Televiziya, uşaq və ünsiyyət

 
Televiziya, uşaq və ünsiyyət

Televiziya, uşaq və ünsiyyət

TELEVİZİYA, UŞAQ VƏ ÜNSİYYƏT
Televiziya, gündəlik həyatımızda ən çox istifadə etdiyimiz, təsiri çox olan ünsiyyət vasitəsidir

Analar, ev işlərini çatdırmaq, ya da ağlayan uşağı susdurmaq üçün, ən əsan yol olaraq uşağı televiziya qarşısında oturmağı seçirlər. Beləcə, rahat-rahat qab-qacağımı yuyur, evimi silir süpürürəm deyə bildirirlər.

Atalar isə, çox gərgin və yorucu keçən gündən sonra yemək yeyib, xəbərləri və futbol oyunlarını izləməyi seçirlər.
Televiziya, uşaq və ünsiyyət
Çox vaxt da, evdə bir dənə televiziya olması problem olur. Ata idman oyunları, ana serialları, uşaqlar da sevdikləri cigi filmləri izləmək istədikləri üçün mübahisə edirlər. Bu vəziyyətdə hamının otağına bir televiziya alınması, problemi həll etmənin ən asan yolu olaraq düşünülür. Axşamlar hamı öz otağına çəkilərək, istədiyi proqramı seyr etsə problemin həll ediləcəyi sanılır. Bu vəziyyətdə problem həll olunmuş kimi görünsə də, əslində ailə daxilində ünsiyyətin aradan qalxmış olması, çox ciddi bir problem olaraq qarşımıza çıxacaq.
Televiziya, uşaq və ünsiyyət
Ailə üzvlərinin toplana bildiyi axşam saatlarında vaxtın çoxunun televiziya qarşısında keçməsi ailə daxili ünsiyyətinə böyük zərbə vurur. Halbuki bütün ailə fərdlərinin toplanması, lazım olan bu saatlar qiymətli zamanlardır. Bir-birimizin hal-əhvalını soruşmaq, günümüzün necə keçdiyini danışmaq, problemlərimizi paylaşmaq qısası bir-birimizə dəyər verdiyimizi hiss etdirmək lazımdır. Bu saatlar xüsusilə uşaqlarımızın bizdə gözlədiyi maraq və sevgini onlara verə biləcəyimiz əhəmiyyətli vaxtlardır.
Televiziya, uşaq və ünsiyyət
Uşaqlarımızın televiziya qarşısında çox vaxt keçirmələrini istəmiriksə, əvvəlcə valideyn olaraq, onlara bu mövzuda nümunə olmalıyıq. Hər şeydən əvvəl onlarla birlikdə vaxt keçirməyə diqqət göstərməliyik. Məsələn; birlikdə oyun oynamaq, şəkil çəkmək, nağıl və ya hekayə kitabı oxumaq, yazı yazmaq, söhbət etmək uşaqlarımızla edə biləcəyimiz fəaliyyətlər olaraq sıralana bilər. Bütün bu fəaliyyətləri ana və atasıyla birlikdə edən uşaq, televiziyanı izləməyi unudaraq, ağılına belə gətirməyəcək.

