Сайт факультета стоматологии. . Самая свежая информация гербалайф коктейль на нашем сайте.

Namazdan sonra oxunan dualar

 
Namazdan sonra oxunan dualar

Sübh namazından sonra oxunan dua

İlahi! Səhərimi pənahında qalaraq oğru və qarətçinin, habelə yaratdığın danışan və danışmayan varlıqların şərindən amanda qalaraq açdım. Səhərimi bütün qorxunc şeylərdən qoruyan sipərinə sığınaraq və Peyğəmbərinin əhli-beytini (ailə üzvlərini) ürək dolusu ilə sevməklə açdım. Səhərimi mənə əziyyət etmək istəyən hər bir təcavüzkarın təcavüzündən qorunaraq ixlasla əhatə olunan qalana sığınaraq açdım. Səhərimi əhli-beytə olan sevgi ilə və haqqın onlarla və onların davamçısı olmağıma yəqinlik hasil etməklə açdım.
Onların sevdiklərini sevəcək, uzaq olduqları hər bir şeydən uzaq olacam.
Elə isə onlarla birgə uzaq olacağım hər bir şeydən mənə pənah ver.
Ey böyük və əzəmətli zata malik olan varlıq! Yer və göyləri yoxdan yaradan varlığının vasitəsilə düşmənlərimi özümdən uzaq etdim. Necə ki, Quranda buyurursan: «Biz onların boyunlarına dəmir həlqələr keçirtmişik. Həlqələr onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir».

Namazdan sonra oxunan dualar

Zöhr namazından sonra oxunan dua

Əzəmətli və səbrli olan Allahdan başqa Allah yoxdur.
Ərşin Pərvərdigarı və Kərim (son dərəcə səxavətli) olan Allahdan başqa Allah yoxdur.
Həmd olsun aləmlərin Rəbbinə!
İlahi! Mən səndən Rəhmətinə səbəb olan şeyləri istəyirəm.
Mən Səndən daimi məğfirətini, bağışlamağını istəyirəm.
Səndən hər bir xeyirli işin mənfəətini və məni bütün xoşagəlməz işlərdən qorumağını istəyirəm.
İlahi! Məndə bağışlanmamış günah qoyma qala.
Bir yerə çatdırılmış elə bir səy və çalışqanlıq qoyma qala
Şəfa vermədiyin elə bir dərd və xəstəlik qoyma qala.
Üstünü örtmədiyin elə bir eyb və nöqsan qoyma qala
Artırıb genişləndirmədiyin elə bir ruzi qoyma qala
Əmin-amanlığa çevirmədiyin elə bir qorxu-hürkü hissi qoyma qala
Qarşısını aldığın elə bir xoşagəlməz hadisə qoyma qala
Sənin razılığına səbəb olan və mənim üçün xeyir və mənfəətli olan yerinə yetirəcəyin elə bir istək və arzu qoyma qala
Ey mərhəmətlilərin ən mərhəmətlisi!

Namazdan sonra oxunan dualar

Əsr namazından sonra oxunan dua

O Allahdan bağışlanmağımı istəyirəm ki, Ondan başqa ilah (məbud) və Ondan başqa öz varlığına arxalanan başqa bir diri varlıq yoxdur.

(Elə bir Allah ki,) bağışlayan və rəhm edəndir
(Elə bir Allah ki,) hər şeydən üstün və son dərəcə bəxş edəndir.
Ondan bağışlanmağımı (və mənə nəzər salmağını istəyirəm). Elə bir tövbə və bağışlanmaq ki, onu son dərəcə xar, zəlil, təvazökar, yoxsul, zəif, çarəsiz, fəqir bəndən etmiş olsun.
Elə bir bəndən ki, nə xeyirinə malikdir, nə də ki, zərərinə və nə diriliyinə malikdir, nə də ölüm və məhşərə çağırılışına
İlahi! Doymayan nəfsdən, qorxmayan qəlbdən, dərgahına ucalmayan namazdan və eşidilməyən (qəbul olunmayan) duadan Sənə sığınıram.
İlahi! Səndən çətinlikdən sonra asanlığı, bəla və müsibətdən sonra rifahı, yoxsulluqdan sonra bolluğu istəyirəm.
İlahi! İxtiyarımızda olan nemət Səndəndir. (Pərəstişə) Səndən savayı başqa bir tanrı yoxdur.
Bağışlanmağımı da Səndən istəyib Sənə tövbə edirəm.

