İmanın üç şərti

 
İmanın üç şərti

İMANIN ÜÇ ŞƏRTİ

“Məkarimul-Əxlaq” duasında salavat deyib duanı başlayandan sonra İmam (ə) buyurur: “...Və bəlliğ bi iməni əkmələl-imən”. Burada Allahdan istənilir ki, imanın ən kamil iman halına gəlib çatmasını nəsib etsin. İman iki cürdür. Müxtəlif alimlər, müxtəlif qruplar imanın özünün tərifinə müxtəlif nəzərlərlə yanaşıblar. Bir qrup alimlər söyləyiblər ki, iman insanın qəlbində olar. Həmin alimlərin nəzərlərinə görə, qəlbdə bir etiqadın olması elə imandır və əməllə iqrar onu yaradan hissələr deyil, onun atributlarıdır. Böyük alimlərdən olan Şeyx Nəsrəddin Tusinin daid olduğu ikinci qrupun nəzəri budur ki, imanı yaradan üç amil var – qəlb, dildə iqrar və əməl. Üçü birlikdə yığışaraq imanı ortalığa çıxarır. Hədislərə diqqət edəndə aydın olur ki, əsasən elə ikinci nəzərə daha çox üstünlük verilib.

İSLAM İLƏ İMAN ARASINDA FƏRQ VARMI?

İndi baxaq görək İslamla imanın nə fərqi var? Baxaq İslam nədir və iman nədir. İslam maarifinin həqiqi bulaqlarından birinin əsasını qoyan və bu günədək mənəviyyatımız, fiqhimiz, şəriətimizin qalmasında böyük rolu olan İmam Sadiq (ə) buyurur: “Bilin ki, İslam - təslim olmaq deməkdir. Tabe olmaq da İslam deməkdir. Hər kim ki, səmimi qəlbdən Allaha tabe olur, həqiqi İslama malikdir. O kəs ki, tabe olmur, onun üçün İslamdan əsər-əlamət yoxdur”. İslama çox təriflər vermək, çox sözlər söyləmək olar. Amma İslama ən sadə tərifi verilir. İslam - bəndənin Allaha tam tabe olmasıdır. Buradan aydın olur ki, İslamda hər şeyin əsası - başqasına deyil, yalnız Allaha tabe olmaqdır. Tabe olmaq da elə İslam deməkdir. İstər fərdi işlərimizdə, istər ictimai işlərimizdə Allaha tabe oluruqsa, deməli İslam halındayıq. İslam o deməkdir ki, insan gərək yediyinə, içdiyinə, baxdığına, geyiminə fikir versin. Əgər Allah halal yeməyi əmr edirsə, gərək insan bu məsələdə Allaha tabe olsun. Haramdan çəkindirirsə - gərək tabe olsun.

ALLAHA TƏSLİM OLMAĞIN İKİ YOLU

Allaha təslim olmaq iki cür olur – imandan qabaq və imandan sonra. Biri budur ki, zahirdə təslim olur, amma qəlbində sualları var. Buna imandan qabaq təslim olmaq deyilir. Müsəlmandır, İslamdadır, amma imanda deyil. Bir də var ki, insanın təslim olmasının mənbəyi həqiqi imandır. Buna imandan sonraki təslimolma deyilir. Qurani Kərimin 44-cü surəsinin 14-cü ayəsində Allah Təala buyurur: “Bədəvilər dedilər: “Biz (səmimi qəlbdən) iman gətirdik.” (Ya Peyğəmbər, onlara) de: “İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) “İslamı qəbul etdik” deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır”. Burada Allaha Təala bizə bu cür insanların olduğunu öyrədir. Öyrədir ki, bu cür insanlar İslamdadırlar, amma bunların tabe olması imandan qabaqdır. Hələ iman nuru onların qəlbinə daxil olmayıb.
Onlar yalnızca tabe olmayıblar. Bunlar birinci qrupa aid olan insanlardır.

Lakin, ikinci qrup insanlar da var. Bu barədə Qurani Kərimin 4-cü surəsinin 125-ci ayəsində buyurulur: “Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur”. Burada insan qəlbi ilə anlayır, iman gətirir və əməli halda Allaha təslim olur. Bu şəxsin təslim olması tamamilə fərqlidir. Burada tam vücudla təslim olma var.

MƏSUMLAR (ə) İSLAMI NECƏ İZAH EDİR?

Məsumlarımız (ə) da İslamla iman arasında çox dəyərli fərqlər qoyub. İmam Sadiq (ə) buyurur: “O İslam ki, imandan öncə olar, irsin əmələ gəlməsinə və nikaha imkan verər. Amma, iman ortalığa çıxandan sonra, o əməllərin hamısında savabı ortalığa çıxardar”. İman olmayana qədər savabdan söhbət gedə bilməz. Yəni, ola bilər ki, insan zahirdə İslamı qəbul etsin, amma qəlbində iman gətirməsin. Bu zaman bir müsəlman kimi ona irs aparmağa və müsəlman ilə ailə qurmağa ixtiyar var. Amma, imanı olmayana qədər bu əməllərdən ona savab yoxdur.

İmam Sadiq (ə) buyurur: “İslam – Allahın həqiqi məbud olmasına, Rəsulallahın (s) Allahın elçisi olmasına şəhadət verməkdir. Əgər insan bu şəhadəti deyib insan İslamda olarsa, bunun sayəsində qanlar tökmək aradan gedər. Bu şəhadət ona nikaha və irs aparılmasına şərait yaradar”. Yəni, bir insan zahirdə müsəlmanlığı qəbul edərsə, onun qanı müsəlman qanı olar, ona müsəlman ilə evlənmək halal olar. Amma Peyğəmbəri (s) iman haqqında belə buyurur: “İman o şeydir ki, qəlb onu vüqarla qəbul edər. Əməllər onu təsdiq edər. Amma İslam o deməkdir ki, dil hərəkətə gəlib onu iqrar edər və onunla nikah halallaşar”.

