
Brenda çoxdan idi ki, yoldaşları ilə dağa çıxmaq istəyirdi. Nəhayət, istəyinə çatdı.
Çıxacaqları yerə çatanda divar kimi dik, böyük bir qayalıqlar qarşılaşdılar. Qorxmasına baxmayaraq Brenda təhlükəsizlik kəmərini taxdı və ipdən tutaraq qayaya çıxmağa başladı.
Bir qədər nəfəs almaq üçün dayanmışdı ki, yuxardakı yoldaşı ipi buraxdı. Qəflətən buraxılan ip Brendanın düz gözünə dəydi və düşdü. Və Brendanın gözündəki “linza” (lens) aşağıdakı yamaca düşdü. Linza çox kiçik olduğu üçün onu tapmaq qeyri-mümkün idi. Linzasız Brenda ətrafı çox pis görməyə başlamışdı. O Allaha dua etməyə başladı “ Allahım! Sən buradakı bütün dağları görürsən. Bu dağlar üzərindəki hər bir deşiyi də görürsən. Sən mənim linzamın yerini də bilirsən. Onu tapmaq üçün mənə kömək et! Amin!” dedi. Sonra yoldaşları ilə cığırla sürətlə enməyə başladı. Yolda qayaya doğru irəliləyən başqa bir qrupla qarşılaşdılar. O qrupdan bir nəfər “Aranızda linzasını itirən varmı?” deyə soruşdu.
Brendanın sonra öyrəndiyinə görə linzanı bir qarışqa daşıyırmış. Linzanın üzərinə günəş işığı düşdüyü üçün parıldayırmış...
Evə qayıdanda Brenda linzanı necə tapdıqlarını atasına danışdı. Atası isə “linza daşıyan qarışqa” rəsmi çəkdi. Şəklin üzərinə isə “Allahım! Bu əşyanı nə üçün daşıdığımı bilmirəm. Bunu yeyə də bilmərəm. Ancaq istədiyin bunu daşımaqdırsa, Sənin üçün daşıyaram”....
Heç vaxt “bu yükü nə üçün daşıyıram” deməyin.... Allah daşıya bilməyəcəyimiz yüklə yüklətməz bizi.... Yükün də bir ünvanı var və müəyyən müddətə qədər daşıyırıq...
Yetər ki, hər halında “Allahım bunu sənin üçün daşıyıram” deyən tapılsın...

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description

























