Son məktubum

 
Son məktubum

Sözümün üsdündə durdum... Narahat etmədim səni... İndi sıra səndədi cavab verməkdə.
Amma cavab vermədən öncə yaxşı yaxşı fikirləş.
Çünki artıq sənin yarı-yolda qoyub getdiyin İlkin deyiləm. O zəif, özünəgüvəni olmayan
oğlanı çoxdan öldürdüm. Axırıncı dəfə yanvarın 16-sı görüşmüşdük.
O vaxtdan gör nə qədər keçib. 7 ay... Hər şey dəyişib. Fəsillər, aylar, həftələr, günlər.
Sən...

Son məktubumSon məktubum

Və ən nəhayət Mən! Çox dəyişdim, sənin kimi məndə dəyişdim.
Amma sənin kimi birdən yox, acı çəkə-çəkə gerçəkləri başa düşə düşə. Böyüdüm.
Sözün əsl mənasında... dünya görüşüm dəyişdi. Heç kimin göründüyü kimi olmadığını
öyrəndim. Həyatda acılara sinə gəlməyi öyrəndim. Heç kimin mənim kimi olmadığını
öyrəndim. Xəyal qırıqlığı yaşasamda həyatın gözəl olduğunu başa düşdüm.
Və ən nəhayət HEÇ KİMƏ İNANMAMAĞI öyrəndim.
Ən təəccüblüsü bilirsən nədi? Bütün bunları sənə borcluyam.
Allahın səni mənə niyə verdiyini başa düşdüm.
Başa düşdümki, gerçəkləri görməm və Allaha daha da bağlanmam üçün bir vəsilə imişsən.

Daim səni itirməkdən qorxurdum. Və nəticədə itirdim. Daha bir şeyi öyrəndim.
HEÇ KİMİ İTİRMƏKDƏN QORXMA, ÇÜNKİ İTİRDİKLƏRİN SINAQ ÜÇÜN GÖNDƏRİLƏNLƏRDİR.
SƏNİ HƏQİQİ SEVƏNLƏR DAİM YANINDA OLACAQ! Dostlarım kimi, ailəm kimi...
Dəyişən daha bir şey var: Xəyallarım... Vaxtilə sənin olan xəyallar artıq mənimdir.
Tək bir şeyin xəyalını qururam artıq: Xoşbəxt gələcək!

Son məktubumSon məktubum

Gedərkən özünlə hər şeyimi apardın... Həyatın bitdiyini sandım.
Səninlə son danışığımıza kimi ruhsuz bədən idim. Amma Allah dualarımı qəbul etdi.
Həmişə etdiyi kimi. Güc verdi, ağıl verdi. Ən əsas bir şeyi başa düşməmə kömək etdi.
Keçmişlə yaşamağın, gələcəyə dair boş xəyallar qurmanın məndən başqa heç kimə
ziyan vurmadığını gördüm. Bu günümlə yaşamağa başladım. Bugünün qədrini
bilməyi öyrəndim. Dəyişdim... Çox dəyişdim. Sənə qarşı hissələrimdə dəyişdi.

“Gözdən uzaq, könüldən iraq olar” deyiblər. Deyəsən məndə də belə oldu.
Artıq əvvəlki kimi darıxmıram, hamıda səni tapmıram, her gecə yuxularıma gəlmirsən...
Amma unutmadım səni. Daim ürəyimin lap dərinində yaşadacam səni.
Beynimdə öldürsəmdə. Nədə olmasa bütün İLK-lərimi səninlə yaşadım.
Sual verə bilərsən “Hələdə sevirəm?”
Əvvəllər cavabım heç fikirləşmədən “ÇOX!” olardı.
Amma indi fikirləşərək “Deyəsən” deyirəm. Başqa İlkinəm artıq...

Son məktubumSon məktubum

Gördüyün kimi... Bütün dəyişiklərivə baxmayaraq “Nə vaxt gəlsən qəbul ederəm”
demişdim. Hələdə deyirəm... Amma bir az fərqli: “Bütün bu dəyişikliklərimi görüb
geri qayıdarsan?” Sonda bir daha təşəkkür etmək istəyirəm.
Mənə gözəl günlər yaşatdığın üçün. Bilmədiyim çox şeyi öyrətdiyin üçün...
“Ən gözəl günlərimi səninlə yaşadım...!” demək istərdim amma deyə bilmirəm.

Çünki bilirəm, daha gözəl günlər sənli yada sənsiz məni gözləyir!
Sənə isə bir məsləhət vermək istəyirəm. Bir şeyi qoyub gedərkən yaxşı fikirləş.
Çünki bir gün həmən şeyi təkrar istədiyində o, sənin qoyub getdiyin kimi olmayacaq.
Daha cavab verməyiinsafıva buraxdım. Cavab verməsən belə, əmin ol,
mən cavabımı Allahdan almışam artıq... Uğurlar sənə...
Dua elə... Bəlkə 1 gün sənində istədiklərin oldu!

Son məktubum


Geri dön

NELLY19

  • 1 iyul 2011 18:37
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli xeber ucun tewekkurler

THIS IS LEGEND

  • 30 iyun 2011 23:06
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
yeqinki varmiw...

Inciciceyi

  • 30 iyun 2011 10:03
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lema

  • 29 iyun 2011 20:46
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
menalı yazı idi.teşekkür.....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

R.M_FaNaTka

  • 29 iyun 2011 18:58
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler baciw

--------------------

AliNikA

  • 29 iyun 2011 18:39
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

aid_fanatka

  • 29 iyun 2011 16:55
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
cox menali sozlerdi twk

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Sirli Melek

  • 29 iyun 2011 16:44
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Amma sənin kimi birdən yox, acı çəkə-çəkə gerçəkləri başa düşə düşə. Böyüdüm.
Sözün əsl mənasında... dünya görüşüm dəyişdi. Heç kimin göründüyü kimi olmadığını
öyrəndim. Həyatda acılara sinə gəlməyi öyrəndim.(((

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

MiLeyla

  • 29 iyun 2011 16:34
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
COX MENALI SOZLERDI TEWEKKURLER

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

THIS IS LEGEND

  • 29 iyun 2011 16:24
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
son mektubla o pencerenin ne adiyati var ki? belay

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}