İsa Qəmbərdən sonrakı başqan

 
İsa Qəmbərdən sonrakı başqan


Yeni Ümid» qəzeti ötən sayında Müsavat Partiyasının başqanı postu uğrunda mübarizə başlaması barədə yazı dərc edib. Məqalədə iddia olunur ki, Müsavat başqanı İsa Qəmbər hələ ötən il verdiyi bəyanatına uyğun olaraq, 2010-cu ildə rəhbərlikdən getmək niyyətindədir. Qəzet yazır ki, İ.Qəmbər başqanlıqdan gedərkən partiyanın ziyan çəkməməsi və parçalanmalar baş verməməsi üçün bir sıra addımlar atmağı planlaşdırır. «Yeni Ümid»də yazılanlara görə, bu istiqamətdə ilk addım gələcək başqanın hazırlanmasıdır.
Sitat: «Bu barədə qəzetimizə məlumat verən müsavatçı mənbənin sözlərindən belə aydın oldu ki, artıq 2 ildir İsa Qəmbər öz yerinə varisini hazırlamaqla məşğuldur. Həmin şəxsin kimliyi də artıq Müsavat rəhbərliyinə məlumdur. Bu işi heç də gizli şəkildə həyata keçirməyən İsa Qəmbər öz varisinin sürpriz xarakteri daşımamasında daha çox maraqlıdır. Təbii ki, o, sürpriz bir adı təqdim edərsə, bu, partiyanın bütünlüyünə təhdid ola bilər. Elə buna görə də bəri başdan qulaqları yeni başqanın adına alışdırmaq lazımdır»...
Qəzet daha sonra yazır ki, İsa Qəmbər yerinə iqtisadçı Qubad İbadoğlunu hazırlayır: «Qubad İbadoğlunun bir üstünlüyü də var ki, o, Müsavat daxilindəki bütün qruplaşmalardan İsa Qəmbər qədər uzaqdır və bütün qruplaşmalara İsa Qəmbər qədər doğmadır. Yəni onun növbəti dönəmin başqanı kimi həzm etdirilməsi İsa Qəmbərə çətin başa gəlməyəcək, nəinki digərlərinin».
«Yeni Ümid» həmçinin qeyd edib ki, partiyada İ.Qəmbərdən sonra başqan olmaq istəyən bir çox funksionerlər var ki, onlar Q.İbadoğlunun bu posta hazırlanmasına qarşı çıxacaqlar...
Mətbu orqan onu da iddia edib ki, 2010-cu ildə keçiriləcək qurultayda İsa Qəmbər üçün Müsavat lideri postu da yaradıla bilər.
Təbii ki, bu deyilənlərdə müəyyən şişirtmələr, fantaziya məhsulu təsiri bağışlayan məqamlar da var. Amma o da reallıqdır ki, 2010-cu ildə Müsavatın növbəti qurultayı olacaq və İsa Qəmbər növbəti seçkidə başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan edib. Partiyada can qoymuş funksionerlərin isə başqanlıqda gözü olması normal haldır. Necə deyərlər, general olmaq istəməyən əsgər əsgər deyil. Bununla yanaşı, indidən İ.Qəmbərin özünün varisini hazırlaması barədə deyilənlər həm təəccüblüdür, həm də o qədər də inandırıcı görünmür. Amma «yaxşısını partiya funksionerləri özləri bilirlər» deyib də, onlarla danışmağa cəhd etdik.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Müsavatın demokratik bir təşkilat olduğunu dedi: «Müsavatda bütün seçkili orqanlara seçkilər gizli keçirilir. Başqanlığa da seçkilər gizli keçiriləcək. Bu partiyada kifayət qədər təcrübəli, özünə hörmət edən siyasətçilər formalaşıb. Düşünmürəm ki, Müsavatda seçkilər hakimiyyət dairələrinin Azərbaycan cəmiyyətinə sırımaq istədiyi varislik prinsipləri əsasında keçiriləcək. Əgər Müsavat başqanlığı uğrunda ciddi, qızğın mübarizə başlayacaqsa, mən bunu yalnız müsbət hal kimi dəyərləndirərəm. Çünki hazırda Müsavat Partiyası üzərinə basqılar kifayət qədər yüksəkdir. Ana müxalifət partiyası olaraq Müsavat başqanı olmaq indi şərəfli iş olmaqla yanaşı, kifayət qədər çətin, məsuliyyətli bir mövqedir. Fikrimcə, partiya üzvləri kimi daha layiqli hesab edəcəklərsə, onu da başqan seçəcəklər».


Konkret olaraq, Qubad İbadoğlunun varis hazırlanmasına gəlincə, A.Hacılı bu haqda ilk dəfə bizdən eşitdiyini dedi: «Onunla əlaqədar nəinki rəsmi strukturlarda, heç kuluarlarda da müzakirə getməsinə rast gəlməmişəm».
Bəs A.Hacılı 2010-cu ildə Müsavat başqanlığı uğrunda yarışda kimi şanslı sayır? Bu suala onun cavabı belə oldu: «Hələ məlum deyil ki, 2010-cu ildə partiyanın qurultayı olacaq, ya yox. Yəni bu məsələnin özü də sual altındadır. Həmçinin partiya strukturlarında nizamnamə dəyişikliyi edilməsi barədə də fikirlər səsləndirilir. Amma inanmıram ki, nizamnamə dəyişikliyi olacaq. Hər halda, növbəti seçkilərdə çox yəqin ki, Müsavat Partiyasının başqanı vəzifəsində yeni adam olacaq. Bu məsələ barədə mən proqnoz vermək istəməzdim. Partiya üzvləri kimə səs verəcəklərsə, deməli, o adam da başqan olmağa ən layiqli adamdır. Əgər seçkilər demokratik keçirilirsə, insanların seçdiyi adam ən layiqli şəxs kimi qəbul olunmalıdır. Kiminsə bəyənmədiyi şəxs də partiya başqanı seçiləcəksə, deməli, həmin struktur o adama, o adam da həmin struktura layiqdir. Ona görə də bu məsələlərdə bir gərginlik mövcud deyil».
Bəs Qubad İbadoğlu bu iddialarla bağlı nə düşünür? Təəssüf ki, indi bunu öyrənə bilmədik. Çünki Qubad bəy hazırda xaricdə səfərdədir.


Geri dön

nice_angel

  • 21 iyul 2011 23:56
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
xebere gore twk

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

AliNikA

  • 6 iyul 2011 16:07
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

NELLY19

  • 6 iyul 2011 12:58
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

aid_fanatka

  • 6 iyul 2011 12:39
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

R.M_FaNaTka

  • 5 iyul 2011 19:28
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

CandyGirl

  • 5 iyul 2011 17:10
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

lema

  • 5 iyul 2011 13:49
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Xeberde sehv olub yadaki köhne xeberdi.çünkü yazılmışdıki 2010-cu ilde gedecek.İndi ise 2011-ci ildir.Siyasetnen maraqlanmıram.eziyyete göre Teşekkürler...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

::..ONSLAUGHT::..

  • 5 iyul 2011 11:53
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 5 iyul 2011 11:29
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Sirli Melek

  • 5 iyul 2011 11:28
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
XƏBƏRƏ GĞRƏ TŞK
SİYASƏT MƏNLİK DEYİL

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 7
Cəmi: 23

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}