İnsanpərvərlik odur ki, insan özündən həya etsin

 
İnsanpərvərlik odur ki, insan özündən həya etsin

Cəmiyyətimizin ən böyük problemlərindən biri də həyanın aradan getməsidir. Həyanın bir neçə növü mövcuddur. Bunlara: “həya min xəlq”i, “həya min nəfs”i, “həya min mələyikən”i, “həya min övliyallah”ı və “həya minələllah”ı göstərmək olar. Bütün bu həya növləri hədislərimizdən götürülmüşdür.

İndi belə bir sual yarana bilər: bunlardan hansı daha dəyərlidir? Bunlardan hansı daha gözəldir? Bunlardan hansı cəmiyyət içində daha çox istifadə oluna biləndir?

Ən dəyərli həya

Əvvəl onların dəyərlərinin sorağına gedək. Burada üç nöqtəyə diqqət etmək lazımdır. Birincisi, əməli görən, ikincisi, əməl və qəbahətdən qaynaqlanmış əməl, üçüncüsü, qəbahətli əmələ şahid olan. Qəbahət mövzusunda həm əqli qəbahətimiz var, həm dini qəbahətimiz var, həm də ürfi qəbahətimiz vardır.

Allahdan həya etmək

Əgər Allah eləməsin, insan qəbahətli bir iş görərsə, bu əmələ şahid olan xaricdən olan şahiddir. Sonra insan utanarsa, bu ən dəyərli və gözəl həyadır. Bu həya o şahiddəndir ki, nə onu görürsən, nə də zahiri varlığı vardır. Ancaq onun mənim halımdan xəbəri vardır. O, məni görür və bu ən böyük həyadır. Əgər bu cür şahiddən həya edərəmsə, bu, ən fəzilətli həyadır. Çünki mən onu görmürəm və görməyini də görmürəm. Ancaq onu dərk edirik ki, həmin şahid əməllərimizi görür. Ona görə də qəbahətli əməl işlətmirik. Həzrət Əli (ə) buyurur: “İnsanın ən fəzilətli və dəyərli həyası odur ki, insan Allahdan xəcalət çəksin”. Xüsusilə də günah ilə rabitədə. Həya, yəni “mən gördüyüm qəbahətli işə görə xəcalət çəkirəm və onu tərk edirəm”, deməkdir.

Həya çirkin əməlin təsirini də aradan aparır

Hədislərdə oxuduğumuz kimi, həyanın insana təsiri vardır. Belə ki, bilirik ki, bir iş Allah yanında qəbahətli bir iş hesab edilir, ona görə də Allahdan xəcalət çəkdiyimizə görə həmin işi görmürük. Bəzən qəbahətli bir iş görürük. Ancaq bu zaman həya həmin əməlin təsirini aradan aparır. Yəni əgər çirkin bir əməl görmüşəmsə, indi də bunu başa düşmüşəm. Allahdan xəcalət çəkirəm. Həmin bu həya səbəb olur ki, mənim keçmiş xətalarım da məhv olsun.

Həya günahın özünü məhv edir

Həzrət Əli (ə) buyurur: “Allahdan həya etmək - insanın bir çox günahlarının aradan getməsinə səbəb olar”. Yəni insan əgər Allahdan xəcalət çəkərsə, günah etməzsə, bu da səbəb olar ki, o, gələcəkdə də günah etməsin. Yəni gələcəkdəki bir çox günahların qarşısını almış olar.

Ən gözəl həya

İnsanın ən gözəl həyası daxilindəkindən həya etməsidir, yəni özündən həya etməsidir. Bu, həyaların ən gözəlidir. Bu, o deməkdir ki, hələ də insanlığı qalmışdır. Bu, o deməkdir ki, heyvani hissləri hələ də insanlığını məhv etməmişdir. Əqli əməli hələ də fəaliyyət göstərir. Çünki, çirkin əməllərə mane olur.

