Şəban Ayının Gündəlik Əməlləri

 
Şəban Ayının Gündəlik Əməlləri

Şəban Ayının Gündəlik Əməlləri

1. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının birinci gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, otuz dəfə İxlas surəsini oxusa, namazdan sonra bu duanı oxusa, İblis və onun ordusundan amanda qalar və Allah ona siddiqlərin savabını əta edər”.
“Allahummə haza ‘əhdi ‘indəkə ilə yəvmil-qiyaməh”. (İlahi bu mənim Qiyamət gününə qədər olan Sənin yanındakı əhdimdir)

2. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının ilk üç günü oruc tutub (həmin üç günün) gecələri iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on bir dəfə İxlas surəsini oxusa, Allah səma və yer əhlinin şərrini, İblis və onun qoşununun şərrini, hər bir zülmkar padşahın şərrini ondan uzaq edər. And olsun məni haqq olaraq peyğəmbər göndərənə, Allah onun yetmiş min böyük günahını bağışlayar, qəbrin əzabını və şiddətini ondan uzaq edər”.

3. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının ilk gecəsi on iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on beş dəvə İxlas surəsini oxusa, Allah ona on iki min şəhidin savabını verər, ona on iki ilin ibadətini yazar, günahlardan təmizlənər, Allah Qur’anda olan hər bir ayə müqabilində ona cənnətdə bir saray əta edər”.

4. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının üçüncü gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, iyirmi beş dəfə İxlas surəsini oxusa, Allah Qiyamət günü cənnətin səkkiz qapısını onun üzünə açar, cəhənnəmin yeddi qapısını onun üzünə bağlayar. Allah ona min zinət, min tac geyindirər”.

5. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının səkkizinci gecəsi iki rükət namaz qılsa, Birinci rükətdə bir dəfə Fatihə surəsini, beş dəfə “amənər rəsul” ayəsini, on beş dəfə İxlas surəsini; İkinci rükətdə isə bir dəfə Fatihə surəsini, bir dəfə Kəhv surəsinin 110-cu ayəsini, on beş dəfə İxlas surəsini oxusa, günahı dəryanın köpüklərindən də çox olsa, Allah onu pak halda dünyadan aparar. Sanki Tövratı, İncili, Zəburu və Qur’anı oxumuş kimidir”.
Amənər-rəsul ayəsi:
“Amənər-rasulu bima unzilə ileyhi min rəbbihi vəl mu’minun kullun amənə billahi və məla-ikətihi və kutubihi və rusulihi la nufərriqu beynə əhədin min rusilihi və qalu səmi’na və əta’na ğufranəkə rabbəna və ileykəl məsir. La yukəl-lifullahu nəfsən illa vus’əha ləha ma kəsəbət və ’əleyha məktəsəbət rəbbəna la tuaxizna in nəsinə əuv əxtana rəbbəna və la təhmil ’əleyna isran kəma həməltəhu ’ələlləzinə min qablina rəbbəna və la tuhəmmilna mə la taqətə ləna bihi və’fu ’ənna vəğfir ləna vərhəmna əntə məuvlana fənsurna ’ələl qauvmil kafirin”.
Kəhv surəsi 110-cu ayə:
“Qul innəma ənə bəşərun mislukum yuha ileyyə ənnəma ilahukum ilahun vahidun. Fəmən kanə yərcu liqaə rabbihi fəlyə’məl ’əmələn salihən və la yuşrik bi ’ibadəti rabbihi əhəda”.

6. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının doqquzuncu gecəsi dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on dəfə Nəsr surəsini oxusa, Allah onun cəsədini cəhənnəm oduna haram edər, hər bir ayə müqabilində Bədr müharibəsində şəhid olanlardan on ikisinin savabını və alimlərin svabını ona əta edər”.
Nəsr surəsi:
“Bismillahir-Rəhmanir-Rəhim. İza caə nəsrullahi vəl fəth. Vəraeytənnasə yədxulunə fi dinillahi əfvaca. Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba”.

7. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının onuncu gecəsi dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, bir dəfə Ayətəl-kürsü, üç dəfə Kovsər surəsini oxusa, Allah-təala mələklərə deyər: “Bunun üçün min savab yazın, onun dərəcəsini min dərəcə qaldırın, onun üçün min qapı açın”. Və Allah onun özünün, ata-anasının və qonşularının günahlarını bağışlayar”.
Kovsər surəsi:
“Bismillahir-Rəhmanir-Rəhim. İnna ə’tayna kəl-kəusər. Fəsalli lirəbbikə vənhər. İnnə şaniəkə huvəl əbtər”.
Ayətəl-kürsü:
“Allahu la ilahə illa huvəl həyyul qəyyum. La tə’xuzuhu sinətun və la nəvm. Ləhu ma fis-səmavati və ma fil ərz. Mən zəlləzi yəşfə’u ’indəhu illa biiznihi yə’ləmu ma beynə əydihim və ma xalfəhum və la yuhitunə bişey’in min ’ilmihi illa bima şaə vəsi’ə kursiyyuhus-səmavati vəl ərz. Vəla yəuduhu hifzuhuma və huvəl ’əliyyul ’əzim. La ikrahə fid-din. Qat-təbəyyənər-ruşdu minəl ğayy. Fəmən yəkfur bit-tağuti və yu’min billahi fəqədistəmsəkə bil ’urvətil-vusqa lənfisamə ləha. Vallahu səmi’un ’əlim. Allahu vəliyyulləzinə amənu yuxricuhum minəzzulumati ilən-nur. Vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricunəhum minənnuri iləzzulumat. Ulaikə əshabunnari hum fiha xalidun”.

8. Peyğəmbər (s.ə.a) buyurub: “Şəban ayının on birinci gecəsi səkkiz rükət namaz qılınır. Hər rükətdə bir dəfə Fatihə, on dəfə Kafirun surəsi oxunur. And olsun məni haqq olaraq peyğəmbər göndərənə bu namazı yalnız imanı kamil olan mömin qılar. Allah-təala belə bir kimsəyə, hər rükət müqabilində cənnət bağçalarından bir bağça əta edər”.
Kafirun surəsi:
“Bismillahir-Rəhmanir-Rəhim. Qul ya eyyuhəl kafirun. La ə’budu ma tə’budun. Və la əntum ’abidunə ma ə’bud. Və la ənə ’abidumma ’əbəttum. Və la əntum ’abidunə ma ə’bud. Ləkum dinikum vəliyə din”.

9. Peyğəmbər (s.ə.a) buyurub: “Şəban ayının on üçüncü gecəsi iki rükət namaz qılınır. Hər rükətdə bir dəfə Fatihə, bir dəfə Tin surəsi oxunur. Bu namazı qılan kimsə İsmail övladlarından olan iki yüz qulu azad etmiş kimidir, anadan olduğu gün kimi günahlardan pak olar. Allah onu cəhənnəmdən uzaq edər, Mühəmməd (s.ə.a) və İbrahimlə (ə) yoldaş olar”.
Tin surəsi:
“Bismillahir-Rəhmanir-Rəhim. Vəttini vəzzeytun. Və turi siynin. Və hazəl bələdil-əmin. Ləqəd xələqnəl-insanə fi əhsəni təqvim. Summə rədədnahu əsfələ safilin. İlləlləzinə amənu və ‘əmilus-salihati fələhum əcrun ğeyru məmnun. Fəma yukəzzibukə bə‘du biddin. Əleysallahu biəhkəmil hakimin”.

10. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının on dördüncü gecəsi dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, beş dəfə Əsr surəsini oxusa, Allah-təala Adəmdən Qiyamətə qədər namaz qılanların savabını ona yazar. Allah-təala Qiyamət günü onu elə bir halda dirildər ki, üzü günəş və aydan daha parlaq olar və onun günahlarını bağışlayar”.
Əsr surəsi:
“Bismillahir-Rəhmanir-Rəhim. Vəl ‘əsr. İnnəl insanə ləfi xusr. İlləlləzinə amənu və ‘əmilussalihati vətəva səv bil həqqi vətəva səv bissabr”.

11. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının on beşinci gecəsi şam və xiftən namazları arasında dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə və on bir dəfə İxlas surəsini oxuyub namazdan sonra:
On dəfə “Ya rəbbiğfir ləna” (Ey rəbbim bizi bağışla)
On dəfə “Ya rəbbirhəmna” (Ey rəbbim bizə rəhm et)
On dəfə “Ya rəbbi tub əleyna” (Ey rəbbim bizim tövbəmizi qəbul et)
Sonra iyirmi bir dəfə İxlas surəsini oxuyub, daha sonra on dəfə
“Subhanəlləzi yuhyil movta və yumitul əhyaə və huvə əla kullu şey’in qədir” (Pakdır o Allah ki, ölüləri dirildər, diriləri öldürər və O hər şeyə qadirdir) - duasını oxusa, Allah bunu qəbul edib, onun dünya və axirət barəsində olan istəklərini yerinə yetirər. Onun kitabını sağ əlinə verər, gələn ilə qədər Allahın amanında olar”.

