Vanqa kim olub?

 
Vanqa kim olub?

Vanqa kim olub?

1911-ci il oktyabr ayının 3-də Bolqarıstanın Petriç kəndində yaşayan Pandevlər ailəsində qız uşağının dünyaya gəlməsi ata və anasına sevinc gətirmədi, onların qayğılarını daha da artırdı. Çağa o qədər cılız idi ki, ağlamağa da heyi yox idi, yalnız ciyildiyə bilirdi. Körpənin görünüşü də qəribə idi: qulaqları qafa tasına yapışmışdı, əl və ayaq barmaqları isə bitişik idi.

Təzə doğulmuş balanı canavar dərisindən tikilmiş gödəkçəyə bürüyüb soyuqlamaması üçün sobanın yaxınlığına qoydular. Körpənin yaşayacağına inam çox az olduğundan ona ad da vermədilər.
Qızcığaz iki ay keçəndən sonra əsl körpə kimi ağlamağa başladı. Onu xaç suyuna saldılar, adını da Vangeliya qoydular.
Vangeliya yunan dilində xoş xəbər carçısı deməkdir. Uşaq üç yaşında olanda anadan yetim qaldı, atasını da Birinci Dünya müharibəsində Bolqarıstan ordusu sıralarında döyüşmək üçün cəbhəyə apardılar.
Başsız qalmış körpə uzun müddət qapı-qonşuların yanında qaldı. Atası cəbhədən qayıdandan sonra təzədən evləndi. Qızın analığı ona öz doğma anası kimi qayğı göstərdi. Vanqa uşaqlıqda arıq, mavi gözlü, xurmayı saçlı bir qız idi.

Dostlarını "müalicə etmək" oyununu çox xoşlayır, "xəstələrinə" müxtəlif otlardan ibarət "dərman" yazırdı. Vanqanın 11 yaşı olanda o, ətrafdakıları heyrətə gətirən oyun oynayırdı.
Küçədə, yaxud evdə gizlətdiyi əşyaları gözüyumulu axtarıb tapırdı. Ailə müharibədən sonra güc-bəla ilə dolanırdı. Vanqa atasına təsərrüfat işlərində bacardığı qədər kömək edirdi. Atasının sağıb tuluqlara doldurduğu südü alıcılara çatdırırdı.

Bir dəfə evə qayıdanda səmada qəribə bir bulud topasının yarandığını görən Vanqa bunun tufan yaradacağını düşündü. Əsməyə başlayan güclü və soyuq külək ağacların qol-budağını qırmağa başlayanda qızı qorxu bürüdü.
Bir qədər aralıda yaranan burağan Vanqaya yaxınlaşıb öz qoynuna alaraq havaya qaldırdı və kəndin kənarında yerə buraxdı. Vanqa burağanın qoynunda olarkən kiminsə əlinin onun başına toxunduğunu hiss etdi və huşunu itirdi.

O, özünə gələndə narın qumla dolmuş gözlərini aça bilmədi. Yerli həkimlər qızı təcili olaraq Sofiyaya aparıb əməliyyata qoymağı məsləhət gördülər. Əməliyyat üçün tələb olunan 500 lev o dövr üçün çox böyük məbləğ idi. Aparılan müalicə heç bir nəticə vermir, qızın gözlərindəki dəhşətli ağrılar ona çox əziyyət verir, görmə qabiliyyəti günbəgün pisləşirdi. Vanqa ağlayaraq Tanrıdan möcüzə göstərməsini xahiş edirdi.
O, bilmirdi ki, arzuladığı möcüzə artıq baş vermişdir. Tanrı ona digər görmə qabiliyyəti bəxş etmişdir. Vanqa 12 yaşında olarkən görmə qabiliyyətini tamam itirdi. Onu korlar evinə qoydular. Korlar evində qızlara toxumaq, tikmək, bişirib-düşürmək, korlar üçün əlifbanı öyrətdilər, musiqi dərsi keçdilər.

Vanqa kim olub?