İnsan özündən həya edər

“Həya min nəfs” - yəni insan özündən həya edər. Yəni özümdən xəcalət çəkirəm ki, bu işi görsəm, Allah yanında başıaşağı olmağıma səbəb olacaqdır. Çünki mən Onu dərk edirəm, bilrəm ki, O, həmişə mənimlədir. Məndən ayrı deyildir. Yəni ağıl hələ də yaxşı ilə pisi ayırd edə bilir. Özündən həya etmək - yəni heyvan deyilsən, hələ də insanlığın mövcuddur. Bu həya - ən gözəl həyadır. Həzrət Əli (ə) buyurur: “Həyanın ən son həddi odur ki, insan qəbahətli əməl qarşısında özü yanında həya etsin və onu yerinə yetirməsin”.

Həzrət Əli (ə) başqa bir hədisdə buyurur: “İnsanpərvərlik odur ki, insan özündən həya etsin”.

Biz bəzən deyirik ki, insanpərvərlik – elə həmin xeyirxahlıqdır. Heyvana xeyirxah demək olmaz. Yəni ki, insan özündən həya edərsə, insanlığı qalmış deməkdir.

Həyanın ən çox istifadə edilən qismi hansıdır?

Cəmiyyətdə həyanın ən çox istifadə edilən qismi - xəlq olmuşlardan həya etməkdir. Çünki, insan onları görür və onlar da həmin insanı görürlər. Bu həya - həyaların ən ibtidaisidir. Əgər bu həya insanda olarsa, o biri həya növləri bir-birinin ardınca əmələ gələcəkdir. Ancaq əgər bu həya olmazsa, başqa həyalardan da heç bir xəbər olmaz. İmam Həsən Əsgəri (ə) buyurur: “Əgər insan onu görənlərdən çəkinməzsə, Allahdan da çəkinməz”. Yəni insan onu görən insanlardan əgər həya etməzsə, Allahdan da həya etməz. Həzrət Əli (ə) buyurur: “Hər kim insanlardan xəcalət çəkməzsə, Allahdan da xəcalət çəkməz”.

Beləliklə, həyanın aradan getməsi dedikdə, pərdənin götürülməsi nəzərdə tutulur. Ancaq həya ruhun örtüyüdür. Lakin gəlin cəmiyyətə nəzər salaq. Görərik ki, həmin problem cəmiyyətdə mövcuddur. Yəni cəmiyətimizdə həya əldən getmiş və pərdə götürülmüşdür. Əgər cəmiyyətimizdə İslamın aradan getməsini istəmiriksə, əmr-be-məruf və nəhy-əz-munkər etməliyik. Çünki bu pərdə götürülərsə, insanlar bir-birindən xəcalət çəkməzlər və həya əldən gedər. Bu cür cəmiyyət heyvanlıq tərəfinə gedər, insanlıq deyil.

İslamın düşmənləri bu məsələni yaxşı dərk etdiklərindən, İslam cəmiyyətinə vurula bilən ən güclü zərbənin həyanın aradan getməsi olduğunu bilirlər. İnsanlar bir-birindən xəcalət çəkməsələr, heyvanlar kimi yaşayacaqlar. Bu zaman düşmən çox asanlıqla həmin cəmiyyətdə hakim ola bilər və istədiyini də edə bilər. O kəsin ki, həyalı olmaq üçün qeyrəti yoxdur, bu cür insanların dini qeyrəti də olmaz, insani qeyrəti də. Yəni bu cür insanın həqiqətdə heç bir şeyi yoxdur.


Geri dön

BRLİANT

  • 5 iyul 2011 11:57
  • Məqalə: 0
  • Şərh: 147
  • Bal:
Təşəkkür edirəm maraqlı idi!

NELLY19

  • 1 iyul 2011 18:00
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

CandyGirl

  • 1 iyul 2011 11:13
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

Inciciceyi

  • 1 iyul 2011 08:58
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqlidi twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

THIS IS LEGEND

  • 30 iyun 2011 22:21
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
coox maragliydi twk

ASMIYA

  • 30 iyun 2011 19:02
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
COX TESEKKURLER. COX GOZEL. HER KES BIR SEYLER OYRENMELIDIR.

--------------------


R.M_FaNaTka

  • 30 iyun 2011 18:45
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

lema

  • 30 iyun 2011 16:15
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
teşekkür edirem...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

iMPoSSiBLe

  • 30 iyun 2011 15:13
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
maraqli idi...twk

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

hazal kaya

  • 30 iyun 2011 15:09
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
TEWEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}