Bəşirət nədir və necə əldə edilir?

 
Bəşirət nədir və necə əldə edilir?

Bəsirətin mənası - bilikli olmaq, görmək, qəlbən görmək, zirəklik və yəqinlik deməkdir. Alimlərin yanında isə bəsirət - yəni qəlbin güc qüvvəsidir ki, həqiqətləri tanımaq üçün zatın batininə nüfuz edir. Bəzi mərifət əhli deyir: “Bəsirət - qəlbin qüvvəsi və ya daxili bir gücdür ki, İlahi nur ilə nurlandırılmış və bəsirət Sahibinin sayəsində həqiqətləri dərk edir”.

Bəşirət nədir və necə əldə edilir?

Zahiri nur ilə batini nur arasındakı fərq böyükdür

1. Zahiri nurun işi insanın görmək qabiliyyəti ilədir. Günəş, Ay və lampa yanaraq, gözə kömək edir ki, ətrafındakı cisimləri görsün. Ona görə də əgər insan kardırsa, ya da danışığında naqislik varsa, Günəşin nurunun düşməsi ilə problemi həll olmayacaqdır. Ancaq batini nur ilə insanın həm batini, həm mənəvi problemləri həll olar və bütün dərdlərinə çarə tapar.

O kəsin ki, qəlbini aydınlaşdırar, bədəni o qədər nurani olar ki, həm ayıq və yatmış halındakı yaxşı səhnələri görər, həm də yaxşı səsləri eşidər.

2. İnsanın iki siması vardır: zahiri və batini siması. Allah zahiri görmək üçün insana göz vermişdir. Bəşər yarandığı gündən gözünün nuru ilə ətrafında olanların hamısını görür. Ancaq batinini görmək üçün batinində göz qərar verilmişdir ki, bu da bəsirətdir. Onun vasitəsilə istedad nuru fəaliyyətə başlayır.

“Cameyi əsrar” kitanbının müəllifi yazır: “Allahın sözünün mənası (“Nur” surəsi 35, 40) o deməkdir ki, Haqqın nuru hasil olsun və cana və qəlbə nur saçsın. Onda bu zaman bəsirət yaranacaqdır və Haqqın nuru bəsirət gözünün sürməsidir. Onun bütün səyləri Haqqın razılığını əldə etmək üçündür. O, istəyir ki, Haqqın nuru qəlbinə şölə salsın.

Bəşirət nədir və necə əldə edilir?

Bəsirəti necə əldə etmək olar?

Bəsirəti əldə etmək üçün nəfsin islahı və tərbiyəsi ilə məşğul olmaq lazımdır. Havayi-nəfslə mübarizə aparmaq, ruhu günah zəncirlərindən azad etmək, qəlb aynasını tövhid nuru ilə şəfaf və lətafətli etmək lazımdır. Bu sirat yoludur ki, qəlbin görməsinə mane olan hicabı qaldırır və insan qeybdən ilham almağa başlayır, qeyb aləmi ilə bağlı kəşflər edir.

1. Tövbə: Nəfsin islahı və bəsirətin əldə edilməsi üçün ilk yoldur. İnsan gərək öz günahlarına görə tövbə etsin, həm Həqallah və həm də həqqun-nası verə bilsin.

2. Allahı zikr etmək: Dilində, qəlbində və əməlində zikr etmək. Əmirəl-möminin (ə) buyurur: “Hər kim Allahı yada salar - bəsirət əldə edər”.

3. Alimlərlə oturub-durmaq: Bəsirətə malik alimlərlə oturub-durmaq. İmam Əli (ə) buyurur: “Alimlərlə otur ki, agahlıq tapasan (gözün açılsın)”.

4. Zəka: Eşitdiyi hər bir xəbəri o saat qəbul etmir. Onun haqqında fikirləşir və onu ağıl süsgəcindən keçirir. Bəsirət əldə edir. Çünki uzaqgörənlik və hər bir işi düşünərək etməyi bəsirətə gətirib çıxarır.