Qız ilk məhəbbətini də korlar evində tapdı; o, yaxşı təminatlı ailədən olan kor oğlanla dostlaşdı.
Toya hazırlıq görülən bir vaxtda tale ona yar olmadı. Vanqanın ögey anası doğuş vaxtı öldüyü üçün çaşğınlığa düşmüş atası qızını ona yardımçı olmaqdan ötrü evə çağırdı.
Sonrakı on il Vanqa üçün əzablı il oldu. O, paltar toxuyur, tikir, cəhrədə ip əyirirdi, lakin pul çatmırdı ki, çatmırdı. Bir tərəfdən də ağır xəstəlik ona əziyyət verirdi.
Kasıblar üçün nəzərdə tutulan maddi yardımı almaq üçün sement döşəmə üstündə ayaqyalın dayanıb gözlədiyinə görə sətəlcəm olmuşdu.
Qapı-qonşuları onun şəfa tapacağına ümidlərini üzmüşdülər. Lakin birdən möcüzə baş verdi. Xəstə qız yataqdan qalxdı. Bu hadisədən sonra qonşular onun qeyri-adi xüsusiyyətlərinin şahidi oldular. Vanqa atasının oğurlanmış qoyunlarının gizlədildiyi yerin tapılmasında atasına yardımçı oldu.
Deyirmiş ki, qoyunların gizlədildiyi həyəti yuxuda görmüşdür. Lakin Vanqanın professional səviyyədə görücülük qabiliyyəti 30 yaşında meydana çıxmışdı .
Onun yuxuda gördükləri müəyyən müddətdən sonra kerçəkləşirdi.
Bir dəfə qış gecəsində yuxuda görmüşdü ki, ağ atlı bir nəfər Vanqanın yatdığı otağa girərək onu valehedici işığa bürümüş və demişdi:
"Bu yaxınlarda dünya devriləcək, çox adam qırılacaq, itkin düşəcək. Sən bu yerdə dayanacaq, ölülər və dirilər barədə məlumat verəcəksən". O, bu yuxunu 30 yaşında ikən 1941-ci ilin yanvar ayında görmüşdü.
Beləliklə də, Vanqa görücüyə çevrilmişdi. Müqəddəs atlı zühur olandan qabaqlarda da Vanqanın yuxuda gördüyü müxtəlif hadisələr sonralar gerçəkləşirdi. Görücü Vangeliya 1941-ci ildə gözlənilmədən özünə yad kişi səsi ilə adamların müdhiş müharibədə başlarına gətiriləcək ölüm-itim hadisələrindən danışmağa başlamışdı.
Vanqa etiraf edirmiş ki, adamların heç ağıllarına gəlməyən hadisələrdən qabaqcadan xəbər tuta bilir. Əvvəllər bu barədə danışmaqdan qorxurdu. Qorxurdu ki, fikirləşərlər ki, başına hava gəlib. Lakin dözə bilməyib bir dəfə qonşu qadınlara danışdı ki, apreldə müharibə olacaq. Heç kimin bu xəbərə inanmağı gəlmədi.
Lakin 1941-ci ilin aprelində alman qoşunları Yuqoslaviya sərhədinə soxuldular. Bunadək Vanqaya inanmayanlar korun gələcəyi xəbərvermə qabiliyyətli olduğunu yada saldılar. Bununla da Vanqanın evinə ziyarətçi axını başladı.
Dərd əlindən dəlilik dərəcəsinə çatmış adamlar təsəlli tapmaq üçün Vanqanın yanına gəlirdilər.

Vanqa kim olub?

