Intihar - Allahdan önə keçmə cəhdi

 
Intihar - Allahdan önə keçmə cəhdi

Bildiyimiz kimi, dinimizə görə, hər hansı bir insanı öldürmək böyük günahdır və
bir insanı haqsız yerə öldürən kimsə bütün insanları öldürmüş kimidir (Maidə, 32).

Çünki insan dəyərli bir varlıqdır. Bu varlığın canını, malını və namusunu İslam öz
mühafizəsi altına almışdır və bu üç şeyə toxunmağı qadağan etmişdir.
Qurani-Kərimdə Rəhman olan Allahın qullarının xüsusiyyətləri sadalanarkən Onlar
Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə
qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun
əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar (Furqan, 68, 69) deyilir.

Başqa bir ayədə isə belə buyurulur: Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası
əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və
lənət edər, onun üçün böyük əzab hazırlar! (Nisa, 93).

O ki qaldı intihara, insanın özünü öldürməsi başqasını öldürməsindən daha dəhşətli və daha
böyük günahdır. Çünki insanın canı ona əmanətdir. Heç kim öz canının sahibi
deyil. Heç kim öz üzərində söz sahibi deyil. Bütün səmavi dinlərin günümüzə
qədər daşıdıqları ortaq xüsusiyyətlərdən biri nəfsi (canı)
qorumaqdır. Bu, insan övladına yüklənən ən önəmli məsuliyyətdir.

İmanı gülcü olan şəxs əsla intihara əl atmaz. Bir hədisdə belə deyilir: İnsanların müsibət
yönündən ən ağırına məruz qalanları peyğəmbərlər, sonra övliyalar, sonra da
dərəcəsinə görə bunlara bənzəyənlərdir.
Elə isə biz də onların göstərdiklıəri mətanəti, dözümü göstərməliyik.

Canlarına qəsd edənlər həyatlarına son verməklə bütün əziyyətlərdən qurtulacaqlarını düşünürlər.
Halbuki onların daha ağır əzablara düçar olacaqlarını bu hədislərdən
görmək olur: Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə
əzab ediləcəkdir (Buxari, Kitabul-İman hədis N:159 , Muslim Kitabul İman hədis N:160).

Kim bir təpədən özünü aşağıya atıb özünü öldürsə, əbədiyyən cəhənnəmdə yuvarlanacaq.
Kim zəhərli bir maddə içərək özünü öldürsə əbədiyyən zəhər içəcək.
Kim özünü dəmir bir alətlə öldürsə cəhənnəmdə də o aləti durmadan qarnına sancacaqdır
(Buxari, Kitabud-Tıbbi hədis N:5333, Muslim, Kitabu`l İmam Hədis N:158, Əbu Davud Dıbb N:3374).

Ümumiyyətlə, Hz Peyğımbərimiz (s) intihar məsələsinə çox önəm vermiş, onun zamanında
özünü bıçaqla öldürən birinin cənazə namazını qıldırmamışdır
(Buxaridən başqa Kutub-i Sittənin beş imamı bu hədisi rəvayət etmişlər).

Nəinki intihar, hətta bilə-bilə cana əziyyət vermək, özünü təhlükəyə atmaq da dinimizdə qadağandır.
Rəvayət olunduğuna görə səhabələrdən Amr ibn As Zatu`s-Səlasil səfərində
ihtilam olur (boynuna qüsl gəlir), hava çox soyuq olduğu üçün su ola ola ölüm
qorxusundan təyəmmümlə namaz qıldırır. Bu hadisəni Hz Peyğəmbərə xəbər verəndə
Amrın bu hərəkətini bəyənir (Əbu Davud, Təharət, 124; Əhməd ibn Hənbəl, IV, 203).

İntihar əvvəlki ümmətlərdə də haram olmuşdur. Cundub ibn Abdullah Hz Peyğəmbərin (s) belə
dediyini rəvayət etmişdir: Sizdən əvvəlki ümmətlərdən birində yaralı bir adam var idi.
Yarasının ağrısına dözə bilməyib bıçaq götürərək əlini kəsir.
Ancaq qanı kəsə bilmədiyi üçün ölür. Allah-Təala onun haqqında belə buyurdu:
Qulum can haqqında mənim önümə keçdi,
mən də ona cənnəti haram qıldım (Buxari, Ənbiya, 50).

Hz Rəsulullah (s) Xeybər döyüşündə aldığı yaralara dözə bilməyib qılıncı ilə özünü öldürən
səhabənin də cəhənnəmə gedəcəyini xəbər vermişdir
(Buxari, Qədər, 5, Riqaq, 33, Məğazi, 38, Cihad, 77; Muslim, İman, 179; Kamil Miras, Təcrid-i Sarih, X, 266 268).

Gördüyümüz kimi, intihar qurtuluş yolu deyil, əksinə əbədi olan axirət həyatını bərbad etməkdir.
Qurtuluşun yolu sıratu-mustaqim deyə ifadə edilən haqq yol ilə gedərək müsibətlərə səbirli və
dözümlü olmaqdır. Hər çətinliyin arxasında bir asanlıq, hər məğlubiyyətin arxasında bir zəfər vardır.

Unutmayaq ki, bədən Uca Allahın insan övladına verdiyi ən böyük əmanətdir.
Bu əmanəti ruh bədəndən insanın öz müdaxiləsi olmadan çıxmayana qədər qorumaq lazımdır.
Buna görə də insanın mənəvi və fiziki sıxıntılara sona qədər səbir göstərməsi İslamın qayəsidir.
Əks halda, intihar etməklə dünyəvi sıxıntı və problemlərini həll edəcəyini düşünən kimsə dərhal
üzləşəcəyi qəbir və daha sonra axirət həyatında daha böyük sıxıntı və fəlakətlərlə qarşılaşacaq.
Həyat ən pis şərtlər altında da gözəldir. Çünki ruh bədəndə qaldıqca Allahdan ümid
kəsilməz. Qulun Allaha yönəlməsi və Ondan yardım istəməsi sıxıntı və problemlərin
həllinin başlanğıc nöqtəsini təşkil edir.
Çünki Onun hər şeyə gücü yetər. Çünki Ona arxalanan sonsuz güc qazanar.


Geri dön

Inciciceyi

  • 5 iyul 2011 10:16
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 13:01
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk maraqlidir

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

angeloka

  • 2 iyul 2011 20:39
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
twk maraqlidir

R.M_FaNaTka

  • 1 iyul 2011 22:42
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

iMPoSSiBLe

  • 1 iyul 2011 14:38
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
hm dubeduz!

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

THIS IS LEGEND

  • 1 iyul 2011 13:24
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
hmm.....qeribedi..twk

NELLY19

  • 1 iyul 2011 11:28
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

ZAC EFRON

  • 1 iyul 2011 11:26
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
menim hele ki bele cehdim olmayib olmayacaqda

Mr.Perfect

  • 1 iyul 2011 10:59
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

Sirli Melek

  • 1 iyul 2011 10:58
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
O ki qaldı intihara, insanın özünü öldürməsi başqasını öldürməsindən daha dəhşətli və daha
böyük günahdır.
YAŞAMAQ GÖZƏLDİR.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

CandyGirl

  • 1 iyul 2011 10:57
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

El3ktra

  • 1 iyul 2011 10:52
  • Məqalə: 3
  • Şərh: 191
  • Bal:
{awards}
men elemeisem ama sora cox pesman olmusam bele fikirlerde olanlar cehennemde cvb verecek

--------------------
Araba motorsuz, yumurta tuzsuz, gökyüzü kuwsuz, ağac susuz, fatmagül sucsuz bende sensiz olamam
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 52
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}