Michael Joseph Jackson

 
Michael Joseph Jackson

Michael Joseph Jackson 29 avqust 1958- ci ildə anadan olmuşdur, amerikalı müğənni, rəqsçi və bir çox musiqilərin sahibi hesab olunur. Qız bürcü sayılır. İlk dəfə 11 yaşında olarkən Jackson 5 adlı qrupda vokalist kimi tanınmışdır, lakin sonrakı dövrlərdə maliyyə cəhətdən sola oxuyan müğənnilər arasında ən yüksək zirvədə olmuşdur. Həmçinin tarixə pop musiqisinin kralı kimi düşmüşdür. Ən çox isə onun üç albomu seçilir və bunların prodüseri də Kuinsi Jons olmuşdur. Albomlar isə bunlardır; “Off the Wall” (1979), “Thirller” (1982) və “Bad” (1987). Bunların içərisində “Thriller” Guinnesin rekordlar kitabına bütün xalqlar arasında və beynəlxalq arenada tarixdə ən çox satan albom kimi düşmüşdür. Jacksonuna verilən mükafatlar arasında 13 “Gremmy” var, hətta amerikan çarxlarını bu say qədəri ilə dağıtmış, birinci yeri həm satış, həm də klipinin baxılmasına görə tutmuşdur. Onun adı həmçinin iki dəfə Rock n Roll ustalarının adı içərisində keçmiş, həm sola ifaçısı, həm də Jackson 5 – in iştirakçısı kimi sevilmişdir.
Michael Jackson İndiana ştatının Gary şəhərində Joseph və Katherine ailəsində dünyaya göz açmışdır.

O, on uşaqlı ailənin yeddinci övladı sayılırdı. Joseph ailəvi qrup olan Jackson 5 təşkil etdi, əvvəllər onlar yerli barlar və klublarda iştirak etməyə başladılar, hətta əl çatmaz firma hesab olunan Steeltown Records adlı səs yazma studiyasında da iki disk yazdırmışlar. Daha sonra isə 1969 – cu ildə Bobbi Teylorun yardımı ilə ən nəhəng səs yazma studiyalarından biri olan Motown Records firması ilə müqavilə bağladılar.
Tezliklə Jeksonlar ailəsi beynəlxalq arenada tanınmağa başladılar və 1970 – ci ildə onların ilk 4 klipi amerikan çarxı olan Bilboard Hot 100 – də ilk yeri tutmağı bacardı. Müəyyən müddət sonra Michael kvintet yəni beş şəxsin ifa etdiyi üsuldan ayrılmağa başladı, uşaqlıq illəri bitdikdən sonra baş oxunulası sola hissələr ona tapşırılmağa başlanıldı. O, özünə diqqət yetirir və möhtəşəm rəqsləri ilə insanları heyran edirdi. Həmçinin səhnə hərəkətləri hamı tərəfindən sevilirdi, hansı ki o, böyük pərəstişkarı olduğu Jeyms Braun, Ceki Uilson və digərlərindən özünə götürürdü.
1973 – cü ildə ailəvi yaradılmış layihə yavaş – yavaş suya düşürdü və rekordlara imza atmış kompaniya onların maliyyə imkanlarına sərhəd qoymağa başlamışdı. 1976 – cı ildə onlar başqa bir firma ilə müqavilə bağladılar və nəticədə onlar öz adlarını The Jacksons adına dəyişməli oldular. 1976 – cı ildən 1984 – cü ilə qədər onlar daha altı albom çıxardırlar və növbədə daha uğurlu sinqallar onları gözləyirdi. Bunların içərisində isə “Got to be There”, “Rokin Robin” və 1972 – ci ildə bütün çarxlarda birinci yeri tutan “Ben” xüsusən seçilirdi. Bu ballada janrında bir mahnı idi və onun ev siçanına həsr edilmişdi.
1978 – ci ildə Michael Dayano Rossla birlikdə ekran avara formasında yaradılmış musiqili səhnəciyə çəkildi. Bu ekran əsərinin adı isə “The Wiz” (Oz ölkəsindən olan qəribə sehrbaz) adlanırdı. Çəkilişlər ərəfəsində Michael musiqi rejissoru olan Kvins Jonsla tanış oldu (ing Quincy Jones), hansı ki onun ən tanınmış albomlarının prodüseri olur. Bunlardan birincisi “Off the Wall” adlanır və 1979 – cu ildə işıq üzü görmüşdür. Bu albom Michael Jacksonu bütün dünyaya ən qaynar, talantlı və müasir rəqslərə üstünlük verən bir gənc kimi tanıtdı. Çarxların çox hissəsinin ən hündür zirvəsində disk hitləri sayılan “Don’t Stop 'Til You Get Enough” və buna nisbətən bir az həzin kompozisiya sayılan “Rock With You” seçilməyə başladı. Albom özü isə 20 milyondan artıq satış əldə etdi. Bir çox musiqi tədqiqatçıları düşünür ki, “Off the Wall” adlı albom tarixdə qalacaq və bir epoxa kimi həmişə seçiləcəkdir.