Vanqa da bədbəxt insanlara mehribançılıq göstərir, onları sakitləşdirir, ümidverici sözlər söyləyirdi. Adamlara döyüş meydanlarında özlərini ölümdən necə qorumaq barədə məsləhətlər verir, xəstələrin otlarla, gil ilə, arı şanı ilə sağalmaq yollarını göstərirdi.
Vanqa dünya şöhrəti qazanmamışdan çox-çox əvvəllər həbsxanaya da düşmüşdü. Görücünün kameraya salınmasının səbəbi Stalinin öləcəyi barədə xəbər verməsi idi. Stalin Vanqa deyən vaxtda öləndən yarım il sonra məhbəsdən azad etmişdilər.
Vanqanın qardaşı Vasil partizanlığa getmək istəyərkən bacısı onu bu fikrindən döndərməyə çalışmışdı.
Demişdi ki, "bu fikrindən əl çəkməsən səni 23 yaşında ikən qəddarlıqla öldürəcəklər". Vasil bacısının bu uzaqgörənliyinə inanmamış və bildiyini etmişdi.
Almanlara əsir düşən Vasili qəddarlıqla incitmiş və sonra da güllələmişdilər. Vanqa özünün bu qeyri-adi görücülük qabiliyyətini ətrafındakı şəffaf varlıqların olması ilə izah edirdi. Onların haradan peyda olduğunu isə izah edə bilmirdi.
Deyirdi ki, adamlar haqqında informasiyanı həmin varlıqlardan alır. İstənilən adamın həyatı əvvəldən axıradək Vanqanın əqli görmə pəncərəsindən ötüb keçirdi.
Lakin Vanqa həmin adamların alın yazısında olan bədbəxtliklərin qarşısını almaqda aciz idi. Bilirdi ki, yazıya pozu yoxdur.

Vanqa kim olub?

Vanqa nə görücülüyü ilə, dərman otlarının dəmləməsi ilə, nə də sonsuz məhəbbəti ilə öz ərini ölümdən xilas edə bilməmişdi. Yəqin ki, o, ərinin bəxtinə yazılmış vaxtsız ölümünün qarşını almaqda aciz idi.
Nə vaxtsa, daha doğrusu 1942-ci ildə Vanqanın gələcək əri - Dimitr Quşşerov onun yanına gəlib xahiş etmişdi ki, qardaşının qatillərinin kim olduqlarını açıb desin.
Vanqa bildirmişdi ki, əgər o, qisas almayacağına söz versə, onun xahişinə əməl edə bilər. Qisas almaq lazım deyil. Vaxt gələcək ki, sən onların necə öldüklərini öz gözlərinlə görəcəksən.Vanqa heç kimə qisas almağı rəva bilmirdi.
O, inanırdı ki, insan həyata xoş əməllər törətmək üçün gəlir. Heç bir pis iş cəzasız qalmır. Pis əməl törədən şəxs öz sağlığında cəzasına çatmadıqda, onun nəvə-nəticələri cəzadan yaxa qurtara bilmir.
Həmin oğlana belə bir əhvalat danışmışdı:
"Bir kəndli yanıma gəlib doğulan 11 uşağının on birinin də öldüyündən şikayətlənəndən sonra ona dedim ki, sən gənc vaxtlarında ananı hamilə olduğu üçün acı sözlərinlə incitmisən. Doğuşdan sonra anan da, balası da ölüb.
Sən bunu tezliklə unutmusan. Təbiət səni ən müqqədəs sayılan həyatı təhqir etdiyinə görə bu sayaq cəzalandırıb. Əgər xeyirxah olsaydın, başına bu işlər gəlməzdi". Gənc oğlan Dimitr növbəti dəfə Vanqanın qəbuluna gələrkən onu görücü qızın yanına aparmışdılar.
Vanqa oğlana belə demişdi: "İstəyirsən sənə öz taleyin haqqında danışım? Sən mənim ərim olacaqsan!". Oğlan çaşıb qalmış və özünü birtəhər ələ alaraq demişdi: "Mən heç bir vaxt kor qızla evlənmərəm".
Belə bir məsəl var:
"Sən saydığını say, gör fələk nə sayır".
Dimitr bir müddət sonra Vanqaya eşq elan etmişdi. Bəylə gəlin iyirmi il bir yerdə xoşbəxt ailə həyatı yaşadılar. Lakin son vaxtlar Dimitr içki düşgününə çevrildikdən sonra həyatını dəyişdi. Vanqa ona kor gözlərinin yaşını axıtdı və dərin yuxuya getdi.
Yuxudan ayılandan sonra dedi: "Mən ərimi onun üçün hazırlanmış yerə yola saldım". Vanqa ölümdən qorxmurdu.
Onun ölüm haqqında öz təsəvvürü vardı. Deyirdi ki, canlılar öləndən sonra onların əndamı çürüməyə başlayır, amma tam çürümür, qalan hissə - ruh çürümür və daha yüksək pilləyə çatanadək inkişafda olur. Bu, ölməzliyin özüdür.

