Günah mənə yaraşmır, amma əfv Sənə yaraşır

 
Günah mənə yaraşmır, amma əfv Sənə yaraşır

Hər möminin həyatında duanın yeri çox yüksəkdir. Dualarla Uca Rəbbinə əl açan bəndə ətrafında hər şeyi bir tərəfə buraxıb ancaq Ondan imdad diləyir.

Dua bəndənin Yaradana yönəlməsi, əl açıb dərdini söyləməsi, çarə diləməsidir. Dua çox sirli, gizli və munis bir ibadət formasıdır. İnsanın acizliyini dərk edərək hər şeyin Sahibindən imdad diləməsidir. Dua Rəbbi qarşısında əyilən bəndənin ən uca məqamıdır. Qurani-Kərim duanın önəmindən bəhs edərkən bildirir:

"Qullarım Məni Səndən soruşsalar, bilsinlər ki, Mən çox yaxınam. Mənə dua edənin duasını qəbul edərəm"(Bəqərə surəsi, 186)

"Mənə dua edin ki, duanızı qəbul edim." (Mömin surəsi, 60)

"Duanız olmasa, ALLAH qatında sizin nə dəyəriniz olar?" (Furqan surəsi, 77)

Günah mənə yaraşmır, amma əfv Sənə yaraşır
Göründüyü kimi, hər insanın dəyəri onun duası nisbətində ölçülür. ALLAH Rəsulu (s.a.v.) öz ümmətinə dua mövzusunda çox tövsiyələr buyurur, öz həyatını dualarla keçirirdi. Dilindən dua düşməzdi, onun həyatına baxsanız, “O, bir dua insanıdır” deyə bilərsiniz.
Hər möminin həyatında duanın yeri çox yüksəkdir. Dualarla Uca Rəbbinə əl açan bəndə ətrafında hər şeyi bir tərəfə buraxıb ancaq Ondan imdad diləyir. Bu halı ilə insan Günəşə boylanan günəbaxan kimidir. Üz tutduğunun, yönəldiyinin, əl açıb yalvardığının böyüklüyünü, hər şeyə qadir olduğunu, mərhəmətinin sonsuzluğunu bütün ruhunda hiss edərək Ona könlünü açır, dərdini ifadə edir, əlac istəyir. Onsuz da O, bizi bizdən yaxşı bilir. Bizim ağrılarımızı, sevincimizi bizdən öncə bilir. O, bizə bizim boynumuzdakı şah damarımızdan da yaxındır. O, sonsuz mərhəmət Sahibidir. Peyğəmbərimiz Həzrəti Muhəmməd (s.a.v.) Uca Yaradanın mərhəmətini anlatmaq üçün öz səhabələrinə belə bir hadisəyə diqqət yetirməyi tövsiyə etmişdir:
- Bir müharibədən sonra əsrlər arasında körpə balasını axtaran ana həyəcanla sağa-sola qaçır, yorulmaq bilmədən insanların arasında dolaşır. Götürüb baxdığı uşağın özününkü olmadığını görüb yerə qoyur və o birisinin yanına qaçır. Birdən o ana öz övladını tapır və onu bağrına basaraq qoxusunu ciyərlərinə çəkir. ALLAH Rəsulu bu mənzərəni səhabələrinə göstərib soruşur:
- Bu ananı görürsünüzmü? O, bağrına basdığı öz balasını heç cəhənnəm oduna atarmı?
Hər kəs bir ağızdan cavab verir:
- Xeyr, ya RəsulALLAH, atmaz!
ALLAH Rəsulu belə buyurur:
- ALLAH-Təala öz bəndələrinə qarşı o anadan daha mərhəmətlidir.