Daha sonra isə “Thriller” adlı albomu hazır oldu və dünya tarixinə ən çox satış əldə edən albom kimi düşdü. Həmçinin həmişə musiqi biznesinin dəyişilməsində rol oynayan əsas alboma çevrildi. Əgər biz soruşsaq ki, Jaksonun musiqi aləmində hansı köklü dəyişiklikləri edib? Prodüser Kvins Jons “Tayım”(Time) jurnalına olan müsahibəsində bildirdi; “Qara” musiqi uzun müddət həmişə ikinci planda qalmışdır, lakin Michael ruhu, pop musiqisində bütün hərəkətdə olan gücü dünyadakı insanların ürəklərini birləşdirməyi bacardı.”
1982 – ci ilin noyabrında “Thriller” adı altında buraxılmış albom Amerikaya yeddi sinqal verdi; “The Girl Is Mine” – bu iki nömrəli musiqi idi və Polo Makkartinlə duet şəklində hazırlanmışdır. “Billie Jean” – bir nömrəli musiqi idi və “Qremmi” mükafatını məhz bu musiqiyə görə aldı. Həmçinin bu mahnı Jaksonun karyerasında ən yüksək hit əldə edən mahnı idi və fan – musiqi aləminin bir çox hissələri, hərəkətləri burada xüsusən yer almışdı. “Beat it” də bir nömrəli mahnılardan biridir və yeni “Qremmi” mükafatının alınmasında mühüm rol oynayan mahnıdır. “Wanna Be Startin' Somethin'” beş nömrəli, “Human Nature” yeddi nömrəli, “P. Y. T” (Pretty Young Thing) on nömrəli və “Thriller” dörd nömrəli mahnı sayılırdı.
“Thriller” adlı mahnı Bilboard 200 çarxında doqquz ay müddətində ilk yeri tutmuşdu, bu isə 37 həftəlik bir müddəti özündə birləşdirir. Həmçinin bu çarxı iki ildən artıq müddətdə tərk etmədi, yəni 122 həftə. Məhz bu alboma görə Jackson səkkiz “Qremmi” mükafatına nail oldu və həmçinin ən tanınmış mükafat sayılan “ilin albomu” da ona nəsib oldu. Həmçinin bu mahnıya görə yeddi American Music Awards mükafatı da ona verildi. Yəni Amerikan musiqi mükafatı. 1985 – ci ildə albom Kinnesin rekordlar kitabına salındı. “Bütün tarix boyunca ən çox satılmış albom” adı altında qeydiyyata düşdü. Həmçinin 2001 – ci ilin iyulunda ABŞ – da 26 milyon sayda bu albomun nüsxəsi satıldı və bu albomu Amerika tarixində ikinci ən çox satan albom siyahısına saldı. Bu albom The Eagles qrupunun “The Greatest Hits” adlı albomundan sonra gəlir və bu albom isə 27 milyon nüsxə satmağa nail olmuşdur. “Thriller” bütün dünyada ən çox satılmış, rekorda imza atmış albom kimi tanınırdı və 51 milyon nüsxəsinin satılması qeydə alınmişdir.

