Bir dövr olur

 
Bir dövr olur

Həyatında bir dövr olur – həyat ağ və qara rəngə boyanır.
Başqaları üçün rəngarəng görünən həyat sənin üçün yalnız bu iki rəngdən ibarət olur...
və getdikcə, zaman keçdikcə ağ rəng azalmağa başlayır.
Sənin başqalarından gizlədərək yaratdığın və yaşadığın dünya qaralmağa başlayır.

Bir dövr olur

Və ... və zülmət. Artıq özün özünü görmürsən, bəlkə də görmək istəmirsən.
Qaçırsan, ilk növbədə isə özündən. Acı həqiqət şirin yalandan yaxşıdır deyiminin tam
əksinə sən həqiqətlərlə, zəifliyinlə, səhvlərinlə üzləşməmək üçün özün özünlə
“gizlənpaç” oynamağa başlayırsan. Amma ... bir gün bu “oyun”u oynamaqdan bezirsən,
hər şeydən və hər kəsdən bezdiyin kimi. Həyatının daha bir hissəsinin yalanla
keçdiyini dərk edirsən. Fərq yalnız bir şeydədir: bu dəfə sənə yalan danışan elə
Sən Özün idin. Daha çətin bir dövr başlayır həyatında.

Bir dövr olur

Orta vəziyyət olmur, ya sonda məhv olursan ya da xilas olursan.
Seçim səndən, sənin iradəndən və ətrafındakı insanlardan asılı olur.
Amma yaxınındakılar görmürlər sənin onlarla aranda sərhədd çəkdiyini.
İlk addım olaraq bu sərhəddi yıxmalısan. Onlardan uzaqlaşaraq getdiyin məsafəni indi
geri qayıtmalısan. Qaçaraq getdiyin yolu indi aram-aram qayıdırsan.
Tərəddüd içindəsən çünki. “Ya yenidən hər şey təkrar olunarsa, yenidən
qaranlığa düşərsəm? Bu dəfə gücüm yetməz...” deyə düşünürsən. Amma qayıdırsan.
Bəlkə də özün üçün yox, sənin sevənlərin xatirinə, onların gözlərindəki
o narahatlığı yox etmək, ümidlərini puça çıxarmamaq üçün. Məcbursan...

Bir dövr olur

Və bir gün o qaranlığa işıq saçır. Bəlkə də heç gözləmədiyin halda.
Gözlərin zülmətə o qədər öyrəşib ki, nə olduğunu dərk etmirsən ilk öncə.
Gözünü qamaşdırır o işıq. Unutduğun hisləri yenidən yaşamağa başlayırsan.
Həm çılğıncasına həm daha ehtiyatla. Amma hər nə olursa olsun üzünü o işıqdan döndərmə,
nə olar. Qaranlığına çəkilmə. O zülmətinə işıq saçan hər nə və ya kimdisə bərk-bərk
yapış ondan. Izn ver işıqlansın dünyan. Bəlkə yenidən duya biləcəksən o
rəngləri – o əlvanlığı. Bəlkə bu dəfə daha gözəl görəcəksən o eyni rəngləri.
Düşünməyə dəyməzmi?...


Geri dön

_DreaM_

  • 15 iyul 2011 10:56
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
maraqli xebere gore tesekkurler...

--------------------

Inciciceyi

  • 5 iyul 2011 10:18
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
twwwwwwwwwwwwwwwwk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 13:06
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
coxsaolun zehmete gore.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

THIS IS LEGEND

  • 1 iyul 2011 13:26
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
coxsaolun zehmete gore..

... Deryam ...

  • 1 iyul 2011 12:28
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
izn versələr işıqlanacaq .........

--------------------

NELLY19

  • 1 iyul 2011 11:29
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

El3ktra

  • 1 iyul 2011 10:51
  • Məqalə: 3
  • Şərh: 191
  • Bal:
{awards}
tesekkurler

--------------------
Araba motorsuz, yumurta tuzsuz, gökyüzü kuwsuz, ağac susuz, fatmagül sucsuz bende sensiz olamam

CandyGirl

  • 1 iyul 2011 10:51
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
Sitat: Sirli Melek
Izn ver işıqlansın dünyan. ƏLA CÜMLƏDİ !


--------------------

Sirli Melek

  • 1 iyul 2011 10:36
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Izn ver işıqlansın dünyan. ƏLA CÜMLƏDİ !

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}