Günah mənə yaraşmır, amma əfv Sənə yaraşır
Necə dua etmək, necə dilək diləmək mövzusunda bəzi məqamlara diqqət yetirmək lazımdır. Dua bir qədər öncə dediyimiz kimi, bəndə ilə ALLAH arasında gizli bir ünsiyyət yoludur. Bəndə hər şeyi, hər kəsi bir tərəfə qoyub ancaq Uca Yaradana əl açır dua ilə. Ona görə də duanın munisliyi önəmlidir, yəni, dua edən bu ibadəti ətrafdakılara nümayiş üçün deyil, ancaq xalis ibadət niyyəti ilə yerinə yetirməlidir. Əl-qol hərəkətləri ilə, çığırıb-bağırmaqla dua etmək xoş görülmür. ALLAH bizim içimizdəkiləri də bizdən yaxşı bilir. Ona görə də içimizdən gələn yalvarışla, ən səmimi duyğularla yalvarmaq duamızın qəbul olunması üçün əsas amillərdən sayılır. “Duam qəbul olsa da olar, olmasa da olar” tərəddüdü və ya “ALLAHım, filan şeyi mənə verərsənmi?” sualı ilə dua eləmək düzgün hesab olunmur. Çünki ALLAHın xəzinəsi sonsuz qədər geniş və zəngindir, Onun hər şeyə gücü yetər. İstərsə bir an içində gədanı sultan edər. Ona görə də əl açıb yalvaranda, ALLAHdan bir şey istəyəndə yüksək şeylər diləmək məsləhətdir. Məsələn, cənnəti istəyirsənsə, yaxşı olar ki, sən cənnətin ən gözəl yeri sayılan Firdövsə girməyi istəyəsən.
Bəli, dua tərəddüdü sevməz, dua edən insan bütün ruhu ilə, bütün duyğuları, səmimiyyəti ilə istəməlidir. Həm də istədiyini ALLAHın verəcəyinə əmin olaraq dua etmək lazımdır.

Günah mənə yaraşmır, amma əfv Sənə yaraşır
Keçdiyin yollarda, məscid qapılarında oturub dilənənlər var. Elə duyğulu sözlərlə yalvarıb yardım istəyirlər ki, ürəyin ehtizaza gəlir, qəlbinin telləri titrəyir, riqqətə gəlirsən. Dua edən insan da o dilənçi kimi bütün ruhu ilə, içindəki bütün gücü ilə yalvarmalıdır. İçindən gərilən insanın dilindən çıxan dua gərilmiş yaydan süzülən ox kimi daha uzağa atıla bilər. Duada səmimiyyət, onun qəbuluna inanmaq, özünün acizliyini, Rəbbin böyüklüyünü, mərhəmətini və sonsuz qüdrət Sahibi olduğunu bir daha dərk etmək onun qəbulu üçün önəmli amillərdir.
Bir ALLAH dostu da belə dua edirmiş: “Ya Rəbb, mən bir Sənin mərhəmətinə baxdım, bir özümə baxdım. Gördüm ki, mənə günah yaraşmır, amma Sənə əfv etmək elə yaraşır ki...”
Bəli, dua könlün sarı simində səslənəndə daha təsirli olur.

Dualarını əsirgəmə. Dua sənin dəyərindir, dəyərini artırmaq istəyirsənsə, dilindən dua düşməsin.


Geri dön

NELLY19

  • 26 iyul 2011 15:55
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
serhlerinize gore minnetdaram

serhlerinize gore minnetdaram

serhlerinize gore minnetdaram

CandyGirl

  • 1 iyul 2011 11:19
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tessekur edirem

--------------------

Inciciceyi

  • 30 iyun 2011 10:59
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Cant_Breathe

  • 29 iyun 2011 15:51
  • Məqalə: 64
  • Şərh: 1389
  • Bal:
{awards}
Dualarını əsirgəmə. Dua sənin dəyərindir, dəyərini artırmaq istəyirsənsə, dilindən dua düşməsin.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

iMPoSSiBLe

  • 29 iyun 2011 14:48
  • Məqalə: 22
  • Şərh: 678
  • Bal:
{awards}
Dualarını əsirgəmə. Dua sənin dəyərindir, dəyərini artırmaq istəyirsənsə, dilindən dua düşməsin.------ twkler...

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

orxansv

  • 29 iyun 2011 14:16
  • Məqalə: 30
  • Şərh: 65
  • Bal:
{awards}
Maraqlidi. ALLAH razı olsun!

--------------------
Həyatim gozeldi sen yanimda olsan

lema

  • 29 iyun 2011 14:11
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Men her gün dua edirem.Deyerli xebere göre minnetdaram....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

R.M_FaNaTka

  • 29 iyun 2011 13:35
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
ilk sehr menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 49
Cəmi: 72

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 149
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}