İslam dünyasında kişi hegemoniyası

 
İslam dünyasında kişi hegemoniyası

İslam qadını insan etdi

... Həvvanı cənnətdən qovmuşdular, Məryəmi zinakarlıq etməkdə suçlamışdılar, Ayşənin karvandan geri qalması şayiələrə yol açmışdı. Patriarxatdan İslamaqədərki bütün quruluşlarda qadın lənətlənmişdi. Qız uşaqlarını diri-diri torpağa gömürdülər. Məhəmməd peyğəmbərin (s.ə.s.) «Cənnət anaların ayaqları altındadır» fikrini bəlkə də bəşəriyyətin ən qadınpərəst fikri kimi qəbul etmək olar. Çoxları bu fikirdədir ki, qadına İslam dini qədər normal yanaşma ona qədərki heç bir dində olmayıb. Amma bu əsas verirmi ki deyək, İslam feminizmi dəstəkləyən bir dindir? Əsla. Dindarların buna görə bizi topa tutacağından əminəm. Amma bilirəm ki, Məhəmməd peyğəmbər (s.ə.s) cahilliyyə dövründəki ərəblərə öyrətdi ki, qadını da, kişini də yaradan Allahdır və bütün insanlar Allah qarşısında bərabərdir (çoxları bunu tarixdə gender bərabərliyi şüurunun formalaşmasında müstəsna rolu olan fikir kimi qəbul edirlər).

İslam dünyasında da kişi hegemoniyası

Fəqət İslam dünyasında da kişi hegemoniyası mövcud olduğundan, kişilər yenə də dini qaydaları təhrif etdilər və qadınların onlardan aşağı mövqedə dayandığını ictimai fikrə sırıdılar. Nəticə olaraq, İslam dünyasında bir neçə əsr kişilər qadınlardan ötrü Allahın yerdəki nümayəndəsi kimi qəbul edilirdi. Qadınlar kişilərin hökmlərini qeyd-şərtsiz yerinə yetirməli idilər. İndi mühafizəkar islamçılar fəxrlə deyirlər ki, xristianlıq qadına kilsəyə girməyi qadağan edirdi, amma İslam məscidin qapısını qadınlardan ötrü açırdı. Xristianlıqda qadının heç bir dəyəri yox idi, amma İslamda kişilər qadınlara müəyyən hüquqlar vermişdilər.

Kişi nikah zamanı qadınla bağlı müəyyən öhdəliklər götürürdü. Qadının da kişinin ona verdiyi varidata müəyyən hüquqları vardı. İslamda qadın adam yerinə qoyulurdu. Çünki kişi yeni arvad almaq istəyəndə bu barədə əvvəlki arvadından (və ya arvadlarından) halallıq alırdı.

Lakin məncə, İslamda qadın hüquqlarının olması ilə bağlı məsələlər bir qədər şişirdilib. Misal üçün, niyə qadınlar dəfn mərasimində iştirak edə, azan verə bilməzlər? Niyə onlar çadraya bürünməlidirlər? (bəziləri yenə deyəcəklər ki, çadra qadını naməhrəm kişilərin nəfsindən qoruyur. Belə olan təqdirdə, bəs kişiləri naməhrəm qadınların nəfsindən nə qoruyur? )Bunları xırdalamaqla dindarlarla yeni mübahisələr açmaq istəmirik. Sadəcə bunu deməklə kifayətlənəcəyik ki, İslamda qadın hüquqları sadəcə islamaqədərki dinlərlə müqayisədə bir qədər üstün idi.

14 əsr əvvəlki inqilab

Məhəmməd peyğəmbər (s.ə.s) öz din fəlsəfəsi ilə hardasa qız uşaqlarının diri-diri torpağa gömülməsini əngəlləyə bilmişdi. O, nəhəng savadsız kütləni inandıra bilmişdi ki, qız uşaqları heç də şeytanın yerdəki təcəllası, bütün bəlaların, pisliklərin mənbəyi deyillər. Onlar Allah tərəfindən yaradılmışlar ki, kişilərlə birlikdə bəşəri (insanı) dünyaya gətirsinlər və kişilər qarşısındakı öhdəliklərini yerinə yetirsinlər.
Hər halda qadına bu primitiv hüququ verməyə nail olmaq, VII əsrin reallığında çox böyük üstünlük, qlobal inqilab idi. Qadın hüququnun dərk edilməsi, gerçəkdən də şüur inqilabı idi. Bu insan beyninin yeni bir inkişaf mərhələsinə qədəm qoyması adlandırıla bilər.

«Qadın da insandır», «qadın da insanların dostudur» kimi günümüzdə yumoristik səslənən fikirlər, cəmi 1-2 əsr əvvəl kişilər arasında mübaliğəsiz-filansız, ciddi şəkildə qəbul edilirdi. Əgər belə demək mümkünsə, hətta qadının "insan" və ya "insanların dostu" olmasına şübhə edənlər də vardı. Nə qədər ürək ağrıdan məqam olsa da, qız uşaqlarının diri-diri torpağa gömülməsinə, öldürülməsinə inanc aşılayan insanlıq əlehinə dinlər hələ də bəzi ölkələrdə qalmaqdadır.

