I ♥ Colours

 
I ♥ Colours

İnsan xarakterini rəng seçimi ilə müəyyən etmək olur?
Rənglərin insanın həyatında rolu danılmazdır. Dünyanı rəngli görmək böyük xoşbəxtlikdir. Rəngsiz insan həyatı darıxdırıcı və gəmgin olardı. Üstəlik, insan rəngləri görmək qabiliyyətini anadan olandan bir müddət sonra əldə edir.

I ♥ Colours

Uşaq rəngləri hansı ardıcıllıqla seçir?
Rəngli dünya uşaq üçün müəyyən ardıcıllıqla açılır. Əvvəl o, qırmızı, sarı və yaşıl, sonra isə bənövşəyi, göy və mavi rəngləri seçməyə başlayır. Ola bilsin ki, bu, Günəş spektrində olan hər bir rəngin müxtəlif dalğa uzunluğuna malik olması ilə bağlıdır. Qırmızı rəng ən uzun, atmosferdən keçəndə isə ən az dağılan rəngdir. Bunun ardınca narıncı, sarı və yaşıl gəlir. Bənövşəyi, göy və mavi rənglər görünən işığın ən qısa dalğalı hissəsidir.

I ♥ Colours

Rənglər hansı mənanı verir?
Qədim zamanlardan hər bir konkret rəngə müəyyən məna verilib. Dünyamızın rəngləri bizə təkcə psixoloji və emosional təsir etməklə qalmır, xarakter və sağlamlığımızda da iz qoyur. Deyilənə görə, orta əsrlərdə həkimlər bunu bilib və və bir sıra xəstəliklərin müalicəsində xromoterapiyadan istifadə ediblər.
Ətrafdakı rənglər insanın xarakteri və əmək fəaliyyətindən asılı olaraq onun iş qabiliyyətinə təsir edir. Yeri gəlmişkən, artıq müəyyən edilib ki, quşların və həşəratların çoxu göy və mavi rəngdən qorxur.

I ♥ Colours

Rənglərin sağlamlığa təsiri.
Artıq o da məlumdur ki, rənglər ürək damarlarının yığılma ritminə, nəfəs tezliyinə, arterial təzyiqə və əzələ gərginliyinə təsir edir. Belə ki, sarı otaqda nəbz normal, mavidə yavaş olur, qırmızıda isə döyünmə artır. Əgər gözləri bağlı adamın üstünə qırmızı işıq salsan, o qollarını yana açmağa çalışır, göy rəng salsan, əllərini bir yerə yığmağa çalışır. Bu, beyin strukturunun aktivləşmə dərəcəsi ilə bağlıdır: qırmızı rəngin oyandırıcı effekti göy rəngdən daha çoxdur.

Hər rəngin öz mənası var.

Həssaslıq və mistika rəngi – bənövşəyi.
Bənövşəyi rəng çox güclü təsirə malikdir. O, gecə, sirr, mistika, inam, sadəlik, dözümlülük, kədər, fəlakət, qocalıq rəmzidir. Bu rəngə üstünlük verənlər həssas, tez inanan və qıcıqlanan olur. Bu rəngi seçənlər təsir bağışlamağı xoşlayan və özləri də tez təsirlənən olurlar. Eyni zamanda kənardan özlərinə baxmaq qabiliyyətinə də malikdirlər. Hər zaman köməyə ehtiyacları olur.

I ♥ Colours

Fəallıq və dinamizm rəngi – qırmızı.
Qırmızı rəng kişi rəngi hesab edilir. Bu, həyat rəngidir. Eyni zamanda fəallıq, enerji, dinamizm, güc, mətanət, əzm, həmçinin məhəbbət, ehtiras və qəzəb rəmzidir. Qırmızı ilə ağ rəngin ahəngi təmizlik və harmoniya assosiasiyası yaradır. Qırmızı ilə yaşıl isə bir yerdə olmamalıdır.
Qida qəbul olunan otaqda qırmızı rəngin olması iştahı artırır. Bu rəng əsəb sisteminə ağrıkəsici təsir edir, həzm prosesini nizama salır. Məhz bu səbəbdən məsuliyyətli yarışlardan əvvəl idmançılara qırmızı eynək taxmaq tövsiyə olunur. Qırmızı rəngi xoşlayan uşaqlar səmimi və fəaldırlar.

