Üçüncü Məsum-Həzrəti Fatimə Zəhra (s.ə)

 
Üçüncü Məsum-Həzrəti Fatimə Zəhra (s.ə)

Kəbin və cehiz

Dünya təntənələri insanın diqqətini cəlb etsə, onun çətinlikləri də artacaqdır. Sadə yaşayış isə xatircəmliyə səbəb olur. Əli (ə) da pəhrizkarlar haqqında dediyi bir hədisdə həmin incəliyə içarə edir : “Pəhrizkarlar bu dünyada dünya ləzzətlərini də dadırlar”..

Sadə yaşayış rəhbərlərin və xüsusilə də imamların və bütün ilahi rəhbərlərin nəzərində daha əhəmiyyətlidir.Ola bilsin ki,qadınlar qadınlar-xanımının cehizinin sadə və yüngül olması, eləcə də yaşayışı müsəlmanların qarşısında duran islami evlənməyə bir örnək olmaq üçündür. Çünki, O, ALLAHın Peyğəmbəri, Məhəmməd ibn Abdullahın qızı Fatimə(s.ə)dır, əri də övsiyaların ağası və möminlərin əmiri Əli(ə)dır. Əlbəttə ki, onların evlənməsi örnək olmalıdır.. İmamlar da evlənəndə həmin nümunəni örnək götürür və Əli(ə)ın Fatimə(s.ə)ya kəsdiyi kəbin qədər kəbin kəsdirdilər..Həzrət Fatimə(s.ə)nın kəbini 480, bəzi rəvayətlərə görə isə 500 dirhəm olub. Peyğəmbər(s)in Fatimə(s.ə)ya qoşduğu cehiz isə aşağıdakılardan ibarət idi :

-Yeddi dirhəmlik bir köynək;

-On Dörd dirhəmlik bir rübənd (çadra);

-Qara xeybəri bir qətfə.

-Xurma yarpağından hörülmüş bir çarpayı.

-Biri yun, biri də xurma yarpağından hazırlanmış iki döşək.

-Bir şal pərdə;

-Bir dənə həcəri həsir;

-Bir əldaşı;

-Bir mis teşt;

-Bir tuluq;

-Bir ağac kasa;

-Bir köhnə tuluq;

-Bir aftaba;

-İki dənə kuzə;

-Bir dəri süfrə;

-Kufədə toxunmuş bir çadır;

-Bir tuluq;

-Bir az ətir;


İmam (ə) da öz evini hazırladı. Belə ki, yerinə yumşaq qum tökdü, paltar asmaq üçün bir ağac uzatdı,
otağın içini qoyu dərisi ilə döşədi və xurma yarpağından hazırlanmış bir yasdıq qoydu..

Kəbin Xütbəsi

Peyğəmbər (s) Əli(ə)a əmr etdi ki, xütbə oxusun. İmam (ə) xütbə oxumağa başladı : “Həmd olsun o ALLAHA ki, sitayiş edənlərə yaxınlaşıb, Onu istəyənlərin yanında olub, pəhrizkarlara cənnət vədi verib, əmrindən çıxanları isə odla qorxudub. Ona, əbədi yaxşılıqlarına və verdiyi nemətlərinə görə şükr edirəm. Elə bir şükr edən ki, özünü yaradan, meydana gətirən, öldürən, dirildən və pis əməllərindən soruşan kəsin yalnız ALLAH olduğunu bilir. Ondan, kömək etməsini və doğru yolu göstərməsini istəyirik. Ona iman gətiririk”..

“Eləcə də təsdiq edirik ki, vahid ALLAHdan başqa heç bir ibadət olunan yoxdur, birdir, şəriki yoxdur. Bu təsdiq ALLAHın şəninə yarayan və onu razı edəndir..Həm də təsdiq edirik ki, Məhəmməd (s) onun bəndəsi və elçisidir..ALLAHın salamı ona və onun sülaləsinə olsun. Elə bir salam ki, ona yarasın və yararlandırsın, onu yüksəltsin, onu başqalarından seçsin. Qızı Fatiməni 500 dirhəm kəbinlə mənə evləndirən şəxs ALLAHın elçisidir.Ondan soruşun və təsdiqini alın”.

Sonra Peyğəmbər(s) dedi: “Mən qızım Fatiməni Mehriban ALLAHın sənə evləndirdiyinə əsasən səni həyat yoldaşlığına verirəm.ALLAHın razılıqlarına razı və şadam.Sən də yaxşı kürəkən və yoldaşsan, ALLAHın razılığı sənə yetər”.

Sonra Peyğəmbər (s) əmr etdi ki, bir tabaq xurma gətirib paylasınlar.