5. Zahidlik: Zahidlik və dünyaya bağlanmamaq bəsirətə gətirib çıxarır.

6. Allahla rabitədə olmaq: Allaha olan mərifətin artması, Quranla, onun mənası və maarifi ilə rabitədə olmaq, Məsumlara (ə) təvəssül etmək, xəlvətdə Allaha dua etmək. Xüsusilə də gecə namazı insanın bəsirətini açır və insanın qeybdən ilham almasına səbəb olur.

Bəşirət nədir və necə əldə edilir?

Bəsirətin dərəcələri

Bəsirətin dərəcələri vardır. Ən uca məqamında Məsumlar (ə) durur. Əmirəl-möminin (ə) buyurur: “Əgər bütün pərdələr aşağı düşərsə, heç bir şey mənim yəqinimə əlavə olmayacaqdır”.

Ancaq başqaları da bəsirət əldə edə bilərlər. Əgər insan batini nurunu Allah vermiş fitrətdən çıxara bilsə, gözü və qulağı açılar. Allahın nişanələrini qəlb gözü ilə görə bilər. Varlıq aləminin təsbihini eşidə bilər. Zahiri ilə görə bilmədiyi bir çox şeyləri bəsirət gözü ilə müşahidə edə bilər. Hətta cəhənnəmin səsini eşidə bilər. Belə ki, Quran buyurur: “Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz, şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz). Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz”. (“Təkasur” 5-6-7).

Bəşirət nədir və necə əldə edilir?

Bəsirətin təsiri

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə deyilir ki, hər bir bəndənin qəlbinə iki göz qoyulmuşdur. Onların vasitəsilə qeybi görər. Allah bəndəsinə yaxşılıq etmək istəyəndə qəlbinin iki gözünü açar və onların vasitəsilə zahiri gözündən gizlənən şeyləri görə bilər.

Bəsirət sahibi olan səhabələrdən biri də Haris ibni Malik ibni Neman Ənsari idi. Peyğəmbər (s) ondan soruşur: “Necəsən və hansı haldasan?”. Ərz edir: “Mömin və yəqin əhliyəm.” Peyğəmbər (s) buyurur: “Yəqinliyinin və imanının əlaməti nədir?”. Ərz edir: “Zahidlik və dünyadan uzaqlaşmağım səbəb olmuşdur ki, gecələrim oyaq və gündüzlərim susuz keçsin. Ona görə də elə dərəcəyə çatmışam ki, sanki Allahın sorgu-sual etmək üçün qurduğu ərşi görürəm. Behişt əhli bir-birini ziyarət edir və cəhənnəm əhlinin dəhşətli səsini atəşin içindən eşidirəm”. Peyğəmbər (s) buyurdu: “Bu bəndənin qəlbini Allah aydınlaşdırmışdır. Bu İlahi nurun vasitəsilə bəsirət sahibi olmusan. Onu qoru”.

Bəli, bu bəsirətdir ki, insan fitrətindən büruzə olur və əgər onun İlahi mənbəyi (fitrət) canlı basdırılmasa, havayi-nəfslərin qabarı üzərini örtməsə, bəsirət gözü açılacaqdır. Ancaq əgər günahın zülmətində gizlənərsə, insan həqiqəti görməyəcəkdir. Nuru olmadığından özünü itirəcəkdir. Bir müddətdən sonra isə özünü tamamilə yaddan çıxaracaqdır.


Geri dön

Inciciceyi

  • 7 iyul 2011 09:24
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

CandyGirl

  • 6 iyul 2011 22:38
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

tewekkur edirem

--------------------

NELLY19

  • 6 iyul 2011 18:25
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

aid_fanatka

  • 6 iyul 2011 18:12
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
tesekkurler

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

lema

  • 6 iyul 2011 18:10
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

ŞƏHLA

  • 6 iyul 2011 17:12
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
ALLAH SIZDEN RAZI OLSUN

smile

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}