Rəcəb ayının mahiyyətini açan tarix- HƏZRƏT ZEYNƏB (ə) vəfatı

 
Rəcəb ayının mahiyyətini açan tarix- HƏZRƏT ZEYNƏB (ə) vəfatı

Rəcəb ayının mahiyyətini açan tarix- HƏZRƏT ZEYNƏB (ə) vəfatı

RƏCƏB AYININ MAHİYYƏTİNİ AÇAN TARİX – HƏZRƏT ZEYNƏB (ə) VƏFATI

Rəcəb ayı böyüklüyünü, əzəmətini yüksəldən, onun dəyərini daha da aydınlaşdıran amillərdən biri də bu ayda olan əlamətdar günlərdir. Belə əlamətdar günlərdən biri də - Həzrət Zeynəbin (s.ə) vəfatıdır. Mübarək İslam təqvimi ilə hicrətin altıncı ili idi.
Həzrət Əli (ə) və Həzrət Zəhranın (ə) ailəsində, Mədinə şəhərində, Həsən (ə) Hüseyndən sonra (ə) bir uşaq dünyaya gəlir. Bu övlad tarixdə çox böyük iz qoyur. Öz yaşayışı, həyat tərzi ilə, gündəlik real mübarizəsi ilə bütün bəşəriyyətə mübarizlik, dönməzlik, zalımların saraylarını öz mətanətli çıxışları ilə titrətmək dərsi qoyur.

Həzrər Zeynəb (ə) bir insandır ki, onun adını Həzrət Cəbrayıl (ə) Allahın tərəfindən əziz Peyğəmbərimizə (ə) çatdırır və xanıma “Zeynəb” - yəni, “atasının zinəti” adı qoyulur. Həzrət Zeynəb (ə) Əlinin (ə) zinəti olaraq əsrlər boyudur həm də bəşəriyyətin zinəti, bütün gözəlliklərin zinətinə çevrilmişdir.
Əziz Peyğəmbərimiz (s) buyurmuşdur:
“Ona (Həzrət Zeynəbə) hömət göstərin, çünki, o, Xədicəyi-Kubra (ə) kimidir”. Xanımın məqamı Həzrət Xədicənin (ə) məqamına bərabərdir. Beş il bəşəriyyətə rəhmət olaraq gələn əziz Rəsulun (s) tərbiyəsini görür. Çətinlikləri, müsibətləri, ağrılıqları görür.

Həzrət Zeynəb (ə) hələ uşaq ikən bir gün röya aləmində çox ağrılı bir yuxu görür. Bir gün Həzrət Zeynəb (ə) Peyğəmbərin (s) yanına gəlib uşaqlara məxsus şirin dillə deyir:
“Ya Rəsulallah, bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf, bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopartdı. Mən ikinci dəfə onun bir budağından tutdum. Amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin, külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım”. Əziz Peyğəmbərimiz (s) Həzrət Zeynəbin (ə) bu sözlərini eşitdikdən sonra ağlayaraq buyurur:
“Sənin ilk yapışdığın ağac babandır ki, tezliklə dünyadan gedəcək. Sonradakı iki budaq atan və anandır (ə) ki, onlar da dünyadan gedəcək. Bir-birinə yapışmış iki budaqlar isə, qardaşların Həsən (ə) və Hüseyndir (ə) ki, onların da müsibətində dünya zülmətə qərq olacaq”.

Rəcəb ayının mahiyyətini açan tarix- HƏZRƏT ZEYNƏB (ə) vəfatı

ŞÜCAƏTİ HƏZRƏT ZƏHRADAN (ə) ƏXS EDƏN MƏTANƏTLİ XANIM

Həzrət Zeynəb (ə) uşaq ikən Rəsuli-Əkrəmin (s) məktəbini görür. Əziz babası ilə vidalaşandan sonra Həzrət Zeynəbi (ə) bütün ağrı-acısı ilə daha böyük sınaq gözləyir. Anası Həzrət Zəhra (ə) ilə vidalaşmalıdır. Babasının (s) vəfatından keçən az müddətdən sonra anasının, atasının nə çəkdiyini görür. Həzrət Zeynəb (ə) Fədək qəsbinin, Əhli-beytin (ə) haqqına edilmiş təcavüzün şahididir.

Bir gün Yezidin (lən) sarayını öz şücaəti ilə titrədəcək, Yezidin (lən) və onun tör-töküntülərinin (lən) mahiyyətini açaraq onları zəlil edəcək Həzrət Zeynəb (ə), bu dərsi anası Zəhradan (ə) alıb. Həzrət Zəhranın (ə) məsciddə Əhli-beytin hüququ ilə bağlı mətanətli və şücaətli çıxışlarından dərs alıb. Bir gün ana ilə ayrılıq məqamı gəlir...
Zəhranın (ə) pak ruhu məlakut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdi. Atanın göstərişi ilə Zəhranın (ə) balaları ana ilə vidalaşıb son dəfə onu qucaqlayıb ayrılırdılar.
Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:
“Zəhranın (ə) kəfənini düyünləyərək Ümmü Gülsüm (ə), Zeynəb (ə), Həsən (ə) və Hüseynə (ə) dedim: “Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. Növbəti görüş Behiştdə olacaqdır”. Həsən (ə) və Hüseyn (ə) anaları tərəfə gələrək bu sözləri deyirdilər: “Anamız Fatimənin (ə) vəfatında olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Anacan, bizim salamımızı babamız Muhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq”.

