Namaza aid maraqlı hədislər

 
Namaza aid maraqlı hədislər


Həzrət Əlinin (ə) ayağından nizənin çıxarılması

Mərhum Molla Fəthullah Kaşani “Munhəcis sadiqin” kitabında nəql edir: “Əxbari səhifə”də yazılıb ki, Həzrət Əli (ə) Ühüd döyüşündə ayağından yaralanır və ayağına nizə başı batır. Şiddətli ağrıdan onu çıxara bilmirlər. Bu məsələni Həzrət Peyğəmbərə (s) ərz edirlər. Həzrət buyurur ki, nizə başını namaz vaxtı ayağından çıxarın. Çünki onun bu vaxt bütün diqqəti Həzrət İzzətdə olur, özünü yaddan çıxardır. O, namaza başlayan zaman cərrahı gətirirlər və nizə başını ayağından çıxarırlar. Həzrətin səccadəsinə çoxlu qan tökülür. Namazı qurtan zaman qanı görür və soruşur ki, bu qan nədir? Ona deyirlər ki, ayağından çıxartdıqları nizə başına görə qan axmışdır. O, buyurur: “Əlinin canı əlində olan Allaha and olsun ki, mən başa düşmədim ki, siz nə vaxtı ayağımı yarıb, həmin nizə başını çıxartmısınız”.

Açıq qapıya namaz qılmaq

Zamanının tanınmış alimlərindən olan bir şəxs İmam Sadiqin (ə) hüzuruna gəlir və görür ki, bir kiçik yaşlı cavan İmamın (ə) hüzurunda açıq qapıya tərəf namaz qılır. Həmin cavan İmamın (ə) oğlu İmam Musa Kazim (ə) idi. O, şəxs İmam Sadiqə (ə) deyir: “Ağa, sizin oğlunuz açıq qapıya tərəf namaz qılır və bunun kərahəti vardır”. İmam (ə) buyurur: “Namazını qurtaranda özünə deyin”. İmam Musa (ə) namazını qurtaranda o şəxsin iradını eşidir və cavabında buyurur: “Mənim namaz qıldığım o Kəs, mənə bu qapıdan daha yaxındır”.

Namazda “Bismillahın” deyilməsi

“Kafi” kitabında Yəhya ibni Əbi Əmir Həzəlidən nəql edilir ki, deyir: “İmam Baqirə (ə) məktub yazdım: “Qurbanın olum, o şəxs ki, namaz qılan zaman ancaq “Həmd” surəsinin əvvəlində “Bismillah” deyir və ondan sonra gələn surədə demir hökmü nədir, Əyyaşi bu haqda demişdir ki, eybi yoxdur.”

Həzrət öz mübarək xətti ilə yazır: “Namazı yenidən qılsın”.

İmam Sadiqin (ə) namaz vaxtı bihuş olması

Əbdülrəzzaq Qasani kitabında yazmışdır: “İmam Sadiq (ə) namaz qılırmış və qəflətən huşsuz halda yerə düşür. Bunun səbəbini Həzrətdən soruşurlar. Buyurur: “Davamlı olaraq ayəni təkrar edirdim ki, Onu deyənin özündən bu ayəni eşitdim”.

Gecə namazından məhrum olmağın səbəbi

Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və deyir: “Ey Əmirəl-möminin! Gecə namazından məhrum olmuşam”. Həzrət (ə) cavab verir: “Günahların sənin əl və ayaqlarını bağlamışdır”.

Kuleyni İmam Sadiqdən (ə) nəql edir: “Bir insan günah edəndə gecə namazından məhrum olar, necə ki, bıçaq əti kəsər, çirkin əməl də ondan da tez günaha batan adamı kəsər”.

Tövbə namazı

Ənəs ibni Malik deyir: “Peyğəmbər (s) Zilqəddə ayında insanlara xitab etdi: “Ey insanlar! Sizlərdən kim tövbə etmək istəyir?”.

