Ailə nədir?

 
Ailə nədir?

İnsanın yer üzündə yaşamağa başladığı zamandan bəri qadınlarla kişilər bir-biri ilə ailə deyilən bir cəmiyyət təşkil edib, ömürlərini başa vururdular. Övladlarını isti yuvalarında yetişdirir və sonra da gözlərini əbədi yumurdular.

Ailənin təbii forması o olmuşdur ki, ölümdən başqa heç bir amil ailəni bir-birindən ayırmamış və ərlə-arvad arasına ayrılıq sala bilməmişdir. İlahi peyğəmbərlər (ə) daima çalışmışdılar ki, ailə möhkəm bir təsisat olsun. Heç bir amil bu təsisatın səadətini aradan apara bilməsin. Bu günün dünyası çox pərişan və qəmlidir. Elm və texnologiyanın heyrətləndirici dəyişikliyindən sonra ailə məsələsi çətinliklərlə üzləşmişdir.

Ailədə olan problemləri cəmiyyətdən ayırmağa çalışmamışdan qabaq ailənin nə olduğuna baxmalıyıq. Ailəyə müxtəlif baxışlardan tərif vermək olar. Baxışlarımız nə qədər dərin olarsa, kamil və daha çox etimad edə biləcəyimiz nəticələrə çatarıq. Bizim ailə haqqındakı biliklərimiz nə qədər kamil və dərin olarsa, bu müqəddəs təşkilata daha çox rövnəq bəxş edər və sarsılmasına icazə vermərik.

Ailəyə zahirdən nəzər salmaqla görə bilərik ki, ailə kişi və qadından təşkil edilir. Onlar adət-ənənələrə əsasən nikah bağlayır və bir yerdə yaşayırlar. Sonra da uşaqlar dünyaya gəlirlər. Ailəyə elə bu nəzərlə tərif vermək olar. Ancaq bu, kifayət deyildir. Əsas məsələ odur ki, niyə kişi ilə qadın ailə qurub, bir yerdə yaşamaq istəyirlər? Bu fitri və ya təbii bir ehtiyacdır, ya da marksistlərin dediyi kimi, iqtisadi xarakter daşıyır?

Burada marksizm nəzəriyyəsini araşdırmayacağıq. Ola bilsin ki, bəzi ailələr vardır ki, onların ailəsi iqtisadi xarakter daşıyır. Ata öz xərcini azaltmaq üçün qızını ər evinə göndərir, ya da sərvətini artırmaq üçün qızını varlı bir ailəyə ərə verir.

Bəzi evliliklər qüdrət və müvəfəqiyyət qazanmaq üçün qurulur. Qüdrət sahibi olan ailələr bu məsələyə xüsusi diqqət göstərirlər. Bəziləri üçün isə gözəllik əsas meyardır. Onlar zahiri gözəlliyə xüsusi diqqət edirlər. Ancaq insani xüsusiyyətlər onlar üçün ikinci sırada gəlir. Ona görə də o kəslər ki, mal, qüdrət və gözəlliyə görə ailə qururlar - əsas meyarı bunlarda görürlər. Onlar ailə fəlsəfəsini də məhz bunlarda görürlər. Onlar üçün ailənin davamlılığı və möhkəmliyi də bu məsələlərdən asılıdır.

Əlbəttə, İslamın mal-dövlət, qüdrət və gözəllik ilə heç bir müxalifətliyi yoxdur. Ancaq İslam israr edir ki, ailənin əsas meyarı bu maddi və davamsız şeylərin üzərində qurulmamalıdır.

