Bal alarkən nəyə fikir vermək lazımdır?

 
Bal alarkən nəyə fikir vermək lazımdır?

Təbii bal arılar tərəfindən çiçəklərdən və meyvə tumurcuqlarından alınaraq yığılan nektarlardan formalaşan əvəzsiz qida məhsuludur. Mənşəyinə görə o çiçək və şirə balları kimi növlərə bölünür. Bal kimyəvi tərkibinə görə vitaminlər, mineral maddələr, karbohidratlar, zülallar, hormonlarla zəngindir. Onun tərkibində əsasən 13-20% su, 75-80% qlükoza, fruktoza, saxaroza və bir sıra digər vitaminlər var. Ballar bir-birindən tərkibində olan mikroelementlərin, efir yağlarının miqdarına görə fərqlənirlər. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti bal alrkən onun keyfiyyətilə maraqlanmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, balın keyfiyyətli olması onun dadlı və şirin olması ilə ölçülür. Bunun səbəbi balın içində olan üzüm şəkəri, sakroz və meyvə şəkəridir. Rənginə görə bal açıq və tünd olur. Balın rəngi bitkidən çəkilmiş nektardan asılıdır. Məsələn, açıq rəngdə olan ballar günəbaxan, akasiya, tünd rəngdə olanlar isə qarabaşaq kimi bitkilərdən alınır.

Bal insan orqanizminin ən yüksək dərəcədə və ən sürətli şəkildə faydalanacağı bir qidadır.
İlıq su ilə qarışdırılaraq içilən balın bir neçə dəqiqə içində vücuda enerji verdiyi təsdiqlənib.

Bu məhsul antibakterioloji tərkibə malikdir.
Balın antibakterioloji tərkibə malik olması orqanizmdəki müxtəlif növ mikrobların məhvini təmin edir.

Bal yığılan sahədə hansı bitki, ağac çoxluq təşkil edirsə bal növü həmin bitkinin adı ilə adlanır. Məsələn cökə, günəbaxan, akasiya, şabalıd və s. ballar. Təbiətdə sırf bir bitkidən toplanmış bal tapmaq demək olar ki, mümkün deyil.

Balın çox mühüm müalicəvi xüsusiyyətlərə malik olması artıq elmi cəhətdən əsaslandırılıb. Belə ki, balın qan azlığına, ürək-damar, şəkər xəstəliklərinə, uşaqların boy artımına, dəri, qaraciyər, soyuqdəymə və s. xəstəliklərin müalicəsində əvəzsiz rola malik olması faktdır. Bal xarici bir təsirə məruz qalmazsa uzun müddət xarab olmur, keyfiyyətini itirmir.
Baldan danışarkən onun qablaşdırılması, saxlanması və istehlakçılara çatdırılması da az əhəmiyyət daşımır. Satışa bal ağzı möhkəm bağlanan şüşə bankalara və başqa növ şüşə qablara qablaşdırılaraq çıxarılır. Balı soyuq və tam qaranlıq olan yerdə saxlamaq daha yaxşıdır. Quru yerdə ağzı bağlı bal istənilən temperaturda saxlanıla bilər. Yüksək rütubət şəraitində isə 10º-dən aşağı, yaxud 30-32º temperaturda saxlamaq daha yaxşıdır.

Bal kənar qoxuları tez götürmək qabiliyyətinə malikdir. Ona görə də onun saxlandığı otaq və qab təmiz olmalıdır. Balı dəmir və mis qablarda qətiyyən saxlamaq olmaz. Bu kimi qablarda bal kimyəvi reaksiyaya girir və nəticədə tərkibində zəhərli duzlar əmələ gəlir. Ağac çəllək və yeşiklərdə isə balı uğurla saxlamaq olar.


Xalis balın rütubəti az olduğundan kristallaşır, xarlayır. Balın xarlaması onun keyfiyyətinə xələl gətirmir. Əgər xarlanmış balı əvvəlki vəziyyətinə gətirmək istəyirsinizsə onu şüşə qabla birlikdə 35-40ºC temperatura qədər olan suyun içinə qoyun. Ancaq nəzərə alın ki, temperaturun bundan yuxarı olması balın tərkibindəki faydalı vitaminlərin itirilməsinə səbəb ola bilər.

Qablaşdırılmış bal markalandıqdan sonra satışa çıxarılmalıdır. Markalanarkən qabın korpusuna və qapağının üstünə məhsulun adını, botanik mənşəyini, yığım tarixini, istehsalçının, qablaşdırıcının adı, ünvanı, istehsalçının əmtəə nişanı, çəkisi, enerji dəyəri, saxlama müddəti, şəraiti, sertifikatlaşma ilə bağlı məlumat, məhsulun hazırlanmasını və sertifikatlaşmasını göstərən normativ sənədi əks etdirən etiket yapışdırırlar.

Müvafiq şəraitdə balın optimal saxlanılma müddəti 1 ildir. Bundan sonra o mikroblara qarşı olan xüsusiyyətlərini itirir. Qlükoza və fruktozanın həcmi 10-20% aşağı düşür. Tərkibindəki vitaminlər dağılmağa başlayır. Saxaroza və turşuların sayı artır.

Bal alarkən onun laboratoriyada yoxlanılıb sertifikatlaşdırıldığına diqqət edin. Eyni zamanda, nəzərə alın ki, süni balın tərkibində ferment olmur və təbii bala xas olan qoxu vermir. O müalicəvi xüsusiyyət daşımır.


Geri dön

NELLY19

  • 3 avqust 2011 13:12
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
tesekkurler xebere gore

AliNikA

  • 2 iyul 2011 17:52
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

NELLY19

  • 1 iyul 2011 18:25
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

DENIZ QIZI

  • 1 iyul 2011 14:02
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
bal her derdin dermanidi

THIS IS LEGEND

  • 30 iyun 2011 22:54
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
cox saolun melumata gore

CandyGirl

  • 30 iyun 2011 15:23
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem maraqlidii

--------------------

lema

  • 30 iyun 2011 12:12
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Teşekkür meslehetler üçün...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

iMPoSSiBLe

  • 30 iyun 2011 11:20
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
hm bali sevirem..twkler...maraqli idi...oyrendim

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

Sirli Melek

  • 30 iyun 2011 09:42
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Xalis balın rütubəti az olduğundan kristallaşır, xarlayır. Balın xarlaması onun keyfiyyətinə xələl gətirmir. MƏNSƏ ELƏ BİLİRDİMKİ ƏSL BAL XARLAMAZ) BU MƏNİM ÜÇÜN YENİLİK OLDU. TŞK

BALI ÇOX XOŞLAYIRAM. BİR STƏKAN İLIQ SUYA 1 X/Q BAL+1X/Q LİMON SUYU QARIŞDIRIB SƏHƏR ACQARINA İÇMƏK SAĞLAMLIQ ÜÇÜN ƏLADIR.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 30 iyun 2011 08:42
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler meslehete gore ama bal menlik diyil

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

MiLeyla

  • 29 iyun 2011 21:36
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
twk fellow

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

By DOĞRU

  • 29 iyun 2011 21:12
  • Məqalə: 22
  • Şərh: 122
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmmmm.Twk-ler.maraqli idi.

--------------------
‎"Şeytana niye kızıyorsun ? Bir iyilik yap da o sana kızsın."

qonce

  • 29 iyun 2011 21:11
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,meslehetlere gore,bezi meslehetleri men bilirem.

Tesekkur,meslehetlere gore,bezi meslehetleri men bilirem.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 48

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}