İslamda əhdə vəfanın əhəmiyyəti

 
İslamda əhdə vəfanın əhəmiyyəti

Şübhəsiz ki, ictimai bünövrənin əsasında insanların bir-biri ilə düzgün rəftar etməsi durur. İctimai etimadsızlığın mənası fikir ayrılığı deməkdir. Əhdə, müqavilələrə vəfa etmək - əxlaqi fəzilət və ictimai haqq kimi qəbul edilir. Belə ki, insanların şərafəti onların verdiyi söz və qərarlara görə ölçülür. Bəziləri şəxsiyyətlərinin saflığını və təmizliyini sübut etmək üçün əhdlərinə vəfalı olduqlarına işarə edərlər. Buna əsasən demək olar ki, hər cür vəfasızlıq - əxlaqa ziddir. Çünki ictimai binövrəni süstləşdirər və insan şəxsiyyətinin cılızlaşmasına gətirib çıxarar.
Düz danışmağın əhəmiyyət və dəyəri

İslamda əhdə vəfanın əhəmiyyəti

Düz danışmaq kəlməsi ərəb dilində sidq kəlməsinə uyğun gəlir və mənası batini etiqadla danışığın həmahəngliyi deməkdir. Düz danışan o insandır ki, o danışdığı şey onun etiqadına uyğun gəlsin. Əgər nədənsə xəbər verərsə, həmin xəbər həqiqətə uyğun olar. Düz danışmağın əhəmiyyəti haqda Quranın “Tövbə” surəsinin 119-cu ayəsində deyilir: “Ey iman gətirənlər! Allahdan qorxun və doğruçularla olun!”. Eyni zamanda “Əraf” surəsinin 70 və 106-cı ayələrində, “Yusif” surəsinin 26, 27-ci ayələrində, “Şüəra” surəsinin 31 və 154-cü ayələrində düz danışmaq hamı tərəfindən qəbul olunmuş və fitri bir məsələ kimi təqdim olunmuşdur. “Ali-İmran” surəsinin 15 və 17-ci ayələrində, “Maidə” surəsinin 69 və 87-ci ayələrində düz danışmaq insani fəzilət və kamal kimi qiymətləndirilmişdir.

İslamda əhdə vəfanın əhəmiyyəti

Quranın nəzərində düz danışan insanlar o kəslərdir ki, sitayişə layiq olsunlar (“Ali-İmran” surəsinin 15 və 17-ci ayələri). Dost və rəfiqin seçilməsindəki meyardır (“Nisa” surəsinin 69-cu ayəsi), Qiyamət günü insanları biri-birindən ayırmaq üçün olan yoldur (“Maidə”, 119). Ona görə də Allah möminləri əməldə düz danışmağa dəvət edər (“Tövbə” surəsinin 119-cu ayəsi). Çünki axirətdə xilas olmuşlardan olmaq üçün düz danışmaq lazımdır. Əbədi səadətə çatmaq üçün düz danışmağa ümid bəsləməlidir (“Maidə”, 119).

Düz danışmaq insanın inkişaf və tərəqqisinə səbəb olar. Bu yolla mənəvi kamala çatmaq mümkündür. Quranın nəzərində möminin düz danışmağı onun əməlini islah edər, Allaha doğru inkişaf edər. (“Əhzab” 70, 71)

İslamda əhdə vəfanın əhəmiyyəti

Bütün ictimai müqavilələr şifahi əhd və müqavilələr əsasənda bağlanar. Hərçənd ki, Quran ayələrində möminlərdən istənilmişdir ki, sövdələşmə zamanı əhd və müqavilə yazılı şəkildə bağlansın. Onun vasitəsilə hüquqi istinad edilə bilsin. Ancaq bir çox ictimai rabitələri yazılı şəkildə həyata keçirtmək mümkün deyildir. Ona görə də bu kimi müamilələrdə söz verib yerinə yetirmək çox mühümdür. Ərəb ədəbiyyatında sövdələşmə sözü “səfəqə” kimi ünvanlanmışdır. Bunun da mənası müqavilələri həyata keçirəndən sonra iki əlin bir-birinə vurulması deməkdir. Bu sözdən açıqca görmək olur ki, sövdələşmənin əsasında söz vermək durur. Əllərin bir-birinə vurulması da müqavilənin bağlanmasını təmsil edir. Bu cür müqavilələr eyni zamanda dövlətlər, millətlər arasında da bağlanır. Beyətin də mənası müqavilə bağlamaq deməkdir. Bu müqavilə İmamla ümmət arasında bağlanar.

