Ümid etmək mi?

 
Ümid etmək mi?

Ümid etmək mi?

Ümid etmək mi? Nədir ki ümid? Ümid ümidsiz qaldığın zaman çarəsizliyə bir ümid işığı yandırmaqdır.Qaranlıq otağı işıqlandıran şam işığına bənzər bələkə də..ama o işıq belə yolumuzu görməyimizə,addımlamağımıza kömək edər.
Çox ümidli olub xəyalpərəst olmaq deyil ümid etmək.Ümidsiz olub sıxıntıda yaşamaqda yanlışdır.İnsan ümidlə ümidsizlik arasında olmalıdır.Ona yaraşan budur.O özü seçməlidir.Uzun yolun sonunda bir açıq qapı olduğunu bilməlidir.Yolun ətrafını bürüyən divarlar onu sıxsa da.
Ümid bir küçə uşağının bəlkə bir gün bir əl uzanar da gəl sənin bütün arzularını,bütün ümidlərini yerinə yetirim deyə gözləməsidir.Bəlkə bir gün..

Ümid bir şairin şeirlərindəki təsəllisidir bəlkə..ağacların səhrada böyüməsidir ümid.Bəlkə də bir quş kimidir.Səbəbsiz gəlib qonar qəlbinin üzərinə.Çörəyim də yoxdur ki xırda-xırda doğrayıb ona yedirtsəm deyərsən ama o aclıqdan ölməz və getməz yenə də.Çörək taparam deyə deyildir gəlişi onsuzda.Xəbərsiz,səbəbsiz,izahsız..
Bəlkə də ümid bir nəfərin yox,bir millətin ümididir.Gələn il deyə deyə gözlər yeni ili.Gələn il dönərik deyə,qovuşarıq deyə gözləməkdir torpaqlar.Gülə-gülə..Yerində saymaqdır bəlkə də ümid.

Və ümidlər güllər kimidir.Bəzən açar,bəzən solar.Bəlkə qəlbinə qoyarsan onu yaşayarsan,bəzən gözlərində qalar kor olarsan.Söndürər gözlərinin işığını ümid zərrəsi və qorxarsan.Artıq ümid etmirəm deyərkən belə ümid var.Bir uşağın saçlarında,bir yaşlının ovuclarında.Və ümidi insan özü yaradar.Bəzən öldürər.Amma öldürdüyü ümidi başqa bir ümidlə əvəz edər ama yenə öldürər və...və belə də davam edər.Ümidlə insan mütləq toqquşar bir gün.Arzular ölmədikcə ümidlər bitməz.İnsan sevgiyə küsmədikcə ümidlər sönməz.İnsan ümid etmədikcə gözləri görməz.İnsan ümidi sevmədikcə qaranlığın məhkumiyyətinə qərq olar..
Ümid belə bir şeydir əslində ondan qaça bilmirsən çünki torpağa kökləri salınmış ağaclar ondan qoparıla bilməz.Kəsilsə də yenidən böyüyər.Geriyə qalan isə ehhhh ümid...

Ümid etmək mi?


Geri dön

Just For Legend

  • 4 dekabr 2010 19:06
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
maraqli xebere gore minnettaram

--------------------

Ulya

  • 25 avqust 2010 19:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
ZoLuShKa,
winner...,
♥Princess♥,
love

winner...

  • 24 avqust 2010 22:38
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
ilk serh menden))
maraqli idi...coox sagol bacis

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 66
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}