I ♥ Colours

Optimist və romantiklərin rəngi – çəhrayı.
Çəhrayı optimizm rəngidir. Onun psixoloji gücü qırmızıdan zəifdir. Bu rəngi sevənlər qırmızı rəngi xoşlayanların edə biləcəyi işi başlamır, başlasa da, sona çatdırmır. Bu, daha çox balaca qızların rəngi hesab edilir. Bu rəng məhəbbəti, incəliyi, zəifliyi, cəsarətsizliyi, sentimentallığı və cazibədarlığı təcəssüm etdirir. Çəhrayı rəng insanın daxili gərginliyini azaldır. Məhz bu səbəbdən inkişaf etmiş ölkələrin həbsxanalarında daha temperamentli məhbusları çəhrayı rəngə boyanmış kameralarda yerləşdirməyə çalışırlar.
Əgər yaşa dolmuş qadın geyimində çəhrayı rəngə üstünlük verirsə, deməli, o romantik, optimist və xudbindir. O qədər məsuliyyətli deyil və işini digərlərinin üzərinə ata bilər. Özünü müdafiəsiz qız kimi hiss edir, ya da elə təsəvvür yaratmaq istəyir.

I ♥ Colours

Həyata keçməmiş ümidlərin və avantüristlərin rəngi – sarı.
Sarı rəng elm, müşahidə və analizlə bağlıdır. Öz keyfiyyətlərinə görə sarı var-dövlət, arzu, fantaziya, cəsarət, sevinc, yaxınlıq, dostluq, gənclik, həmçinin paxıllıq və qısqanclıq rəngidir. Bulanıq sarı rəng kədər, qəm deməkdir.
Sarı rəngə boyanmış otaqda çox qalanda kəskin baş ağrılar yarana bilər. Sarı rəng xəstənin həkim qarşısında qorxusunu azaldır. Depressiyadan müalicə olunanlar bu rəngi daha yaxşı qavrayır. Sarı rəng tonusu qaldırır. Alkoqolizmdən əziyyət çəkənlər sarını həyata keçməmiş ümidlərin rəngi hesab edərək rədd edir. Sarı rəngi xoşlayan uşaqlar yaradıcılığa daha meylli olurlar. Onlar təklikdə oynamağı, abstrakt oyuncaqları sevir. Belə uşaqlar böyüyəndə azad, orijinal və fərqli düşünən olur. Geyimində sarı rəngə üstünlük verənlər avantürist və xülyaçı olur. Bu insanlar hamı ilə dil tapmağı bacarır, xəyallara dalmağı və qeybəti xoşlayır.

I ♥ Colours

Şöhrətpərəstlərin və etibarsızların rəngi – narıncı.
Narıncı paklıq və sağlamlıq rəngidir. Öz keyfiyyətlərinə görə bu rəng qızmar isti, enerji, yetkinlik, sevinc və mehribanlıq simvoludur. Qara və narıncı rənglərin ahəngi qəhrəmanlıq və cəsurluq rəmzidir. Narıncı və mavi rəngləri birləşdirmək olmaz. Yeməkdən sonra narıncı rəngə boyanmış otaqda olmaq mədənin işini yüngülləşdirir. Eyni zamanda burada yemək yeyilərsə, bu rəng mədə ağrılarına səbəb ola bilər. Narıncı rəngə üstünlük verən uşaqlara çox az rast gəlinir. Onlar tez qıcıqlanır, heç bir səbəb olmadan qışqırır və dava salır. Bu səbəbdən narıncı rəngin artıq olması zəhlətökənlik, xoşagəlməzlik, hirs və boşluğa səbəb olur. Bu rəngi daha çox optimistlər, enerjili adamlar sevir. Onlar daim yeniliyə can atırlar. Bu rəngi seçən qızlar etibarsız və yüngül xasiyyətli olurlar. Onların sədaqətsizliyi ailələrində də problem yaradır. Geyimdə bu rəngdən bol istifadə edən şəxslər şöhrətpərəst olur və özlərini gözə soxmağı xoşlayır.