Uşağın televiziyanı izləməsinə mane törətmək üçün qadağa qoymaq istəsəniz, bu iş daha çox inadlkarlığa aparacaq, faydası da olmayacaq. Qadağa qoymaq ya da cəza vermək yerinə birlikdə ediləcək alternativ fəaliyyətlər uşaqları onsuz da televiziyadan uzaqlaşdıracaq.
Televiziya, uşaq və ünsiyyət
Buradakı məqsəd, uşaqları tamamilə televiziyadan uzaqlaşdırmaq, heç izlətməmək deyil. Məqsəd, mümkün olduğu qədər uşaqları televiziyanın mənfi təsirlərindən uzaq tutmaqdır. Çünki bilirik ki, televiziyanın uşaqlar üzərində çox ciddi təsirləri var. Məsələn, təcavüzkar davranış göstərən uşaqlar xüsusilə şiddət tətbiq olunan proqramları seyr etməyi seçirlər. Bu proqramlarda iştirak edən qəhrəmanları özlərinə nümunə götürərək, bunu gündəlik həyatlarında da əks etdirirlər.
Televiziya, uşaq və ünsiyyət
Uşağın televiziya qarşısında saatlarla qalaraq, vaxtını boşa xərcləməyi, tamamilə televiziyanın əsiri halına gəlməyi, uşağın ictimailəşməsinə də mane olur. Televiziya kanallarının çox olması, hər evdə birdən çox televiziya olması, valideynlərin də televiziya qarşısında əsir olmaları, əlbəttə uşaqların televiziya izləmələrini adət halına gətirəcək. Televiziya izləmək tamamilə qadağan edilə bilməyəcəyinə görə, bu halda televiziyanı şüurlu istifadə etmə yoluna müraciət etməliyik. Ancaq bu şəkildə televiziyanın mənfi təsirlərindən xilas olaraq məhsuldar istifadə edilməsini təmin etmiş olarıq.
Televiziya, uşaq və ünsiyyət
Hər şeydən əvvəl, model olaraq ana və atanın, televiziya izləyərkən seçici və diqqətli olmalıdır. Məsələn, xəbərləri izlərkən, kriminallıq olan görüntülərin uşaqlarla birlikdə izlənilməməsinə, ya da yemək saatlarında televiziya izlənilməməsinə diqqət göstərilməlidir. Uşaqların ictimai və əxlaqi inkişaflarına təsir edəcək proqramlar seçilməlidir. Uşaqlar uzun müddət televiziya qarşısında tək buraxılmamalı, izlədikləri filmlərə nəzarət edilməlidir.
Televiziya, uşaq və ünsiyyət
Hətta bəzən bir neçə həftə bir iki gün "televiziyaya baxmama günü" seçilərək, o günü birlikdə alternativ fəaliyyətlə məşğul olmaq olar. Fəaliyyət olmasa belə qarşılıqlı bir-birini dinləmək uşağınıza dəyər verdiyinizi göstərəcək və sağlam ünsiyyət qurmanızı təmin edəcək. Uşaqların inkişafına müsbət təsir edəcək, təlimatçı, məlumatlandırıcı proqramları izləmələrini təmin edərək, məhdud və şüurlu şəkildə istifadə edib televiziyanı müsbət hala gətirə bilərik.

Televiziya, uşaq və ünsiyyət


Geri dön

THIS IS LEGEND

  • 3 iyul 2011 12:36
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
eladi super twkler

CandyGirl

  • 1 iyul 2011 11:20
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

hazal kaya

  • 30 iyun 2011 14:05
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
TEWEKKURLER

MuslimGirl

  • 29 iyun 2011 16:06
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
TV-dən yalnız xəbərlərə və bazar günləri də intellektual verlişlərə baxmaq üçün istifadə edirəm. Çünki TV fəsadlar yaradır. Təşəkkürlər

iMPoSSiBLe

  • 29 iyun 2011 14:58
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
twkler...seriallar mamamin butun vaxtini alir)))

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

lema

  • 29 iyun 2011 13:50
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Bizim evde tv-nin dövrü keçib evde heç kim baxmadığına göre bir xeberlere birde futbola göre açırıq.Teşekkür xebere göre....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

MiLeyla

  • 29 iyun 2011 13:41
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
hhhmmmmmmmmmm maraqlidi.twk belay

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

R.M_FaNaTka

  • 29 iyun 2011 13:32
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

hazal-kaya

  • 29 iyun 2011 12:04
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
teşekkürler

qonce

  • 29 iyun 2011 12:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur....Maraqli ve lazimli 1xeberdir,

Sirli Melek

  • 29 iyun 2011 11:58
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
məncə uşaqlar tv-yə az baxmalıdırlar

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 29 iyun 2011 11:51
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 57
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}