Dedik: “Hamımız ya Rəsullah!”

Buyurdu: “Qüsl və dəstəməz alın. Sonra dörd rükət namaz qılın. Hər rükətdə “Həmd” surəsini bir dəfə, “Tövhid”i 3 dəfə və “Müəzzətey”ni 1 dəfə oxuyun. Sonra 70 dəfə “Əstəğfirullah” deyin və “La hövlə və la qüvvətə illə billəhil-aliyyil-azim” ilə sona çatdırın. Bu zaman deyin: “Ya Əzizi, Ya Ğəffar, iğfirli zunubi və zunubi cəmiyəl-möminin vəl-muminat. Fəinnəhu la yəğfirul-zunubi illa Ənt”.

Sonra buyurur: “Mənim ümmətimdən hər kim belə edərsə, səmadan nida gələr ki, əməllərinə əvvəldən başla! Allah tövbəni qəbul etdi və səni bağışladı. Ərşdə mələk yüksək səslə nida edər: “Ey bəndə! Sənə, ailənə və nəslinə bərəkət olsun! Başqa bir mələk deyər: “Ey bəndə! Qiyamət günü düşmənlərini razı edəcəksən”. Başqa birisi deyər: “Ey mömin bəndə! Öləcəksən və dinin əlindən alınmayacaqdır, qəbrin genişlənəcək və nurlu olacaqdır.” Başqa bir mələk nida edər: “Ata və anan səndən razı olar, baxmayaraq ki, sənə qəzəbləniblər. Onlar və nəslin bağışlanılar, sən dünya və axirətdə fərah və geniş ruzuya sahib olacaqsan”. Cəbrayıl nida edər: “Mən ölüm mələyi ilə bir yerdə olacağam ki, səninlə yaxşı rəftar etsin və ölüm səni incitməsin. Ruhun bədənindən salamat çıxsın”.

İnsanlar deyirlər: “Ey Rəsullah (s)! Zilqəddə ayından başqa bir vaxtda bu ibadəti etmək olarmı?”. Buyurur: “Heç bir fərqi yoxdur. Dediyim kimi olacaqdır, bu kəlmələri mənə Cəbrayıl Meracda olanda öyrətmişdir”.

Günəş tutulmasına görə qılınan namaz

Həzrət Peyğəmbərin (s) oğlu İbrahim vəfat edən zaman üç sünnət təyin edilmişdir. Onlardan biri də Günəşin tutulmasıdır. Belə ki, insanlar İbrahim vəfat edəndə belə deyirdilər ki, o, vəfat etdiyi üçün Günəş tutulmuşdur. Peyğəmbər (s) minbərə çıxır və Allaha həmd dedikdən sonra buyurur: “Ey insanlar, Günəş və Ay - Allahın iki ayətidir ki, Onun əmri ilə seyr edirlər və Onun əmrinə itaət edirlər. Heç kəsin ölümü və ya doğumu ilə tutulmurlar. Ona görə də o zaman ki, Günəş və ya Ay tutularsa, namaz qılı”. Sonra minbərdən düşərək, ayət namazı qılır.

Hədisdə gələn bu üç sünnətdən biri ayət namazının vacibliyi, ikincisi odur ki, bu namaz həddi-büluğa çatmamış uşağa vacib deyildir. Üçüncü isə - atanın öz övladını torpağa basdırmağının kərahəti vardır.

