«Universitetlərdə yeni media tədris olunmur»

 
«Universitetlərdə yeni media tədris olunmur»


Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz 6 ay müddətində ABŞ-da olub. Səfər ABŞ hökumətinin maliyyə dəstəyi ilə Beynəlxalq Təhsil üzrə Amerika Şurasının (ACCELS) Gənc Müəllimlərin İnkişafı Proqramı (JFDP) çərçivəsində baş tutub. Osman Gündüzlə görüşüb, Amerikada yeni media texnologiyaları, təhsil sistemində İKT və səfər təəssüratları barədə danışdıq.

- Osman müəllim, ABŞ səfəri necə keçdi?

- Məqsəd yeni media, onlayn jurnalistika sahəsində ABŞ Universitetlərində təcrübə mübadiləsi etmək və araşdırma aparmaq idi. Həmçinin elmi işim də yeni media texnologiyaları ilə bağlıdır. Bakıdan ABŞ-a 5 nəfər getdik. Hamımız Universitet müəllimləri idik. Hər birimiz ayrı-ayrı ştatlara düşdük. Keçmiş MDB ölkələrindən 80-ə yaxın müəllim bu proqrama daxil idi. Bu proqram üzrə hər il müsabiqə elan edirlər. İnternetdə bu məlumat yerləşdirilir. Müsahibədən keçib imtahan verdikdən sonra layihədə iştirak edə bilirsən. Seçim prosesi 5-6 ay çəkir. O proqramın ana xətti seçdiyin sahə üzrə orada təcrübə mübadiləsi etmək, yeni tədris proqramlarının öyrənilməsi, yeni tədris metodikasının mənimsənilməsidir.

ABŞ-da hansı təcrübələri keçdiniz?

- Biz Kanzasda dil, Amerika təhsil sistemi, kitabxana resurslarından istifadə sahəsində təlimlər keçirdik və Amerika mədəniyyətini öyrənirdik. Oklahoma Dövlət Universitetinin Media və Strateji Kommunikasiyalar Departamentində yeni media texnologiyaları ilə bağlı kurslar keçdim. İnternet jurnalistika, elektron media ilə bağlı kurslar götürdüm. Biz orada təqdimatlar keçirirdik. Azərbaycanda internet medianın vəziyyəti ilə bağlı təqdimat elədim. Onlarda yeni medianın tədrisi, kuriklum, metodika, ədəbiyyat, resurslarla bağlı oturuşmuş təcrübə var. Ona qədər yeni media texnologiyaları üzrə kurs seçimi var.
Mən orada dövlət orta məktəblərinə getdim. Təhsildə informasiya texnologiyaları necə tətbiq olunur, onları öyrəndim. Bizdə kompüterlə bağlı orta məktəblərdə ancaq “İnformatika” fənni var. Onlara 10 seçmə fənn təklif olunur. Bu dərslər 10-11-ci sinifdən başlayır. Yuxarı siniflərdə veb texnologiyaların tədrisinə üstünlük verilir. Mən olduğum ştatda məktəblər 2007-ci ildən tam elektronlaşıb. Elektron formada dərs keçirlər, idarəetmə elektron formadadır. Təhsil şöbəsində informasiya texnologiyaları departamentinin müdiri ilə söhbət etdim. Bizdə hələ belə şöbələr yoxdur. On dörd məktəbi olan bir rayonda 6 şəxsdən ibarət İKT Departamenti var. Onlar valideynlərin rəyi ilə müəllimin İKT -dən necə istifadə etməklə tədris etmə keyfiyyətini müəyyən edirlər. Xüsusi proqram vasitəsilə valideynlə müəllim əlaqə yarada bilir. Tam elektronlaşma ilə bağlı Azərbaycanda bu proses az müddətdir ki başlayıb. İyirmi məktəbdə pilot qaydada bu işlər görülür. ABŞ-da o proqramın istifadəsi ilə bağlı şirkətə hər il 50 min dollar pul ödəyirlər”.


- Olduğunuz Oklahoma Dövlət Universitetində tələbə-müəllim münasibətləri necə qurulub? Elmi mühit necədir?

- Müəllimlər üçün çox gözəl şərait var. Onların hər biri üçün ayrıca otaq ayrılıb. Tələbə gələn kimi müəllimin təqdimatına kompüterdə baxır. Orada istəyirsən məktub yaz, qeyd elə, təqdimatın kənarında da yer qoyulub ki, öz fikirlərini yaza biləsən. Dərs prosesində tələbə-müəllim münasibətlərinin effektli qurulması üçün informasiya texnologiyalarından geniş istifadə edirlər. Oklahoma Dövlət Universitetində təkcə bir İKT Departamentində 200 nəfərədək insan çalışır. Onlar Akademik mühiti çox gözəl qurublar. Kitabxanada böyük zallardan əlavə, xüsusi otaqlar, özü də hər şeylə təchiz olunan informasiya-xidmət yüksək səviyyədədir. Həm Kanzas, həm də Oklahoma Dövlət Universitetinin kitabxanaları elmi fəaliyyət üçün hədsiz gözəl bir məkanlardır.

- Onların təhsil sistemi ilə hansı fərqlərimiz var?