Jackson və onun prodüseri asanlıqla televiziya kanallarından istifadə etməyi bacarırdılar və onun intibahında MTV kanalında göstərilən video çarxlar mühüm rol oynayırdı. Çünki albom çıxdıqdan sonrakı bir il müddətində yalnız bu kanalın yayımlamasına icazə verilirdi. Həmçinin diskin bütün dünyada şöhrət qazanmasında bir çox səbəblər də təsirsiz ötüşməmişdi, çünki Cekson 1983 – cü ilin may ayında Montown – un 25 illik yubileylə əlaqədar çıxış edərkən bütün dünyaya 14 dəqiqəlik video klipini nümayiş etdirir və bu klip “Thriller” mahnısına həsr edilmiş, qorxulu filmlər kimi çəkilmişdi. Məhz bu konsertdə Jakson “Billie Jean” mahnısını oxuyarkən “cazibəli, işıqlı yerişindən” istifadə etdi.
Beləliklə mətbuatın Jacksona olan marağı daha da qabarmağa başladı, müğənni və onun ətrafı bu kimi prosesləri daha çox maliyyə dəstəyi və uğuru əldə etmək üçün istifadə etməyə başladılar. 1983 – cü ildə o, “Pepsi Cola” firması ilə müqaviləsini bitirdi, burada Michael onların reklam çarxlarında oynamalı idi. Çəkiliş zamanı Jackson bədbəxt hadisə ilə üzləşdi və bütün üzü tamamilə yandı. Bütün bunlara baxmayaraq 1984 – cü ildə o, yenə də amerikan çarxlarında liderlik edirdi, lakin bu dəfə Polo Makkartin ilə ifa etdiyi “Say Say Say” adlı mahnı ona kömək etdi. Sonrakı ildə isə Michael ATV Music Publishing adlı kompaniyanın bütün səhmlərini aldı, The Beatles – in əksər mahnılarının səlahiyyəti ona keçdi, nəticədə isə Makkartin ilə inciklik baş verdi aralarında, çünki o, bu səhmləri almaq istəyirdi.

Jackson yeni albomun buraxılması ərəfəsində ilk dəfə olaraq xeyriyyəçiliklə əlaqədar hazırlanmış layihədə yer aldı və bu onun karyerasında son olmadı. Layonel Riçla birlikdə Michael “We Are the World” (Biz bu dünyayıq) adlı xeyriyyə sinqalını hazırladı, burada çox tanımış bir sıra dünya müğənniləri də yer alırdı və layihə Afrikada köməkdən məhrum olmuş uşaqlar üçün hazırlanmışdı.
Üçüncü və sonuncu albomu Jackson və Kvins birliyinin “Bad” adlanırdı və Bilboard 200 də altı həftə müddətində birinci yeri tuta bildi. Həmçinin bütün dünyaya daha yeddi hit mahnı nəsib etdi və bunlardan beşi isə Bilboard Hot 100 çarxında yüksək zirvələri əldə etməyi bacardı; “Bad”, “İ Just Cant Stop Loving You”, “The Way You Make Me Feel”, “Man in the Mirror” və “Dirty Diana”. “Bad” albomunda Jakson və Kvinsi çalışırdılar ki, uğurun reseptini əldə etməyi bacarsınlar və əvvəlki disklərdə olan müvəffəqiyyəti geri qaytarsınlar. Musiqilərdə güclü toxmaqlardan istifadə, fan – caz və elektokitaraların əlavə edilməsi xüsusi rol oynayırdı. Ancaq hər edilmiş hər bir fəaliyyəti daha böyük sferaya çıxartmağa çalışırdılar. Jacksonun özü tərəfindən yazılmış əsərlərində qadına olan nifrət (“Dirt Diana” adlı mahnı buna misaldır) və həmçinin səhv edilmiş hərəkətlərlə qürur hissi duymaq (“Smooth Criminal” mahnısı da buna misaldır) özünü daha çox büruzə verir. Bütün bunlara baxmayaraq onu pop musiqisinin kralı adlandırdıqda bəzi insanlar tərəfindən xoş qarşılanmır, lakin onun bu albomu da uğurla nəticələndi və 29 milyon nüsxəsinin satılmasına nail oldu.

