Telefonuna zəng gəlsin - deyim sən kimsən

 
Telefonuna zəng gəlsin - deyim sən kimsən

Zəng çalanda gələn səs əslində nədən xəbər verir?
Mobil telefon çoxdan bəri həyatımızın ayrılmaz hissəsinə, zəruri atributuna çevrilib. İndi gənclərə deyəndə ki, çox yox, cəmi 20 il əvvəl Bakıda kimsənin mobil telefonu yoxdu və bütün təmaslar da stasionar telefonlar vasitəsilə idi - güclə inanırlar.

Mobil telefon olmadan, həyatı təsəvvür etmək yetərincə çətindir.

Kiminsə cibindən uşaq mahnısının səsi gəlir - halbuki, bu cib orta yaşlı kişinin şalvarınındır. Ya da qlamur bir xanımın çantasından rok-metal sədaları ucalır.

Bu, mobil telefonların melodiyaları, zəng səsləridir. Psixoloqların dediklərinə görə, mobil telefon onun sahibinin şəxsiyyətinin və fərdiyyətinin ən parlaq təzahürlərindən biridir.

Telefonun səslənsin - deyim kimsən...
İş yoldaşlarımızdan birinin həyatda ən çox xoşlamadığı, oxuyanda və ya eşidəndə sinirləndiyi ifadələr arasında "Britaniya alimlərinin apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki"dir. Həqiqətən də gülünc ifadədir. Britaniya böyük, adamlar çox - sanki oradakı alimlər sutkada 27 saat işləyərək daim nəyisə kəşf, icad etməyə çalışırlar və özü də həmin kəşflərlə icadların tam əksəriyyəti balığın çətir, qurbağanın da güzgü ilə təmin edilməsini xatırladır.

Amma öz aramızdır - dünyanın bütün ölkələrindəki bəni-adəmlərdən fərqli olaraq, britaniyalılar (ingilislər yazmıram, çünki o ölkədə ingilislərlə yanaşı, şotlandlar, valliyalılar, irlandlar və daha kimlər yaşayır) elmə çox ciddi yanaşırlar.

Eynən bakılı "qədeş"lər təsbehə, gəncəlilər tünd çaya, qubalılar da təzə qonağa yanaşan kimi.

Xülasə, həmin o Britaniyadakı Kembric Universitetinin - hansının ki, nüfuzuna şəkk edən gecə ikən ya qurbağaya çevrilir, ya da adamlığında qalıb hərf tanımır - alimləri günlərin bir günündə əyan etdilər ki, eyni dili-qafil insanlar, bəs "mobil telefondakı rinqtonlar insanın xarakterini müəyyənləşdirir".

Onların dediklərini normal dilə çevirsək, məlum olur ki, hər kəsin telefonunda zəng gələndə çıxan səslər o adamın kimliyini ortaya qoyur.

Alimlər onu da deyiblər ki, telefonun özü də adamın xasiyyətindən xəbər verir.

Bu səbəbdən də əvvəlcə telefonlardan qaçaraq bəhs edim. Sonra ömür və internet vəfa edərsə, qayıdarıq rinqton, yəni telefondakı səslər məsələsinə.

Deməli, belə: britaniyalı alimlər buyururlar ki, "qatlanan" formalı telefonların sahibləri bir qayda olaraq, emosional adamlardır. Hətta onlar ifrat dərəcədə emosionaldır. Belələri xəyallar aləminə kəllə vuraraq orada gəzişməyi sevir, yalnız sabahkı günlə yaşayırlar. Ekspressivlik, aşıb-daşan enerji və nəhəng planlar - "qatlanan" telefonlara üstünlük verənlərin başlıca məcazları bunlardır.