İMAN NURU OLMADAN İNSANLARIN İSLAMI QƏBUL ETMƏSİNİN İKİ SƏBƏBİ

Burada belə bir sual çıxa bilər ki, necə olur ki, insanlar qəlblərində iman nuru yaranmamış Allaha təslim olurlar, İslamı qəbul edirlər? Alimlər iki mühüm amil söyləyiblər. Bunlardan biri qorxu, ikincisi isə nəfsdir. İslam güclənməyə başlayan zaman, bəziləri bu dini qəbul etməyə məcbur olublar. Zahirdə İslamı qəbul edənlər, kənarda qalmaqdan qorxanlar idi. Bəziləri isə görüblər ki, İslam inkişaf edir, yavaş-yavaş qənimətlər əldə edilir. Düşünüblər ki, İslamı qəbul etməklə maddi mənfəət də əldə etmək olar və buna görə də zahirdə İslama gəliblər. Bu da münafiqlərin əmələ gəlməsinə səbəb olur. Onlar dillərində bir şey deyib, qəlblərində və əməllərində isə başqa məsələləri ortalığa qoyublar. Quran belələrini çox gözəl təsvir edir. Mübarək Kitabın 2-ci surəsinin 14-cü ayəsində buyurulur: “Onlar iman gətirənlərlə görüşdükləri zaman “iman gətirdik” deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə “şübhəsiz, biz sizinləyik, biz (iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq” deyərlər”.

İSLAMDA OLUB, İMAN GƏTİRİB, LAKİN SƏRF EDƏNLƏRİ QƏBUL EDƏNLƏR

Aydın olur ki, iman ilə İslam arasında çox böyük fərq var. İman – qəlbdə olmalı, dillə iqrar edilməli və əməldə təsbit edilməlidir. Lakin, yalnızca dildə iqrar etməklə, şəhadət verməklə də İslamı qəbul etmək olar. Bu şəhadəti gətirənlər İslamın bütün şəri məsələləri aid olur. İslam qəlbdə olmadığı halda hələ imanda olmur.

Burada bir aktual məsələ də ortalığa çıxır. Bəziləri var ki, onlar İslamda olurlar, iman da gətirirlər. Lakin, onlar bunu yalnız İslamın sərf edən məsələlərində edirlər. Qurani Kərimin 2-ci surəsinin 85-ci ayəsində buyurulur: “...Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?!...”. Bu İslamdan öncəki bəni-İsrailə aiddir. Quran bunu misal çəkməklə insanları bəni İsrail halına düşməməyə çağırır. Bu günümüzə də aiddir. İslamın zəkatını, sədəqəsini, Həccini qəbul edir, amma namaz qılmır və s. Quran o zamandan bu haqda yazıb.

Digər bir mübarək ayədə də buna aid vurğu edilir: “Onlar deyir: “biz bəzisinə iman gətiririk, bəzisinə kafirik”. Onlar istəyirlər ki, özlərinə sərf edən bir İslamı ortalığa çıxarsınlar. Bu da hətta zəmanəmizdə də olan “alimlərə”, “İslam mütəxəssisləri”nə aiddir. Onlar istəyirlər ki, Zəhranın (ə), Hüseynin (ə) ətri olmayan, Əlinin (ə) şücaətinin izi olmayan bir din ortalığa çıxarsınlar. İslam isə saflıq mənbəyi olan bir bulaqdır. Necə ki, saf bulaq çirkabı qəbul etmir, İslam da onların çirkinliklərini ona qarışmağa qoymur. Lakin, bunun bir əsəri olur ki, dini tanımayanlar onları görən zaman İslamdan qaçır. Elə bilirlər ki, İslam elə bu cür qarışıqdan ibarətdir. Gərək çalışaq ki, həqiqi dini tanıdaq, yayaq, insanlar da bu gözəlliyi görüb, iman gətirsinlər.

Allahım, bizləri bu dünya və axirətdə imanlılardan qərar ver! İlahi, bizlərə həqiqi İslamda olmağı nəsib et! Amin!


Geri dön

Inciciceyi

  • 4 iyul 2011 09:53
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 22:31
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

CandyGirl

  • 3 iyul 2011 14:02
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 12:12
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 2 iyul 2011 23:19
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Su Perisi

  • 2 iyul 2011 20:50
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

R.M_FaNaTka

  • 2 iyul 2011 19:04
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler

--------------------

NELLY19

  • 2 iyul 2011 18:57
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

qonce

  • 2 iyul 2011 18:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Hemiseki kimi cooox gozel xeberdir,tesekkur eziyyet cekmisiniz...

By DOĞRU

  • 2 iyul 2011 18:16
  • Məqalə: 22
  • Şərh: 122
  • Bal:
{awards}
Gozel xeberdi.twk![i][/i]

--------------------
‎"Şeytana niye kızıyorsun ? Bir iyilik yap da o sana kızsın."

ZEHRA

  • 2 iyul 2011 18:13
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
teşekkürler eziyyete göre...

Jasmi

  • 2 iyul 2011 18:09
  • Məqalə: 0
  • Şərh: 694
  • Bal:
{awards}
tewekkurler Allah razi olsunn

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 61
Cəmi: 141
 
NIGAR
Xəbərləri: 52
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 39
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}