Böyük Alov

 
Böyük Alov

Böyük Alov

Babillilərin, həmçinin onlardan da qabaq sumərlilərin neft, qır və kibrit haqqında mə`lumatları vardı. Buna görə də babillilər öz torpaqlarında ən böyük alov şö`ləsini yaratmaq fikrində idilər.

Bunların hamısı İbrahimin (ə) cəzasına görə idi. O, onların yalançı allahlarını dağıtmışdı. Onlar bir aydan çox şəhərin çölündə odun topladılar. Bir aydan artıq odunlara qır artırdılar və onlara neft tökdülər.

Odun bağlamalarını şəhərin çölünə daşıyan Babil camaatının get-gəl mənzərəsi çox adi idi.
Allahların qarşısında tə`zim göstərib, bütlərə səcdə edən bütpərəstlər hamısı odun toplantısında iştirak edirdilər.

Onlar bunun vasitəsi ilə allahlarının onlara xeyir və bərəkət əta etmələrini istəyirdilər.
Hökmü icra etmək günü çatdı. Nəmrudun mə`murları İbrahimin (ə) qollarını bağlayıb, şəhərdən çıxardılar.

Babil əhalisi cavan İbrahimin (ə) barəsində olan hökmün icrasına tamaşa etmək üçün şəhərdən çıxdılar. Keşişlər gəlib, alovu yandırdılar. Alov tezliklə odunlarda şö`lələndi. Çünki, neft və qır tökməklə odunlar islanmışdılar. Alov odun dağında zəbanə çəkdi. Alov şö`lələrinin hündürlüyü onlarla metr yuxarı çatırdı.

Babil əhalisi qaçıb, geri çəkildilər. Onlar alovun onları yandırmasından qorxurdular.
İbrahim (ə) sakitcə alova tamaşa edirdi. Onun Allaha imanı var idi və Allahdan başqa heç kəsdən qorxmurdu. İbrahimin (ə) əllərini bağlamışdılar. Keşişlər belə güman edirdilər ki, İbrahim (ə) o böyük alovu gördükdə üzr istəyəcək, allahlara səcdə edib, keşişlərdən əfv olunmasını istəyəcəkdir. Amma, cavan İbrahim (ə) arxayın və rahat idi. O sükutla öz taleyini gözləyirdi. Bu zaman onlar üçün böyük bir çətinlik qarşıya çıxdı.
Bu çətinlik İbrahimi (ə) necə alova atmaq məsələsi idi. Çünki, heç kəs o böyük alova yaxınlaşa bilmirdi. Onun istiliyi on metrlərlə uzaqdan insanları yandırırdı.
Keşişlər toplaşıb, problemi həll etmək üçün çarə fikirləşirdilər. Onların birinin ürəyinə şeytani bir fikir gəldi. O dedi:
- Onu mancanağa qoyarıq.
Keşiş yer üzərində mancanaq planını çəkdi. Bu, şeytani bir fikir idi. Mancanaq İbrahimi (ə) uzaqdan alovun içinə atacaqdı.
Fəhlələr bu yeni kəşfi düzəltməyə başladılar. Mancanaq hazırlandı. Onlar İbrahimi (ə) gətirib, mancanağa qoydular. İbrahim (ə) tamamilə arxayın və soyuqqanlı idi.
İnsanlar cavan İbrahimə baxıb, onun dözümünə və mübarizliyinə heyrət edirdilər. Həmin həssas anlarda bir mələk İbrahimin (ə) yanına enib, ona dedi:
- Bir şeyə ehtiyacın varmı?
İbrahim (ə) böyük Allahdan savayı heç bir şey barədə fikirləşmirdi və heç kəsdən bir şey istəmirdi. Onun istəyi yalnız böyük Allahdan idi.
Ona görə də mələyə dedi:
- Mənim Allahdan başqa heçə kəsə ehtiyacım yoxdur. Heç kimdən bir şey istəmirəm.
Allah-təala İbrahimi (ə) imtahan etdi. Onun imanını və ixlasını yoxladı. İbrahim (ə) mö`min və ixlaslı bir insan idi.
Mə`murlar mancanağın ipini çəkdilər. İbrahim (ə) bir anda göyə tullandı və çox əzəmətli bir alovun içinə düşdü.
Allah-təala alovun da yaradanıdır. Allah alovu yaratmışdır. Alova yandırmaq qüvvəsini verən Allahdır. Elə həmin Allah da ondan yandırmaq qüvvəsini almağa qadirdir.
Allah-təala alova vəhy etdi:
- Ey alov! İbrahim (ə) üçün sərin və gülüstan ol!
Alov hələ də şö`lələnirdi. Amma, özünün yandırmaq qüdrətini əldən vermişdi.
Alov İbrahimə heç bir zərər yetirmədi. Yalnız əl-qolunu bağladıqları ipləri yandırdı.
Alovun İbrahimin (ə) düşdüyü hissəsi gözəl və güllü bir bağa çevrilmişdi. Amma, hər tərəfdən alov onu əhatə etmişdi. Alov şö`lələnir və göyə zəbanə çəkirdi. Amma, İbrahim (ə) üçün soyuq və gülüstan olmuşdu.
Allah-təala İbrahimi (ə) yoxladı. İbrahimin (ə) iman dərəcəsini bilirdi. Ona görə də onu daha da əzizlədi, xilas etdi və düşmənlərinə qalib etdi.
Nəmrud alovun sakitləşməsini gözləyirdi. O, İbrahimin (ə) taleyini görmək və ona qələbə çaldığı üçün bayram etmək istəyirdi. Alov çox böyük və ağır idi. Bir neçə gün eləcə yanıb, şö`lələndi. Amma, get-gedə zəifləyib, söndü. Nəmrud İbrahimin (ə) başına gələnləri görmək üçün alova sarı getdi. O fikirləşirdi ki, görəsən İbrahim (ə) külə çevrilmişdirmi? Amma, o və bütün Babil əhalisi təəcübləndilər. Hamı anladı ki, İbrahimin (ə) Allahı qüdrətli və böyükdür. Ona görə də İbrahimdən əl çəkib, onun azad yaşayışına mane olmadılar.

Böyük Alov


Geri dön

NELLY19

  • 1 iyul 2011 20:54
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
Twkler xebere gore .

Inciciceyi

  • 29 iyun 2011 09:40
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 28 iyun 2011 21:00
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

qonce

  • 28 iyun 2011 15:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur.....

CandyGirl

  • 28 iyun 2011 15:13
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurrrr

--------------------

lema

  • 28 iyun 2011 15:07
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
mende çizg filmini izlemişdim feel minnetdaram

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

rossioneri-004

  • 28 iyun 2011 15:03
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
{awards}
god blest all us

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!

MuslimGirl

  • 28 iyun 2011 14:56
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Çizgi film şəklində də izləmişdim, kitabdan da oxumuşdum. ALLAH əməlisaleh qullarının yanındadır. ALLAH razı olsun, bacış

iMPoSSiBLe

  • 28 iyun 2011 14:44
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
Twkler xbre gore maraqli idi....

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 22
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}