Vanqa kim olub?

Vanqa ömrü boyu övlad arzusu ilə yaşamışdı. Dimitr öləndən bir az sonra Vanqanın qapısını bir yetim oğlan döyüb onu oğulluğa götürməsini rica etdi.
Sonralar prokurorluq karyerasını seçən Dimitr Volçev adlı bu oğlan Vanqanı doğma anası kimi sevmişdi. Vanqa İkinci dünya müharibəsinin gedişini qabaqcadan görmüşdü. 1943-cü ildə alman ordusunun cəbhələrdəki vəziyyətini öyrənmək üçün Vanqanın yanına gəlmiş Hitlerə üzünü tutub demişdi: "Rusiya ilə işin olmasın, müharibəni onsuz da uduzacaqsan".
Hitler hiddətini gizlətməyərək demişdi:
"Gör nə günə qalmışam ki, kənd komasında yaşayan dilənçi kor qadın mənə müharibədə uduzacaqsan deyir".
Vanqa 1963-cü ildə ABŞ-ın 35-ci prezidenti Con Kennediyə sui-qəsd olacağını xəbər vermişdi. 1968-ci ildə Çexoslovakiyada üsyan qaldırılacağı, senator Robert Kennedinin ölümcül yaralanacağını qabaqcadan bildirmişdi. 1969-cu ildə İndira Qandinin necə öldüyünü, 1979-cu ildə SSRİ-də yenidənqurmanın başlandığını və Sovet İttifaqının dağıldığını "görmüşdü". Bir dəfə gözlənilmədən demişdi: "Kursk suya qərq olacaq və bütün dünya ona yas quracaq".
Bunu eşidənlər məəttəl qalmışdılar: necə ola bilər ki, dənizlərdən və okeanlardan çox uzaqda yerləşən şəhər suyun altında qalsın? Yalnız 2000-ci ilin avqust ayında aydın oldu ki, söhbət hansı Kurskdan gedir. Sən demə, Vanqa atom sualtı qayıq olan "Kursk"ı nəzərdə tuturmuş. Vanqa gündə 120 nəfər qəbul edə bilirmiş.
Ömrünün son illərində bu rəqəm cəmi on-on beşə enmişdi. Aldığı pullar dövlət xəzinəsinə daxil olurdu. Bolqarlar və sosialist ölkələrindən gələnlərdən 100 lev( 2 dollar) alırdılar. Vanqanın qəbuluna düşmək xarici vətəndaşlara 50 dollara başa gəlirdi.
Vanqa gələn adamlarla necə işləməsini özü belə izah edirdi: "Qarşımda adam dayanan kimi onun dünyadan getmiş yaxın adamları ətrafına toplaşır.
Onlar özləri mənə sual verir, mənim suallarımı da həvəslə cavablandırırlar. Onlardan eşitdiklərimi dirilərə söyləyirəm".

Vanqa kim olub?

