Üçüncü Məsum-Həzrəti Fatimeyi Zəhra (s.ə)

 
Üçüncü Məsum-Həzrəti Fatimeyi Zəhra (s.ə)

Adı : Fatimə

Atası və anası : ALLAHın elçisi Muhəmməd (s.ə.s), Xədicəyi -Kübra.

Ləqəbləri : Zəhra, Siddiqə, Kübra, Tahirə, Raziyə, Mərziyə, Ünsiyyə, Bətül, Zöhrə, Huriyyə, Mühəddisə vəs...

Kunyələri : Ümmül- Həssəneyn (iki Həsənin, Həsən və Hüseynin anası), Ümmi- əbiha (atasının anası), Ümmi-əimmə (imamların anası).

Anadan olduğu Tarix və yer : Besətin beşinci ili, cəmadi- əlsani ayının iyirmisi, cümə günü dan yeri söküləndə.

Hicrət və evlənmə tarixi : Təqribən 8 yaşında Əli (ə) la birlikdə Mədinəyə köçdü. Hicrətin ikinci ilində, ziy- həccə ayı başlayanda Əli (ə)la evləndi.

Şəhid olduğu yer və tarix : Şam və xiftə namazları arasında cəmadi- əlsani ayının 3 -də, hicri 11-ci ildə, 18 yaşında Mədinədə..

Məzarı: Bu əzəmətli Xanımın şərəfli qəbri aşağıdakı üç yürin birindədir : Peyğəmbərin məzarının yanında, Bəqi qəbristanlığında, Peyğəmbər məscidində və o həzrətin qəbri ilə minbəri arasında..

Həyatı : İki mərhələdən ibarətdir : 1-Atası və həyat yoldaşı ilə keçirdiyi illər, 2- Peyğəmbərin vəfatından sonra neçə ay : Bu mərhələ sosial-siyasi baxımdan çox əhəmiyyətlidir..

Elçilik

Evlənmə mərasimi çox sadə şəkildə keçirildi. Əslində də evlənməyi islami anlayışı onun həqiqi mahiyyətindən irəli gəlir. Evlənmə təbii bir hadisədir ki, insan həyatı və insan nsəlinin davam etməsini təmin edir.

Adət üzrə elçilik kişi tərəfindən başlanır. Özünə tay və sevdiyi qadının elçiliyinə gedir.

Əmirəlmöminin Əli (ə) isə Fatimə (s.ə)ni istəyəndə Peyğəmbərin (s) in hüzuruna gedib salam verdi. Həzrət onun nəyə görə gəldiyini soruşdu. Əli (ə) Fatimə ilə evlənmə istəyini irəli sürdü. Peyğəmbər (s) də onun bu təklifini xoşhalllıqla alqışladı.

Evlənmə təklifinin qəbulu

Bu evlənmədə Peyğəmbər (s) Əli (ə) ın təklifini qəti şəkildə qəbul etmir və Fatimə (s.ə) nın fikrini öyrəndikdən sonra cavab verir. O həzrət Əli (ə)ın fəzilət və üstünlüklərini qızına deyir, Fatimə (s.ə) susur və bununla da öz razılığını bildirir. Peyğəmbər (s) Fatimə(s.ə) nin sükutunu gördükdə deyir : “ALLAHu Əkbər, Fatimə (s.ə) nin dinməyi onun razılığını göstərir ”. İslam dini qadını öz müqəddaratını həll etmək hüququna malik olan şərəfli insan hesab edir. Eyni halda ataya da bu haqqı verib ki, öz qızına həyat yoldaşını seçməkdə məsləhət versin, çünki o, öz qızının xeyrini daha yaxşı bilir.

Bərabərlik

Müsəlmanlar hicazda ən qüdrətli düşmənləri olan qüreyçlilərlə qarşılaşa bildikləri zaman Fatimə artıq yetkinlik yaşına dolmuşdu. Müsəlmanlar Peyğəmbər(s)in qızı ilə evlənmək şərəfini qazanma yarışına girmişdilər. Çünki Fatimə (s.ə) fəzilət, üstünlük, paklıq, həya, hikmət, pəhrizkarlıq, elm və mərifət baxımından dillər əzbəri idi. Həm də Peyğəmbər (s) in onu nə qədər sevdiyini hamı bilir və buna görə də bir çox əyan və varlı adamlar Fatimə(s.ə)ni Peyğəmbərdən istədilər, lakin Peyğəmbər (s) onlarən hamısını incəliklə geri qaytarırdı, çünki onları Fatiməyə layiq bilmirdi. Bundan əlavə vəhy vasitəsilə öyrənmişdi ki, islamın fəzilətli qadını, Peyğəmbərin nəslini davam etdirən və onun canişinlərini davam etdirən ALLAHın seçdiyi bir kişiyə evlənməlidir. Buna görə də Fatimə(s.ə)nın elçilərinə “ Mən bu haqda ALLAHın əmrini güdürəm” deyirdi. Lakin Əli(ə) o həzrətin hüzuruna gəlib Fatimə(s.ə)ni Əli(ə)a evləndirmiş və mələkləri də çahid tutmuşdur..Bütün bunlar Əli(ə)ın Peyğəmbərdən sonra yer üzündə yaşayanların ən yaxşısı olduğuna, Peyğəmbərin və Fatimənin də bunu bildiyini görə idi. Əli(ə) Fatimənin yoldaşlığına layiq olan şəxs idi.İslamda da ata öz qızını layiq olmayan adamla evləndirməsi yaxşı deyildir. Bu haqda iam Sadiq (ə) bir hədisə əsaslanmaq olar. O həzrət deyir : “ ALLAH Fatimə (s.ə) üçün Əmirəlmöminini yaratmsaydı, Adəmdən tutdu üzü bu yana yer üzündə ona tay tapılmaycaqdı”..


Geri dön

cingiz muradov

  • 23 dekabr 2011 23:09
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
allah razi olsun twkkkkkkkkkkkkkkkk

NELLY19

  • 26 iyul 2011 16:02
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
serhlerinize gore minnetdaram

CandyGirl

  • 1 iyul 2011 11:40
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tessekur edirem

--------------------

Inciciceyi

  • 28 iyun 2011 08:37
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 27 iyun 2011 18:12
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

babasinin kuzusu

  • 27 iyun 2011 18:06
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Aydaaaaaaa cox saq olun....
Allah sizin komeyiniz olsun..
Xanimlarin en gozeli Zehra zaniim ozu sizin komeyiniz olsun.......... AMIN

lema

  • 27 iyun 2011 17:42
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Allah razı olsun.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Grace_Angel

  • 27 iyun 2011 17:30
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkur edirem...cox gozel ve deyerli xeberdir...minnetdaram!!!ALLAH RAZI OLSUN!!!

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 54

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 734
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}