"Kərpic" və ya firənglərin "form-faktor" dedikləri formalı, adi, dördbucaq, izafi bəzək və dizayn olmayan telefonla danışan adamlar mühafizəkarlardır. Yeni funksiyalar, proqramlar, telefon vasitəsilə "Facebook"da eşələnmək və ya barmaqlarda tük çıxana qədər SMS yazmaq onlarlıq deyil.

"Zəng gedib-gəlir, vəssəlam: telefon, danışmaq üçündür, qardaşım!" - həmin adamlardan bu sözləri tez-tez eşitmək olar. Yaxşı bələd olduqları, adət etdikləri əşyanı onlar "iPhone", HTC, "SonyEricsson", "Blackberry"yə dəyişən deyillər. Axı niyə risk etsinlər ki?!

Slayderlər və ya "qaqa"lar demişkən, "üstündən basanda sürüşüb açılan" telefonlar, yaxud da qeyri-adi, qəribə dizaynlı telefonları seçənlər mütərəqqi, bir qayda olaraq gənc insanlardır. Onlar üçün dəbdə olan nə varsa birmənalı qaydada yaxşıdır. Belələri diqqəti özlərinə cəlb etməkdən çəkinmirlər. Epataj və ekssentrika onların həyat amalıdır.

İndi də melodiyalardan, yəni telefona zəng gələndə bu qurğunun çıxardığı səsdən danışaq. Bax, siz - telefonunuza melodiya, bu və digər rinqtonu quraşdıranda nəyi əsas götürürsünüz? Maraqlı sualdır, mən də bilirəm.

Kimsə hansısa mahnıdan xoşlanır, ya da kiminsə hansısa mahnı və ya melodiya ilə bağlı xatirələri var. Fərq etməz - istənilən halda, telefondakı melodiya onun sahibinin kimliyindən xəbər verir.

Zarafat, ifrat bərk səslər, lağlağı sevənlər özlərinə diqqəti cəlb etməyə çalışırlar. Özləri də həmin diqqətin mənfi və ya müsbət yüklü olacağı onların eyninə gəlmir. Beləsi üçün əsas məsələ onun nəzərə çarpmasıdır.

Populyar mahnılardan, adətən, dəbə uyğunlaşmağa çalışan adamlar istifadə edirlər. Belələri pozitiv davranışlıdır, hamının xoşuna gəlməyə çalışırlar. Amma yetərincə yüngül xasiyyətli, hərdəmxəyaldırlar.

İllər əvvəlin mahnısını eşitdiniz? Qarşınızda ötən günlərlə, xatirələrlə yaşayan insan var. Nisgil onun həyatdakı yoldaşıdır.

Telefonunda əcaib melodiyalar və ya uşaq mahnıları səsləndirənlər isə ünsiyyətdə yüngül, asan təmas quranlardır. Belələri ürəklərinin dərinliklərində özlərini hələ də uşaq sayırlar, üzlərində ağ tüklər, gözlərində eynək olsa da...

Bu adamın oyuncaqları "Mersedes" və ya bahalı telefon olsa da, onun nəvaziş və qayğıya ehtiyacı var. Bəlkə uşaqlıq illərində o, həmin qayğını almayıb?

Sentimental melodiyalar, populyar qrupların və sənətçilərin hitləri telefon sahibinin hazırda bəxtəvər olmadığına da dəlalət edir. Bəlkə də tərsinə - elə gənclik illərinin şövqünü itirmədiyi üçün də bəxtəvərdir o - kim bilir. Həmin adama telefonun melodiyası barədə sual verəndə "Hə?! Sən də onun ifasını xoşlayırsan? Yadındadır, onun bir mahnısı vardı..." eşitmək olar.

Doğrudur, istənilən qaydadan istisnalar var və hər adamı da yalnız onunla danışandan sonra tanımaq olar. Lakin telefon melodiyaları insanlara bələd olmaq üçün artıq ən ümdə bələdçilərdən birinə çevrilib.