Vanqa çox dindar adam idi. Bütün kilsə bayramlarını qeyd edir, pəhriz saxlayırdı.
Evinin qabağında öz puluna və dindarların verdiyi pula pravoslav kilsəsi tikdirmişdi. Vanqa elədiklərini Allahın adı ilə bağlayırdı.
Deyirdi ki, bütün bunlar Allahın işidir. O, gözlərimin işığını aldı, əvəzində isə mənə başqa göz verdi. Mən bu gözümlə görünən və görünməyən aləmi seyr edə bilirəm.
Bolqarıstan çarı İkinci Simeon, dövlət başçısı Todor Jivkov və qızı Lüdmila tez-tez Vanqanın qonağı olurdular.
Boris Yeltsinin emissarları da dəfələrlə Vanqanın yanında olmuş, ondan məsləhətlər almışdılar. Bir dəfə Vanqanı məşhur aktyor Vyaçeslav Tixonov da ziyarət etmişdi. Aktyor içəri girməyə macal tapmamış qarı ondan acıqla soruşmuşdu:
"Nə üçün dostun Yuri Qaqarinin xahişinə əməl etmədin? Axı o, sonuncu uçuşundan əvvəl səndən zəngli saat alıb bir yadigar kimi stol üstünə qoymağı xahiş etmişdi". Tixonov bu sözləri eşidəndə donub qaldı.
Axı bu epizod barədə Qaqarindən və özündən savayı heç kim heç nə bilmirdi.
Aktyor kəkələyə-kəkələyə dedi:
"Qaqarinin həlakı məni lap çaşdırmışdı, ona görə də saat almaq yadıma düşməmişdi". Vanqa "Siz bilin ki, Qaqarin həlak olmayıb, onu mələklər aparıblar" - dedi.
Rus yazıçısı Leonid Leonov Vanqanın möcüzəli uzaqgörənliyinə çox inandığına görə onunla tez-tez görüşür, məsləhətlər alırdı. Vanqa ona demişdi ki, növbəti romanı işıq üzü görən kimi o, həyatla vidalaşacaq.
Yazıçı Leonov Vanqanın bu sözlərinə şübhə ilə yanaşsa da, daxilində bir narahatçılıq vardı. Ona görə də romanının çap olunması vaxtını elə hey uzatmağa çalışırdı. Nəhayət ki, əsər işıq üzü görəndən bir neçə gün sonra Leonid Leonov həyatını qeyb etdi.
Görkəmli rus şairi Yevgeni Yevtuşenko da Vanqanın qeyri-adi görücülük qabiliyyətinə maraq göstərirdi. O, Vanqanın yanına gələndə oturmağa macal tapmamış görücünün tənqidi mülahizəsini eşitməli olmuşdu:
"Sən yazıçıdan çox araq boçkasına oxşayırsan. Heç bu qədər içmək və papiros çəkmək olar? Özünə yazığın gəlsin, bala!"

Vanqa kim olub?

Vanqa hökumətin dəstək olduğu ilk görücü idi. Bolqarıstanda onun üçün parapsixologiya institutu yaradılmışdı.
Günlərin birində instituta iki qadın gəlib dərdlərini Vanqaya danışmışdılar. Qadınların biri demişdi ki, bu yaxınlarda oğlunun ölümü onun üçün böyük dərdə çevrilmişdir. Vanqa qadına demişdi ki, o, başqa birisini dəfn etmişdir, öz oğlu isə sağ-salamatdır.
Oğlun yaşıl hasarın dalındakı ağ evdə yaşayır, üç aydan sonra ondan məktub alacaqsan. Doğrudan da, ana tezliklə oğlundan çağırış alıb Kanadaya getmişdi.
Digər qadına xəbər gəlmişdi ki, əsgərlikdə olan oğlu özünü asmışdır. Amma Vanqa demişdi ki, oğlanı uzun müddət işgəncələrə məruz qoyub sonra da asıblar.
Vanqa caninin necə tapılacağını da demişdi.
Vanqa 55 illik fəaliyyəti dövründə milyondan artıq zəvvar qəbul etmişdi.
O, başqalarının dərdləri və xəstəlikləri barədə məlumatları özündən keçirməklə səhhətinə xeyli ziyan vurmuşdu.
Bəs qazandığı nə olmuşdu? Demək olar ki, heç nə! Bolqarıstan hakimiyyəti onun Parisə gedib Məryəm Ana kilsəsini ziyarət etmək arzusunu ürəyində qoymuşdular. Onun Moskvadakı Gözəl meydanı (Qızıl meydan nəzərdə tutulur) gəzmək istəyi də reallaşmamışdı.