Daha sonralar isə Michael “Bad” albomu ilə əlaqədar hazırlanmış özünün birinci səyahətinə çıxmışdı. Bu 15 ölkəyə ediləcək səfərlərdən ibarət idi və demək olar ki, 1988 – ci ilin çox hissəsini əhatə etdi. Lakin onun tam səlahiyyətinə avtobus, təyyarə və vertolyot verilmişdi. 1987 – ci ildə Cekson üç ölçülü film olan “Captain EO” çəkildi. Son maliyyə büdcəsi 17 dollardan 30 milyona qədər davam edirdi və sadəcə 17 dəqiqəlik davamlı göstərici var idi. Həmin vaxta görə ən çox xərc qoyulmuş və uzun bir film hesab olunurdu. Bu Jacksonun böyük ekranda ilk görüntüsü idi.
“Bad” albomunun ən baş mahnısına çəkilmiş 18 dəqiqəlik klipdə müğənninin xarici görkəmindəki dəyişikliyi hiss etmək o qədər də çətin deyildi. Bütün uşaqlıq dövrü boyunca onun bədənin dərisi qara buğdayı olmuşdur, lakin 1982 – ci ildən etibarən o, ağarmağa başladı və ağ rəngli bir insana çevrildi. Bu insanlar arasında o qədər sezilməyə başlanıldı ki, bütün mətbuat bu haqda yazmağa başladı. Jackson özü isə bunu müəyyən xəstəliklərlə əlaqələndirdi və bir çox şayiələrə əsasən bu qəsdən edilmiş bir hərəkət idi. Xarici görünüşündəki dərisinin ağarması plastik həkimlərin köməyi ilə yerinə yetirilmişdi. Hətta bir çox plastik həkimlər onun dodağında, boğazında, burnunda və bir neçə hissəsində dönə - dönə əməliyyat keçirtdiyini bildirmişdilər. Lakin 1988 – ci ildə Michael Jackson öz həyat yaradıcılığından danışarkən yalnız iki əməliyyat haqqında məlumat vermişdir və Moon Walk yerdə olan müsahibəsində boğazaltı hissəsində yaranan batıqların və burun hissəsində olan plastik əməliyyatları qeyd etmişdir. Qalan bütün dəyişikləri isə yalnız pəhriz saxlaması və yetkinlik dövründə baş verənlərlə əlaqələndirmişdir.
Jacksonun hər bir addımı mühüm informasiya əhəmiyyəti daşıyır və insanlar tərəfindən analiz edilirdi. Onun əldə etdiyi nailiyyətlər isə illər boyu mətbuat tərəfindən daima müzakirə olunurdu. Michael zamanın çox hissəsini Nerverlenddə (Neverland) tikilmiş bağ evində keçirmək məcburiyyətində qalırdı. Burada onu bir neçə dostları daima yoxlayır, xüsusən super ulduz olan Elizabet Teylor. Həmçinin bu evdə Jacksonun xüsusi əhəmiyyət verdiyi uşaqlar da yaşayırdı. 1993 – cü ildə hələ yetkinlik yaşına çatmamış oğlan uşağını zorladığına görə onu günahlandırdılar, lakin işi həll etməyi bacardılar. Burada mətbuat orqanlarının rolu böyük oldu. Həmin uşağın valideynləri tərəfindən Jackson demək olar ki, maliyyə cəhətdən köməklik göstərilən əsas insana çevrildi.

