“Qaz müharibəsində”ində yeni həmlə

 
“Qaz müharibəsində”ində yeni həmlə


Türkiyə bu, günlərdə Xəzər regionunun qaz ehtiyatları uğrunda gedən geosiyasi rəqabətin mərkəzində yer alacaq. Əvvəlcə Rusiyanın baş naziri Vladimir Putin, onun ardınca isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Ankarada səfərdə olacaqlar. Hər iki səfərdə müzakirə ediləcək əsas məsələ bəllidir: Türkiyədən keçməli olan “Nabucco” qaz kəməri və bu layihəyə qarşı olan Rusiyanın Türkiyəni alternativ “Cənub axını”na qoşmaq səyləri.
Xəbərlərə görə, Putinin sabah Ankaraya birgünlük səfəri gözlənilir. Türkiyə mətbuatı bunu ölkəyə son aylarda edilən ən önəmli ziyarət hesab edir. Gözlənilir ki, Putinin səfəri Avropada və ABŞ-da da yaxından izlənəcək.
“Milliyet” qəzetinin yazdığına görə, Putinin səfəri zamanı başlıca müzakirə mövzularından birinin “Nabucco” qaz kəməri olacağına şübhə yoxdur. İlk baxışdan Türkiyə ilə Rusiya enerji məsələsində rəqibdir. Çünki Türkiyə Rusiyanın qarşı olduğu “Nabucco” layihəsinin həyata keçirilməsinə çalışır və bu layihənin əsas iştirakçılarından biridir. Ancaq Rusiya “Nabucco”nun baş tutmaması üçün Türkiyəyə sərfəli əməkdaşlıq da təklif edir. Ötən ay Türkiyə tərəfinə Rusiyanın həyata keçirmək istədiyi alternativ “Cənub axını” qaz kəməri layihəsinə qoşulmaq təklifi verilib. Rusiya tərəfi bu layihədə iştirak edərsə Türkiyənin regional enerji mərkəzinə çevrilməsinə şərait yaratmağı vəd edir. Digər tərəfdən, Rusiya artıq mövcud olan “Mavi axın” qaz kəmərinin Türkiyənin Ceyhan limanına qədər uzadılmasını təklif edib. Bu təklif qəbul olunsa Türkiyə Rusiya qazı üçün tranzit ölkəsinə çevrilə bilər.
Rusiyanın “Cənub axını” layihəsində Türkiyənin iştirakının nədən ibarət ola biləcəyi hələ açıqlanmır. Ancaq mətbuata sızan məlumatlara görə, Rusiya bu kəmərin bir qolunun Türkiyədən keçməsini təklif edib. Nəzərdə tutulur ki, həmin qolla Rusiya qazı ilə yanaşı İran qazı da nəql olunsun. Məsələ ondadır ki, “Nabucco” kəməri hələlik İran qazı üçün bağlıdır, ancaq bundan fərqli olaraq İran qazı Türkiyə üzərindən “Cənub axını” ilə nəql edilə bilər. Avropa İttifaqında Rusiyanın təkliflərinin əslində nəyə hesablandığını əvvəlcədən görərək Türkiyəni ondan uzaq durmağa çağırırlar. ABŞ da İran qazının Türkiyə üzərindən dünya bazarlarına çıxarılmasına yol açan hər hansı layihəyə qarşıdır. Ancaq Türkiyədə nəzərə alırlar ki, “Nabucco” üçün hələ qaz tapmaq mümkün olmayıb. Əsas qaz mənbəyi hesab edilən Azərbaycanın bu layihəyə qoşulması məsələsi həll edilməyib. Əsas səbəblərdən biri də Türkiyə ilə Azərbaycan arasında qazın qiymətlrinə dair danışıqların çətin getməsidir. Türkiyə çalışırdı ki, Azərbaycan qazı hesabına regional enerji mərkəzinə çevrilsin-Azərbaycan qazını ucuz alıb Avropaya baha satsın. Ancaq Azərbaycan ucuz qaz mənbəyi olmaq istəmir. Xüsusən də Rusiya kimi qaza görə yüksək qiymət ödəməyə hazır müştərinin olduğu bir vaxtda. Bu səbəbdən Putinin Ankarada aparacağı danışıqların mürəkkəb keçəcəyi təxmin edilir.