I ♥ Colours

Sağlamlıq rəngi – yaşıl.
Yaşıl sağlamlıq və elastik gərginlik rəngidir. Psixoloji cəhətdən bu rəng özünü iradə, inadkarlıq və daimilikdə göstərir. Yaşıl rəngi seçənlər öz fikirlərinin və məsləklərinin zəfər çalmasını istəyir. Özlərini sarsılmaz və əsas prinsiplərin daşıyıcısı hesab edirlər. Sayılıb-seçilməyə, ətrafdakıların etiraz və müqavimətinə baxmayaraq, tutduqları mövqeyin hamı tərəfindən qəbul edilməsinə çalışırlar. Bu rəngdən bir sıra ruhi sarsıntıların müalicəsində, isteriya və əsəb yorğunluğunda istifadə edilir. Yaşıl rəngi sevən uşaqlar o qədər də çox deyil. Onlar özlərini atılmış hiss edirlər, hər zaman nəvazişə ehtiyac duyurlar.

I ♥ Colours

Məsumluq və həqiqət rəmzi – mavi.
Mavi kosmik ruh, həqiqət rəmzidir. Bu, məsumluk, sülhsevərlik, sakitlik və firavanlıq deməkdir. Mavi oğlanların rəngi sayılır. Bu rəngdə azadlıq, qayğısızlıq, qeyri-məcburilik, dostluk, şəraitin dəyişməsinə meyl var. Uşaq yaşlandıqca bu cizgilər qalarsa, belə gənclər dənizçi və təyyarəçi olur. Yeniyetməlik və gənclik çağlarında bu rəngi oğlanlardan daha çox qızlar xoşlayır.

I ♥ Colours

Müdriklik və sədaqət rəngi – göy.
Göy müdriklik, sədaqət, soyuqluq, ehtirassızlıq, sakitlik rəngidir. Bu rəngi seçən uşaqlar sakit, təmkinli olur, hər şeyi tələsmədən edir, divanda kitabla uzanmağı, düşünməyi, götür-qoy etməyi sevir. Onlar özlərini qurban verməyə meyllidir. Almaqdan daha çox verməyi xoşlayırlar. Təsadüfi deyil ki, göy rənglərə meylliləri qırmızı rənglə ürəkləndirir, qırmızıya meylliləri isə göy rənglə sakitləşdirirlər. Göy rəngdən imtina o deməkdir ki, adam güclü emosional yükləmədən sonra rahatlığa can atır. Buna ehtiyac var.

I ♥ Colours

Depresiyaya meylli olanların rəngi – qara.
Qara zülmət, hüzr, ölüm, ağırlıq rəmzidir. O ağırlaşdırır, yanındakı rəngi təsirini artırır. Uşaqlara belə rəngdən istifadə etmək məsləhət deyil. Uşağın bu rəngə meyl etməsi onun ağır psixikasından və həyatını tamamilə dəyişmiş stressdən xəbər verir. Qara rəngə meylin artması uşağın psixoloji vəziyyətinin ağırlaşmasından xəbər verir. Psixoloqların bəziləri bu rəngə üstünlük verən insanların reallığı neqativ qəbul etdiyini deyir. Onlarda özlərinə inam olmur. Depressiyalara meyl edirlər. Digər psixoloqlar isə əksinə, bu rəngə üstünlük verənlərin inadkar və kompromissiz olmasını, gizli, ehtiraslara meyl etdiyi düşünür.

I ♥ Colours

Pessimistlərin və skeptiklərin qaçdığı rəng – ağ.
Ağ təmizlik, məsumluk, təravət, sərinlik, düzgünlük və aydınlıq rəmzidir. Bu rəngi ancaq istisnalı həyat situasiyalarında sevmək olur. Məsələn, uzun müddət xəstəxanada olanda və həyat tərzini dəyişəndə. Göz qamaşdırıcı ağ rəng hətta bayılmaya səbəb ola bilər. Bu rəng eyni zamanda boşluq rəngidir. Ağa çox baxanda insan tez yorulur. Ağ rəngi sevənlər ilk növbədə çox səliqəli olur. Bu rəngi istənilən xarakterli insanlar seçə bilər. Lakin pessimistlər və skeptiklər bu rəngdən qaçır.

