Azərbaycanda ən çox üstünlük verilən adlar

 
Azərbaycanda ən çox üstünlük verilən adlar


Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin xidmət rəisi: “Ötən il Azərbaycanda 2503 nəfər -ov, -yev soyad sonluğundan imtina edib”

Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin elektron bazasında 150000-ə yaxın ad haqqında məlumat toplanıb


Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovanın müsahibəsi

- Nazirlər Kabineti bu il mayın 12-də “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nı təsdiq edib. Bu Qaydalardakı əsas yeniliklər nədən ibarətdir?

- Bu qaydalar adın, ata adının və soyadının verilməsi, həmçinin soyad sonluqlarının dəyişdirilməsi prosedurunu tənzimləyir və Azərbaycan vətəndaşlarına şamil olunur. Əvvəllər soyadın və ya adın dəyişdirilməsi prosedurunun həyata keçirilməsi üçün qanunvericilikdə 3 ay nəzərdə tutulmuşdusa, hazırkı qaydalarla hər bir hərəkət üçün konkret müddət müəyyən edilib və bununla da ümumi müddət xeyli azaldılıb.

- Verilməsinə məhdudiyyətlər qoyulan adlar əsasən hansılardır?

- Qaydalarda adların verilməsi ilə bağlı bəzi məhdudiyyətlər müəyyən edilib. Belə ki, uşaqlara onların mənafeyinə xələl gətirən, habelə cinsinə uyğun olmayan və gülünc adın verilməsinə yol verilmir. Bəzi vətəndaşların savadsızlığı, habelə adların qoyulması ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyətin olmaması əvvəllər uşaqlara gülünc adların verilməsinə şərait yaradıb. Bu adları daşıyan uşaqlar həmyaşıdlarının gülüş hədəfinə çevrilir, həyatda adları ilə bağlı əziyyət çəkirlər. Yeni qaydaların tətbiqi artıq bu mənfi təcrübəyə son qoymasına şərait yaradır.

- Övladına ad qoymaq istəyən valideynlər ad seçimini necə həyata keçirə bilər?

- Hər valideyn öz övladına elə ad seçməlidir ki, bu ad gələcəkdə uşağın cəmiyyətdə formalaşmasına mane olmasın. Bununla bağlı Milli Elmlər Akademiyasının mütəxəssislərinin hazırladığı şəxs adları və soyadlarını şərh edən, onların mənasını bildirən “Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti” tərəfimizdən nəşr edilib. Qeydiyyat şöbəsinə müraciət edən hər bir şəxs özünə və övladına ad seçmək üçün bu nəşrdən istifadə edə bilər.

- Ümumiyyətlə, Azərbaycanda mövcud olan adların elektron bazası varmı? Bu bazada nə qədər ad toplanıb? Son illər Azərbaycanda hansı adlara daha çox üstünlük verilir?

- Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində saxlanılan 1955-2000-ci illəri əhatə edən 10 milyondan çox akt qeydinin elektronlaşdırılması nəticəsində nəinki müasir, eləcə də tarixən mövcud olan adların virtual məlumat bazası formalaşıb. Hazırda burada 150 000-ə yaxın ad haqqında məlumat toplanıb ki, onlardan 55 000-ə yaxını kişi adına, 48 000-ə yaxını qadın adına şamil edilir. Azərbaycanda ən çox üstünlük verilən kişi adları Vaqif, Əli, Arif, Elçin, Ramiz, qadın adları isə Sevda, Elmira, Sevinc, Leyla, Təranə və s.-dir.

- Bəzi məlumatlarda adların işıqfor prinsipi əsasında seçiləcəyi bildirilir.

- Mətbuatda ad və soyadların verilməsində qanunvericilikdə əksini tapmayan müxtəlif qaydaların, hansısa işıqfor prinsipinin tətbiqi barədə məlumatlar səslənir ki, bunların heç biri həqiqətə uyğun deyil. Belə məlumatlar əhali arasında çaşqınlıq yaranmasına səbəb olur. Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalar bir çox məhdudiyyətləri aradan qaldırır və adların, soyadların və ya soyad sonluqların dəyişdirilməsi sahəsində vətəndaşlara daha geniş imkanlar yaradır.

- Yeni Qaydaların tətbiqi istiqamətində hansı tədbirlər görülüb?

