Milli internet resursları kütləvi ziyarət üçün hazır deyil

 
Milli internet resursları kütləvi ziyarət üçün hazır deyil

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AİF tərəfindən
“Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbirdə AİF prezidenti Osman Gündüz 2012-ci ildə “Eurovision–2012” beynəlxalq tədbirinin Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb. Tədbirin məqsədinin də əsasən bununla bağlı olduğunu, “Eurovision 2012” keçirilən ərəfədə ölkə İnternetində yarana biləcək problemlər və onların həlli yolları haqqında müvafiq qurumları və ictimaiyyəti məlumatlandırmaqdan ibarət olduğu bildirilib.


Dəyirmi Masada AİF presidenti Osman Gündüz və İdarə Heyətinin üzvü Rüstəm Əliyev mövzu ilə bağlı təqdimat ediblər. Təqdimatda AİF ekspertlərinin yerli və qlobal şəbəkədə bu istiqamətdə mövcud vəziyyətin təhlilindən sonra gəldiyi nəticələr öz əksini tapıb. Xüsusilərdə adı çəkilən tədbir keçirilən ərəfədə Azərbaycan İnternetinin kontent və texniki-texnoloji vəziyyətinin mühüm əhəmiyyət kəsb edəcəyi bildirilib. Həmçinin Azərbaycan və Bakı ilə bağlı Global (Wikipedia, Youtube və s) və milli resurslarda informasiya ehtiyatlarının yetərli olmadığı qeyd olunub. Turizm və informasiya yönümlü resursların yetərli olmaması, mövcud resursların zəif olması da vurğulanıb. Təqdimatda xüsusilə ölkə internetinin keyfiyyətsizliyi və Milli internet resursların kütləvi ziyarət üçün hazır olmadığı və texniki dayanıqsızlığı diqqətə çatdırılıb. Mobil internetin ələ çatımlığının ,tədbir ərəfəsində ictimai Wi-Fi şəbəkəsinin yaradılmasının vacibliyi qeyd olunub. Müxtəlif dillərdəki mühüm milli informasiya resurslarına dəstək verilməsinin vacibliyi qeyd olunub.
Online ödəniş sistemləri və milli naviqasiya sistemlərinin tələblərə cavab vermədiyi diqqətə çatdırılıb.


Tədbirdə iştirak edən aidiyyatı şəxslər mövzu ətrafında çıxışlar ediblər. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Qabil Abbasov, RİTN –nin nümayəndəsi Kamal Məmmədov, BTRİB –in nümayəndəsi Elman Qədirov, İREX- in nümayəndəsi Mürsəl Əliyev, Sahil şirkətinin direktoru Vahid Qasımov, AİF üzvləri Şaiq Muradov və Rəşad Əliyev, Azerfon şirkətinin meneceri Elşad Fərzəliyev, blogger Rüfət Əhmədzadə, Xəbərlər.az in redaktoru Bəhram Həsənov və başqaları çıxış edərək müzakirə olunan məsələnin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Çıxış edənlər təkliflərə münasibətlərini açıqlayaraq bu istiqamətdə səmərəli təkliflər irəli sürüblər. Çıxışlarda bu istiqamətdə müəyyən işlərin görüldüyü qeyd edilməklə bərabər ciddi problemlərin də olduğu bildirilib. Bununla belə çıxışlarda mövcud olan və gözlənilən problemlərin aradan qaldırılması üçün dövlət, özəl və vətəndaş cəmiyyətinin birgə səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda müzakirə prosesində irəli sürülən Təkliflərin ümumiləşdirilərək hökumətə və “Eurovision–2012” nin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinə təqdim ediləcəyi bildirilib.

Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və
ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.


Geri dön

Inciciceyi

  • 5 iyul 2011 10:14
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Maraqli melumatdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

AliNikA

  • 3 iyul 2011 23:47
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
teşekkürler....

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 13:00
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
bawqa nece ola bilerdiki?

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

THIS IS LEGEND

  • 1 iyul 2011 13:21
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
bawqa nece ola bilerdiki?

CandyGirl

  • 1 iyul 2011 11:26
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------

NELLY19

  • 1 iyul 2011 11:26
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

Sirli Melek

  • 1 iyul 2011 11:07
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
BİZƏ UĞURLAR.
İNŞALLAH HƏR ŞEY YAXŞI OLACAQ !

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}