Ailə mühüm bir sütun üzərində möhkəmlənmişdir. Bunu tanımaq lazımdır ki, qadınla kişi ailə quran zaman bu məsələlərdə büdrəməsinlər. Yəni onlar ancaq birinci dərəcəli məsələyə söykənməlidirlər. Qalan şeyləri ikinci plana atmalıdırlar. Mümkündür ki, övladı əsas meyar qərar vermək olar və insan istəyir ki, öz varlığının davam edəcəyini övladında müşahidə edə bilsin. Psixoloqlar qadınların ana olma hissini təbii hesab edirlər. Analıq instinkti başqa instinktlərdən güclüdür. Ancaq atalıq instinkti haqqında mübahisələr çoxdur. Hər bir halda övlad evliliyin şirin meyvəsidir. O analar və kişilər ki, cəmiyyətə gözəl övladlar təqdim edirlər - onlarla iftixar edirlər. Ona görə bəziləri deyə bilər ki, qadınla kişi övlad dünyaya gətirmək üçün evlənirlər. Ancaq bunu belə əsas meyar kimi qəbul edə bilmərik.

Bir çox ailələr övlad dünyaya gəitrə bilməmişdirlər. Bu ailələrin bəzilərində sevgi və məhəbbət başqa ailələrdə olduğu kimidir, ancaq bəzi ailələr isə buna görə dağılmışdırlar.

Hədislərin birində deyilmişdir: “Hər kim ki, evlənərsə, dininin yarısını hifz etmiş olar”. Bu evliliklə cavanların iffəti qorunar və fəsaddan uzaq olarlar. Ancaq bu da evliliyin əsas meyarı deyildir.

Ailə qurmağın başqa bir faydası da vardır. Bu da qadınlarla kişilərin ailə qurmaqla məşğul olmaqlarıdır. İnsan - ictimai bir varlıqdır. Qarşılıqlı yardıma ehtiyac duyurlar. Ailə qurarkən bu ehtiyac ödənilir. Əgər biri xəstələnərsə, o birisi ona qulluq edər. Əgər biri zəifləyərsə, o birisi onun qolundan tutar. Əgər biri maliyyə cəhətdən gücsüz olarsa, o birisi ona kömək edər. Bəzən ailə sevgisi o qədər çox olar ki, ailə üzvləri bir-birinin üzərində hansının hakim olduğunu yaddan çıxararlar.

Bu məsələ İslami ailələrdə daha çox özünü büruzə verir. Atalar, analar və övladlar bir-birinə qarşı fədakarlıq edirlər. Onlar sanki bir neçə bədəndə cəmlənən bir ruhdurlar. Bu ailələrdə vəhdət vardır. Həqiqətdə ata və ana atomun nüvəsidirlər. Övladlar isə elektron kimi bu nüvənin ətrafında fırlanırlar.

Buradan məlum olur ki, ailənin qurulmasında başqa bir sirr gizlənmişdir. Əgər tanınsa, diqqət mərkəzinə çevrilər. Həm təbii ehtiyacları ödənilir, həm övlad sahibi olur, həm qarşılıqlı yardımdan bəhrələnirlər, həm də başqa faydalara çatırlar.

Bax burda soruşuruq ki, ailə nədir? Bu sualla biz İslamın nəzərincə ailənin nə olduğuna baxmaq istəyirik.

Bu müəmmanın açarı Qurandadır. Bu səma kitabının nəzərinə görə, insan cüt yaradılmışdır. Ona görə də qadın və kişi bir-birini axtarıb tapmayınca, qarşılıqlı yardım almayınca, bir-birini tamamlamayınca - naqisdirlər. Onların hər ikisi bir-birini tamamlayırlar. Bu təkcə fiziki rabitə deyildir, burada əsas məqsəd övlad dünyaya gətirmək də deyildir. Maddi imkanın olması da şərt deyildir ki, rahatlıqlarını təmin etsin. Tükdən də nazik olan bir məsələ vardır ki, bu da həm ruhi və həm də cismi ehtiyacdır. Quranın nəzərincə insanlar cüt-cüt xəlq edilmişdilər. Heç bir qadın və kişi yoxdur ki, onun tayı xəlq edilməsin. Onlar öz taylarını tapmaq üçün səy göstərməlidirlər. Onların hər biri xüsusi fitri yolla bu vəzifəni yerinə yetirirlər. Quran buyurur: “Və sizi cüt yaratdıq”. (“Nəbə”, 8). “Və Onun (qüdrət) nişanələrindən (biri də) ünsüyyət qatmağınız üçün sizə zövcələr yaratmasıdır” (“Rum”, 21). “Allah sizi torpaqdan sonra nütfədən yaratdı, sonra sizi cüt-cüt etdi”. (Fatir”, 11). “Özünüzdən (öz cinsinizdən) sizə zövcələr yaratdı”. (“Şura” 11).

