Dua budaqlarından axıb gələn həyat dərsləri – İman və İslam

 
Dua budalarından  axıb gələn həyat dərsləri – İman və İslam

İslam mətnləri insan əxlaqına, onun yaşam tərzinə, mövcudiyyətinə, durumuna dair bütün məsələləri özündə əhatə edir. Bu, İslami mətnlərin ən dəyərli və qiymətli olanlarından biri də “Səhifeyi-Səccadiyyə”dir. Bu bəhsimiz müəyyən dərəcədə “Səhifeyi-Səccadiyyə” ilə tanışlığa həsr olunub. Bəhsimizin əvvəlində istərdim bir qədər “Səhifeyi-Səccadiyyə” və onun digər müqəddəs kitablarla nisbətdə dəyər və qiyməti haqqında məlumat verək. Eyni zamanda, bu dua və münacat toplusundan “Məkarimul-Əxlaq” duasını seçəcəyik və bəhsimizi əsasən onun ətrafında quracağıq.

BƏŞƏR ARTIQ ALLAH KƏLAMININ QƏDRİNİ BİLMƏYƏ BAŞLAYIR

İslam mədəniyyəti özü ilə bir çox qiymətli yadigarlar qoymuşdur. Düzdür, tarix boyu bunlardan bir çoxu məhv edilmiş, bəziləri təhrif olnmuş, bəziləri dəyişdirilmişdir. Lakin, Allaha şükürlər olsun ki, sonuncu xatəmiyyət dövrünün insanının yalnız Allah kitabı olan Qurani-Kərimə dəxalət etmək imkanı olmamışdır. Biz tarix boyu görürük ki, bəşər – peyğəmbərlər (ə) öldürən bəşər olub, Allahın mübarək sözlərini təhrif edən olub. Amma kamillik və təkamül bir həddə gəlib çatır ki, insan artıq İlahi kitabın qədrini bilməyə başlayır və artıq bəşər inkişafın bir mərhələsinə çatır ki, daha onu təhrif etmir. Daha dəqiq desək, bəşərin qanacaq və qabiliyyəti artıq bir səviyyəyə yetişir ki, Allah kitabını dəyişmir. Sözsüz ki, bunların hamısı Allahın böyük lütfü sayəsində baş verir. Təəssüflər olsun ki, bunun müqabilində bəşərin həmin kitabı canlı tərənnüm edən, canlı yaşadan və təzahür edən şəxsləri (Allahın salamı onların üzərində olsun) qoruyub saxlaya bilmək üçün qabiliyyəti çatmır. Bəşər Rəsulallahdan (s) sonrakı dövründən hələ də bu günə qədər İmam (ə) öldürən bəşərdir. Necə ki, İslamdan öncəki ümmətlər heç İlahi kitabı da qoruyub saxlaya bilmirdirlər. Amma, Allahın Yer üzündə olan Höccətləri (ə) öz mübarək sözlərini, öz mübarək maarifçilik işlərini, Quranın həqiqi şərhlərini müxtəlif yollarla çatdırırdılar, öz vəzifələrini yerinə yetirirdilər.

QURANDAN SONRA ƏN QƏDİM İSLAM MƏTNİ – “SƏHİFEYİ-SƏCCADİYYƏ”

“Səhifeyi-Səccadiyyə” həmin o təbərrüklərdəndir. Bu gün İslam mədəniyyətinin Qurandan sonra sənəd baxımından ən qədim və mötəbər mətnlərindən olan «Səhifeyi-Səccadiyyə»ni insanlıq nə tanıya, nə də kifayət qədər qoruyub saxlaya bilib. Alimlər bildirirlər ki, “Nəhcül-Bəlağə”yə nisbətdə «Səhifeyi-Səccadiyyə» sənəd baxımından daha qədimdir, Əgər “Nəhcül-Bəlağə”nin yığılması hicrətin III-IV əsrlərinə aiddirsə, «Səhifeyi-Səccadiyyə» hicri ilə I əsrin sonu – II əsrin əvvəllərinə aiddir. «Səhifeyi-Səccadiyyə» öz orijinallığına və mənbə baxımından qədimiliyinə görə “Nəhcül-Bəlağə”dən də irəlidədir.

