Xəyal etmək, özünə dəyər verməkdir!

 
Xəyal etmək, özünə dəyər verməkdir!


"İnsan, aləmdə xəyal etdiyi müddətcə yaşar" ...
Xəyal etdiyimiz müddətcə, həyata tutunuruq. Xəyallarımızın arxasında qaçdığımız müddətcə, həyata daha da sarılır, müvəffəqiyyətlərimizlə həyatdan daha çox zövq alırıq. Yaxşı, ömür deyilən səfərdə xəyallarımızın nə qədərini reallaşdıra bilir, nə qədərinə yaxınlaşa bilir ya da,ən əhəmiyyətlisi,niyə bacara bilmirik?

Xəyallarımız vardır...
Uşaqkən vitrindəki ən gözəl oyuncaq, oynadığın gizlənpaçda və s. oyunlarında həmişə qazanan olmaq...

Bir az daha böyüdüyündə imtahanlarda yaxşı qeydlər, ali məktəbə qəbul olmaq, universitetdə istədiyin hissə, məzun olduğun gün, iş tapa bilmək, karier edə bilmək, artım ala bilmək...

Rəssam olmağı istəyən üçün; ilk şəkil sərgisi...

Sürət tutqunu üçün; qatıldığı yarışda birincilik kubokunu havaya qaldırmaq...


Xəyal etmək, özünə dəyər verməkdir!


Xoşbəxt bir evlilik, müvəffəqiyyətlərlə dolu bir iş həyatı, uşaqlar, lüks bir ev, avtomobil, yazlıq, dünya səyahəti...

Bəzən, ən çox sevdiyin, heyran olduğun adamın peşəsi, şəxsiyyəti, sahib olduqları…

Sanki onun sahib olduqlarına qovuşduğunda, onun kimi olacağına inancdır xəyalları bəzəyən..

Xəyallar əslində, həyatlarımızda əskik olduğuna inandığımız şeylərin tamamlanması istəyidir.. Onlar reallaşdığında üzlərdə böyük bir gülümsəməklə "indi tamam.." deyə bilməyi istəməkdir.

İstər şəhərlər arası bir avtobus səfərində, istər izdihamda, istər günün sonunda başımızı yastığa qoyduğumuzda, qurduğumuz xəyallarımızla belə bu qədər xoşbəxt ola biliriksə, kim bilər xəyalımız reallaşdığında nələr olacaq deyə maraqlanmaqla və ən əhəmiyyətlisi də istəməklə başlayır bu səfər.

Xəyalları reallaşdırmaq əslində o qədərdə çətin deyil, yetər ki...
Xəyallarımıza gedən yolda qarşımıza çıxan bağlı qapıların qarşısında, bizə özbaşına açılmasını gözləməyək...

Həmişə bəzilərindən kömək gözləmək yerinə, insanın öz şansını özün yarada biləcəyinə inanaq...

Taleyimizə, əslində etdiyimiz seçimlərlə özümüzün, istiqamət verdiyimizi qəbul edək...


Xəyal etmək, özünə dəyər verməkdir!


Müvəffəqiyyətlərimizdə necə ki "çox çalışdım və mən bacardım" deyə biliriksə, müvəffəqiyyətsizliklərimizdə də əvvəlcə fərdi öz tənqidimizi edə bilməyi, seçimlərimizi təkrar nəzərdən keçirərək, fərqli yolları da sınağı və əsla bəs etməməyi öyrənək...

Ön mühakimələrimizdən xilas olmağı, qorxularımızla üzləşməyi bacaraq...

Özümüzə inanmağı, güvənməyi, hədəfə kilidlənməyi, istəməyi, əzm etməyi bəzən də döyüşməyi gözə alaq...

Xəyalları reallaşdıra bilmək üçün, istəməli, düşünməli, inanmalı, hədəfləməli, planlamalı, hərəkətə çevirə bilməli, sabitliyi əldən buraxmamalı, əmək xərcləməliyik...

Özünü tanımayan, nə istədiyini bilməyən, özünə və həyata dair suallar soruşub da cavablarını tapmağa çalışmayan, araşdırmayan, sorğulamayan insanların xəyalları, asqıda qalanlardır. İlk ağılına gələni tətbiq edən, məqsədsiz, əsassız, zorakı, özəntidən ibarət xəyallar çatılsa da bilinənin əksinə sahibinə gözlədiyini verə bilməz..

Xəyal etmək; özünə dəyər verməkdir!.. Yaşamağı sevməkdir!..

İllər sonra keçdiyimiz yollara baxdığımızda, bir dəfə daha həzz alacağımız həyatlar arzusu ilə...


Geri dön

_RONALDO_

  • 10 mart 2011 18:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tewekkur edirem coooox sagolun

--------------------

nilayka

  • 17 fevral 2011 23:35
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cooox sagol.axira kimi oxudum.cox maraqlidi.

cooox sagol.axira kimi oxudum.cox maraqlidi.

cooox sagol.axira kimi oxudum.cox maraqlidi.

--------------------

Just For Legend

  • 4 dekabr 2010 18:53
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------

narkusa

  • 25 avqust 2010 19:38
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
ZOLUSQAM yede maraqli movzu secmisen duz deyirsen eslinde insan muvefeqiyyet qazannanda da qazanmiyandada sevinmelidir cunki sukr etmeyi bilmelidr ama en esasi muveffeqiyyet qazanmiyanda da ondan otru meyuslanmamaqq dahada yaxsi netice cixarmaq lazimdi insanix hersey ola biler mene gore insan ozunun en cetin aninda ozune deyer vermeyi bacaran insan xosbext insan ama elbetdeki yaxsi menada

Ulya

  • 25 avqust 2010 19:32
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cooox sagol.axira kimi oxudum.cox maraqlidi.

DaMLa

  • 25 avqust 2010 05:41
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Təşəkkür, bacış, maraqlı xəbər idi.. smile

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 18
Cəmi: 33

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}