Bu gün İmam Musayi-Kazımın (ə) şəhadət günüdür

 
Bu gün İmam Musayi-Kazımın (ə) şəhadət günüdür

Bu gün İmam Musayi-Kazımın (ə) şəhadət günüdür

Yeddinci imam olan Musayi-Kazım (ə) hicrətin 745-ci ilində doğulmuşdur və 799 ilində şəhid edilmişdir. Altıncı imam Cəfəri--Sadiqin (ə) oğlu olan İmam Musayi-Kazim (ə) həyatı boyunca çox ağır zülmlər görüb. İmam Musa (ə) Əhli-beytin (ə) nurlu yolunu bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqibcə təmsil edirdi. O Həzrət (ə) digər imamlar kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməyi edərdi. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərdi.

Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçincə, Əhli-beyt (ə) tərəfdarları rahatlayacaqlarını sandılar. Amma qısa bir müddət keçmədən Abbasilər də Əməvilərin etmədiyi zülmlərə əl atdılar. Abbasi idarəçilərinin qorxusu xalqın Əhli-beyt (ə) övladlarını rəhbərlikdə görmək istəməsi idi. Çünki Abbasilər Əhli-beyt (ə) adından istifadə edərək Əməviləri devirmişdilər. İqtidarlarını başda Əbu Müslim Xorasani olmaqla, Əhli-beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan ən əhəmiyyətli zərbəni vuran böyük Əhli-beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasan olmuşdur. Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-beyt davamçılarını qətl etməkdən çəkinmədilər.

Bu gün İmam Musayi-Kazımın (ə) şəhadət günüdür

Fəx hadisəsi

“Peyğəmbər xəlifələri” kimi özlərini tanıtdıran Abbasilərin özbaşınalığı və İslam dininə zidd hərəkətləri müsəlmanlar arasında narazılığa səbəb olmuşdu. Xüsusən Peyğəmbər (s) nəsli olan Bəni-Haşim bu məslədə olduqca həssas idi. İmam Həsənin (ə) nəslindən olan Hüseyn ibn Əli Imam Museyi-Kazimın (ə) əmri ilə Mədinədə Xəlifə Hadinin hakimiyyətinə qarşı qiyam etmək məqsədilə ordu topladı. Mədinə valisinin Bəni-Haşimə qarşı etdiyi təziqlər Hüseyni qiyamı sürətləndirməyə vadar etdi. Hüseynin planına əsasən, Həcc mövsümündə o öz qoşunu ilə Məkkəyə doğru getməli və xilafətn müxtəlif bölgələrində olan müsəlmanları xəlifəyə qarşı qiyama çağırmalı idi. Hüseynin Məkkəyə tərəf hərəkət etdiyini xəbər tutan xəlifə onların üstünə qoşun göndərir. İki qoşun Fəxx adlı bir yerdə qarşılaşır və qızğın döyüşdən sonra Hüseynin ordusu məğlub olur. Sağ qalan əsgərləri əsir götürüb qətlə yetirirlər və onların başlarını xəlifənin hüzuruna göndərirlər. İmam Təqi (ə) daha sonra bu hadisə barəsində söyləyəcək: “Kərbəla facisəindən sonra bizim üçün heç bir faciə Fəxx faxiəsi kimi dəhşətli olmayıb”.

İmam Kazimin (ə) Fəxx faciəsi ilə əlaqəli olduğunu bilən xəlifə Hadi o Həzrəti (ə) ölümlə hədələdi. Ancaq çox keçmədi ki, 1 il hakimiyyət edən xəlifə öldü. Ondan sonra hakimiyyətə gələn Harun Ər-Rəşid İmamı (ə) sürgün etdirərək, həbsə atdırdı.

Bu gün İmam Musayi-Kazımın (ə) şəhadət günüdür

İmam (ə) zindanda

İmam Kazim (ə) ömründə iki dəfə Mədinədən sürgün olunub. Birinci dəfə xəlifə Mehdinin dövründə, ikinci dəfə isə Harunun dönəmində.
Harun öz hakimiyyəti dövründə hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zakatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib orada həbs olunsun. Bir il Bəsrə zindanında qaldığı müddət İmam (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən onu başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı (ə) öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın sahibi Sind (l.ə) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər Kazim (ə) şəhadətə çatdı.

Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə də həm özünə bəraət qazansın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər cəsədinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam (ə) xalqın matəm və əzası altında İraqda Kazimeyndə torpağa tapşırıldı. O həzrətin məzarı bu gün də müsəlmanların ziyarətgahıdır.

Bu gün İmam Musayi-Kazımın (ə) şəhadət günüdür

İmamın (ə) təbliğ nümunəsi

Bir gün İmam Musayi-Kazim (ə) bir küçədən keçəndə bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub, əylənməklə məşğul idi. Bu zaman evin qapısı açıldı və zibilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü İmama (ə) sataşan kimi ona salam verdi. İmam (ə) ondan soruşdu: «Bu evin yiyəsi quldur, ya azad?»
Kəniz, "Azaddır", - dedi.
İmam (ə) buyurdu: «Azad olduğu bəllidir. Әgər bəndə olsaydı, Allahdan qorxub bu işləri görməzdi».
Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.
O kişi bir az duruxub, İmamın (ə) sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın İmamın (ə) dalınca qaçdı. Özünü o Həzrətə (ə)yetirib salam verdi və İmamın (ə) hüzurunda öz əməlindən peşman olduğunu söyləyib tövbə etdi. O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də ona Büşri-hafi (ayaqyalın Büşr) deyirdilər.


Geri dön

NELLY19

  • 1 iyul 2011 20:51
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
Twkler xebere gore .

Inciciceyi

  • 29 iyun 2011 09:36
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 28 iyun 2011 20:58
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tese,kurler

--------------------

AliNikA

  • 28 iyun 2011 17:32
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

Sevinc ADU

  • 28 iyun 2011 16:06
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH sizden razi olsun.Cox deyerli xebere gore tesekkur edirem.

qonce

  • 28 iyun 2011 15:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun,tesekkur xebere gore...

CandyGirl

  • 28 iyun 2011 15:06
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 27

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}