Qadın hüququ: islamda, başqa millət və dinlərdə

 
Qadın hüququ: islamda, başqa millət və dinlərdə

Qədim zamandan indiyə qədər elmi aləmdə ən çox səs-küyə və müzakirələrə səbəb olan mövzulardan biri də “qadın hüququ” mövzusudur. Qadın azadlığı və hüquqları haqqında danışmaq istəyən bəzi yazıçılar o qədər ifrata və ya tərfritə yol verirlər ki, guya qadın və kişinin təfəkküründə, hisslərində, fiziki gücündə və sairdə heç bir fərq yoxdur. Bəziləri isə 180 dərəcə əks istiqamətdə danışır və qadınları insan belə hesab etmirlər. Onları heyvan, şeytan, vəhşi məxluq və ya kişilərin istifadə edə biləcəyi bir əşya kimi təcəssüm etdirirlər.

Bu yerdə bəşərin müdrik alimi olan İmam Əlinin (ə) kəlamları yada düşür: “Bəli, insan vücudunun sirlərindən, deyilməmişlərindən xəbərsiz və cahil olanlar ya ifrat yolunu gedərlər, ya da təfrit”.

Qadın ilə kişinin insanlıqda şərik olmaqlarına diqqət edərək, bəziləri ancaq qadınla kişinin fiziki qüvvələrinə, psixoloji fərqlərinə diqqət ayırmış və bütün hüquq və vəzifələrin bərabər olmasını vurğulamışdılar. Bəziləri də ancaq bu iki cinsin xüsusi sifətlərinə diqqət edərək, təfrit etmişdilər.

Tarixə nəzər salanda görmək olur ki, bəzi millətlərdə qadınlar idarəçi və rəhbər olmuşdular. Bəzilərində isə əksinə, əzilən və alçaldılan bir məxluq hesab edilərmişlər. Belə ki, Misirə nəzər salanda görmək olur ki, qadınlara xüsusi diqqət ayrılmış və hörmət edilmişdir. Hətta bəzi Misir qadınları hakim və rəhbər belə olmuşdular. Ailədə daha çox qadınlar hökmranlıq edirlərmiş. Kişilər də naçar olaraq, onlara itaət etmişdilər. Onlar bütün qazandıqlarını məcbur olaraq, arvadlarına verərlərmiş. Qadınların da haqqı var imiş ki, ərindən icazə almadan onu xərcləsin.

Ancaq bu, istisnavi hal idi. Ümumilikdə İslamdan təxminən 3 min əvvəl qadın təhqir olunar, alçaldılar və insan hüquqlarına malik olmazdı. Ona görə də həmin dövrdə istər inkişaf etmiş və sərvətli olsun, istərsə vəhşi və geridə qalan olsun - bütün millətlərdə qadınla eyni cür rəftar edilərdi. Yəni qadın insan yerinə qoyulmazdı, ona bir əşya kimi baxardılar. Belə ki, əri və ya sahibi öləndə onu da öldürüb, əri ilə bir yerdə basdırardılar. Ya da diri-diri basdırardılar. Onları cadugər adlandırıb, yandırardılar. Bunları daha yaxşı araşdırmaq üçün bəzi millətlərin tarixinə nəzər salaq.

Hindistan

Baxmayaraq ki, Hindistan qədim zamanlardan bəri zəngin bir mədəniyyətə malik idi, ancaq qadınların vəziyyətinin başqa millətlərdən fərqi yox idi. Başqa millətlərdə olduğu kimi, qadın ailə qurmamışdan qabaq atasının qulu və malı hesab edilər, ərə gedəndən sonra da ərin malı sayılardı. Əri ölən zaman isə onu toy gecəsində olduğu kimi gözəl geyindirər, bəzəyər və ərinin cəsədi ilə bir yerdə diri-diri yandırardılar. Ölənlərdən miras aparmazdılar. Ondan icazə almadan ərə verərdilər. Hind xalqı belə hesab edərdi ki, qadın cəmiyyətin günah mənbəyidir. Onu şəxsiyyət kimi qəbul etməzdilər.

Qədim Misir

Atalar oğlan övladı doğulanda çox sevinər, ancaq qız övladlarının doğulması onları qəmgin edərdi. Üzlərinin rəngi dəyişərdi. Misirlilər hələ uşaq doğulmamışdan qabaq onun qız olduğunu müəyyən edə bilir və onu ana bətnində öldürürdülər. Qədim misirlilər qadının evdən bayıra çıxmasına icazə verməzdilər.