Ankaranın ikinci önəmli qonağı isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov olacaq. Berdıməhəmmədovu səfərə ötən həftə Türkiyə prezidenti Abdulla Gül onunla telefon danışığı zamanı dəvət edib. Bu səfər zamanı Türkmənistanın “Nabucco”ya qoşulması məsələsi ilə bağlı danışıqların aparılacağı gözlənilir. Türkmənistan “Nabucco” üçün əsas qaz mənbələrindən biridir, ancaq bu ölkənin qazının əsas alıcısı hazırda Rusiyadır. Bununla belə, Aşqabad bəyan edib ki, hasil olunan qazın bir hissəsini “Nabucco” ilə nəql etməyə hazırdır. Ancaq Türkmənistan qazı “Nabucco” ilə nəql olunmaq üçün Xəzərin dibiylə əvvəlcə Azərbaycana çatdırılmalıdır. Xəzərin dibindən kəmər çəkilməsi isə Aşqabadla Bakı arasında mübahisələri yataqlar üstündə yenidən qızışan mübahisə fonunda müəmmalı görünür. Xəbər verildiyi kimi, bugünlərdə Türkmənistan prezidenti Azərbaycanı Xəzərdəki mübahisəli hesab olunan “Kəpəz” yatağı, habelə Azərbaycan sektorunda yerləşən və artıq istismar edilən “Azəri-Çıraq” yataqları ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə verməyi tapşırıb. Berdıməhəmmədov bəyan edib ki, məsələni danışıqlar yoluyla həll etmək imkanları artıq tükənib. Ekspertlər hesab edir ki, Aşqabadın bu addımı “Nabucco” layihəsinin perspektivlərinə zərbə vura bilər. Görünür, bunu nəzərə alaraq Türkiyə Aşqabadla Bakı arasında mübahisəni həll etmək üçün özünün vasitəçi rolunu təklif etməyə hazırlaşır.
Beynəlxalq ekspertlər də iki ölkə arasında vasitəçilik üçün Türkiyəni ən uğurlu namizəd hesab edirlər. Rəsmi Ankara hələlik bu təşəbbüsə münasibət bildirməsə də, yerli müşahidəçilər də Türkiyənin bu missiyanı uğurla yerinə yetirə biləcəyinə inanırlar. Türkiyə həm Azərbaycan, həm də Türkmənistanla sıx tarixi, etnik, mədəni və siyasi əlaqələrə malikdir. Bu baxımdan Ankara Türkmənistanla Azərbaycan arasında Xəzərin sərhəd yataqlarının delimitasiyası məsələsi ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün vasitəçilik missiyasını həyata keçirə bilər.
Digər tərəfdən, problemin həlli Türkmənistanın zəngin qaz ehtiyatlarının Türkiyə üzərindən Avropaya çıxarılmasına şərait yaradar və Ankaranın regiondakı enerji koridoru mövqeyini daha da möhkəmlədər. Azərbaycan və Türkmənistan bu gün Türkiyə ərazisindən keçməklə Xəzər regionundan Avropa İttifaqı ölkələrinə qaz nəqlini nəzərdə tutan “Nabucco” qaz kəməri üçün potensial xammal mənbələri qismində nəzərdən keçirilirlər. Ancaq hələlik regiondakı bir çox münaqişələrin həlli üçün səy göstərən Ankara Türkmənistanla Azərbaycan arasında yaranan fikir ayrılıqlarına münasibət bildirməyib.


Geri dön

iMPoSSiBLe

  • 7 iyul 2011 18:45
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
tewekkurler...

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

AliNikA

  • 6 iyul 2011 16:07
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

romantik_oglan

  • 6 iyul 2011 13:17
  • Məqalə: 0
  • Şərh: 171
  • Bal:
{awards}
twwwwwwwwwwwk

--------------------
Mircelal.Muradli

NELLY19

  • 6 iyul 2011 12:59
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

aid_fanatka

  • 6 iyul 2011 12:40
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk..............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

::..ONSLAUGHT::..

  • 5 iyul 2011 22:36
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
xebere gore twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

CandyGirl

  • 5 iyul 2011 17:15
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

lema

  • 5 iyul 2011 13:00
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Yarısını oxudum.teşekkürler...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

::..ONSLAUGHT::..

  • 5 iyul 2011 11:54
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Twkler maraqli xeberdi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 5 iyul 2011 11:17
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqli xeberdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Sirli Melek

  • 5 iyul 2011 11:13
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ TŞK

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}