Bu cinsi qalmaqal iki il sonra Jacksonun “Dangerous” albomunun çıxmasından sonra daha da şiddətləndi və həmin vaxt dünya ölkələrinin əksəriyyətində sinqal və video klip “Black or White” (“Qara yaxud ağ”) tanıdıldı. MTV telekanalında Jacksonun bu klipinin yayımına o, şüşələri sındırdıqdan sonra icazə verilir. Beş həftə müddətində “Black or White” çarxlarda bu klip ilk yerlərdən birini tutdu və “Billie Jean” mahnısından sonra ən tanınmış musiqi kimi ikinci yeri tutdu. Əvvəlki albomlarda olduğu kimi burada da yeddi sinqal buraxıldı. “Black or White” birinci, “Remember the time” üçüncü, “İn the Closet” altıncı və “Will You Be There” yeddinci sayıldı. “Remember the time” mahnısı üçün çox milyonlu və kompüter effektlərini özündə birləşdirən bir klip çəkildi. Burada Misir fironları təsvir edilirdi, onun arvadı rolunu Eddi Merfi və top model İman canlandırır.
1995 – ci ildə daha çox hədəfləri özündə əks etdirən “HIStory: Past, Present and Future — Book I” albom işıq üzü gördü və ikili albom hesab olundu. Burada 15 yeni mahnını özündə birləşdirən və köhnə hit mahnılardan ibarət olan disk var idi. Düşünülürdü ki, bu trilogiyanın birinci hissəsi olacaqdır. Keçmiş məşhurluğun geri qaytarılması üçün sinqal “Scream” buraxıldı və burada müğənni öz bacısı Janet Jacksonla duet oxuyurdu. Bu duetdən sonra o, büynəlxalq ölkələr arasında meqastara çevrildi. Mahnı turistik kliplə əhatə edilmişdi, çəkilişlərə isə altı milyondan artıq maliyyə vəsaiti sərf edilmişdi. Bu həmin günə kimi qeydə alınmış ən böyük rekord sayılırdı.

Albom ilk nömrəsi ilə debütünü Bilboard 200 çarxında etdi və ABŞ – da 7 milyondan artıq, bütün dünyada isə 15 milyona qədər satışa nail oldu. Bir çox yeni mahnıları sinqal şəkilində buraxılmağa başlanıldı, bunların içərisində Moskvadakı ballada “Stranger in Moscow” adlanırdı və Moskva haqqında mahnı bəstələməyi 1993 – cü ildə Jakson burada olarkən söz vermişdi. Xüsusi əhəmiyyət kəsb edən, ekoloji mövzu ilə bağlı olan “Earth Song” – Böyük Britaniyada beş həftə boyunca birinci yeri tutdu, Jakson burada keçirtdiyi konsertlərdə İsanı xatırlatdığı üçün çox saylı tənqidlərə məruz qalmışdır. Həmçinin yeni ritmin əsasını təşkil edən blyuz janrındakı “You are not alone” mahnısı on üçüncü sayılırdı, lakin Bilboard 100 – də birinci yerlə kifayətləndi. Bu mahnı Ar Kelli tərəfindən ona həsr edilmişdi. Beləliklə bütün bu mahnılar mühüm rol oynayırdı. Jackson “You Are Not Alone” mahnısının klipində əvvəlki xanımı olan böyük Elvis Preslisin qızı Liza Maria Presly ilə çəkilmişdir.
Növbəti albomların yeni mahnılarla pərəstişkarlara təqdim olunması üçün müğənni altı il gözləməli oldu. Doğrusu 1997 – ci ildə bir çox yerlərdə rəqslərdən ibarət olan “History” və “Blood on the Dance floor “ remiksləri meydana gəldi. Bu disklərə çarxlarda bu mahnı heç bilinmədən birinci yeri tutmağı bacardı.