Niyə «Səhifeyi-Səccadiyyə»yə müdaxilə edə bilməyiblər? Hədislərin, digər buyuruşların başına min oyun gətirən münafiqlər niyə «Səhifeyi-Səccadiyyə»yə yaxın durmayıblar? Çünki, “Səhifeyi-Səccadiyə” dua və münacatlardan ibarətdir. Əziz İmam Səccadın (ə) böyük hünəri, qabiliyyəti və şücaəti bundan ibarət olmuşdu ki, Həzrət Əli (ə) minbərdə öz işini görüb mehrabda şəhid olandan sonra, İmam Həsən (ə) sülhü ilə işini görəndən sonra, İmam Hüseyn (ə) qanlı Aşurası ilə öz vəzifəsini yerinə yetirəndən sonra, hamının başqa işlər gözlədiyi bir vaxta, İmam Səccad (ə) dua və münacat dili ilə İslamı çatdırmağa başlayır. İslam bu yolla yaşanmağa başlayır. Əziz İmamımız (ə) İslam maarifini insanların qəlbinə dua ilə hopdurmağa başlayır. «Səhifeyi-Səccadiyyə» dua adını daşıdığına və münacat halında olduğuna görə zalımar tərəfindən təqiblərə məruz qalmır, kafirləri qıcıqlandırmır.

PEYĞƏMBƏR (s) və ƏHLİ-BEYTİN (ə) SALAMINI ALMAQLA ZİNƏTLƏNƏN DUA


«Səhifeyi-Səccadiyyə»nin iyirminci duası – “Məkarimul-Əxlaq”dır. Bu dua olduqca böyük dəyərə malikdir. Duanın hər bir bəndi, hər paraqrafı salavatla başlayır. İmam (ə) sözlərini bir həddə qədər deyir, sonra Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) salavat göndərir və sonradan yenidən duanı davam etdirir. İmam (ə) duanı salavatla başlayır və sonra sözlərini bircə-bircə Rəbbinə deyir. Əslində İmam (ə) həm də bizlərə dua mədəniyyətini öyrədir. Öyrədir ki, duanı salavatla başlayar və qurtararlar. Məlumdur ki, salamı demək müstəhəb, almaq isə vacibdir. Biz hər dəfə Peyğəmbərə (s) və Əhli-beytə (ə) salam göndərəndə, onlara bunun cavabını vermək vacib olur. İnsan hər dəfə salavat deyəndə, sanki, Rəsulallah (ə) və onun pak Əhli-beytinin (ə) salamını eşidir. Bununla da insanın duaları daha da zinətlənir və rövnəqlənir.

İNSANI DİGƏR VARLIQLARDAN AYIRAN ÜSTÜN CƏHƏT – RƏBBİ İLƏ ÜNSİYYƏTDİR

İnsanı digər varlıqlarından ayıran özünəməxsus bir cəhəti var. Bu – insanın dua, münacat, öz Rəbbi ilə ünsiyyət saxlayıb, Ondan istəmək mədəniyyətidir. Həm İslama qədərki ümmətlərdə, həm də mübarək dinimizin özündə də bu mədəniyyət mövcud olub. Həqqin düşməni bir milləti məhv etmək istəyən zaman onun dua mədəniyyətini əlindən alır. İslamın ilk günündən münafiqlərin əsas işi-gücü İslamı quru, mexaniki, qəlbi tərpətməyən, göz yaşı axıtmayan bir hala salmaq üçün çalışmaq olub. Müasir zamanımızda da şeytanı (lən) ən çox narahat edən məsələ - insanın Allahla olan ünsiyyəti, eşqidir.


Geri dön

Inciciceyi

  • 4 iyul 2011 11:37
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 12:22
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler maraqlidi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 2 iyul 2011 23:24
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

R.M_FaNaTka

  • 2 iyul 2011 19:19
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tes[b][/b]ekkurler

--------------------

NELLY19

  • 2 iyul 2011 17:22
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

MiLeyla

  • 2 iyul 2011 16:40
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
tewekkurler

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Sevinc ADU

  • 2 iyul 2011 16:30
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH sizden razi olsun.Cox deyerli xeberdir.Cox sag olun.

lema

  • 2 iyul 2011 14:26
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Çox Deyerli mövzudur.minnetdaram...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Grace_Angel

  • 2 iyul 2011 13:45
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
İnsanı digər varlıqlarından ayıran özünəməxsus bir cəhəti var. Bu – insanın dua, münacat, öz Rəbbi ilə ünsiyyət saxlayıb, Ondan istəmək mədəniyyətidir.

Tewekkur edirem...Cox gozel ve deyerli xeber ucun...minnetdaram...ALLAH RAZI OLSUN Sizden!!!

--------------------

MuslimGirl

  • 2 iyul 2011 13:32
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Seçilmişlərə əlavə etdim. İnşallah, hamısını oxuyacam. ALLAH razı olsun!

♪Nila♪

  • 2 iyul 2011 13:30
  • Məqalə: 12
  • Şərh: 56
  • Bal:
{awards}
Bele gozel ve deyerli vxeber ucun minnetdaram.Allah razi olsun

--------------------
█ ▇ ▆ ▅ ▄ ▃ ▂ ▂ ▃ ▄ ▅ ▆ ▇ █

THIS IS LEGEND

  • 2 iyul 2011 13:26
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
tewekkurler...

CandyGirl

  • 2 iyul 2011 13:24
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurler maraqlidi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}