Həmişə, xüsusilə də yayda pəncərənin qarşısında yatardım. Yuxusuz qaldığım gecələrin birində həmişə yadıma düşməyən - ALLAHa Şükür etdim. Sərin bir meh üzümə vurduqca, ardınca Dua etməyə başladım. O vaxtkı ağlımın kəsə bildiyi Dua... ALLAHdan zəngin olmağı istədim. Maşınım olsun istədim, pulum çox olsun istədim, heç kimə möhtac olmayım istədim... Zəngin olmağı qiymətlilərdə görürdüm...
O gecədən sonra bir gündə yox, uzun bir vaxtda dəyişikliklər oldu məndə... Əvvəllər sinif yoldaşımın qələmi xoşuma gəlməyəndə qırırdımsa, indi özümlə 3 qələm aparırdım, kimdəsə olmasa ona vermək üçün... Xoşum gəlməyən birisi "ağlayanda" ona kənardan baxıb gülmürdüm, dərdinə şərik olurdum, artıq paxıllıq etmirdim, qibtə edirdim, pislik etməkdən qaçırdım, yaxşı olmağa çalışırdım, köməyə ehtiyacı olana əlimdən gələn mənəvi, imkan düşəndə maddi kömək edirdim. Yox yox mən mələk olmamışdım, sadəcə bunlar məndə olan müsbət dəyişiklər idi. Günahım olsa da, bu qədər savabın içində itib-batırdı, adi olurdu... Bunlar illər ərzində mənə verilən DƏYƏRLİ olan hisslər idi.
Hər cürə insan tanıdım. İtirdiyim və qazandıqlarım oldu. Bir də qazandığım DƏYƏRLİ insanlar oldu... DƏYƏRLİ insanlar da öz ətrafındakı DƏYƏRLİ olanları mənə doğru çəkdilər. Daha bir insana nə lazımdır ki? DƏYƏR görürsən, DƏYƏR verirsən...
10 ildən sonra, başqa səbəblə olsa da, yenə yuxusuz gecələrin birində üzümə sərin meh dəyər-dəyməz, o gecəni xatırladım. ALLAHdan zəngin olmağı istəmişdim. O ağlıma görə zənginliyi qiymətli olanlarla ölçmüşdüm, bu gün isə... Baxıram ki, ALLAH Duamı qəbul edib. Məni zəngin edib...
Bəziləri zənginliyi qiymətli olanlarla ölçürsə, artıq mən DƏYƏRLİ olanlarla ölçürəm

Siz necə? Zənginsinizmi?

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description