Quran bu ayələri ilə ailənin həqiqətinə işarə etmişdir. Əgər insan cüt yaradılmasaydı, həyat yoldaşları bir-birinə təskinlik verən olmasaydılar, aralarında dostluq və məhəbbət olmasaydı, ailə qurmağa heç ehtiyac belə olmazdı. Heyvanlar da cüt xəlq ediliblər. Ancaq insan ilə heyvan arasında qoyulan fərq odur ki, heyvanlar bir-birinə təskinlik vermir və onların arasında qarşılqılı yardım və dostluq münasibəti yoxdur. Ancaq bu məsələ insanların arasında öz əksini tapmışdır. Ərlə arvadın məhəbbəti o yerə çatır ki, bir-birinin qəm və şadlığına şərik olurlar, biri o birisi olmadan rahat yaşaya bilmir.

İnsan rahatlıq dalınca gedəndir. Allah varlıq aləmində insana bu rahatlığı ailədə verir. İnsan o zaman ki, bu rahatlığa çatır, müsibətlər və həyatın çətinlikləri qarşısında davam gətirir və sarsılmır. İnsanın suya və yeməyə ehtiyacı vardır və onları tapanda rahat olur, qadın və kişi də bir-birinə ehtiyac duyurlar, bir-birini tapanda rahat olurlar.

Ona görə deyə bilərik ki, ailə qurmağın əsas meyarı - kişi ilə qadının rahatlığını təmin edəcək amillərdir. Əgər kişi və qadın ailə quran zaman bu məsələyə diqqət etməsələr, ailədə səadətə və xoşbəxtliyə çata bilməyəcəklər. O ailələrdə ki, cismi deyil, həm də qarşı tərəfin ruhuna diqqət edilərsə, onlar elə bir mərhələyə çatarlar ki, özlərini bir-birindən ayrı təsəvvür edə bilməzlər. Onlar qarşı tərəfi özləri kimi sevər və özləri kimi görərlər.


Geri dön

RADUQA

  • 15 oktyabr 2011 00:23
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
TEWEKKUR...MARAQLI YAZIDIR...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

aga482

  • 7 iyul 2011 07:28
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
TESKKUR laughing

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

Inciciceyi

  • 4 iyul 2011 11:43
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 12:23
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 2 iyul 2011 23:26
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

R.M_FaNaTka

  • 2 iyul 2011 19:20
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

NELLY19

  • 2 iyul 2011 17:24
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

Miss Lady

  • 2 iyul 2011 16:31
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
cox sagolun xebere gore.bu gunku xeberler superin muperidi.ozelliklede bu xeber.mence dunyada en gozel weydi aile.aileni qurmaq asan,saxlamaq ise cetindi.yeni mence cetindi.amma dunyada en gozel weydi aile.indiki gencler bawqa meqsedlercin aile qurur.hecde duzgun deyil. recourse amma xebere gore sagolun.tewekkurler. feel

lema

  • 2 iyul 2011 13:55
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Yaxşı xeberdi..indi aile quranlar başqa maraqlar güdür.teşekkür xebere göre

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

THIS IS LEGEND

  • 2 iyul 2011 13:49
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
GOZEL XEBERDI TWEKKUR

GOZEL XEBERDI TWEKKUR

hazal kaya

  • 2 iyul 2011 13:48
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler

FERID_HESENLI

  • 2 iyul 2011 13:04
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
cox gozel bir xeberdi tesekkur edrem

CandyGirl

  • 2 iyul 2011 13:00
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}