Fikir-İslamda əsas mövzulardan biri sayılır. Müqəddəs Qurani-Kərimdə fikir ifadəsi 55 dəfə təkrar olunur və insanların fikirləşməsi dönə-dönə təkid edilir. Məsələn, Bəqərə surəsinin 219-cu ayəsində buyurulur: Beləcə, Allah öz ayətlərini sizə bəyan edir; bəlkə fikirləşəsiniz Həmçinin, Həşr surəsində Allah-taala insanlar üçün dağları misal gətirərək buyurur: Əgər bu Quranı dağa nazil etsəydik, Allahın xovfundan onları parçalanmış görərdin. Bunlar xalq üçün gətirdiyimiz misaldır ki, bəlkə fikirləşsinlər (ayə 20) Hədislərə gəlincə, fikrin mənası, fikirləşməyin faydaları və fikirləşməməyin ziyanları barədə Peyğəmbər (s) və məsum İmamlardan (s) minlərlə hədis rəvayət olunmuşdur. Məntiq və fəlsəfə elmində fikrə çox təriflər verilmişdir. Bunlardan birini xatırladırıq. Filosoflar sırasında Həkim (hikmət sahibi) ləqəbi ilə tanınmış mərhum Molla Hadi Səbzəvari öz məşhur Mənzumə fəlsəfi traktadında deyir: Fikir-qaynaqlardan (başlanğıclardan) məqsədə doğru hərəkətdir. Fikrin əxlaqi mənasına gəldikdə isə, bunu deməliyik ki, fikir insanı eyb və pisliklərdən uzaqlaşdırıb, diqqəti insanın özünə yönəldər. Çünki fikirləşməyən insan səhv edə bilər. Lakin əgər hansı sahədə: ibadi, ictimai, siyasi, məişət mövzularından gərgin və faydalı düşüncələr aparsa, həyatının mənasını tapar və yarandığı məqsədə yetişər.Qurani-Kərim həyatın bütün sahələrini, həm əxlaqı, həm fəlsəfəni, həm də məntiqi əhatə edən cahanşümul bir kitabdır. Bütün elmlərin kökü, mənşəyi Quranda əks olunur. Quranda fikir haqqında söz açılarkən onun elə fəlsəfi və əxlaqi mənaları nəzərdə tutulur. Fəlsəfə və əxlaq insandan ayrılmazdır. Quran da insanların kitabıdır. Quran insanı müxtəlif mövzularda fikirləşməyə çağırır: xilqət, dünya, təbiət, insanın özü və s. barəsində.

Çünki bunlar barəsində düşünməklə insan yaradanı xatırlayır, onun qüdrət və cəmalını dərk edir və imanı artır. Quran bu barədə buyurur: Göylərin və yerin yaradılmasında, gecə və gündüzün gəl-gedində, insanlara fayda vermək üçün dənizdə üzən gəmilərdə, ölüləri diriltmək və canlıları yaşatmaq üçün Allahın göydən yağdırdığı yağışda, küləklərin hərəkətində, göylə yer arasında ram olmuş buludlarda düşünüb-anlayanlara ibrətlər vardır. (Bəqərə surəsi, ayə 164) Quranın fikirləşməyə təkid etdiyi bir mövzu da axirətdir. Rəvayət edirlər ki, Həzrət İmam Cəfər Sadiqdən (ə) soruşdular: Eşitmişik ki, bir saat fikirləşmək bir gecə ibadət etməkdən üstündür. Bu söz doğrudurmu? Həzrət İmam təsdiq etdi: Bəli, İslam Peyğəmbəri (s) buyurub ki, bir saatlıq təfəkkür bir gecə oyaq qalıb müstəhəbbi ibadət etməkdən üstündür. Soruşurlar: Bəs bu fikirləşməyin qaydası nədir? İmam cavab verdi: Qaydası budur ki, insan vaxtilə hökmdarların, cahangirlərin yaşadığı, indi isə xaraba qalmış yerlərə baxsın və o yerlərə xitabən desin: Hanı səni tikənlər? Hardadır sənin sakinlərin? Niyə danışmırsan?. Bax, belə fikirləşmək insanın sabahına, qiyamətə aiddir və onu məsuliyyətə , imana doğru istiqamətləndirir. Tarix elmini öyrənmək, ötüb-keçənlərdən ibrət almaq bu fikirləşmənin bir növü ola bilər.Həzrət Əmirəl-möminin Əli (ə) Nəhcül-bəlağədə İmam Həsənə (ə) vəsiyyətnaməsində belə yazırdı:

Oğlum! Qədimlərdə adamların ömrü çox uzun idi. Mən onlar qədər yaşamadım. Amma onların əməllərinə nəzər saldım, onlardan gəlib çatan xəbərlər barədə fikirləşdim, qoyduqları izləri seyr edib araşdırdım, ta ki, özümü onlardan biri kimi hiss etdim. Göstərilən sübutlardan aydın olur ki, fikir sözünün Qurandakı mənası elə onun məntiqi, fəlsəfi və əxlaqi mənalarının eynidir.