12. Bir nəfər İmam Baqirdən Şəban ayının on beşinci gecəsinin fəziləti haqqında soruşdu.
İmam buyurdu: “Bu gecə, Qədr gecəsindən sonra ən üstün gecədir. Bu gecədə Allah öz fəzli ilə bəndələrinə əta edər, onları bağışlayar. Buna görə də bu gecədə Allaha yaxınlaşmağa çalışın. Allah bu gecədə Ondan istəyəni boş geri qaytarmaz. Buna görə də bu gecədə Allaha çox dua edin. Kim bu gecədə yüz dəfə “Subhanallah”, yüz dəfə “Allahu Əkbər” və yüz dəfə “La ilahə illallah” desə, Allah onun keçmiş günahlarını bağışlayar. Allah onun dünya və axirət istəklərini qəbul edər – o istəklər ki, Allahdan istənilər, həmçinin Allah-təala öz fəzliylə istənilməyən duaları da qəbul edər”.

13. Peyğəmbər (s.ə.a) buyurub: “Şəban ayının on altıncı gecəsi iki rükət namaz qılınır, hər rükətdə bir dəfə Fatihə, bir dəfə Ayətəl-kürsi, on beş dəfə İxlas surəsi oxunulur. Allah-təala mənə demişdir: “Kim bu iki rükəti qılsa, peyğəmbərliyə görə sənə əta etdiyimi ona da əta edərəm və onun üçün cənnətdə min qəsr bina olar”.”.

14. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının on səkkizinci gecəsi on rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, beş dəfə İxlas surəsini oxusa, Allah belə bir şəxsin bu gecədə istədiyi hər bir diləyini yerinə yetirər. Əgər bu ildə ölsə şəhid kimi ölmüşdür”.

15. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayını on doqquzuncu gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, beş dəfə Mülk ayəsini (Ali-İmran, 26-27) oxusa, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar, bundan sonra qılacağı namazları qəbul edər. Əgər onun ata-anası cəhənnəmdə olsa, Allah onları oradan xaric edər”.
Mülk ayəsi:
“Qulillahummə malikəl mulki tu’til mulkə mən təşau və tənzi’ul mulkə min-mən təşau və tu’izzu mən təşau və tuzillu mən təşau biyədikəl xeyr. İnnəkə ’əla kulli şey`in qadir. Tulicul leylə fin nəhari və tulicunnəharə fil-leyli və tuxricul həyyə minəl məyyiti və tuxricul məyyitə minəl həyy və tərzuqu mən təşau biğeyrihisab”.

16. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirminci gecəsi dörd rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on beş dəfə Nəsr surəsini (Bax-səhifə 3) oxusa, and olsun məni haqq olaraq peyğəmbər göndərənə ki, belə bir şəxs cənnətdəki yerini yuxuda görməyənə qədər dünyadan köçməz və o, Qiyamət günü ən hörmətli şəxslərlə birgə məhşərə gələr”.

17. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi birinci gecəsi səkkiz rükət namaz qılsa, hər rükətdə Fatihə, İxlas, Fələq və Nas surələrini (hamısını bir dəfə) oxusa, Allah ona ulduzların sayı qədər savab yazar, onun dərəcəsini yüksəldər, onun pis əməllərini (əməl dəftərindən) silər”.
Fələq surəsi:
“Bismillahir-Rəhmanir-Rəhim. Qul ə’uzu birabbil fələq. Min şərri ma xaləq. Və min şərri ğasiqin iza vəqab. Və min şərrin-nəffasati fil ’uqad. Və min şərri hasidin iza həsəd”.
Nas surəsi:
“Bismillahir-Rəhmanir-Rəhim. Qul ə’uzu birabbin-nas. Məlikin-nas. İlahin-nas. Min şərril vas-vasil xan-nas. Əlləzi yuvasvisu fi sudurin-nas. Minəl cinnəti vən-nas”.

18. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi ikinci gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, bir dəfə Kafirun (Bax-səhifə 5), on beş dəfə İxlas surəsini oxusa, Allah onun adını siddiqlərin cərgəsində yazar, Qiyamət günü o, mürsəl peyğəmbərlərlə bir zümrədə gələr və Allahın pənahında olar”.

19. Peyğəmbər(s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi üçüncü gecəsi otuz rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, bir dəfə Zəlzələ surəsini oxusa, Allah onun qəlbindən kini və xəyanəti götürər və o, elə şəxslərdən olar ki, Allah onların qəlbini İslam dini üçün açıb genişləndirmişdir. Qiyamət günü Allah onu qəbirdən diriltdikdə onun üzü on dörd gecəlik ay kimi parlaq olar”.
Zəlzələ surəsi:
“Bismillahir-Rəhmanir-Rəhim. İza zulzilətil ərzu zilzaləha. Və əxracətil ərzu əsqaləha. Və qaləl insanu ma ləha. Yəuvmə izin tuhəddisu əxbaraha. Biənnə rabbəkə əuvha ləha. Yəuvmə izin yəsdurunnəsu əştatən liyurav ə’maləhum. Fəmən yə’məl misqalə zərrətin xayran yarah. Və mən yə’məl misqalə zərratin şərran yərah”.

20. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi dördüncü gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on dəfə Nəsr surəsini (Bax-səhifə 3) oxusa, Allah onu cəhənnəmdən və qəbr əzabından xilas edib, onun hesabını yüngül edər, və Adəmi, Nuhu və sair peyğəmbərləri ziyarət edər və o, şəfaətə nail olar”.

21. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi beşinci gecəsi on rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, bir dəfə Təkasur surəsini oxusa, Allah ona əmr be məruf və nəhy əz münkər edənlərin savabını yazar və yetmiş peyğəmbərin savabını ona əta edər”.
Təkasur surəsi:
“Bismillahir-Rəhmanir-Rəhim. Əlha kumuttəkasur. Hətta zurtumul məqabir. Kəlla səuvfə tə’ləmun. Summə kəlla səuvfə tə’ləmun. Kəlla ləuv tə’ləmunə ’ilməl-yəqin. Lətaravunnəl cəhim. Summə lətaravunnəha ’əynəlyəqin. Summə lətus əlunnə yəuvmə izin ’ənin-nə’im”.

22. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi yeddinci gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on dəfə Ə’la surəsini oxusa, Allah ona min-min savab yazar və ondan min-min günahı silər, onun dərəcəsini min-min dəfə artırar, onun başına nurdan tac qoyar”.
Ə’la surəsi:
“Bismillahir-Rəhmanir-Rəhim. Səbbihismə rabbikəl ə’la. Əlləzi xaləqa fəsəvva. Vəlləzi qaddəra fəhəda. Vəlləzi əxracəl mər’a. Fəcə’ələhu ğuşaən əhva. Sənuqriukə fəla tənsa. İlla ma şa allahu innəhu yə’ləmul cəhra və ma yəxfa. Və nuyəssirukə lil yusra. Fəzəkkir in-nəfə’ətiz-zikra. Səyəzzəkkəru mən yəxşa. Və yətəcənnəbuhəl əşqa. Əlləzi yəslənnaral kubra. Summə la yəmutu fiha və la yəhya. Qad əfləhə mən təzəkka. Və zəkərasmə rabbihi fəsalla. Bəl tu’sirunəl həyatəd-dünya. Vəl axirətu xayrun və əbqa. İnnə haza ləfis-suhufil uvla. Suhufi ibrahimə və musa”.

23. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi səkkizinci gecəsi dörd rükət namaz qılsa, hər rükətdə Fatihə, İxlas, Fələq (Bax-səhifə 9) və Nas (Bax-səhifə 9) surələrini (hərəsini bir dəfə) oxusa, onun üzü on dörd gecəlik ay kimi nur saçan halda Allah onu qəbirdən dirildər və Allah təala Qiyamət gününün dəhşətini ondan uzaq edər”.

24. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının otuzuncu gecəsi iki rükət namaz qılsa, hər rükətdə bir dəfə Fatihə, on dəfə Təkasur surəsini (Bax-səhifə 10) oxusa, namazdan sonra yüz dəfə salavat desə, and olsun məni haqq olaraq peyğəmbər göndərənə, Allah nəim cənnətində onun üçün min-min şəhər qaldırar, əgər göy və yer əhli bunun savabını saymaq üçün bir yerə yığışsalar saya bilməzlər, Allah onun min hacətini yerinə yetirər”.

Şəban Ayının Gündəlik Əməlləri


Geri dön

iMPoSSiBLe

  • 7 iyul 2011 18:35
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
ALLAH razi olsun...

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

romantik_oglan

  • 6 iyul 2011 12:59
  • Məqalə: 0
  • Şərh: 171
  • Bal:
{awards}
tesekkurler

--------------------
Mircelal.Muradli

NELLY19

  • 6 iyul 2011 12:48
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

Inciciceyi

  • 6 iyul 2011 10:38
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

sevgi_meleyim.

  • 5 iyul 2011 22:58
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Butun serh yazanlara tsk. ALlah razi olsun Cumlemizden.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

::..ONSLAUGHT::..

  • 5 iyul 2011 22:30
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
ALLAH razı olsun!

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

MuslimGirl

  • 5 iyul 2011 21:41
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH razı olsun!

aid_fanatka

  • 5 iyul 2011 18:01
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
tesekkurler

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

::..ONSLAUGHT::..

  • 5 iyul 2011 17:57
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

CandyGirl

  • 5 iyul 2011 17:06
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

lema

  • 5 iyul 2011 16:43
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Sesli_girl

  • 5 iyul 2011 16:41
  • Məqalə: 7
  • Şərh: 100
  • Bal:
{awards}
Xebere gore tewekkurler...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 37

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}