Xəzər TV-nin ”Star life” verilişinə açıqlamasında o, gələn il Bakıda keçiriləcək müsabiqəyə
qatılmaq fikrində olmadığını, lakin təklif alarsa, bunu böyük məmnuniyyətlə dəyərləndirəcəyini söyləyib.
Bir müddət əvvəl Türkiyədə yayımlanan “Türkvision-2011” yarışına qatılmış
Natavan Həbibi bildirib ki, indiyədək bu müsabiqədə iştirak etmədiyi üçün peşmandır.
Xatırladaq ki, 20 türkdilli ölkənin iştirak etdiyi festivalda Natavan yeni oranjiman
etdirdiyi “Təyyarələr”mahnısını ifa edib. Yarışın açılışında “Evrovision-2011”in qalibləri
Eldar və Nigar həm Azərbaycana, həm də
Natavana dəstək olaraq, öz qalib mahnılarını bir daha ifa ediblər.
"Bu günlərdə ilk dəfə Türkiyəyə səfər etmişdim. Bu zaman ölkədən kənarda
məni necə sevdiklərini gördüm. Xaricdən orada konsert verməyimlə bağlı çoxlu
təkliflər gəlirmiş. Ölkədən kənarda yaşayan həmvətənlərimiz məni görməyi,
dinləməyi arzulayır. Amma təəssüf ki, indiyədək bunu bilməmişəm.
Bilmirəm mənə mane olan, daim yolumu kəsən insanlar kimdir.
Xahiş edirəm ki, diasporamız bu işlə məşğul olsun və bu insanların
üzə çıxarılmasına kömək etsin.
Mən ölkəmizi xaricdə təmsil etməyi çox istəyirəm".