Növbəti albomun buraxılması bir neçə dəfə sonraya saxlanıldı, çünki Cekson ideal, əvəzolunmaz, hətta maliyyə cəhətdən mühüm dəstəklər tələb edən albom yaratmağı qarşısına qoymuşdu. Ona “Sony” heç gözlənilmədən milyon dollarlıq dəyərində köməklik göstərməyi boynuna götürdü və heç bitməyəcək kimi görünən yazılma prosesləri başlanıldı, həmçinin albomun reklam edilməsi, sonunda Epic Records – a müğənninin salınması ilə nəticələndi. “İnvicible” (Məğlubedilməz) 2001 – ci ilin oktyabrında buraxıldı və özündə 16 parçayı birləşdirirdi, hətta sinqal “You Rock My World” də bura daxil idi. Klipə isə əfsanəvi Marlon Brando çəkildi. Albom pərəstişkarları təəssüfləndirdi, tənqidçilər tərəfindən hədəf seçildi və “History” albomundan da satış miqdarına görə iki dəfə aşağı oldu.

2003 – cü ilin noyabrında Jackson “Number Ones” adı altında ən tanınmış mahnılarının qrupunu buraxdı. Bu qrupa 18 parça daxil edilmişdi və bunlardan 16 əvvəlki hitlərdən ibarət idi. Canlı oxunulmuş mahnı “Ben” və yeni sinqal “One More Chance” bura daxil edilmişdi. 2004 – cü ilin sonunda “Number Ones” albomunun satışı bütün dünyada 6 milyon nüsxəyə qalxdı.
18 dekabr 2003 – cü ildə Neverlanddə Jacksonun yerləşdiyi yerdə polislər axtarış həyata keçirtdilər. Müğənni yenə yetkinlik yaşına çatmamış oğlan uşağının zorlanmasında günahkar hesab olunurdu. Bu hadisənin baş verməsi isə içkili vəziyyətdə olarkən qeydə alınmışdı. Belə hadisələrin bundan başqa yetkinlik yaşına çatmayan yeddi uşaqla da baş verdiyi haqqında məlumatlar verilir. Hökm oxunması isə 2005 – ci ilin may ayına qədər davam edir. 2.200 – dən artıq məlumatları özündə birləşdirən və bütün dünya mətbuatında yayımlanan məhz bu haqda olan məqalələr çap olundu. Bir çox məqalələr isə Ceksonun günahsız olduğunu vurğulayırdı.
16 noyabr 2004 – cü ildə Michaell Jackson “Michael Jackson: The Ultimate Collection' Box Set” buraxdı. Bu möhtəşəm dəst 5 diskdən ibarət idi və 57 parçanı özündə birləşdiridi, bunlardan 13 isə səs yazma studiyalarında oxunulsa da buraxılmamışdı. 1969 – 2004 cü ilə kimi olan bir çox musiqilər yer alırdı. Həmçinin 1992 – ci ildə olmuş konsertin DVD – si də bura daxil edilərək Jacksonun artistik qabiliyyətinin və talantının ən yaxşı illərdə hansı səviyyədə olduğu göstərildi.

Məhkəmədən sonra Michael Jackson Bəhreyn adasına gedərək jurnalistlərdən uzaqlaşdı və yeni xeyriyyəçi sinqalının hazırlanmasına başladı. Bu sinqal fırtınadan ölənlərin xatirəsinə həsr edilmiş “Şəkil” adlanırdı. Tezliklə məlum oldu ki, Ceksonun rəhbərliyi ilə təklif edilmiş musiqiçilərin çoxu bu layihədə iştirak etmək istəməmişdir. “I Have This Dream” mahnısı isə yazıldı, lakin sinqal bilinməyən səbəblərlə əlaqədar çıxmadı.
2008 – ci ilin yayında Sony BMG kompaniyası qlobal səhmlərini buraxdı və dünyanın 20 ölkəsindən çoxunda insanlar Maykl Ceksonun sevdiyi mahnılarına səs verdi, bu yolla hit mahnılar sırasında pop musiqisinin kralı öz ölkəsində yer aldı. Pərəstişkarların qarşısına 122 parça çıxarılmışdır. Alboma səliqəli vəziyyətdə 17 – 18 parça daxil edildi, bu bütün ölkələrdə unikal olan disklərdən edilmiş seçimlərə əsasən həyata keçirildi. Ölkədən asılı olaraq mahnıların sayı bir və yaxud iki ola bilərdi.
Bundan başqa Michael Jackson özünün yeni solo albomunu yazdırır, hansı ki 2009 – cu ildə işıq üzü görmüşdür. Albomun yazılması vaxtı reperlər də iştirak edir; will.i.am, Akon və Keni West.

