Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (36-40)

 
Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (36-40)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (36-40)

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (36-40)

36-Əhd-peyman:
Əhd-peymanın Qurani-kərimdə işlənən ən mühüm mənası əmanəti qəbul etməkdir ki, insandan başqa hər bir məxluq onu qəbul etməkdən imtina etmişdir.


Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (36-40)

37-Ölüm:
Ölüm həyatın sonu deyil, əksinə bir yerdən başqa bir yerə köçməkdir. İmam Əli (ə) buyurmuşdur: “Dünya əbədi deyil, müvəqqəti bir həyatdır, belə isə, ibrət götürün və onu abad etməyin. Çünki siz əbədi həyat üçün yaradılmısınız. (Ölməklə) bir yerdən başqa bir yerə köçəcək və orada əbədi olaraq yaşayacaqsınız.”
İnsanın xilqəti bir damcı sudan (nütfədən) başlayır, o, tədriclə inkişaf edir və bir məqama çatdıqda, onun bədəninə ruh verilir. Qurani-kərim bu mərhələdən sonra Allahı “Əhsənul-xaliqin” (yaradanların ən yaxşısı) adlandırır. İnsanın əcəli yetişdikdə, bu dünyadan tam ayrı olan bir aləmə köçür ki, bu da onun təkamülüdür.
Qurani-kərim bu mərhələlərə belə işarə edir:
“Sonra ona ayrı bir həyat (xilqət) bəxş etdik. Yaradanların ən yaxşısı olan Allah təzimə (və sitayişə) məxsusdur. Bundan sonra siz öləcək və daha sonra isə qiyamət günündə dirildiləcəksiniz.”
İnsanın təkamülə çatması maddi dünyanı tərk etməsinə bağlıdır.
Əgər ölüm olmasaydı, insan təkamül mərhələsinə çatmazdı. İmam Həsən (ə)-dan “ölüm nədir?” – deyə soruşduqda, o həzrət buyurdu: “Möminlər üçün ən böyük sevincdir, çünki çətinliklərlə birgə olan dünya həyatından əbədi behiştə yola düşür. Kafirlərə isə ən ağır həlakətdir, çünki cəhənnəmə yollanırlar.
İmam Cavad (ə)-dan soruşuldu:
“Nə üçün müsəlmanların ölümdən xoşu gəlmir?” Həzrət buyurdu: “Çünki onlar ölümün həqiqətini tanımırlar, necə ki, uşaq (xəstələndikdə) dərmanın faydasını bilmədiyi üçün onu qəbul eməkdən imtina edir.”


Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (36-40)

38-Nemət:
Allaha nisbət verilən nemətlərdən məqsəd, yalnız xeyir və yaxşılıqdır. İnsanın Allah dərgahına yaxınlaşmaq və Onun razılığını cəlb etmək üçün yerinə yetirdiyi əməllərə nemət deyilir.
Bütün təfsirçilərin nəzərinə əsasən, Allahın insanlara dinin kamilləşməsi ilə sona yetirdiyi nemət hidayət və doğru yola yönəlməkdir.
Hər bir varlığın ən böyük neməti onun həyat sürməsidir. Buna əsasən, hər bir insan axirət aləmindəki həyat haqqında fikirləşsə, ən böyük nemətə malik olmuşdur.


Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (36-40)

39-Nur:
Gizli və məxfi şeylər nurun vasitəsilə aşkar edilir.
Nur Qurani-kərimdə görmək, işıqlandırmaq, hidayət, iman, Quran, xeyir işlər, yol göstərmək, rahatlıq, tövbə, zikr və şükür mənalarında işlənmişdir.


Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (36-40)

40-Yəqin:
Yəqin elmin xüsusiyyətlərindən olub, mərifət məqamından üstündür və hökmün möhkəmliyi ilə birgə olan nəfsin aramlığına deyilir.
İmam Sadiq (ə) buyurmuşdur:
“Allah-taala rahatlıq və asayişi yəqin və razılıqda, qəm-qüssəni isə şəkk və tərəddüddə qərar vermişdir.” Yenə də o həzrət buyurmuşdur: “Yəqinin həddi budur ki, özünü daim Allahla bilib heç bir şeydən qorxmayasan.”
Yəqin üç qismə bölünür:
1-Elmül-yəqin: Yəqinin birinci mərtəbəsidir, ondan məqsəd həqiqətlə uyğun gələn dəqiq elmlər, sabit və möhkəm etiqadlardır. Bu məqam alimlərin yorulmaz səy və ciddi cəhdlə nail olduqları dərəcədir.
2-Eynül-yəqin: Canlı şəkildə müşahidə etməyə və dünyadan gedən zaman can vermə halından xəbərdar olmağa deyilir. Bu, ariflərin məqamıdır.
3-Həqqül-yəqin: Aqil ilə məqul arasında mənəvi birliyin və həqiqi əlaqənin yaranmasına deyilir. Yüksək imana malik olmaq nəticəsində kəşf yolu ilə behişt, cəhənnəm və onların necəliyini müşahidə edib qeyb aləmindən xəbər verməkdir.

Quranın Qırx İfadəsi Haqqında Qısa Anlayış (36-40)


Geri dön

CandyGirl

  • 1 iyul 2011 11:41
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tessekur edirem

--------------------

Inciciceyi

  • 28 iyun 2011 08:38
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Gamze

  • 27 iyun 2011 23:10
  • Məqalə: 356
  • Şərh: 196
  • Bal:
{awards}
Allah razi olsun.Chox deyerli movzudu hamisini oxudum.Eziyyete hormet

--------------------

isayev.elvin

  • 27 iyun 2011 21:01
  • Məqalə: 0
  • Şərh: 82
  • Bal:
{awards}
men obiri dunyanin varligina inanmiram

--------------------
kicik insanlarin kolgesi boyudu biz gun batan yerdeyik

R.M_FaNaTka

  • 27 iyun 2011 18:13
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

YazYamuru

  • 27 iyun 2011 17:14
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
ÖLÜM HeyatIn sonu DEYiL,biR yErdeN ba$Qa biR Yere köcmekdiR....
eeeehhh birce getseydik.... belay

--------------------



lema

  • 27 iyun 2011 16:59
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun.Artıq bütün melumatları öyrendim.Eziyyetiniz üçün teşekkürler.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

ASMIYA

  • 27 iyun 2011 16:59
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
EZIYYET ICIN TESEKKURLER



--------------------


Sevinc ADU

  • 27 iyun 2011 16:48
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH sizden razi qalsin.Cox deyerli xeberdir,tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}