Şeytan haqqında

 
Şeytan haqqında


Allahın iblislə rəftarından dərs almaq

İmam Əli(ə):«Allahın iblislə rəftarından dərs alın. Belə ki, Allah-taala onun uzunmüddətli işini, yorucu zəhmətlərini bir anlıq təkəbbürə görə batil etdi. O altı min il Allaha ibadət etmişdi və özü də məlum deyil bunlar dünya illərindəndir, yoxsa axirət illərindən.»

Şeytan haqqında

Şeytandan Allaha sığınmaq
Quran:
«De:«Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram. Ey Rəbbim! Onların mənim yanımda hazır olmalarından sənə sığınıram.»
«Quran oxumaq istəyəndə qovulmuş şeytandan Allaha sığın.»

Hədis:
İmam Əli (ə):«Allaha həmd edir, şeytanın qovulması və uzaqlaşdırılmasına görə, eləcə də onun tələ və hiylələrindən salamat qalmağa səbəb olan işlərdə Allahdan kömək istəyirəm.
Şeytanın insanla düşmənçiliyi
Quran:
«Həqiqətən, şeytan sizin düşməninizdir. Bəs, siz də ona düşmən olun. Həqiqətən, o öz dəstəsini arxasınca çağırır ki, onlar Cəhənnəm əhli olsunlar.»
Hədis:
İmam Əli (ə): Gizlincə qəlblərə nüfuz edən və asta-asta qulağlara ovsun oxuyan düşməndən çəkinin.»
İmam Sadiq (ə) :«İblis məkr və hiylə dolu bu sarayın hər yerində öz tələlərini qurmuşdur və onun məqsədi bizi sevənlərdən başqa bir kimsə deyil.»
İmam Kazim (ə): -»Cihad hansı düşmənlə daha çox vacibdir?» sualına cavabından- «Sənə daha yaxın və səninlə düşmənçiliyi daha çox olanla... və sənin düşmənlərini sənə qarşı təhrik edənlə. O da şeytandır.»

Şeytan haqqında

Şeytanın fitnələrindən agah etmək
Quran:
«Ey Adəm övladları! Şeytan sizin ata-ananızı Cənnətdən çıxardıb ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurduğu kimi, sizi də aldatmasın. O və onun dəstəsi sizi, onları görmədiyiniz yerdən görürlər. Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin dostları etdik.»
Hədis:
İmam Əli(ə):«Yoldan arzdıran üç amil var: qadınları sevmək (şeytanın qılıncıdır), şərab içmək (bu şeytanın tələsidir), dirhəm-dinara məhəbbət (bu da şeytanın oxudur).»

Şeytan haqqında

Şeytana sitayiş edənlər
Quran:
«Ey Adəm övladları! Məgər sizinlə əhd-peyman bağlamamışdı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir?»
Hədis:
İmam Əli (ə) (Şeytanın ardınca gedənləri məzəmmət edərək): «Onlar şeytanı öz işlərinin meyarı etdilər və şeytan da onları öz tələsinə çevirdi. Beləliklə, onların qəlblərində yumurta saldı, cücə çıxartdı, tədricən ağıllarına nüfuz etdi, onları xətalara və büdrəyişlərə düçar etdi, batili gözlərində bəzədi. Onların işləri güclərində şeytan şərik olan və onun dili ilə batil söz danışan şəxsin işi kimidir.»

Şeytan haqqında

Şeytanın fitnələri
Quran:
«Şeytan sizi yoxsulluqla qorxudur və sizə pis işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və bəxşişlər vəd edir. Allah geniş rəhmət sahibi və hər şeyi biləndir.»
«Şeytan onlara vədə verir və öz arzularının tələsinə salır. Şeytan onlara yalan vədədən başqa bir şey verməz.»
«Bəs, niyə Bizim əzabımız onlara çatanda nalə çəkmədilər? Çünki onların qəlbləri daşlaşmış və şeytan onların əməllərini öz nəzərlərində bəzəmişdir.»
Hədis:
İmam Əli (ə):«Ey Kumeyl! İblis öz tərəfindən vədə vermir, əksinə, öz Rəbbinin tərəfindən vədə verir ki, onları günah etməyə vadar etsin və ölümün uçurumuna atsın.»
İmam Əli (ə):«Şeytan bəndəyə təhkim olunmuşdur. Günah etməkdən ötrü günahı onun gözlərində bəzəyir və tövbəyə də ümidvar edir
ki, onu təxirə salsın.»
İmam Səccad (ə)- duasında- «Əgər şeytan hiyləylə onları Sənin itaətindən çəkindirməsəydi, heç bir günahkar sənə qarşı günah etməzdi. Əgər batili onlar üçün haqq libasında göstərməsəydi, heç bir yolunu azan Sənin yolundan azmazdı.»
İmam Sadiq (ə) :«İblis öz qoşununa deyər:«İnsanlar arasında paxıllıq və haqqa təcavüz toxumu səpin. Çünki bu ikisi Allah yanında şirkə bərabərdir.»