Namazdan sonra oxunan dualar

Məğrib (şam) namazından sonra oxunan dua

Həzrəti Zəhranın (ə) zikrini (34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdu lillah və 33 dəfə Subhanəllah) qurtardıqdan sonra deyilir:
Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın.
İlahi! Məhəmmədə, onun nəslindən olanlara və ailə üzvlərinə salavat göndər
Bismilləhir rəhmanir rəhim
Rəhman və Rəhim olan Allahın adı ilə
Uca və əzəmətli olan Allahdan başqa qüdrət sahibi yoxdur
Həmd olsun o Allaha ki, istədiyini edir və başqasının istədiyini etmir.
İlahi, Sən pak və münəzzəhsən! Səndən başqa Allah yoxdur, bütün günahlarımı bağışla. Çünki, Səndən başqa bütün günahları bağışlayan olmaz.

Namazdan sonra oxunan dualar

İşa (xiftən) namazından sonra oxunan dua

İlahi! Ruzimin harada olduğunu bilmirəm
Və ürəyimə düşən hər bir şeyi istəyirəm
Və mən onun ardınca şəhərləri dolaşıram
Və mən istədiyim şeyin ardınca sərgərdanam.
Bilmirəm ruzim havadadır, yoxsa dağda, yoxsa yerdə, yoxsa göydə, qurudadır, yoxsa dənizdə.
Və əla yədəy mən və min qibəli mən və qəd əlimtu ənnə ilmuhu indəkə və əsbabəhu biəydikə
Bilmirəm ruzim kimin əlindədir və kim tərəfindəndir. Amma bunu bilirəm ki, onu Sən bilirsən və onun səbəbləri də Sənin əlindədir
Onu Öz lütfünlə bölən də, necə əldə olunmasını hazırlayan da Sənsən.
Ey mənim Allahım! Məhəmmədə və onun ailəsinə salavat göndər.
Pərvərdigara! Ruzini mənim üçün bol və firavan et.
Və onun əldə olunmasını mənim üçün asan et.
Və Onun əldə olunacağı yeri mənim üçün yaxın et.
Mənim üçün nəzərdə tutmadığın yolu qət etməkdə zəhmətə salma
Çünki, Sən mənə əzab-əziyyət verməkdən ehtiyacsızsan.
Mən isə Sənin Rəhmətinə möhtacam
Elə isə Məhəmməd və onun ailəsinə salavat göndər
Bol-bol səxavətinlə bəndənə nemətlərini bəxş et. Çünki, Sən böyük ehsan sahibisən.


Geri dön

::..ONSLAUGHT::..

  • 4 iyul 2011 12:15
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
Çoooooooox sağ olun,xəbərə görə. ALLAH razı olsun.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 4 iyul 2011 09:03
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 4 iyul 2011 02:03
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeee te$ekkürler eziyyete ...... Elimizde ve bildiyimiz ne varsa oxumaga cali$iriq smile

--------------------



::..ONSLAUGHT::..

  • 3 iyul 2011 22:11
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Çoooooooox sağ olun,xəbərə görə. ALLAH razı olsun.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

R.M_FaNaTka

  • 3 iyul 2011 19:17
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

aida

  • 3 iyul 2011 18:51
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
Çoooooooox sağ olun,xəbərə görə. ALLAH razı olsun.

NELLY19

  • 3 iyul 2011 16:02
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

MuslimGirl

  • 3 iyul 2011 14:56
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH razı olsun. Çox maraqlı xəbərdir. Amma mən duaları əzbərləyib deyə bilmirəm. Həmin an ürəyimdən nə keçirsə, onu deyirəm.

lema

  • 3 iyul 2011 14:15
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Deyerli xeberdi.Allah razı olsun...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

MiLeyla

  • 3 iyul 2011 12:39
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
tewekkurler

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

THIS IS LEGEND

  • 3 iyul 2011 12:28
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
gozel xeberdi twk

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 11:54
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Su Perisi

  • 3 iyul 2011 11:46
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 26
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}