İslamda əhdə vəfanın əhəmiyyəti

“Əhzab” surəsinin 23 və 24-cü ayələrində imanın nişanələrindən biri də əhd və peymana bağlı olmaqdır. “Maidə” surəsinin ilk ayəsində əmr edilir ki, möminlər hər bir əhdlərinə vəfadar olmalıdırlar. Bu əmrdə yazılı surətdə bağlanan müqavilə ilə verilən sözə fərq qoyulmamışdır. Ona görə də hər iki müqavilədə əhdə vəfa etmək vacibdir.

Vəfasızlıq - əxlaqsızlığın nişanəsidir

Allah Təala “Bəqərə” surəsinin 27-ci ayəsində əhdə vəfasızlıq etməyi əxlaqsızlığın nişanəsi kimi göstərmişdir. Əxlaqsızlığın əsas mənası isə qabığından ayrılmaq deməkdir. O zaman ki, “fəsəqətil-təmərə” sözünü deyirlər, yəni mənası budur ki, xurma öz qabığından çıxdı. Fasiq insan o kəsdir ki, bağladığı əhdi pozur.

İslamda əhdə vəfanın əhəmiyyəti

Ona görə də deyə bilərik ki, əhdə vəfasızlıq etmək bir növ qabıqdan çıxmaqdır. Yəni, şəxs batini həqiqətini üzə çıxardar. Öz çirkinliklərini büruzə verər. Ona görə də Quran ayələrində fasiqlər ziyankarlardan hesab edilir.

Allah Təala İsmayıl peyğəmbər (ə) haqqında buyurur: “Və bu kitabda İsmayılı yad et! Həqiqətən, o, öz vədəsinə sadiq olan və göndərilmiş bir peyğəmbər idi”. (“Məryəm” surəsinin 54-cü ayəsi). Bu ayədə həmin peyğəmbər öz vədinə əməl edən insan kimi tanıdılmışdır. Bu ayənin təfsirində yazılır: “O həzrət bir kişi ilə əhd bağlayır ki, həmin yerdə o kişi gələnə qədər gözləsin. Ancaq o Allah bəndəsi vədəsini yaddan çıxardır və İsmayıl düz bir il həmin yerdə o kişini gözləyir ki, gəlsin”.

İslamda əhdə vəfanın əhəmiyyəti

Bu məsələ İmam Sadiq (ə) tərəfindən də bəyan edilmişdir ki, Həzrət İsmayıl üç gün o kişini gözləyir. Bu İsmayıl peyğəmbər (ə) - İbrahim (ə) peyğəmbərin oğlu deyildir. O, Cərhəm adlı bir qəbilə üçün göndərilmiş peyğəmbərdir. Onlara öz risalətini çatdırır. Ancaq bu qəbilə ona işgəncə verir, onu çox incidirlər. İmam Sadiq (ə) bu haqda buyurur: “Qəbiləsinin işgəncəsindən sonra Allah onun yanına bir mələk göndərir və o, deyir: “Ey Allahın Peyğəmbəri! Mən sənin Pərvərdigarın tərəfindən göndərilmişəm. O, sənə salam söyləyir və sonra buyurur: “Bu zülmkarların sənə necə işgəncə verdiyini gördüm”. İndi mənə əmr verilmişdir ki, sənin əmrində olum və o qəbilə haqda hər nə əmr etsən, onu yerinə yetirəcəyəm”. Ancaq o, cavab verir: Mən Allah yolunda Hüseynə (ə) iqtida etmiş və onu özümə nümunə və ülgü seçmişəm”.

İslamda əhdə vəfanın əhəmiyyəti

Bu, Peyğəmbərlərin öz vədlərinə necə vəfalı olduqlarına bir daha nümunədir. Peyğəmbəri-Əkrəm (s) haqda da bu cür hədislər vardır. O Həzrət bir kişi ilə Kəbənin yanında görüşmək üçün söz verir, ancaq o kişi gəlmir. Ancaq Həzrət günəşin altında gözləyir. Tərəfdaşlarından biri o Həzrətə ərz edir ki, bir qədər kölgədə dayansın. Ancaq bu, söz verdiyi yerdən bir qədər aralı idi. Ona görə də Həzrət bunu qəbul etmir və buyurur ki, onunla burada görüşmək üçün söz vermişdir. Əgər o adam gəlib, Həzrəti burada görməsə, vədinə vəfasızlıq etmiş olar. Bir müddət keçir və o şəxsin dostlarından biri onu tapır və Peyğəmbərin (s) onu gözlədiyini söyləyir. O da bu görüşü yaddan çıxartdığını bildirir. Peyğəmbərin (s) yanına gəlir və üzrxahlıq edir.

