Deməli Yalqızsan

 
Deməli Yalqızsan

Əgər gecələr dərd otrağın əlindəki qələm,
bir də əzik-üzük kağız parçasıdırsa,
Deməli Yalqızsandeməli yalqızsan...Deməli Yalqızsan

İşdən çıxıb evə doğru addımladığın vaxt yol boyu şütüyən maşınların səs-küyünü eşirmirsənsə...
Üz cizgilərin hər saniyə haldan-hala düşür və sən yalnız özünün eşitdiyini sandığın yüksək
bir səs tonuyla danışırsansa... Yoldan ötənlərin istehzalı baxışları səni narahat etmirsə...
Və nəhayət başını qaldırıb özünü mənzilinin qapısı ağzında görürsənsə...
Deməli Yalqızsan Deməli yalqızsan...Deməli Yalqızsan

Soyuducunun qapısını açıb, içini fikirlərin kimi boş və soyuq görürsənsə...
Çay içmək üçün bir dənə belə olsun təmiz fincan tapmırsansa...
Günün günorta çağı yuxuya gedib ömründən bir neçə saatı da belə yola vermək istəyirsənsə...
Deməli YalqızsanDeməli yalqızsan...Deməli Yalqızsan

Ev telefonun arada bir zəng çalsa da, sən dəstəyi götürüb “alo” deyən kimi,
adət etdiyin eyni tonlu və uzun bir səs eşidirsənsə... Qonaq otağındakı jurnal
stolunun üstündə, əl dəyməmiş toz qalağına öz adını istədiyin bir dildə yazmaq imkanın
varsa... Axırıncı dəfə nə vaxt kresloda yox, məhz yatağında yuxuya
getdiyini xatırlamaq üçün əziyyət çəkirsənsə...
Deməli YalqızsanDeməli yalqızsan...Deməli Yalqızsan

Tanışlarını canlı görməkdənsə, elektron poçtunla hal-əhval tutursansa...
Sevgilinə bir dəstə ağ qızılgül almaq əvəzinə, reytinq sayğacına görə ən çox istifadə olunan
səhifədən bir dənə həyat tərzin qədər bəzəkli, amma mənasız buket yollayırsansa...
Uşaqlıq dostuna olan ürək sözlərini mobil telefonun 160 xanasına sığışdırırsansa və bu
xanaların arasında nöqtəli vergül, defis işarəsi və sol
tərəfdən açılan mötərizə çoxluq təşkil edirsə...
Deməli YalqızsanDeməli yalqızsan...Deməli Yalqızsan

Sevgilinlə dərdləşməkdənsə, qışın oğlan çağında, səhərin gözü açılmamış,
Malakan bağının hər hansı bir boş skamyasında oturub, soyuq havada isti qarğıdalı
yeyə-yeyə hovuzda üzən ördəklərə baxmaq kimi axmaq istəklərin olursa...
Deməli YalqızsanDeməli yalqızsan...Deməli Yalqızsan


Geri dön

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 13:06
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
hmm...demeli yalqizsan..

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

THIS IS LEGEND

  • 1 iyul 2011 13:26
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
hmm...demeli yalqizsan..

barbie doll

  • 1 iyul 2011 11:44
  • Məqalə: 1
  • Şərh: 354
  • Bal:
{awards}
saqol xebere gore

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥sen PIYONSUN ben sah sen kaybedersen en fazla 2 puan gider,SEN BENI KAYBEDERSEN OYUN BITER!♥♥♥♥♥♥♥♥♥♥♥

Inciciceyi

  • 1 iyul 2011 11:42
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lindo

  • 1 iyul 2011 11:33
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Günün günorta çağı yuxuya gedib ömründən bir neçə saatı da belə yola vermək istəyirsənsə...

NELLY19

  • 1 iyul 2011 11:30
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

El3ktra

  • 1 iyul 2011 10:51
  • Məqalə: 3
  • Şərh: 191
  • Bal:
{awards}
mende yalqizam tesekkur

--------------------
Araba motorsuz, yumurta tuzsuz, gökyüzü kuwsuz, ağac susuz, fatmagül sucsuz bende sensiz olamam

CandyGirl

  • 1 iyul 2011 10:51
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
Sitat: SkYlInE
twk gozel xeberdirrr


--------------------

Sirli Melek

  • 1 iyul 2011 10:43
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
xırıncı dəfə nə vaxt kresloda yox, məhz yatağında yuxuya
getdiyini xatırlamaq üçün əziyyət çəkirsənsə...
Deməli yalqızsan...

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

hazal-kaya

  • 1 iyul 2011 10:37
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
teşekkürler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 37
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}