Ayağı qırılan, insan sayılmayan "sarı gözəl"lər

Mən oxucuların yadına ötən illərdə Ruandada bir dini təriqətin onlarca qız uşağını toplu məzarlığa diri-diri gömməsi faktını salmaq istəyirəm. Çində isə sosialist inqilabına qədər qız uşaqlarının diri-diri basdırılması praktikası mövcud idi. Çin 1960-cı ilə qədər heç dövlət səviyyəsində də qadınlara insan hüququ vermirdi. Qadınlar bu ölkədə kişilərin köləsi idilər və qız uşaqları Çin ailələrində arzuedilməzdi. Burada qız uşaqlarına ad belə qoymur, onları sadəcə nömrələyir, 5 yaşına çatanda ayaq pəncələrini qıraraq fiziki cəhətdən belə, azad hərəkət etmələrini əngəlləyirdilər. Qız uşağı doğan qadın ailənin üz qarası hesab olunurdu. Ailənin gözəl qızı elə həmin ailənin kişiləri ilə zorla evləndirilir, ya da seksual təcavüzə məruz qalırdılar. Qızlar əsasən qul kimi, ən yaxşı halda isə fahişəxanalara satılırdı. Gəlinlərlə münasibət də amansız idi.

Gənc ananın südü yaşlı insanlar üçün çox faydalı sayıldığından, gəlin öz südü ilə qayınata-qayınanasını da əmizdirməyə məcbur edilirmiş. Gəlinlərin ərinin ailə üzvləri tərəfindən döyülməsi, öldürülməsi adi hal imiş. Bu gün Çində kişilərin evlənməyə qadın tapa bilməməsini şərtləndirən əsas səbəb uşaq artımına olan qadağadırsa, ikinci səbəb də qız uşaqlarına olan antipatiyadır. Baxmayaraq ki, sosialist inqilabından sonra hökumət qız uşaqlarına üstünlük verən ailələr üçün bütün gərəkli imtiyazları verir...

Azərbaycanda da qız uşaqlarını öldürürlər...

Çinlilər də eynilə biz azərbaycanlılar kimi, öz nəsillərinin yaşaması üçün oğlan uşaqlarının olmasını tərcih edirlər, nəinki qız uşaqlarının. Bu problem bizim ölkədə də olduqca aktualdır. Ultrasəs müayinəsi məntəqələrində çalışan həkimlərdən soruşduqda, onlar bildirirlər ki, onlara müraciət edən hamilə qadınların 1/10-i qız uşağı istədiklərini bildirirlər. Yerdə qalan 9 qadın isə oğlan uşağına üstünlük verir. Bu o deməkdir ki, abort olunan uşaqlar arasında qızlar mütləq üstünlük təşkil edirlər. Bizdə oğlan uşağı olmayan ailələrə «sonsuz» ailə kimi baxırlar. Qəribədir ki, ailənin gen daşıma xüsusiyyəti qadınlar və kişilər arasında 50-50 nisbətində olduğu halda, bizdə kişilərə gen daşıyıcısı kimi üstünlük verirlər. Bu da yəqin ki, soyadların ötürülmə hüququnun kişilərə verilməsilə bilavasitə bağlıdır. Hər halda müasir həkimlər o fikirdədirlər ki, heç də həmişə kişi geni uşaqlarda dominantlıq təşkil eləmir.


Geri dön

NELLY19

  • 1 iyul 2011 18:19
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli xeber ucun tewekkurler

CandyGirl

  • 1 iyul 2011 11:14
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

THIS IS LEGEND

  • 30 iyun 2011 22:49
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
TEWEKKURLERRR

CandyGirl

  • 30 iyun 2011 15:15
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem maraqlidii

--------------------

lema

  • 30 iyun 2011 12:30
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Ehh insanlar çox naşükürdü...Axır onlarda payını alacaq.... angry Tşk....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

YazYamuru

  • 30 iyun 2011 12:30
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
eeehhhh insanlar ne etdiklerini ne etmek istediklerini bilmir ......günahlarla dolu bir heyat sürürük...axIrImiz teki xeyir olsun....

--------------------



iMPoSSiBLe

  • 30 iyun 2011 11:12
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
cox sag ol melumata gore

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

qonce

  • 30 iyun 2011 10:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,oxudum...

ZAC EFRON

  • 30 iyun 2011 10:22
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
tewekkurler

gg

  • 30 iyun 2011 08:37
  • Məqalə: 0
  • Şərh: 124
  • Bal:
{awards}
Anlayan anladı, anlamayan üçün isə fərqi yoxdu. O yenə də öz yoluyla gedəcək.

Inciciceyi

  • 30 iyun 2011 08:29
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Axira qeder oxudum qiz uwaqlarini oldurmek movzusu diqetimi cekdi.
Goresen bu hereketleri eden seherisi gun allahin qezebine nesib olmaqdan qorxmurlar. Onlar kimdi axi Allah yaratdiqlarina qarwi cixirlar.

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

aliye

  • 30 iyun 2011 01:16
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
Allah yaratdigi cani qiz da olsa oglanda olsa Allah almalidir/Allah bele isteyenden sora biz qullar kimikki?Rebimiz buyurubki huzuruma insan olumuyle gelmeyin!

Sevinc ADU

  • 29 iyun 2011 23:57
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
Xebere gore tesekkurler,cox teessuf ki, bele fikirlesen geri dusunceli insanlar var.

N_A_T_A_

  • 29 iyun 2011 23:23
  • Məqalə: 0
  • Şərh: 380
  • Bal:
{awards}
menim bawim cximir bu qiz uwaqlarini niye istemirler?!,en boyuk gunahlardan biridi hec uwagi diri diri basdirmq olar?!, ovladdan imtina etmek olar?!,eleleri var uqaqlari olsun diye ne ezablar cekir,nawukurluk edirlere...
Tewekkurler ama bu xeberi oxuyanda eseblewmemek olmur

R.M_FaNaTka

  • 29 iyun 2011 23:13
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 26
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}