Vanqa ömrünün son günlərində ona məxsus evlərini yerli hakimiyyətə və adını daşıyan fonda vəsiyyət etmişdi. O, 11 avqust 1996-cı ildə - özünün qabaqcadan dediyi vaxtda dünyadan getmişdir. Vangeliya - xoş xəbərlər carçısı bütün mənalı ömrünü insanların xoşbəxt gələcəyi yolunda mübarizəyə həsr etmişdir.
Vanqaya müqqəddəslik verilmişdi, Kainatın bütün mənzərələri onun üçün görünən idi. Görməyən gözlərinin işığı sayəsində insanlara onların keçmişləri və gələcəkləri haqqında dəqiq məlumat verməklə adamların həyat eşqini gücləndirməyə çalışırdı.

Vanqa kim olub?


Geri dön

::..ONSLAUGHT::..

  • 4 iyul 2011 12:11
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
thanks grace angel

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 4 iyul 2011 08:50
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Narka)

  • 4 iyul 2011 00:14
  • Məqalə: 0
  • Şərh: 86
  • Bal:
{awards}
thanks grace angel

brunette

  • 3 iyul 2011 22:56
  • Məqalə: 2
  • Şərh: 84
  • Bal:
{awards}
OXUMADIM.COX UZUNDU.AMMA YEQIN KI MARAQLIDI.YAZDIM SONRA OXUYACAM. smile

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 22:06
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tessekur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Mehemmed249

  • 3 iyul 2011 16:51
  • Məqalə: 7
  • Şərh: 271
  • Bal:
{awards}
Cox gozel metindir axira qeder oxudum.

NELLY19

  • 3 iyul 2011 15:54
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

lema

  • 3 iyul 2011 15:43
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Men Vanga'nın heyatı haqqda rus kanalların birinde izlemişdim.Her şeyi Allah bilir özününde dediyi kimi o olanları deyişe bilmez.Maraqlı meqale idi.teşekkür edirem...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Su Perisi

  • 3 iyul 2011 15:20
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Hər şeyi bilən tek ALLAH-dır. axiracan oxudum maraqlidi

--------------------

MiLeyla

  • 3 iyul 2011 14:40
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
mence yaziya pozu yoxdusa insanlara geleceklerini demek de lazim deyil,vanqanin heyatindandan melum olurki hec kesin taleyini deyiwmeyib,gizli olan hec neyi uze cixartmayib,sadece gelecekde ne baw vereceyini deyib.ozude deyib ki etrafinda olan nemelum varliqlar ona insanlar haqqinda melumat verir.bunlar hamisi cin weytan emelidi.neye lazimdi gelecekde ne olacagini bilmek,eger onu deyiwmek mumkun deyilse.yalniz ALLAHA inanin ONA siginin.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

MuslimGirl

  • 3 iyul 2011 14:37
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Vanqanın bioqrafiyasını bir dəfə oxumuşdum. Bir çox hadisələri qabaqcadan xəbər verib...Amma deyəcək həmişə bir sözüm var: Hər şeyi bilən ALLAH-dır. Təşəkkürlər, bacış

CandyGirl

  • 3 iyul 2011 14:06
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

Fidaska.

  • 3 iyul 2011 13:55
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
Tesekkurler.Maraqli geldi axira qeder oxudum.Maraqlidi

::..ONSLAUGHT::..

  • 3 iyul 2011 13:42
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
AXIRA QEDER OXUDUM COX MARAQLIDI

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Grace_Angel

  • 3 iyul 2011 13:41
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Buyurun...
Cox maraqlidir...Metnin uzun olmasi sebrinizi usandirmasin...ALLAH sebr versin axiracan oxuyasiz...INSALLAH!!!

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 56
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}