"Zəng vur mənə, qulaq as ərzi-halıma"
Dünyanın istisnasız olaraq bütün dövlətlərində olduğu kimi, Azərbaycanda da mobil rabitənin funksional sayılmayan xüsusiyyətləri var. Belə məcazlardan biri telefona zəng vurarkən adi "düüt-düüt" səslərinin əvəzinə, ən müxtəlif mahnı və danışıqların eşidilməsidir.

Məsələn, bir rəfiqim var. Yetərincə ciddi vəzifəsi, böyük maşını, böyük evi, böyük bığı və böyük qarnı var. Amma ona zəng edən hər kəs bilaixtiyar olaraq "Cimi-Cimi, aha aha!"ya qulaq asmalı olur.

Belə "müdrik" qərarının səbəbini soruşanda da qaşlarını çatır, sifətinə "məsum-müdrik" görkəm verib "incəsənəti sevirəm" deyir.

O gün ortayaşlı pedaqoqa zəng vurdum. Əyriburun, pırpızqaşlı, ayaqları "Tatra" təkərlərinə oxşayan, qardaşının bığsız variantı olan 55-60 yaşlı xanımdır. Amma nə olsun: ona zəng vurandan sonra yarım dəqiqə Tarkanın "Öp, öp doya doya"sına qulaq asmaq zülmündə qaldım.

Və yaxud iş yoldaşım var. Az qalıram ki, onun bütün tanış-bilişinə yalvarım ki, ey həzərat, çevirin məni o mübarək maşınlarınızın başına, bu adam işdə olanda zəng vurmayın ona.

Çünki həmin adamın telefonu əliqumbaralı meymun təkidir - bir saniyədən sonra hansı səs çıxaracağı bəlli olmaz. Zəng gələndə ya "Ah, uh, uf, yeeee!" sözlərindən ibarət əllamə mahnı səslənir, ya "Can canadır can cana" epik oratoriyasının zingiltili akkordları ucalır, ya da "pupsikvari" mahnı otağı başına götürür.

Çox misal gətirmək olar - amma baş ağrıtmağa nə hacət, zatən belələrini siz də tanıyırsınız.

Bəs yaxşı, alimlər bu işə nə deyir?
Avropa Psixoloqlar Assosiasiyasının eksperti Filipp Melouanın fikrincə, mobil telefonlardakı melodiyalar həmin alətin sahibinin psixoloji indikatorudur.


"Məsələn, zəng gələndə telefonunda həzin, instrumental mahnı səslənən insan analitik düşüncəli olsa da, seyrçidir. Bəla və problem gələndə çaşır, nə edəcəyini bilmir, dərhal fəaliyyətə keçmək əvəzinə gözləməyə üstünlük verir. Belə adamlar həyatlarında çətinliklər olanda əsəbi fərdlərə çevrilirlər.

Telefon melodiyaları izafi nikbin, şən olan adamlar isə özlərindən həzz alırlar. Yəni neyrolinqvistlər bəhs etdiyim adamları stressdən qorxmayan fərdlər sayır. Di gəl, belə insanların davranışı ətrafdakıları çox qıcıqlandırır. Telefonlarında sadə melodiyalar olanlar elə həmin telefonla çox danışmağı sevmirlər. Bu adam liderdir, münaqişələrdən qorxmur və bütün problemlərdən qalib çıxır. Həmin adam şəxsi həyatını nümayiş etdirməyi sevmir, təmas və münasibətlərdə soyuqqanlı olur. Telefonlarında aktyorların, xüsusilə də komiklərin danışıqlarını qoyanlar isə işdə əzab çəkənlərdir. Onların ən böyük arzusu hər şeyi bir kənara atmaq, telefonu söndürmək və heç nə etməməkdir. Beləsi tənbəl və sibaritdir.

İllər əvvəllərin mahnılarını səsləndirən adam məqsədinə çatmağı sevir, həmişə diqqət mərkəzində olmaq istəyir. Münasibətlərdə sadəlik və rahatlıq tərəfdarıdır.

