Nokia şirkəti N9 telefonunun təqdimatından dərhal sonra tədricən ictimaiyyətin diqqətini bu yeni modelə yönəltməyə çalışır.
Şirkət öz MeeGo-qacetində kameranın işləmə sürətini rəqib modellər, hətta tamfunksiyalı Canon PowerShot S95 fotokamerası ilə müqayisə edərək telefonun fotomodulu haqqında ətraflı məlumat verib.
Smartfonun kamerası Carl Zeiss ilə birgə işlənib hazırlanmışdır. Kamera F2.2 aperturası, fasiləsiz fokus dəstəyi, 2-seksiyalı işıq-diod işıqlandlrma və saniyədə 30 kadr sürətilə 720p çözünürlüklü video çəkmək funksiyasına malikdir.
Kameranın İş Sürəti
Nokia N9 kamerasının işləmə sürətinə gəldikdə, müvafiq proqram təminatının işə düşməsi və ilk çəkiliş cəmisi 2,6 saniyəyə baş tutur. İstehsalçının iddia etdiyinə görə, bu baxımdan, telefon iPhone 4-dən (3 san.) və Galaxy S 2 – dən (bu modelin kamerası sürət baxımdan Apple-dən bir qədər geridədir) daha sürətlidir.
Bundan əlavə, N9-un kamerası öz sürətinə görə hətta Canon PowerShot S95 rəqəmli kamerasını da qabaqlayır. Çəkilişin keyfiyyəti isə Nokia N9-un rəsmi təqdimatına əsasən kifayət qədər yüksəkdir.