Əhdin əmanət olması

Allah Təala bir çox ayələrində əhdə bir əmanət kimi yanaşmışdır. Həqiqətdə əhd - insanın yanında olan əmanətdir. Ona riayət edib, sahibinə qaytarmalısan. Allah bu haqda Qurani-Kərimin “Muminun” surəsinin 8-ci ayəsində buyurur: “Həm də əmanətlərinə və əhd-peymanlarına riayət edəndirlər”.

İslamda əhdə vəfanın əhəmiyyəti

Bu haqda İmam Səccad nəql edir: “Əgər İmam Hüseynin (ə) qatili o Həzrəti öldürdüyü qılıncı mənim yanımda əmanət qoysaydı (və mən qəbul etsəydim), mən onu saxlayar və istəyəndə geri qaytarardım”.

Əhdə vəfa etmək - istər şifahi olsun, istərsə də yazılı - təkcə ictimai və əxlaqi məsuliyyət deyildir, həm də Allah tərəfindən verilən bir məsuliyyətdir. Hər bir insanın boynundadır və Qiyamət günü onun hesabını vermək lazımdır. (“İsra”, 43).

Hədislərimizdə əhdə vəfa etmək

Hədislərimizdə də bu məsələyə xüsusi əhəmiyyət verilmişdir. Onu insan imanının nişanəsi kimi qiymətləndirmişlər. Başqa sözlə desək, əgər kimsə başqasının imanını qiymətləndirmək istəyərsə, onun sözünə əməl etməkdə göstərdiyi rəftara fikir verməlidir. Əgər verdiyi sözə əməl edərsə, onu şəxsin imanının nişanəsi kimi görmək olar. Baxmayaraq ki, şifahi və ya yazılıdır, əsas odur ki, Allah ondan agahdır.

İslamda əhdə vəfanın əhəmiyyəti

Hər bir halda Peyğəmbər (s) və məsum İmamlar (ə) bu məsələyə xüsusi diqqət edərdilər. Misal üçün buyurardılar: “O kəs ki, Allaha və cəza gününə iman gətirirsə, gərək öz vədinə də vəfa etsin”.

Bu haqda Əmirəl-möminin (ə) də buyurur: “Əhdə vəfa etmək - dindar insanların nişanələrindəndir”.

İslamın nəzərincə o kəs ki, öz vədəsinə əməl etmir - dini yoxdur. Çünki o kəs ki, öz sözünün üstündə durmur, imanı olduğunu iddia edə bilməz. Belə ki, sözü ilə əməli bir-birinə uyğun gəlməz. Bu baxımdan Peyğəmbər (s) buyurur: “Münafiqin üç nişanəsi vardır: yalançılıq, əhdə vəfasızlıq etmək, əmanətə xəyanət”.

İslamda əhdə vəfanın əhəmiyyəti

Əmirəl-möminin (ə) Malik Əştərə buyurur: “İnsanlara vədə verib, ona əməl etməməkdən çəkin. Çünki vədə əməl etməmək Allahı və insanları qəzəbləndirər. Belə ki, Allah buyurar: “Allah yanında çox qəzəbləndirici hal odur ki, əməl etməyəcəyiniz söz verəsiniz””.

İmam Sadiq (ə) buyurur: “Mömin - möminin qardaşı və sankı onun gözü və yol göstərənidir. Ona xəyanət etməz, ona zülm etməz, onu aldatmaz və ona əməl etməyəcəyi vəd verməz”.

İslamda əhdə vəfanın əhəmiyyəti

Vəfasızlıq istər kiçik işlərdə olsun, istərsə də böyük işlərdə - cəmiyyətin etimadsızlığına gətirib çıxarar. İnsanlar bir daha bir-birinin sözünə inanmazlar. Buna görə də cəmiyyətdə sui-zənn və vəfasızlıq artar. Hər kəs başqasının verdiyi sözə şəkk və şübhə ilə yanaşar. Ona görə də həqiqi mömin o kəsdir ki, əməl edə biləcəyi işə görə söz versin.


Geri dön

R.M_FaNaTka

  • 7 iyul 2011 20:55
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
twk

--------------------

aid_fanatka

  • 7 iyul 2011 20:03
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk...............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

CandyGirl

  • 7 iyul 2011 16:58
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

lema

  • 7 iyul 2011 12:59
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Tam oxumadım.Amma qayıdıb tezeden göz keçirecem.Minnetdaram...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

NELLY19

  • 7 iyul 2011 11:33
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Twkler maraqli melumatdi

Inciciceyi

  • 7 iyul 2011 11:26
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}