Yunanıstan

Yunanıstanda qadın ən az şüura malik bir varlıq kimi qəbul edilərdi. Onlara bir insan kimi baxmazdılar. Evlərindən bayıra çıxmazdılar. Yunanlı tarixçilərindən biri yazır: “Qadının adı özü kimi gərək evdə həbs edilsin”. Yunanıstanda qadını qul kimi satardılar. Atası və əri yanıda heç bir malikiyyəti və haqqı yox idi. Atası və ya əri onu sata bilərdi, ya da istəsə öldürə bilərdi.

Roma

Roma qanunları kişiyə icazə verirdi ki, arvadını öldürsün. Əlbəttə, mədəniyyət tərəqqisindən sonra bu qanun bir qədər yumşaldıldı. Onlara azadlıq verildi. Ancaq bunun yerini əxlaqsızlıq və fəsad aldı. Miladdan əvvəl dördüncü əsrdə təməli qoyulmuş Romada qadın cəmiyyətin üzvü və hətta ailə üzvü hesab edilmirdilər. Ailə ancaq kişilərdən təşkil edilərdi. Qadınlar məhkəmədə şikayət haqqına malik deyildilər.

Assuriyalılar

Assuriyalıların adət-ənənəsindən bunlara işarə etmək olar: əgər qadın ərinin malını israf etdiyi üçün məhkəməyə adı düşmüşdürsə, ərinin haqqı var idi ki, onu suda boğsun. Babildə həddi-bulağa çatan qızları sata bilərdilər.

Çin

Qədim Çin dövlətində mədəniyyət çox inkişaf etməmişdi. Övladlar öz atalarını tanımırdılar. Heyvanlarda olduğu kimi, yalnız analar özlərinin ana olduğunu bilirdilər. Miladdan əvvəl 2736-cı ildə nəhayət bir qanun çıxarılır ki, insanlar bu qarışıq vəziyyəti buraxıb, ailə qursunlar. Ancaq çox təəsüf ki, qadınların vəziyyəti yenə də qul hökmündən başqa bir hökmdə olmadı. Evlənmədən əvvəl gərək atasına itaət edərdi və ərə gedəndən sonra da ərinə. Atası öləndən sonra da böyük oğlunun əmrlərini yerinə yetirməli idilər. Qız uşaqları övlad sayılmazdı.

Ərəbistan

Ərəbistanda da vəziyyət eyni idi. Quranda dəfələrlə vurğulanan qız övladlarının öldürülməsi mövzusu həqiqətən ən kəskin pislənilməyə layiqdir. Bu məsələ ərəblərin bütün qəbilələrini əhatə edirdi. Eyni zamanda qədim ərəblərdə belə bir qanun var idi ki, iki qəbilə arasında olan müharibəyə son vermək üçün hər iki qəbilədən qızlar alınar və o biri qəbilənin oğlanları ilə evləndirilərdilər.
Çox təəssüflə demək lazımdır ki, bu məsələ hal-hazırkı inkişaf etmiş dünyamızda da baş verməkdədir. Müasir cihazların vasitəsilə körpənin cinsi təyin edilir və qız olan halda, elə ana bətnində məhv edilir. Belə ki, Hindistanda hər il 5 milyon qız övladı bu yolla məhv edilir. Bu təkcə Hindistanda deyil, bir çox inkişaf etmiş ölkələrdə də davam etməkdədir.

Bəzi qədim filosofların qadın haqqındakı nəzərlərinə diqqət edək:

Əflatun bu fikirdə idi ki, qadın bütün kişilər tərəfindən istifadə edilə bilən bir vasitədir. O, müştərək evliliyi qəbul edirdi. Xüsusi ailəyə ehtiyac duymurdu.

Aristotel bu fikirdə idi ki, qadınları mütləq idarə etmək lazımdır, onlar azadlığa layiq bir varlıq deyildirlər.

Bərdun bu fikirdə idi ki, qadınların vicdanı kişilərin vicdanından azdır. Necə ki, ağılları kişilərin ağıllarından azdır. Qadının bütün cismi və fikri gücü kişinin cismi və fikri gücünün üçdə birinə bərabərdir.

Jan Jak Russo bu fikirdə idi ki, qadın nə elm və hikmət öyrənmək üçün xəlq edilmişdir, nə təfəkkür və düşünmək üçün, nə də siyasət üçün. Onlar ancaq ana olmaq və övladlarını südləri ilə böyütmək üçün xəlq edilmişdilər.

