Ünsiyyətcilsiz yoxsa hamını bezdirən çərənçi?

 
Ünsiyyətcilsiz yoxsa hamını bezdirən çərənçi?

Həmişə qısa və düşünülən söhbətlər edin

Özünüzü ünsiyyətcil hesab edirsiniz və söhbət etməyi xoşlayırsınız. Bu ki, əladır. Bəs niyə hər kəs sizin uzun-uzadı söhbətlərinizdən qaçmaq istəyir. Bəlkə lazım olmayan söhbətlərinizlə ətrafdakı insanları təngə gətirmisiniz.

Həddən artıq danışmaq insanı pis vəziyyətə sala bilər. Həyəcanlananda, stress keçirəndə, etdiyiniz hərəkətlərə haqq qazandırmaq, yaxud diqqət mərkəzində olmaq istəyəndə artıq söhbətlərə yol verməyin. Qadınlar onları başa düşən bir insana rast gələndə söhbət etməkdən yorulmur. Həmişə qısa və düşünülən söhbətlər edin. Beyninizdən keçən hər şeyi danışmaqan çəkinin.

Söhbət zamanı sürətlə danışmayın. Hər sözdən sonra müəyyən qədər fasilə verin ki, ətrafdakı insanlar fikrinizin nəyə yönəldiyini aydın dərk edə bilsin. Beləliklə, həmsöhbətinin sənin danışıqlarını necə qiymətləndirdiyini müəyyən edə bilərsiniz.

Telefonla uzun müddət danışmaq çox danışmaq adəti yarada bilər. Artıq danışıqdan çəkinin. Sizə aid olmayan söhbətlərə qarışmayın. Az danışmağı hər kəs qiymətləndirir.

Öz sirrinizi qeybət etməyi xoşlayan rəfiqənizə danışmaq istəyirsinizsə onda təsəvvür edin ki, sirrinizi insanla dolu böyük bir auditoriyaya danışırsınız. Bu heç də xoş hal sayılmır. Ona görə də sirrinizi özünüzdə saxlamağınız məsləhətdir.

Telefonla uzun müddət danışmaq sizdə çərənçilik adəti yarada bilər. Gün ərzində rəfiqənizlə telefonda ən çoxu 15 dəqiqə danışın. Sizə aid olmayan söhbətlərə qarışmayın. Telefonsuz həyatı təsəvvür etməyən xanımlar da var, gündə saatlarla telefonda kiminləsə danışmaqdan bezməyən qadınlar artıq bunu bir hobbi kimi qəbul edir.

Amerikalı psixiatr Luan Brizendin müəyyən edib ki, qadınlar kişilərdən 3 dəfə çox danışır. O, özünün “Qadın ağlı” kitabında qadınlar gün ərzində təxminən 20 min söz, kişilər isə 7 min söz işlədir. Bundan başqa psixiatr bu qənaətə gəlib ki, kişilərin diqqətlə qulaq asma qabiliyyəti qadınlara nisbətən yüksəkdir. Araşdırmalar göstərib ki, 71% qadın onlara aid olan və aid olmayan hər şey haqqında söhbət etməyi xoşlayır. 63% kişi avtomobillər haqda söhbəti sevir. 32% qadın və kişi isə ancaq işlə bağlı söhbətlərə üstünlük verir.

Bütün bu deyilənlərlə yanaşı, unutmaq olmaz ki, “danışmaq gümüşdürsə, susmaq qızıldır”. (Müəllif: Türkan Qəmbərova)

Bəs siz necə? Danışmaqmı yoxsa susmağımı daha üstün bilirsiz?

Yanınızda çox danışan biri olarsa necə reaksiya verirsiz?


Geri dön

NELLY19

  • 7 iyul 2011 11:32
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
Twkler maraqli melumatdi

Inciciceyi

  • 7 iyul 2011 09:13
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Elbetde susmaq az daniw deyerli daniw.

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

UGUR_89

  • 6 iyul 2011 22:38
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
goresen o nediyir

--------------------
ugur_89

CandyGirl

  • 6 iyul 2011 22:30
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

aid_fanatka

  • 6 iyul 2011 21:25
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk...............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

ZEHRA

  • 6 iyul 2011 20:50
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}


Tesekkurler.... Cox maraqli idi

aida

  • 6 iyul 2011 20:38
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
Öz sirrinizi qeybət etməyi xoşlayan rəfiqənizə danışmaq istəyirsinizsə onda təsəvvür edin ki, sirrinizi insanla dolu böyük bir auditoriyaya danışırsınız. Bu heç də xoş hal sayılmır. Ona görə də sirrinizi özünüzdə saxlamağınız məsləhətdir.


Mən hər zaman belə edirəm.
Umumiyyətlə, çoooox danışmagı da sevmirəm. Dinləməyidə bacarıram.

R.M_FaNaTka

  • 6 iyul 2011 19:58
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

s_a_m_i_r

  • 6 iyul 2011 19:56
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
{awards}
cox yaxsi picipici

lema

  • 6 iyul 2011 19:45
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Menimle her adam danışz bilmez.
Kim yanımda uzun ve menasız danışsa sadece olaraq oranı terk edirem.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Hepsi_1

  • 6 iyul 2011 19:32
  • Məqalə: 0
  • Şərh: 406
  • Bal:
{awards}
Öz sirrinizi qeybət etməyi xoşlayan rəfiqənizə danışmaq istəyirsinizsə onda təsəvvür edin ki, sirrinizi insanla dolu böyük bir auditoriyaya danışırsınız. super

--------------------
Elimden geleni etdikden sonra, sira ayagimdan geleni etmekdedir;" Getmek kimi meselen!"

ŞƏHLA

  • 6 iyul 2011 19:31
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
SUPER MUPER. ELLERINE SAGLIQ .

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

qonce

  • 6 iyul 2011 19:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur....

MuslimGirl

  • 6 iyul 2011 19:14
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bəs siz necə? Danışmaqmı yoxsa susmağımı daha üstün bilirsiz?

Yanınızda çox danışan biri olarsa necə reaksiya verirsiz?

Realda çox danışmıram. Susmaq daha yaxşıdır. Əgər mənalı və gözəl söhbət edərlərsə, əlbəttə ki, onların danışmağını istəyərəm. Amma belə çox danışan insanlara qarşı bir az aqressiv oluram.
Az danış, az din
Qoy az sözlərinlə dünya bəzənsin.
Əbər yerə deməyib dahi şarimiz bu misraları...Təşəkkürlər

MiLeyla

  • 6 iyul 2011 19:14
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
menim daniwmagimdan yox,cox hallarda daniwmamagidan bezirler.men daniwmadigimcun etrafimda daha cox bawqalari daniwir,men qulaq asiram.ama bu mene xowdu.cunki olar menim sevdiklerimdi.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

NELLY19

  • 6 iyul 2011 19:12
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Tesekkurler.... Cox maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}