Ölmüş xatirələr

 
Ölmüş xatirələr


Bəzən tək qaldıqda, insanların diqqətindən məhrum olduqda, internetə çıxışım olmadıqda içimi qəribə hisslər bürüyür. Məhz belə anlarda özümü atılmış, tərk edilmiş insan kimi hiss edirəm. Nostalgiya başlayır. Düşüb aşağıdan özüm üçün adi vaxtlar heç içmədiyim, yalnız nostalgiya anlarında həmdəmim olan balaca şüşədə şotland viskisini alıram.

Ondan bir rumkaya tökürəm və ilk rumkanı sağlıqsız boşaldıram. “Aha, bax belə. 10 dəqiqə sonra dünyanın dərdi də gəlsə vecimə olmayacaq”
Rumkanı ikinci dəfə doldurub qoyuram masanın üstünə. Alıram əlimə telefonumu. Burada xüsusi bir qovluq var. İllər öncə ünsiyyətdə olduğum müxtəlif insanların hərəsindən 1 SMS qoruyub saxladığım bir qovluq.
Ünsiyyətdə olmadığım, ayrıldığım insanların nömrələrini telefon kitabçasından dərhal silirəm. Amma onların hər birindən bircə mesaj da varsa qoruyub saxlayıram indiyəcən.s

Ölmüş xatirələr

Bu qovluğa- ölmüş nömrələr məzarlığı adını vermişəm.
Bu nömrələrdən vaxtı ilə gecə demədən, gündüz demədən yüzlərlə, minlərlə, bəzisindən isə on minə yaxın sms almışam.
Amma bugün həmin nömrələrin əksəriyyəti deaktivdir... Əlaqə bitdi, nömrələrin yaşamı da bitir. Hər bir ayrılıq özüylə bərabər Simkartlar üçün Ölüm Mələyini də gətirir...

Burada elə qəribə nömrələr var ki.
Bax, məsələn bu nömrə. Hal-hazırda da işləyən nadir nömrələrdən biridir. Amma yiyəsi çoxdan “ölüb”. Nə zaman zəng vursam yiyəsi telefonu böyük maraqla açır, suallarıma həvəslə cavab verir, amma həmişə də sual-cavabın ortasında maraqla soruşur: bağışlayın, kimdir ki danışan?
Mən həmişə bu sualdan sonra üzr istəyib zəngi qapadıram: 6 ay, 1 il sonra yenidən zəng vurub anonim səslə hal- əhval tutmaq üçün...
“Bağışlayın, kimdir ki danışan?” sualına cavab vermək heç də asan iş deyil.
Axı necə deyim ki, Mən o insanam ki, sən 2004-cü ilin bütün yayını mənim laylalarımla yuxuya getmisən. Necə deyim ki, mən o insanam ki, öz dediyinə görə “mənsiz 1cə gün də yaşaya bilməzdin”.
Necə deyim ki, mən o insanam ki, səsimi hətta 50 il sonra belə tanıyacaqdın...

Başqa bir nömrəyə baxıram. Bu nömrədən düz 3 dənə mesajı qoruyub saxlamışam. Və bu 3 mesajın hər birini ayrı-ayrı insanlar yazıb.
İlk dəfə bir qızın nömrəsi olub. Münasibətimiz bitib, nömrə də silinib gedib- həmin insanın xatirələri kimi. Qorunub qalan təkcə onun yazdığı ən dəyərli mesajı olub. Aylar, illər sonra o nömrəyə zəng vurduğumda nömrənin canlandığını və yeni sahibəsinin olduğunu görmüşəm. Köhnə sahibə haqda nə qədər sual versəm də, onu tanımayıb nömrənin yeni sahibi. Amma əvəzində, yeni sahibədə özümə qarşı maraq oyatmışam deyəsən. Çünki ondan gələn, eyni nömrədən 2ci adla qoruyub saxladığım mesaj bucürdür:
“Samirəni həqiqətən tanımıram. Mən bu nömrəni dükandan almışam. İstəyirsən kağızını da göstərim ki, nömrə öz adımadır... (Mesajın ortasını yazmıram- müəllif)
...Odur ki, istəsən arada bir mesaj yaza bilərsən. Darıxandan-darıxana :) Nara”
Bu mesajdan 2 il sonrakı tarixdə yenə o nömrədən, amma bu dəfə 3cü bir adla- Lenadan rusca aldığım mesaj:
“Skuçayu...”
Yəqin ki, deməyə ehtiyac yoxdur ki, Lenayla da Naranı soruşmaq üçün zəng vurduğumda tanış olmuşdum...

Ölmüş xatirələr

Bugün o nömrəyə zəng vurdum. Nömrə yenə bağlıdır...
2-3 il sonra yenidən zəng vurduğumda yəqin hansısa Ayka götürəcək...
Lənət şeytana. Mən bu üç qızın üçünə də "Mənim şirin Şeytankam" deyirdim. Onlar da elə bilirdilər ki, özlərinə görə, individual şəkildə əzizləmə mənasında Şeytanka demişəm. Daha bilməyiblər ki, səbəb özləri yox, müxtəlif vaxtlarda işlətdikləri bu nömrənin son üç rəqəminin 666 olması idi səbəb.
(050 xxx-x6-66)

...Ərinmədən saydım. Bu qovluqda 132 sms var. Mesajlar ildən ilə çoxaldıqca Mənim də “vəfasızlıq çevrəm" böyüyür deməli. Çünki bu nömrələrin sahibləri- keçmiş qız dostlarım və ya girl-friendlərimlə ayrılığın tək səbəbkarı özüm olmuşam. Daha doğrusu, mənim kaprizlərim.
Ayrılıq qərarını həmişə Mən vermişəm. Deməli, yeganə vəfasız insan mənəm.

Ona görə də, hal hazırda 132 smsdəki nömrələrə bir-bir zəng vurub, onlardan 106nı ölü nömrə gördükdə, yalnızca 26 nömrənin hələ də işlədiyini, amma sahibələrinin artıq səsimi tanımadıqlarını öyrənəndə kefim pozulmadı.

Mən bu cəzaya layiq idim. Vəfasızlara hər cəza caizdir!

Gəlin, bu ikinci və sonuncu badə viskini içək Mənim vəfasızlığımın və unutqanlığımın sağlığına!
Ölmüş xatirələr
Amma o unutqanlıq ki, bütün 132 mesajın hər birinin yazılma şəraitlərini bircə-bircə xatırlayır.
Və o vəfasızlığın ki, hər zaman yalnızca bir devizi oldu:
Heç kim unudulmur. Heç nə yaddan çıxmır...


Geri dön

nilayka

  • 1 may 2011 18:29
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
twk maraqli idi

--------------------

L_SimuS

  • 5 yanvar 2011 04:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkurler

Just For Legend

  • 2 dekabr 2010 14:24
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore sene minnttarligimi bildirirem

--------------------

sevgi yalandir

  • 13 oktyabr 2010 16:10
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk maraqli idi

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

LoVe_Is_GaMe

  • 11 oktyabr 2010 12:33
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
cox maraglidi. twk

Azeri_Gozeli

  • 8 oktyabr 2010 20:18
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
twk maragli xeberdi

--------------------

Grace_Angel

  • 22 sentyabr 2010 21:30
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler....xebere gore ....

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 48
Cəmi: 65

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}