Yəqinlik nişanəsi

Kuleyni İshaq ibni Əmmarın sənədinə istinad edərək, nəql edir: “İmam Sadiqdən (ə) eşitmişəm: “Peyğəmbər (s) sübh namazını məsciddə camaatla bir yerdə qılır və bir cavanı görür ki, üz-gözündən az yatdığı bilinirdi. Rəngi saralmış və gözləri çuxura düşmüşdü. Peyğəmbər (s) ona deyir: “Ey filankəs! Gecəni necə keçirtmisən?”. Cavan cavab verir: “Yəqinlik halında”. Peyğəmbər (s) cavanın bu sözündən təəcüblənib, soruşur: “Hər bir yəqinliyin həqiqət və nişanəsi var, sənin yəqinliyinin nişanəsi və həqiqəti nədir?”. Deyir: “Ey Rəsullah! Mənim yəqinliyimin həqiqəti odur ki, məni qəmgin edib, yuxumu alıb, gündüzümü susuz qoyubdur. Dünyadan uzaq düşmüşəm, elə bil Allah dərgahına baxıram və görürəm ki, hesab vaxtı gəlmişdir və mən də oradayam. Behişt əhli behiştdədir və maariflə məşğuldur. Elə bil ki, cəhənnəm əhlini görürəm ki, işgəncə və əzab içindədir. Yardım istəyirlər, odun səsini eşidirəm və qulaqlarımda hiss edirəm. Bu yerə çatanda Peyğəmbər (s) üzünü səhabəsinə tutub deyir: “Bu, elə bir bəndədir ki, Allah qəlbini imanla nurlandırıb”. Sonra üzünü cavana çevirib, buyurur: “Özünü elə bu halda saxla!”. Cavan deyir: “Ey Allahın Rəsulu! Mənim sizdən bir xahişim var ki, Allahdan istəyəsiniz ki, şəhid olam”. Peyğəmbər (s) onun bu istəyini yerinə yetirir və Allahdan onun şəhadətini istəyir. Bir müddət keçəndən sonra döyüşlərin birində o, şəhid olanların onuncusu idi.

Səcdədə uzun müddət qalmağın təsiri

Həzrət Əli (ə) buyurur: “Muhəmmədin (s) səhabələrini görmüşəm, ancaq sizlərdən heç biriniz onlar kimi deyilsiniz. Onlar toz içində olardılar, çünki gecəni səcdə və qiyam halında keçirirdilər. Bəzən alınlarını torpağa qoyardılar, çox qəmli və nigaran olardılar. Alınları uzun müddət torpağa dəydiyindən qabar bağlayardı. O zaman ki, Allahı zikr etməkdən söhbət düşərdi, əzab və cəzanın qorxusundan, savaba ümid bəsləyərək, gözləri yaşarardı. Ağlayıb, titrəyərdilər. Güclü əsən küləyin təsirindən titrəyən ağaca bənzəyərdilər”.

Səid ibni Məazın cənazə namazı

Diləmi İmam Sadiqdən (ə) nəql edir ki, Peyğəmbər (s) Səid ibni Məazın cənazəsi üstündə namaz qılır və buyurur: “Onun cənazə namazında 90 000 mələk iştirak edirdi ki, Cəbrayıl da onların içində idi. Cəbrayıldan soruşdum ki, siz onun cənazəsində niyə namaz qılırsınız?” Cəbrayıl deyir: “O, “Qul huvəllah” surəsini ayaq üstə olanda, oturanda, piyada gedəndə və miniyə minəndə, gedəndə və gələndə oxuyardı”.


Geri dön

NELLY19

  • 1 iyul 2011 18:11
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
melumata göre tsk

melumata göre tsk

Inciciceyi

  • 1 iyul 2011 09:09
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

THIS IS LEGEND

  • 30 iyun 2011 22:30
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
coxsaolun xebere goree

R.M_FaNaTka

  • 30 iyun 2011 18:48
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

CandyGirl

  • 30 iyun 2011 14:58
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
Sitat: asiya_760
allah razi olsun


--------------------

iMPoSSiBLe

  • 30 iyun 2011 13:44
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
tewekkuler...cox maraqli idi

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

lema

  • 30 iyun 2011 13:40
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun.bir çoxunu mama danışmışdı mene...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

qonce

  • 30 iyun 2011 13:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,hemiseki kimi soz ola bilmez.Allah komeyinizde dursun!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}