"Bismillah"ın sirri

 
"Bismillah"ın sirri

"Bismillah"ın sirri

Bismilləhir-Rahmənir-Rahim!

Rəhman və Rəhim Allahın adı ilə. Bütün işlərdən qabaq – yəni yeməkdən, içməkdən, yazmaqdan, oxumaqdan, səfərə çıxmazdan, hətta heyvanı kəsməzdən qabaq «Bismillah» deyirik. Bəs görəsən bu mübarək kəlmənin sirri nədir belə?

Bəşər aləminin yaradanı Uca Allahdır, hər bir şeyin başlanğıc nöqtəsi Odur və ilk növbədə Ona xatir, Onun razılığı üçün görəcəyimiz hər bir işi böyük ehtiramla Yaradanımızın adı ilə başlamaq – bir növ bəndəçiliyimizin izharıdır. Bu, bir növ Allahın zikridir.

Özünəməxsusluğu ilə seçilən hikmət dolu bu kəlmə təsbehlə deyilən və ya nəql olunan digər müstəhəb zikrlərdən fərqlənsə də, nəticə etibarilə hədəf eynidir. Yəni – Allaha yaxınlaşmaq, Allahı yad etmək, şeytanı uzaqlaşdırmaq, xoşbəxtliyə, səadətə və nemətə çatmaqdır. Bununla bağlı, böyük din alimlərindən olan mərhum Əllamə Məclisi hesab edir ki, ilahi xüsusiyyəti olan hər bir söz Allahın zikridir.

Allah Təala Həzrət Musa (ə) ilə münacat edərkən buyurur: «Ey Musa, heç bir halda Məni
yaddan çıxarma, çünki Məndən qafil olmaq və Məni unutmaq qəlbi öldürər».

Müqəddəs kitabımız Qurani-Kərimdə Allah zikri ilə bağlı buyurulur: «O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!» (“Rəd” surəsi, ayə 28)

«Rəbbini adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl». (“Müzəmmil” surəsi, ayə 8)

«Bismillah» kəlməsi ilə bağlı “Əl-Mizan” təfsirində buyrulmuşdur ki, əhəmiyyətli iş o işdir ki, Allahın adı ilə başlanıla və bunun da mənası belə olar ki, «Allahım, mən Sənin adınla Sənə öz bəndəliyimi başlayıram». Yəni, bununla belə demiş oluruq: «Allahım, Sənə həmd etməyi Sənin adınla başlayıram ki, bu əməlimdə Sənin bir nişanən olsun və Sənin üçün xalis əməllərdən sayılsın».

İlahi kitabların müqəddiməsi də «Bismillah»la olmuşdur. Bütün peyğəmbərlər (ə) öz işlərinə «Bismillah»la başlamışlar Həzrət Nuhun gəmisi tufan zamanı dəli dalğalar arasına düşdüyü vaxt Nuh öz yoldaşlarına dedi: «Süvar olun, bu gəminin hərəkəti və dayanması Allahın adı ilədir». Həzrət Süleyman Səba mələkəsini (qadın hakim) imana çağırdığı vaxt öz dəvətnaməsini «Bismilləhir-Rahmanir-Rahim»lə başladı.

İnsanı Allaha yaxınlaşdıran bu sirli kəlmə haqqında Peyğəmbərimiz (s) və Əhli-beytin (ə) mübarək hədislərində də əks olunur:

Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: «Əhəmiyyətli olan hər bir iş əgər Allahın adı ilə başlamazsa, o səmərəsiz olar və heç bir nəticə verməz».

Həzrəti Əli (ə) buyurmuşdur: ««Bismillah» işlərin bərəkət mayası, onu tərk etmək isə müvəffəqiyyətsizlikdir».

İmam Rza(ə) buyurmuşdur: «Bismillah» insanın özünə Allah bəndəsi nişanı vurmasıdır».

Başqa bir hədisdə buyurur: «Bismillah» ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır».

Həzrət Əlinin (ə) «Nəhcül-Bəlağə»sindəki mübarək xütbələrinin birində zikrin insan həyatında
nə qədər vacib, əhəmiyyətli və əzəmətli yer tutması yetərincə təsbit olunub.

Ustad M.Qəraəti müsəlmanlığın simvolu hesab etdiyi «Bismillah»ın simasını belə təsvir edir:

"Bismillah"ın sirri

«Bismillah» - ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır.

«Bismillah» - Allaha eşq və Ona təvəkkül rəmzidir.

«Bismillah»- təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.

«Bismillah» - bəndəlik yolunda ilk addımdır.

«Bismillah» - şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.

«Bismillah» - işlərin paklıq və sığortalanma səbəbidir.

«Bismillah» - Allahın zikridir. Yəni «Bismillah» deyən kəs Allahı unutmadığını bəyan edir.

«Bismillah» insanın məqsədini açıqlayır. İnsan «Bismillah» deməklə izhar edir ki,
Pərvərdigara, hədəfim camaat, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!

Allahım, bizləri həqiqi zikr əhlindən – qəlbi zikr edənlərdən qərar ver ki,
etdiyimiz bütün zikrlər, “Bismillah”lar bizləri Sənə daha da yaxınlaşdırsın!

"Bismillah"ın sirri

İstifadə olunan mənbələr:

«Əl-Mizan» Təfsiri-Əllamə Təbatəbai

«Nur» təfsiri - M.Qəraəti

«Allahın zikri» - M.Yəzdi


Geri dön

Inciciceyi

  • 5 iyul 2011 09:27
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 12:28
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 2 iyul 2011 23:32
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

NELLY19

  • 2 iyul 2011 17:31
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

THIS IS LEGEND

  • 2 iyul 2011 14:36
  • Məqalə: 10
  • Şərh: 1197
  • Bal:
{awards}
TEWEKKURLER GOZEL XEBERDI...

miniwinx

  • 2 iyul 2011 14:35
  • Məqalə: 0
  • Şərh: 335
  • Bal:
{awards}
ALLAH haminizin imanini bol elesin. AMIN.

--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

Mehemmed249

  • 2 iyul 2011 14:30
  • Məqalə: 7
  • Şərh: 269
  • Bal:
{awards}
ALLAH haminizin imanini bol elesin. AMIN.

gg

  • 2 iyul 2011 13:26
  • Məqalə: 0
  • Şərh: 122
  • Bal:
{awards}

Çox təşəkkürlər. Bu xəbər bir daha ALLAHI unutmamağı xatırladır.

::..ONSLAUGHT::..

  • 2 iyul 2011 13:01
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
allah razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

CandyGirl

  • 2 iyul 2011 12:52
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkur edirem allah razi olsun

--------------------

lema

  • 2 iyul 2011 12:52
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Menim bu haqqda çox dolğun melumatım var.minnetdaram...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

R.M_FaNaTka

  • 2 iyul 2011 12:35
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 47
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}