Quranın riyazi möcüzəsi

 
Quranın riyazi möcüzəsi

Quranın indiyə qədər araşdırdığımız möcüzəvi xüsusiyyətlərindən əlavə bir də "riyazi möcüzə"ləri vardır. Bu möcüzəyə bir nümunə, Qurandakı bəzi söz təkrarlarının eyni sayda olmasıdır. Bir-biriylə əlaqədar bəzi sözlər çaşdırıcı bir şəkildə eyni ədəddə təkrarlanarlar. Aşağıda, bu cür sözlər və Quran içindəki təkrarlanma sayları göstərilmişdir.

1. Yeddi göy" təbiri 7 dəfə keçir. "Göylərin yaradılışı (xalqı səmavat)" ifadəsi də 7 dəfə təkrarlanar.

2. "Gün (yəvm)" tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni "günlər (eyyam və yevmeyn)" sözləri 30 dəfə təkrarlanar. "Ay" sözünün təkrar sayı isə 12dir.

3. Bitki" və "ağac" sözlərinin təkrar sayı eynidir: 26

4. "Cəza (qarşılıq)" sözü 117 dəfə keçir, Quranın təməl əxlaq xüsusiyyətlərindən olan "məğfirət (bağışlama) " ifadəsi, bu ədədin tam 2 misli qədər, yəni 234 dəfə təkrarlanar.

5. De sözlərini saydığımızda çıxan nəticə 332dir. "Dedilər" sözünü saydığımızda da eyni rəqəmi əldə edərik.

6."Dünya" sözü və "axirət" sözünün təkrarlanma sayı da eynidir: 115

7."Şeytan" sözü Quranda 88 dəfə keçir. "Mələk" sözünün təkrarlanma sayı da 88dir.

8."İman" və "küfr" sözləri Quran boyunca 25 dəfə təkrarlanar.

9."Cənnət" və "cəhənnəm" sözləri də eyni sayda təkrarlanar: 77.

10."Zəkat" sözü Quranda 32 dəfə təkrarlanarkən, "bərəkət" sözünün təkrarlanış sayı da 32dir.

11."Yaxşılar (ebrar)" 6 dəfə təkrarlanarkən, "pislər (fuccar)" sözü isə tam yarısı qədər yəni 3 dəfə keçər.

12."Yaz-isti" sözləri ilə "qış-soyuq" sözlərinin keçiş ədədləri də eynidir: 5

13."Şərab (hımr)" və "sərxoşluq (sekere)" sözləri də Quranda eyni sayda təkrarlanar: 6

14."Dil" və "vəz" sözləri bərabər ədəddə -25 dəfə- təkrar edilər:

15."Fayda" sözü 50, "pozmaq" sözü də 50 dəfə təkrarlanar.

16.Əcr" və "fail" sözlərinin təkrar sayı da eynidir: 108

17."Sevgi" və "itaət" sözlərinin təkrar sayı eynidir: 83

18."Müsibət" sözü və "şükr" sözü, Quranda eyni sayda keçməkdədir: 75 dəfə

19."Günəş (şəms)" və "işıq (nur)" sözləri Quranda 33 dəfə keçməkdədir.
Saymada "nur" sözünün yalnız adlıq halda işləndiyi yerlər nəzərə alınmışdır.

20.Doğru yola çatdıran (Elhuda)" və "rəhmət" sözlərinin təkrar sayı bərabərdir: 79

21.Quranda "çətinlik" sözü 13 dəfə iştirak edərkən, "dinclik" sözü də 13 dəfə təkrarlanmaqdadır.

22."Qadın" və "kişi" sözlərinin təkrar sayı da eynidir: 23
Qadın-kişi sözlərinin Quranda təkrar sayı olan 23, eyni zamanda insan embrionundakı xromosom sayıdır. İnsanın xromosom sayı da ana və atadan gələn 23 xromosomun cəmi olaraq 46dır.

23."Xəyanət" sözü 16 dəfə keçərkən, "xəbis" sözünün təkrar sayı da 16dır.
Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar. (Nisa Surəsi, 82)

24."İnsan" sözü Quranda 65 dəfə keçər; insanın yaradılış mərhələlərinin sayının cəmi də eynidir:

25.Salavat sözü bütün Quranda 5 dəfə keçər və Allah insanlara gündə beş dəfə namaz qılmalarını bildirmişdir.

26."Quru" sözü Quranda 13 dəfə keçərkən, "dəniz" sözü 32 dəfə keçməkdədir. Bu ədədlərin cəmi bizə 45 sayını verir. Əgər quru hissəsinin Quranda keçdiyi say olan 13ü 45ə bölsək, %28,888888888889 sayını alarıq. Dənizlərin Quranda bəhsedilmə sayı olan 32i 45ə böldüyümüz zaman isə, %71,111111111111 sayını taparıq. Bu nisbətlər isə, planetimizdəki su və quru parçalarının gerçək nisbətidir.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 12:50
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

tunar_mamedov

  • 30 may 2011 00:48
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
ALLAH razi olsun,,,,tsk

nilayka

  • 2 may 2011 19:49
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli xebere gore sene minnttarligimi bildirirem

--------------------

L_SimuS

  • 5 yanvar 2011 04:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkurler

Just For Legend

  • 2 dekabr 2010 14:25
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore sene minnttarligimi bildirirem

--------------------

Azeri_Gozeli

  • 12 oktyabr 2010 22:35
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 27 avqust 2010 17:06
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol

FERID

  • 26 avqust 2010 23:11
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
cooox tewekkurler xebere gore :)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}