Freydin nəzərinə görə qadınlar dəqiq elmlər üçün xəlq edilməyiblər. O zaman ki, qadın ömrünü elmi tədqiqatlara həsr edər - bu qadın öz vəzifələrindən xaricə çıxmışdır. Öz vəzifələrini yerinə yetirə bilmədiyi üçün günahkardır. Ona görə qadınları elmdən uzaqlaşdırmaq lazımdır.

Nitşe isə bu fikirdə idi ki, qadının həqiqətlə heç bir işi olmamalıdır. Onun işi gözəlliyi və zahiridir.

Əllamə Təbatəbai (r) buyurub: “İnkişaf etməmiş mədəniyyətlər qadınla heyvan kimi rəftar etmişdilər. Onları atalarından, ərlərindən, övladlarından alır, satır, borc verirdilər. Qıtlıq olanda onları öldürüb, yeyirdilər. Hətta haqqları vardı ki, onları öldürüb dəfn etsinlər. Ya da onları faydasız səhra heyvanları kimi susuz və yeməksiz buraxırdılar ki, ölsünlər. Qadın gərək atasının və ya ərinin arzularını niyə və nə üçünsüz yerinə yetirsin. Öz işlərinin heç birində iradə azadlığına malik deyildilər. Hətta bəzi qəbilələrdə belə bir adət var idi ki, qadın uşaq dünyaya gətirəndən sonra ayağa qalxmalı və ərinə qulluq etməli idi”.

Dinlərin nəzərində qadının yeri

Təfrif edilmiş xristianlıq və yəhudi dinlərində qadınlara münasibət başqa millətlərdə olduğu kimi idi. Məsələn, bəzi yəhudilər həddi-büluğa çatmamış qızlarını satardılar. Xristian keşişləri qadını şeytanın amili və fəsad nümunəsi hesab edərdilər. Onlar uzun müddət öz məktəblərində bu məsələni tədqiq edirdilər ki, qadınlar kişilər kimi kilsədə ibadət edə bilərlərmi? Behiştə daxil ola bilərmi? Görəsən qadın insandır, ruhu varmı? Xristian dinində qadına nifrət edilər və kişilərə hörmət edilərdi. Onların nəzərində qadınla evlənmək şeytanın tələsinə düşmək idi və cəhənnəm qapılarını açırdı.

Halbuki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizin ən yaxşı övladınız - qızdır”. “O kəs ki, hədiyyə alar, birinci qızlara verməlidir”. “Mənə ən yaxın olanınız o kəsdir ki, ailəsi ilə xoş rəftar edər”. “Behişt anaların ayağı altındadır”.

Bir nəfər Peyğəmbərdən (s) soruşur: “Kimə yaxşılıq edim?”. Buyurur: “Anana”. Deyir: “Başqa kimə?”. Buyurur: “Anana”. Üçüncü dəfə də eyni sualı verir və eyni cavabı alır. Dördüncü dəfə soruşanda Peyğəmbər (s) buyurur: “Atana”.

Başqa yerdə Həzrət (s) buyurur: “Qadınları kişilərdən üstün tuturam”. “Qızlar həsənədirlər, oğlanlar nemət. Həsənə üçün savab yazılar, ancaq nemətlərə görə sual verilər”.


İslamın nəzərində qadına münasibət:

1. Qadınlara ehtiram.
“Onların Rəbbi isə dualarını qəbul edib (buyurdu) : “İstər kişi olsun, istərsə qadın, Mən heç bir əməl sahibinin əməlini zay etmərəm; siz (hamınız) bir-birinizdənsiniz”. (“Ali-İmran” 195). “İman gətirənlərə isə Allah, Fironun arvadını misal çəkdi. O zaman ki, o, dedi: “Pərvərdigara! Mənim üçün öz yanında cənnətdə bir ev tik! Məni Firondan və onun əməlindən xilas et və məni zülmkar qövmün əlindən qurtar!”. (“Təhrim” 11). “Habelə iffətini qoruyan, bizim də ona ruhumuzdan üfürdüyümüz İmranın qızı Məryəmi də (misal çəkdi). O Rəbbinin sözlərini və kitablarını təsdiq etdi və o itaət edənlərdən idi”. (“Təhrim” 12).