I ♥ Colours

Hirs və lovğalıq rəngi – boz.
Bu rəng lovğalıq, yorğunluq rəngidir. Boz rəngi xoşlayan uşaqlar o qədər də çox deyil. Bunlar, adətən, sakit, qorxaq, qapalı uşaqlardı. Daxilən çox qaynayandılar. Ətrafdakılar onları sakit, dərrakəli, ciddi hesab etsələr də, yaxın adamların əhatəsində xudbin və dəlisov olurlar. Bu rəngi sevən qadınlar ağıllı, heç kəsə inanmayan və qərarsız olurlar. Lakin əgər hər hansı bir insanla və ya işlə maraqlansalar, bu, ömürlərinin axırına qədər davam edir.

I ♥ Colours

İkrah doğuran rəng – qəhvəyi.
Qəhvəyi ağır, kobud və ikrah hissi doğuran rəng hesab edilir. Bu rəng dağılmaq, ölüm, heyvani hisslər və alçaq istəklərdən xəbər verir və çox darıxdırıcı rəng hesab edilir. Adətən, sakit və sakitliyə can atan qadınlar bu rəngi xoşlayır. Onlar bir qədər mühafizəkar, böyüklərə hörmətlə yanaşan olur.

I ♥ Colours

Mənzilin rənginin işə təsiri güclüdür.
Otaqları boyayarkən insanın bioloji tələbatı nəzərə alınmalıdır. Bu daha çox divar kağızı və pərdələrə aiddir. Ailə üzvlərinin birinin daha çox vaxt keçirdiyi, kitab oxuduğu, zehni işlə məşğul olduğu otaqda yaşıl rəngə üstünlük vermək, göy və mavi rəngdən istifadə etməmək məsləhətdir. Əks halda bu otaqda çalışan yuxuya meyl edər. Artıq sübut olunurb ki, mavi rəng rahatlıq və yuxu gətirir. Bu səbəbdən də yataq otaqlarını bu rəngə boyamaq məsləhətdir.


Geri dön

barbie aytac

  • 11 iyul 2011 16:22
  • Məqalə: 15
  • Şərh: 107
  • Bal:
twk...........

Inciciceyi

  • 7 iyul 2011 09:17
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 6 iyul 2011 20:03
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
thank you..

--------------------

breaking dawn

  • 6 iyul 2011 19:37
  • Məqalə: 12
  • Şərh: 1019
  • Bal:
{awards}
super yazmisan tskler canik))))))))<<<<<<<<<&
lt;<<<< wink

Deniz

  • 6 iyul 2011 19:21
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Men en cox benovseyi, boz renglerini sevirem

iMPoSSiBLe

  • 6 iyul 2011 19:17
  • Məqalə: 22
  • Şərh: 678
  • Bal:
{awards}
yawil reng coooox xowuma gelir...

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

only-girl

  • 6 iyul 2011 19:08
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
[center]twk en cox sevdiyim reng cehray[/center]i

--------------------

s_a_m_i_r

  • 6 iyul 2011 19:08
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
{awards}
cox geseng el bacarigin var

lema

  • 6 iyul 2011 18:59
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Men qara,benövşeyi ve qırmızı rengleri çox sevirem.Üçünü oxudum.teşekkürler...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

CandyGirl

  • 6 iyul 2011 18:58
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

MiLeyla

  • 6 iyul 2011 18:57
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
tewekkurler

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

ZEHRA

  • 6 iyul 2011 18:52
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

aid_fanatka

  • 6 iyul 2011 18:39
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk.............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

MuslimGirl

  • 6 iyul 2011 18:37
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Bütün rənglər gözəldir. Amma mənim xoşladığım iki rəng var-qara və ağ.
Depresiyaya meylli olanların rəngi – qara.
Məncə, bu belə deyil. Təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 39
Cəmi: 63

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 146
 
The Shield
Xəbərləri: 39
Cəmi: 302
 
Darling
Xəbərləri: 37
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}