- Onlarla bizim təhsil sistemində çox böyük fərqlər var. Yeni media ilə bağlı çox diqqətlidirlər, xırda işlərə belə ciddi yanaşırlar. Xatırlayırsınızsa, Obamanın seçkisi “Facebook“ və “Twitter”-də aparılırdı. Elmi araşdırma ilə məşğul olarkən gördüm ki, Obamanın sosial şəbəkələrdəki seçki kampaniyası haqqında 5-6 elmi iş yazıblar. Orada göstərilir ki, hansı məqamlar hansı sosial təbəqəyə necə təsir göstərdi. Bizdə bu kimi proseslərə elmi yanaşma hələ ki yetərli deyil.
Bakı Dövlət Universitetinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasına təkliflər vermişəm ki, yeni media texnologiyaları ilə bağlı kurslar və tədris proqramlarını dəyişmək lazımdır. Kafedranın ixtiyarı çatır ki, seçim fənlərini özü müəyyən etsin. Seçmə fənlər tələbənin arzusuna görə yox, cəmiyyətin maraqlarına görə formalaşmalıdır. Cəmiyyətin tələbinə, jurnalistlərin ali məktəbləri bitirdikdən sonra işləyəcəkləri sahənin tələblərinə uyğun yeni media texnologiyaları ilə bağlı fənlərin, onların tədris proqramlarının və kreditlərinin müəyyənləşməsi üçün təkliflər üzərində işləyirəm. Bizdə 10-a qədər universitet var ki, jurnalistika təhsili verir. Onların heç birinin yeni media texnologiyalarının tədrisi ilə bağlı vəziyyəti günün tələbləri səviyyəsində deyil. Ölkədə olan media infrastrukturunun, yeni media bazarının tələblərinə uyğun tələbə hazırlanmır. Hazırlamaq üçün tədris dəyişməlidir. ABŞ Universitetlərində müşahidə elədim ki, yeni texnologiya çıxan kimi universitetlərin proqramları dərhal dəyişir”.


- Altı aylıq təcrübədən sonra ölkəyə qayıtdınız. Öyrəndiklərinizi təhsildə necə tətbiq edəcəksiniz?

- Bizdə jurnalistika istiqaməti üzrə Ali İxtisas Təhsilinin Dövlət Standartına nəzərə salanda görürük ki, yeni media texnologiyaları ilə bağlı zəruri heç nə yoxdur. Orada yeni media, jurnalistlərə verilən müasir tələblərlə bağlı yetərli bir şey tapmaq mümkün deyil. Hesab edirəm ki, bu sənədlərin təkmilləşdirilməsinə, xüsusən də yeni media texnologiyaları ilə bağlı hissənin yenidən işlənməsinə ehtiyac var. Bizdə hər gün internet TV və internet radio, digər yeni media subyektləri yaranır hər gün, amma jurnalistikanı bitirən uşaqlar orada işləməyə hazırdırmı? Amma ABŞ - dakı tələbələr hazırdır. Gərək universitetdə maddi-texniki baza, modern tədris proqramları, internet texnologiyalarla təminat güclü olsun. Praktik işlər üçün ayrıca otağın olması da zəruridir. ABŞ-da nəzəri xətdən çox təcrübəyə diqqət yetirirlər. Bizdə nəzəriyyəyə daha çox fikir verirlər”.

- Amerika həyatını necə yaşadınız?

- Oklahoma Dövlət Universitetinin yataqxanasında qalırdıq. Beş ay orada olduq. Özüm yemək bişirirdim, yaxşı da alınırdı.

Amerikalılar hamının üzünə gülümsəyirlər. Sənə kömək etmək istəyirlər. Bir söz soruşanda onu sənə izah etməmiş əl çəkmirlər. Onlar aqressiv deyirlər. ABŞ-da maşınsız həyat yoxdur. Mən olduğum yerdə tıxaclar yox idi. Qaldığım müddətdə orada hirsli sürücü görmədim. Sürücülük vəsiqəsi almaq çox asandır. Yarım saata sürücülük vəsiqəsi ala bilərsən. İyirmi sualdan 15-ə cavab verdinsə, bu vəsiqə almaq üçün kifayət edir. Vəsiqə üçün 29 dollar pul ödəyirsən. Uşaqlarla bağlı çox mühafizəkardırlar. İyirmi bir yaşa qədər gənclərə diskoteka, bar, kazinoya daxil olmaq qadağandır. Amerikalılar uşağı müstəqil qərar qəbul etməyə öyrədirlər. Orada uşaq spirtli içki və siqaret ala bilməz. Təhlükəsizlik onlar üçün çox əhəmiyyətlidir. Məsələn, yol hərəkəti təhlükəsizliyi, tornado ilə bağlı təhlükəsizlik. Onların ictimai maraqları çox güclüdür. İstənilən bir sahədə Amerika maraqları birincidir”.


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 11:20
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 8 iyul 2011 22:19
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twk

--------------------

CandyGirl

  • 8 iyul 2011 18:43
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

aid_fanatka

  • 8 iyul 2011 16:57
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk....................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

lema

  • 8 iyul 2011 16:35
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Hımm..çox maraqlı idi.Teşekkürler

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Sirli Melek

  • 8 iyul 2011 16:26
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

iMPoSSiBLe

  • 8 iyul 2011 16:06
  • Məqalə: 22
  • Şərh: 678
  • Bal:
{awards}
tewekkurler....

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

Mr.Perfect

  • 8 iyul 2011 15:40
  • Məqalə: 333
  • Şərh: 995
  • Bal:
{awards}
tesekkur

--------------------

NELLY19

  • 8 iyul 2011 15:37
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 63

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 43
Cəmi: 631
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 35
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}