2. Qadının istiqlalı.
Qadınların öz iqtisadi, ictimai və sair işlərində qərar verməyi və öz talelərini müəyyən etmələri - öz öhdələrindədir. Təhsillərində və ixtisas seçmələrində özləri qərar çıxarırlar. Onlara miras qalır və öz mülklərinin sahibidirlər. Bu məsələlərdə heç bir sərhəd qoyulmamışdır. Onlar oğlanlardan altı il əvvəl həddi-büluğa çatırlar. Yəni doqquz yaşında olan qız 40 yaşlı atası kimi iradə sahibi və azaddır. O həddi-büluğa çatandan sonra öz mal-dövlətindən istifadə etmək haqqına malikdir. Hətta əgər atası buna narazı olsa belə. Halbuki, oğlanlar 15 yaşına çatmamış öz şəxsi mallarından atasının icazəsi olmadan bir qəpik belə xərcləyə bilməzlər.

3. Dini üsullar və etiqad.
İslam dinində heç bir dini üsullarda və etiqadlarda qadınla kişi arasında fərq qoyulmur. İnanc baxımından hər ikisi eyni məsuliyyəti daşıyırlar.

4. Dini hökmlər.
İslamın əməli məsələlərində də qadınlar ilə kişi arasında heç bir fərq qoyulmamışdır. Əhkamın 10 vacibatı kişilər kimi qadınlara da aiddir.
Tayfa və millətlərin adət-ənənələrini əksinə olaraq, qadınların ictimai və siyasi məsuliyyətləri kişilərdən az deyildir. Məsələn, məscid, cümə namazı, cihad ... kimi. Hətta əgər övladına hansısa bir səbəbdən süd vermək istəməsə belə, əri uşağı üçün dayə tutmalıdır.
Bütün bu deyilənlərə diqqət edərək, görmək olar ki, İslam dinində qadının yeri və məqamı ucadır. Belə ki, 11 Məsum İmamlarımızın (ə) anası Həzrət Fatimeyi-Zəhra (s.ə) qadın idi. O, kamil insan nümunəsi hesab edilir. Çünki o da atası, həyat yoldaşı və övladları kimi Allahın seçilmiş və sevimli bəndəsi idi. Məhz “Kövsər” surəsini nazil edərək, Allah müşriklərə bir daha göstərdi ki, nəsil ancaq kişilərin vasitəsilə artmır. Məhz Məsumların (ə) nəslinin artımı bir qadına həvalə edilir, yəni Həzrət Zəhraya (s.ə.). Beləliklə, Allah oğlan övladı kimi, qız övladının da onun xəlq etdiyi gözəl bir varlıq olduğunu cahil insanlara çatdırmaq istəyir. O, ayələrində qadınla kişilərin əqidə, fiqhi məsələlərdə bərabər olduqlarını vurğulayır. Hədislərimizdə Məsumlar (ə) bizə tövsiyə edirlər ki, qız övladlarına daha çox diqqət ayıraq, onların qəlbini sındırmayaq.
Bəli, budur kamil din, budur ədalət. Allah bizləri İslamın nümunəvi ardıcıllarından qərar versin, inşəallah! Cahillərə də ana bətnində olan qız övladlarına rəhm etmək tofiqini əta etsin.


Geri dön

iMPoSSiBLe

  • 4 iyul 2011 12:41
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:

ALLAH RAZI OLSUN..

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

::..ONSLAUGHT::..

  • 4 iyul 2011 12:08
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 4 iyul 2011 08:42
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

CandyGirl

  • 3 iyul 2011 22:49
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 22:03
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler oxumadim menlik deyil

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

NELLY19

  • 3 iyul 2011 22:00
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tessekur edirem

R.M_FaNaTka

  • 3 iyul 2011 19:05
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler oxumadim menlik deyil

--------------------

nilayka

  • 3 iyul 2011 18:39
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Sitat: MuslimGirl
Qızı oğlandan və ya oğlanı qızdan üstün tutmaq lazım deyil. ALLAH bütün qullarını bərabər yaradıb. ALLAH razı olsun, aktual mövzu idi.


--------------------

qonce

  • 3 iyul 2011 18:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur...

Tesekkur...

lema

  • 3 iyul 2011 17:13
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Çox deyerli xeberdi.heqiqeten indiye kimi qadınlara islamdan artıq heç bir din deyer vermeyib.Minnetdaram...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

MuslimGirl

  • 3 iyul 2011 17:10
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Qızı oğlandan və ya oğlanı qızdan üstün tutmaq lazım deyil. ALLAH bütün qullarını bərabər yaradıb. ALLAH razı olsun, aktual mövzu idi.

DOQRULAR

  • 3 iyul 2011 17:08
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Chox-chxo deyerli xebere gore Allah razi olsun inshaAllah.Mene chox maraqlidi ki,qiz ushaqlrini olduren insanlar hech fikirleshmirler ki,dunyadaki butun qizlari oldurseler oqlanlari kim getirecek dunyaya?!

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}