Şeytan haqqında

Şeytandan qorunmaq
Quran:
«Həqiqətən, Şeytanın iman gətirən və öz Rəbblərinə təvəkkül edənlərin üzərində hakimiyyəti yoxdur.»
«Həqiqətən, sənə tabe olan yolunu azmışlardan başqa, bəndələrimin üzərində heç bir hakimiyyətin yoxdur.»
Hədis:
İmam Əli (ə):«Çox dua et ki, şeytanın şərrindən amanda qalasan.»
İmam Baqir (ə) :«Həqiqi qorxu ilə özünü iblisdən qoru.»
İmam Sadiq (ə):«İblis dedi:«Beş nəfs var ki, onlara qarşı heç bir çarəm yoxdur. Bunlar xalis niyyətlə Allaha sığınan və bütün işlərində Ona arxalanan, gecə-gündüz Allaha çox təsbih deyən, özü üçün bəyəndiyi şeyi mömin qardaşına da bəyənən, başına müsibət gələndə səbrsizlik etməyən, Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi çəkməyənlərdir. Ancaq, qalan bütün insanlar mənim ovcumun içindədir»

Şeytan haqqında

Şeytana aldanmaq
Quran:
«Kim Rəhman Allahı yad etməkdən üz döndərərsə, onunla yoldaş olmaq üçün ona bir şeytan təyin edərik.»
Hədis:
Allahın Peyğəmdəri (s):«Bir gün Musa (ə) oturmuşdu və iblis onun yanına gəldi...
Musa (ə) buyurdu:«Mənə elə bir günahdan xəbər ver ki, insan onu edəndə sən ona hakim olasan.» İblis dedi:«Özündən razı olmaq, əməlini çox görmək, günahı öz nəzərində kiçik görmək.»
İmam Əli (ə):«Şəhvətpərəstlərlə yoldaşlıqlıq imanın unu¬dulmasına və şeytanın hazır olmasına gətirib çıxarar.»
İmam Sadiq (ə):«İblisin qadınlardan və qəzəbdən güclü ordusu yoxdur.»


Geri dön

Inciciceyi

  • 5 iyul 2011 09:48
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 2 iyul 2011 13:37
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

CandyGirl

  • 2 iyul 2011 13:14
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

npocTo

  • 1 iyul 2011 18:16
  • Məqalə: 0
  • Şərh: 189
  • Bal:
{awards}
hmm oxumaq bele istemirsen

THIS IS LEGEND

  • 1 iyul 2011 18:03
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
xebere gore derin twekkurler..

Jasmi

  • 1 iyul 2011 17:58
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
men bir defe bir hocadan ewitmiwdim o deyirdikiii weytana lenet oxumuyunn cunkii o bele axiret gunuu allahaa ibadet edib ona sigina bilerrr
tewekkurlerr

--------------------

no_name

  • 1 iyul 2011 17:47
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
Allah weytana nehlet elesin

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

lema

  • 1 iyul 2011 17:41
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Şeytanı qovmaq üçün davamlı zikr ediremki meni yoldan çıxada bilmesin.Düşmenim haqqda bilmediklerimi bölüşdüyünüze göre minnetdaram

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

JISTEN TIMBERLAND

  • 1 iyul 2011 17:39
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
Xebere gpre <3

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

NELLY19

  • 1 iyul 2011 17:34
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
allah razi olsun

fashion_girl

  • 1 iyul 2011 17:19
  • Məqalə: 0
  • Şərh: 425
  • Bal:
{awards}
o seytani tutsam bimiyem neyniyerem

--------------------
ALLAH SEN MENI DOSTLARIMDAN QORU, DUSMENLERIMLE OZUM BAS CIXARA BILEREM..

R.M_FaNaTka

  • 1 iyul 2011 17:16
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

ZEHRA

  • 1 iyul 2011 17:02
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
ILK SERH MENDEN ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}