Dözmək olmur buralarda həsrətinə

 
  • 29.06.2011, 19:27
  • Bölmə: Sevgi
  • Müəllif: Gamze
Dözmək olmur buralarda həsrətinə

Dözmək olmur buralarda həsrətinə

Xəyallar, sevdiyim,
buraxmır məni rahat.
Sənsiz baxdığım hər yerdə sanki gözlərin gizli.
Dözmək olmur buralarda həsrətinə.
Bacara bilmirəm xəyallarınla.

Dözmək olmur buralarda həsrətinə

Səninlə bərabər bu şəhər də yox oldu sanki
Hər addımda bir uçurumun kənarında tapıram özümü.
Quşlar belə mənim olduğum yerlərdən uçmaz oldu.
Burda həyat çox tez bitdi.

Dözmək olmur buralarda həsrətinə

Buralara qış da çox tez gəldi.
Bu qış bir daha çətin gedər ömrümdən.
Bitən ömür səhifələri, düşən o son yarpaq...
Yazılmaz bir daha qəlbimdə o səhifələr.
Çətin... Çətin bir daha yaz gələr.

Dözmək olmur buralarda həsrətinə

Məni soruşsan?
Yooox... Soruşma...
Çünki səndən sonra heç olmadım mən,
Yaşamadım, yaşamadım, sevdiyim.
Səndən aldığım nəfəsin üstünə nəfəs almadım.

Dözmək olmur buralarda həsrətinə

Həsrətinlə hər gün yenidən ölürəm,
Bitirəm, gedə bilmirəm bu dünyadan.
Çünkü bu dünyada bir yarım qalıb.
Tək diləyim, gözlərinə baxaraq ölməyimdir.

Dözmək olmur buralarda həsrətinə

Bilirəm, ağlayacaqsan gedişimlə,
Bilirəm, heç kəs mənim səni sevdiyim qədər sevməyəcək,
Sevə də bilməyəcək.
Mən səni şeirlərdə sevdim,
Nəğmələrdə, notlarda sevdim.
Yuxusuz açılan səhərlərdə,
Xəyalınla dolu gecələrdə sevdim.
Acılarda sevdim, sevinclərdə sevdim.
Gözlərinə həsrət baxışlarımda sevdim.
Sevdim dediyim hər kəlməmdə sevdim.

Dözmək olmur buralarda həsrətinə

İndi ayrı dünyalardayıq,
başqa sevgilərdə təsəlli tapmışıq.
Necə başlamışdı, gör indi necə bitdi?
Bu qədərmi asandı?
Yox, bitmədi. Bitirdik....
Yox, bitirmədik də... Bitirdiyimizi zənn etdik.
Bu sevda bitməyəcək.
Bir daha görüşməsək belə,

Dözmək olmur buralarda həsrətinə

Bir daha göz-gözə gələ bilməsək belə,
Tutduğum hər əldə,
baxdığımız hər gözdə,
duyduğumuz hər səsdə
bir-birimizi axtaracağıq.
Sən mənim məbədim oldun, gizli məbədim.
Son nəfəsə qədər səni sevəcəyəm,
Sənin məni sevdiyin kimi...
Nə artıq, nə də əksik.
Səni sevməyimi istəyirsənsə,
sevəcəksən səni sevdiyim kimi...

Dözmək olmur buralarda həsrətinə


Geri dön

NELLY19

  • 1 iyul 2011 18:29
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli xeber ucun tewekkurler

THIS IS LEGEND

  • 30 iyun 2011 23:00
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
coooox saolun

iMPoSSiBLe

  • 30 iyun 2011 11:24
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
eeeehhhhh recourse

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

Sirli Melek

  • 30 iyun 2011 09:54
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Bir daha göz-gözə gələ bilməsək belə,
Tutduğum hər əldə,
baxdığımız hər gözdə,
duyduğumuz hər səsdə
bir-birimizi axtaracağıq.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 30 iyun 2011 08:49
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqlidi beyendim

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ZEHRA

  • 29 iyun 2011 21:57
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tewekkurler

qonce

  • 29 iyun 2011 20:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur....

nevroz

  • 29 iyun 2011 20:00
  • Məqalə: 173
  • Şərh: 376
  • Bal:
{awards}
bitse yaxsidiiiiiii)))))))

--------------------

MiLeyla

  • 29 iyun 2011 19:58
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
sen menim mebedim oldun,gizli mebedim.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

miniwinx

  • 29 iyun 2011 19:45
  • Məqalə: 0
  • Şərh: 339
  • Bal:
{awards}
tesekkurler


--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

N_A_T_A_

  • 29 iyun 2011 19:45
  • Məqalə: 0
  • Şərh: 380
  • Bal:
{awards}
tewekkurler.....

R.M_FaNaTka

  • 29 iyun 2011 19:33
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 16
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}