Ən nəhayət, telefonuna heç bir əlavə melodiya yazmamış adamlar həmişə düşündüklərini deyirlər, çünki güclü cəhətlərinə əla bələddirlər və zəif yönlərinin mövcudluğuna da sadəcə, inanmırlar", - F. Meloua deyib.

Alman psixoloqlar isə bildirirlər ki, mobil telefonun səsindən ümumiyyətlə, xoşlanmayan adamlar da var. Belələlri aparatın zənginin səsini tamamən alır, onu vibrasiya, yəni titrəyişlə əvəzləyirlər.

Həmin insanlar mobil telefonun səsindən usanan, qıcıqlanan şəxslərdir.

Yaponiyanın Tokio şəhərindəki Psixoloqlar Cəmiyyətinin ekspertlərinin fikrincə, mobil telefondakı bu və ya digər zəng melodiyası insanın obrazının çox mühüm detalıdır. Çünki insan özü də bilmədən zövqü, özünə və ətrafdakılara münasibəti, ambisiyaları barədə insanlara məlumat verir, daxili aləminin ən mübhəm hissəsini ortalığa çıxarır.
Yapon psixoloqlar mobil telefonda nömrəsi olan hər abonent üçün ayrıca melodiyanın seçilməsini isə artıq psixoterapiya sayırlar.

"Apardığmız tədqiqatların nəticələri göstərir ki, qadınlar bir qayda olaraq, mobil telefonunda enerjili, amma qıcıqlandırmayan zəng səsi gələn kişilərə fikir verirlər. Kişilər isə rəqs səciyyəli səslər gələn telefon sahibəsinə fikir verirlər. Evli kişi və ya ərdə olan xanımın telefonunda isə mütləq lirik melodiya olur", - psixoloq Nakoqava Osihara bildirib.


Geri dön

joyful

  • 6 dekabr 2011 23:43
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
maraqli idi thanks

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

NELLY19

  • 26 iyul 2011 16:03
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
serhlerinize gore minnetdaram

CandyGirl

  • 1 iyul 2011 11:41
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

Bengu

  • 28 iyun 2011 15:58
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
Oxuya bilmedim. cumlenin sag terefi gorunmur angry

CandyGirl

  • 28 iyun 2011 15:44
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
Sitat: asiya_760
tessekur edirem


--------------------

Inciciceyi

  • 28 iyun 2011 08:39
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqli melumatdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

no_name

  • 27 iyun 2011 20:21
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
feel tessekur

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

multya6kaaa

  • 27 iyun 2011 19:45
  • Məqalə: 0
  • Şərh: 80
  • Bal:
{awards}
hm thanks mende hecvaxt lirik mahnilar olmur

--------------------
Esli ya upadu,to ne smeytes,Lucwe zaqadivayte jelaniye-ZVEZDA upala...

R.M_FaNaTka

  • 27 iyun 2011 18:13
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

hazal kaya

  • 27 iyun 2011 17:50
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
twk winked

tweety6666

  • 27 iyun 2011 17:29
  • Məqalə: 0
  • Şərh: 159
  • Bal:
{awards}
tesekkurler!!!

YazYamuru

  • 27 iyun 2011 17:20
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeee maraqli yazi idi....
Men hezin musiqiler qoyuram hemi$e qemli belay

--------------------



_tvix_

  • 27 iyun 2011 17:07
  • Məqalə: 0
  • Şərh: 184
  • Bal:
{awards}
twkler.............

breaking dawn

  • 27 iyun 2011 16:59
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
winked tsk....>>>>>

lema

  • 27 iyun 2011 16:54
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
mende adi zengdir.) teşekkür mövzuya göre.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

ZAC EFRON

  • 27 iyun 2011 16:37
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
sposiba dlya intresnix nobostey

Poppy

  • 27 iyun 2011 16:36
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 22

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}