Həzrət Zeynəb (ə) yetim qalır. İrəlidə Xanımı (ə) daha böyük və daha ciddi sınaqlar gözləyirdi. Həzrət Əli (ə) məktəbini görür Həzrət Zeynəb (ə). Atası məsciddə ikən şəhadətə yetişəndə Həzrət Zeynəbin (ə) 35 yaşı olur. 35 il Həzrət Əli (ə) tərbiyəsi görür. Ailə həyatı qurmaq zamanı gəlib çatanda da Xanım Zeynəb (ə) bəşəriyyəti silkələyən bir dərs ortalığa qoyur. Digərləri müxtəlif məsələlər düşünəndə, Həzrət Zeynəb şərt olaraq, zəruri hallarda qardaşı Hüseynin (ə) yanında olmağı qoyur. Bu Xanımın (ə) şəxsiyyətini göstərir ki, o, ictimai məsələlərə, Allah bəyənən məsələlərə nə qədər böyük əhəmiyyət verirdi.

Rəcəb ayının mahiyyətini açan tarix- HƏZRƏT ZEYNƏB (ə) vəfatı

MÜSİBƏTLƏRİN KULMİNASİYASI – AŞURA MİSSİYASI

Həzrət Zeynəbin (ə) müsibətlərinin kulminasiya nöqtəsi Aşura səhnəsində yaşandı. Aşura gecəsi Həzrət Zeynəb (ə) bütün müsibətlərini belə yada salırdı:
“Həzər bu müsibətdən. Kaş, ölüm həyatıma son qoyaydı, bu gün anam Fatimə (ə), atam Əli (ə) və qardaşım Həsənin (ə) dünyadan gedən günlərinə bənzəyir”. Bu Həzrət Zeynəbin (ə) birinci Aşurası deyildi. Bütün vəziyyətlərdə Xanım (ə) bəndə olaraq boynuna nə düşürdüsə, yalnız onu edirdi.

Xanım Zeynəb (ə) Aşura həqiqətinin dünyada çarçısıdır. Yeni bir missiya qarşısındadır Xanım (ə). İndi Xanım (ə) zalımların saraylarını silkələməli, zalımların zülmünü faş etməli, zalımların təkəbbürünü yerə çırpmalıdır. “Qadın kimdir?” sualına cavab verilməli idi. İndiyəcən bəşər ən uca feminist dəyərlərindən danışsa da, hələlik Zeynəb (ə) kimi vətəndaş mövqeyi göstərib, qandallı halda, əsirlikdə ola-ola, şücaətli halda “qadın kimdir?” sualına cavab verə bilməyib. Zeynəb (ə) şəxsiyyəti bu suala cavab verib. Xanın Zeynəb (ə) qadının hansı mərtəbəyə qədər ucala bilməsini göstərib. Bir neçə gün öncə Hüseyn (ə) kimi qardaşı əldən verən Xanım Zeynəb (ə), Yezid (lən) sarayında sınmır.
Həzrət Zeynəbdən soruşulanda, “Əhli-beyt (ə) ilə rəftarı necə gördün?”, buyurur: “Mən, Aşurada, bütün bu müsibələrdə gözəllikdən başqa bir şey görmədim”. Bu cümlə Xanımın (ə) həyatının mahiyyətini tam şəkildə üzə çıxarır.

Allahım, bizlərə mübarək Rəcəb ayını Zeynəbvari yaşamağı nəsib et! Bizləri bu aydan əliboş çıxarma! Bizlərə bu ayın xüsusi lütflərindən nəsib et. Amin!

Rəcəb ayının mahiyyətini açan tarix- HƏZRƏT ZEYNƏB (ə) vəfatı


Geri dön

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 13:21
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
[u]/tessekur ediremu]

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

NELLY19

  • 2 iyul 2011 19:16
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
çox gözəl.Təşəkkürlər

CandyGirl

  • 1 iyul 2011 11:10
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

Inciciceyi

  • 1 iyul 2011 08:47
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Jasmi

  • 1 iyul 2011 03:06
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
tewekkurlerr gozel yazidiii

--------------------

ASMIYA

  • 30 iyun 2011 19:19
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
ALLAH SIZDEN HEP RAZI OLAR INS ALLAH.

--------------------


R.M_FaNaTka

  • 30 iyun 2011 18:42
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

orxansv

  • 30 iyun 2011 17:49
  • Məqalə: 30
  • Şərh: 65
  • Bal:
{awards}
Maraqlı məlumat idi təşəkkürlər.

--------------------
Həyatim gozeldi sen yanimda olsan

♪Nila♪

  • 30 iyun 2011 17:39
  • Məqalə: 12
  • Şərh: 56
  • Bal:
{awards}
Deyerli yazi ucun tewekkurler baciska.Allah razi olsun!

--------------------
█ ▇ ▆ ▅ ▄ ▃ ▂ ▂ ▃ ▄ ▅ ▆ ▇ █

lema

  • 30 iyun 2011 17:25
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Men bu yazını oxumuşdum.Allah razı olsun....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 48
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}