Təvazökarlıq və sadəlik

 
Təvazökarlıq və sadəlik


Təvazökarlıq və sadəlik

İslami hədislərdə Peyğəmbər (s) Əhli-beyt (s) vasitəsilə insanlarla münasibətdə sadə və təvazokar olmağı öyrənir və onun mühüm əhəmiyyət kəsb etdiyini başa düşürük. Peyğəmbərin (s) özünün həyatına nəzər salsaq görərik ki, o, çox sadə və təvazokar bir insan olub və həmişə təkəbbürlü görünməkdən ehtiyat edib.
O, heç vaxt icazə verməzdi ki, o, ata minəndə, kimsə yanında piyada getsin. Ona görə buyurardı ki, siz filan məkana gedin, mən də gələcəyəm. Çünki ata minmiş insanın kənarında kiminsə piyada getməsi zamanı atda olan məğrur bir insan kimi görünər, piyada olan şəxs isə zəlil kimi.

Əziz Peyğəmbərimizin (s) haqqında gələn hədislərdə oxuyuruq ki, o, torpağın üstündə oturar, çox sadə yemək yeyər, qoyundan süd sağar, palansız uzunqulağa minərdi.

O, bunun kimi hərəkətləri hətta Məkkənin fəthindən sonra da edirdi ki, insanlar güman etməsinlər ki, o, məğrur və təkəbbürlüdür. O Həzrət (s) heç zaman insanlardan uzaqlaşmazdı, küçələrdə, bazarlarda, kasıbların evində olardı.

Bunun kimi sözləri Əli (ə) haqqında da demək olar. Belə ki, o, öz evinə su daşıyar və bəzən də evi süpürərdi.

İmam Muctəbanın (ə) haqqında da oxuyuruq ki, onun çox sayda minik heyvanlarının olmasına baxmayaraq, iyirmi dəfə piyada halda Allahın evinə gedib və buyurub: "Mən təvazökarlıq üçün Allah dərgahında bu əməli edirəm".

Təvazokarlığa və sadəliyə ən bariz dəlil elə hədislərin özüdür.

Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Mənə sifariş ver” . Həzrət (s) buyurdu: “Müsəlman qardaşını xoş üzlə qarşıla"”.

Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq:
"Qiyamət günü əməl tərəzisinə gözəl xasiyyətdən ali və üstün olan bir şey qoyulmayacaqdır".

İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuruq:
"Yaxşlıq etmək və gözəl xasiyyət evi abad, ömrü uzun edər".

Allahın Rəsulundan (s) gələn başqa hədisdə deyilir: "Mənim ümmətimin behiştə daxil olmasına səbəb olan şeylərdən ən çoxu, İlahi təqva və gözəl xasiyyətdir".

Təvazökarlıq və sadəlik


Təvazökarlıq haqda İmam Əli (ə) buyurur: "İnsanların zinəti şərəfli təvazökarlıqlarına görədir".

İmam Sadiq (ə) buyurur: "Sadəlik hər bir xeyrin və səadətin köküdür, təvazökarlıq ali məqamdır. Və əgər sadəlik üçün dil və ya lüğət olsa, insanlar nəhayi sirləri və işlərin aqibətini başa düşərlər”.

“O kəs ki, Allah üçün təvazökarlıq edər, Allah onu bir çox bəndələrindən üstün tutar...”

“Elə bir ibadət yoxdur ki, Allah dərgahı tərəfindən qəbul olmasın və onun rizayətini qazanmasın, əgər onun giriş yolu təvazökarlıq olsa".

Allahın Peyğəmbərə (s) verdiyi tövsiyələrdən biri də təvazökarlıq və sadəlik, möminlərlə mülayim rəftar etmək idi.
Ona görə də Allah Təala “Hicr” surəsinin 88-ci ayəsində buyurur: "Öz qanadlarını möminlər üçün aç və aşağı endir".

Gördüyümüz kimi, burada təvazokarlığa və məhəbbətə işarə edilir və o zaman ki, quşlar istəyirlər ki, öz cücələrinə məhəbbətlərini bildirsinlər, onları öz qanadları altına alarlar və bu zaman həyəcanverici mənzərə təcəssüm olar. Onları hər bir hadisə və düşmənlərdən hifz edər və onların dağılmasına imkan verməzlər.

Nəticədə demək olar ki, sadə insanlar Allahın bəyəndiyi bəndələrdəndir. Necə ki, məsumlarımız olmuşdular, gəlin biz də insanlarla münasibətimizdə təvazokar və sadə olaq, çünki o bizi Allaha yaxınlaşdıracaq.

Təvazökarlıq və sadəlik


Geri dön

NELLY19

  • 1 iyul 2011 18:29
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli xeber ucun tewekkurler

THIS IS LEGEND

  • 30 iyun 2011 23:00
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
xebere gore twk

CandyGirl

  • 30 iyun 2011 15:40
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem maraqlidii

--------------------

Inciciceyi

  • 30 iyun 2011 08:48
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ZEHRA

  • 29 iyun 2011 21:55
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tewekkurler

R.M_FaNaTka

  • 29 iyun 2011 20:00
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

Skandalka

  • 29 iyun 2011 19:48
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
ilk seh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 33
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 541
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}