Bu haqda Əmirəlmöminin(ə)dan bir hədis də vardır ki, həmin evlənməyin islamda nə qədər əhəmiyyətə malik olduğunu göstərmək üçün bəyan edəcəyik.

Bu haqdakı hədisə gəldikdə isə Zəhhak ibn Məzahim belə nəql edir : Əli(ə) ibn Əbitalib deyirdi: Ömərlə Əbubəkir mənim yanıma gəlib “Peyğəmbər(s)in hüzuruna gedib Fatimə(s.ə) haqqında onunla danışasan” dedilər. Mən o həzrətin hüzuruna getdim. Peyğəmbər (s) məni görüb güldü və “ey Əbülhəsən! Nə üçün gəlibsən, nə istəyirsən?” –deyə soruşdu. Mən onunla qohumluğumdan, islamda qabaqcıl olduğumdn, o həzrətin qarşısında cihad etməyindən, ona yardım göstərməyindən söz açdım. O həzrət : “doğru deyirsən, dediyindən də yaxşısan” deyə sözlərimi təsdiq etdi.

Mən dedim: Ey ALLAHın elçisi! Fatimə(s.ə)nı mənə həyat yoldaşı olmağa verirsənmi? Peyğəmbər (s) dedi : Ey Əli(ə)! Səndən qabaq da onu istəyənlər gəlmişdilər. Mən onların istəyini Fatimə(s.ə)ya bildirdikdə qızın narazı olduğunu simasından oxudum. İndi də sən burada qal, mən qayıdıram.

Peyğəmbər(s) Fatimə(s.ə)nın otağına getdi. Fatimə(s.ə) ayağa qalxıb atasının əbasını çiynindən götürdü, ayaqqabılarını çıxartdı, dəstəmaz suyu gətirdi və həzrətin ayaqlarını yuyub yerində əyləşdi. Peyğəmbər(s), “ey Fatim(s.ə)” – deyə onu səslədi. Fatimə(s.ə): “Nədir əmrin ey ALLAHın elçisi?”-deyə cavab verdi.

Peyğəmbər dedi: Əli(ə) ibn Əbitalibin qohumluğunu və üstünlüyünü və islami imanını yaxşı bilirsən. Mən də ALLAHdan istəmişəm ki, səni öz yaratdıqlarının ən sevimlisinə və ən yaxşısına qismət eləsin. İndi o səni istəyir. Bu haqda fikrin nədir?

Fatimə(s.ə) dinmədi. Lakin üzünü də döndərmədi. Peyğəmbər də onun simasında narazılıq nişanı sezmədi. Ayağa qalxıb dedi : ALLAHu Əkbər. Onun susması razı olduğunu göstərir.

Sonra Cəbrail nazil olub dedi: Ey Məhəmməd! Fatiməni Əli ibn Əbitalibə evləndir, çünki ALLAH onu Əli üçün, Əlini də onun üçün seçmişdir. Əli (ə) sözünü davam etdirərək deyir: beləliklə Peyğəmbər (s) Fatiməni mənə evləndirdi. Əlimdən yapışıb buyurdu : “bismillah, qalx və “əla bərəkətullah, və maşaəllah, la qüvvətə illa billah, təvəkkəltu ələllah” de”. Sonra məni Fatimə(s.ə)nın yanında əyləşdirib dedi: “İlahi! Bu iki adam yaratdıqlarının ən sevimlisidirlər. Demək sən də onları sev, övladlarına bərəkət ver, onlara keşikçi təyin et, mən də bu iki nəfəri və onların övladını qovulmuş şeytanın şərindən sənə sığındırıram...


Geri dön

NELLY19

  • 26 iyul 2011 15:50
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
serhlerinize gore minnetdaram

Inciciceyi

  • 5 iyul 2011 10:10
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 12:56
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

R.M_FaNaTka

  • 1 iyul 2011 22:39
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

iMPoSSiBLe

  • 1 iyul 2011 13:52
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
maraqli idi..twk

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

lema

  • 1 iyul 2011 12:56
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
men bunları bilirdim.minnetdaram.....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

THIS IS LEGEND

  • 1 iyul 2011 12:44
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

El3ktra

  • 1 iyul 2011 11:37
  • Məqalə: 3
  • Şərh: 191
  • Bal:
{awards}
tesekkurler

--------------------
Araba motorsuz, yumurta tuzsuz, gökyüzü kuwsuz, ağac susuz, fatmagül sucsuz bende sensiz olamam

CandyGirl

  • 1 iyul 2011 11:31
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tessekur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 50

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}