gün idi ..... O öldü!
O günə qədər söyləmədiyiniz nə varsa gəlib boğazınıza düyümləndi o an.
Onun üçün etmədiyiniz hər şey ürəyinizə ildırım kimi düşdü ...
İlk adımınızdan tutub da qaşığı ilk əlinizə alışınıza, qələmi ilk tutuşunuza qədər hər anınızı düşündünüz.
Hər anınız yaş oldu süzüldü gözlərinizdən.
Və heç özünüzdə bilmədən pıçıldadız:
-Təşəkkür edirəm, hər şey üçün .. Təşəkkür edirəm ..
Amma təəssüf ki, o sizi eşitmədi ...


Geri dön

NELLY19

  • 26 iyul 2011 16:08
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
serhlerinize gore minnetdaram

THIS IS LEGEND

  • 2 iyul 2011 19:19
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
cox tesirlidi twk

CandyGirl

  • 1 iyul 2011 11:42
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

AliNikA

  • 28 iyun 2011 13:57
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
annem benim canim annem

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

MuslimGirl

  • 28 iyun 2011 12:36
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH həm anamı, həm də atamı başımın üstündən əskik etməsin. AMİN! Onlar mənim hər şeyim, canımdırlar. Bu günə qədər çəkdiyi hər əziyyətlərə görə nə qədər təşəkkür etsəm belə azdır. Çox dəyərli mövzu idi. Çox təəssüfləndim o insanın yerinə....Təşəkkürlər

Inciciceyi

  • 28 iyun 2011 08:43
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

gulshen

  • 28 iyun 2011 00:49
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
Hər anınız yaş oldu süzüldü gözlərinizdən.
Və heç özünüzdə bilmədən pıçıldadız:
-Təşəkkür edirəm, hər şey üçün .. Təşəkkür edirəm ..
Amma təəssüf ki, o sizi eşitmədi
Allah butun analarin omrunu uzun elesin.

multya6kaaa

  • 27 iyun 2011 20:03
  • Məqalə: 0
  • Şərh: 80
  • Bal:
{awards}
vaaaay cox pis oldum....cox super yazilib,yazana twk )))wukurki mamamin qedrini bilirem....onu cox isteyirem )))

--------------------
Esli ya upadu,to ne smeytes,Lucwe zaqadivayte jelaniye-ZVEZDA upala...

babasinin kuzusu

  • 27 iyun 2011 18:19
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
daaaa uj Allah butun ANALARIN komeyinolsun ve yerlerini cennetliy elesin... aqlatdizee lap meni((((

R.M_FaNaTka

  • 27 iyun 2011 18:16
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

Grace_Angel

  • 27 iyun 2011 17:20
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem...Cox gozel ve deyerli xeberdir...Analarimiz heyatimizin evez olunmaz varliqlaridir...ALLAH QORUSUN BUTUN ANALARI!!! Ellerinize sagliq...gozel xeber ucun...minnetdaram!!!

--------------------

Cant_Breathe

  • 27 iyun 2011 16:06
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Mamami chooooox istiyirem)

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

lema

  • 27 iyun 2011 16:03
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
[color=#CC33CC]Bunu bilirdim.Çox gözel xeberdi.minnetdaram.[/color]

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}