2008 – ci ilin noyabrında Bəhreyin kralının oğlu şeyx Abdulla bin Həməd əl – Xəlifənin dəvəti ilə müğənni həmin ölkəyə səfər edir. Həmçinin bu şəxs Michael Jacksonu məhkəməyə verərək müqavilənin şərtlərinə riayət edilmədiyi baxımından ondan haqqını tələb etdi. Şeyx müğənnidən yeddi milyon dollar pul tələb edirdi.
Michael Jackson incəsənəti, oxumağı, rəqsi, heyvanları və teatrı sevir. Ən böyük sevgisi isə balaca uşaqlara qarşıdır, elə məhz bununla əlaqədar durmadan xeyriyyə işləri ilə məşğul olur. Daha çox həzz almaq üçün parkda gəzintiyə, alış – verişə, müxtəlif səyahətlərə və kinoya getməyi sevir. Şəkil, heykəl, kino, suvenirlər və köhnə teatr paltarlarını yığmağa daha çox üstünlük verir. Paltarlarında isə ən çox üstünlük verdiyi hissə qara şlyapalardır. Ən çox sevdiyi rəssamlar Mikelanjelo və Leonardo da Vinçi sayılır. Ən çox oxumağa üstünlük verdiyi kitablar isə “Piter Pen”, “Conatan Livenstaun Çayka” və “Qoca və dəniz” əsərləridir. Hətta rənglərə görə də qara və qırmızı rənglərə üstünlük verdiyi insanlara məlumdur. Cizgi filmlərdə isə Piter Pen, Mickey Mouse və Pinocionu sevir. Mineral, meyvə sularının içilməsinə üstünlük versə də, daha çox kök və mandarini sevir.


Bacı və qardaşları aşağıdakılardır:

Rebbie (Maureen Reilette, 29.05.1950 )
Jackie (Sigmund Esco, 04.05.1951)
Tito (Toriano Adaryll, 15.10.1953 )
Jermaine (Lajaun, 11.12.1954 )
La Toya Yvonne (29.05.1956 )
Marlon David (12.03.1957)
Randy (Steven Randall, 31.10.1961)
Janet Damita Jo (16.05.1966 )
Evlilikləri isə aşağıdakılar olmuşdur;
Liza Mari Presli (Lisa Marie Presley) (26 may 1994 cu il — yanvar 1996 il)
Debora Rou (14 noyabr 1996 il — oktyabr 1999 il)
Övladları
Prince Michael Joseph Balaca 13.02.1997 – ci il
Xaç anası; Elizabet Teylor, xaç atası: Michael Kalkin
Peris Michael Katrin 3.04.1998 il
Xaç atası; Michael Kalkin
İkinci Prince Michaell 2002 – ci il
Boyu 178 sm
Gözünün rəngi boz
Saçının rəngi qara
Ayaqqabısının ölçüsü 42
Təhsili orta məktəb


Geri dön

Jackson_fanatı

  • 23 iyul 2011 18:48
  • Məqalə: 0
  • Şərh: 782
  • Bal:
Sitat: Kisa_Kiss
аха знаю

ты хорошая девочка,Спосибо для понятку

İndi gəlsin desinlər görək necə deyə bilirlərki Maykl 17-yaşında inqə inqə eləyirdi?
bax gəlib indi desinlər

nilayka

  • 8 may 2011 17:14
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
tewekkurler

--------------------

CandyGirl

  • 10 dekabr 2010 18:39
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tesekkurler ama axot yoxdu oxuumaqa

--------------------

Ulya

  • 9 sentyabr 2010 20:49
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
thanks winked

Kisa_Kiss

  • 9 sentyabr 2010 12:45
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
аха знаю winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 64

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 296
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}