- Qeyd olunan qaydaların rayon (şəhər) qeydiyyat şöbələrinin əməkdaşları tərəfindən dərindən öyrənilməsini və ona düzgün tətbiq olunması təmin etmək məqsədi ilə zəruri tədris tədbirləri tətbiq olunur. Qeydiyyat şöbələrinə adın, soyadın, ata adının və soyad sonluğunun könüllü dəyişdirilməsi hüququnun vətəndaşlara izah olunması, bu prosedurun sadəliyinin təbliği, maarifləndirmə işinin təşkilinin təmin olunması barədə də tapşırıqlar verilib.

- Ötən müddət ərzində Azərbaycanda neçə şəxs soyad sonluğunu dəyişib?

- 2010-cu ilin nəticələrinə əsasən, 2503 nəfər -ov, -yev soyad sonluğunu milli soyad sonluqlarına dəyişdirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Adlar və soyadlar üzrə xüsusi komissiyası soyadlarımızın formalaşdırılması ilə bağlı araşdırmalar aparıb və onun Rəyasət Heyətinin qəbul etdiyi qərara uyğun olaraq valideynin mövcud soyadının kökünə -lı, -li, -lu, -lü, - zadə, -gil, -soy, kişilərə -oğlu, qadınlara -oğlu və ya -qızı soyad sonluğun artırılması və ya heç bir sonluq artırılmadan soyad yazılması təklif olunub. Ad, soyad və soyad sonluqlarının dəyişdirilməsi könüllüdür və burada heç bir məhdudiyyət yoxdur. Hər bir vətəndaşın həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra zəruri prosedurlar çərçivəsində müvafiq dəyişikliyi etmək hüququ var.

- Soyadını milliləşdirən Azərbaycan vətəndaşları daha çox hansı soyad sonluğuna üstünlük verirlər?

- Soyadların sonluqlarının dəyişdirilməsi yolu ilə onların milliləşdirilməsi tendensiyası son 10 il ərzində daha geniş yayılıb. Belə ki, valideynlər adətən yeni doğulmuş uşaqlara artıq sonluğu milliləşdirilmiş soyadların verilməsinə üstünlük verirlər. Geniş yayılmış soyad sonluqlarının populyarlıq baxımındın sıralanması aşağıdakı kimidir: -lı, -li, - lu, -lü, -oğlu, -qızı, -zadə və s.


Geri dön

KaRola_16

  • 21 avqust 2011 01:41
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
EZIYYETE GORE TEWEKKURLER...

--------------------

barbie aytac

  • 24 iyul 2011 22:17
  • Məqalə: 15
  • Şərh: 107
  • Bal:
{awards}
tewekurler

nice_angel

  • 21 iyul 2011 23:52
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
{awards}
xebere gore twk

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

Inciciceyi

  • 8 iyul 2011 09:13
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Willow smith

  • 7 iyul 2011 21:58
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
Tewekkurler.menim soyadim -lu ile bitir

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

R.M_FaNaTka

  • 7 iyul 2011 20:52
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler

--------------------

aid_fanatka

  • 7 iyul 2011 20:01
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk.............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

CandyGirl

  • 7 iyul 2011 16:55
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

MiLeyla

  • 7 iyul 2011 13:31
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
MENIM ADIM EN COX QOYULANLARDANDI.THANK YOU wink

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

iMPoSSiBLe

  • 7 iyul 2011 13:08
  • Məqalə: 22
  • Şərh: 678
  • Bal:
{awards}
maraqli idi...twk

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

lema

  • 7 iyul 2011 12:54
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
menim soyadım -li ile bitir.xeber Maraqlı idi.teşekkürler....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

aga482

  • 7 iyul 2011 12:48
  • Məqalə: 0
  • Şərh: 840
  • Bal:
{awards}
TESEKKUR MENİM OV OVA XOSUM GELİR AMMA MENİM Kİ ZADE DİR winked

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

Aytac S-ova

  • 7 iyul 2011 12:39
  • Məqalə: 51
  • Şərh: 1420
  • Bal:
{awards}
tewekkurler

King of Rock

  • 7 iyul 2011 12:25
  • Məqalə: 7
  • Şərh: 160
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♛beni sevmeyen ölsün♛

Sirli Melek

  • 7 iyul 2011 12:18
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
HMMM MƏNİM DAHA ÇOX OV, OVA XOŞUMA GƏLİR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

heyasiz204

  • 7 iyul 2011 12:14
  • Məqalə: 27
  • Şərh: 1190
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

only-girl

  • 7 iyul 2011 11:51
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
twk xebere mene ait deyil

--------------------

NELLY19

  • 7 iyul 2011 11:49
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
Tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 57
Cəmi: 71

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}